Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-118/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnəqarşı iş üzrə QƏRAR (açar sözlər:yoxlamaların vahid reyestrində qeydiyyatdan keçməmiş yoxlamaların hüquqi nəticəsi yoxdur) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, C.Mütəllimovun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 3628.8 manat və ******* nömrəli akta əsasən hesabladığı 7430.4 manat borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsindən İddiaçı və onun vəkili Vəkil Şirzad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 3628.8 manat və ******* nömrəli akta əsasən hesabladığı 7430.4 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayonu, Qarabulaq yaşayış massivində quşçuluq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu ildə Siyəzən rayon Qaz idarəsinin əməkdaşları quşçuluq sexinə qaz say ğaclarını yoxlama məqsədi ilə daxil olmuşlar. Lakin bununla bağlı iddiaçıya hər hansı bir rəsmi sənəd təqdim etməmişlər. İddiaçı qazın istehlakı ilə bağlı hər hansı bir nöqsanı olmadığından və sayğac əsasında istehlak olunmuş qazın dəyərini vaxtında ödədiyindən onları istehsal sahəsinə buraxmışdır. Sayğaclar açılıb yoxlanılmışdır. Bununla bağlı ******* nömrəli və iddiaçıya məxsus digər sexdə olan ******* nömrəli xx.xx.2019-cu il tarixli aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlardan məlum olur ki, G6 markalı mexaniki sayğaclarda hər hansı bir qüsur müəyyən edilməmişdir. ******* nömrəli aktda “Sayğaca kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 27.2 kub.metr, normadan 17.2 kub.metr artıq olması” qeyd edilmişdir. ******* nömrəli aktda “Sayğaca kamera vasitəsilə baxış keçirilmişdir, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 18.5 kub.metr, normadan 8.5 kub.metr artıq olması” qeyd edilmişdir. Bununla bağlı iddiaçıya ******* saylı akta əsasən 7430.4 manat, ******* nömrəli akta əsasən 3628.8 manat qeyri qanuni borc hesablanmışdır. Cavabdeh tərəf aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 111007-17 nömrəli və xx.xx.2017-ci il tarixli 1245-10-17 nömrəli Qaz təchizatı haqqında müqavilənin 2.2.5-ci maddəsinə istinad etmişlər. Həmin maddə müəyyən edir ki, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. Yalnız iddiaçının təqsiri müəyyən olunduqda qeyd olunan bənd tətbiq ol unmalıdır. Cavabdeh tərəf qeyd edir ki, G6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasında fərq yaranmışdır. Yəni maksimum həddə qaz avadanlıqlarını istifadə edilsə o halda sayğac lazım olan miqdarda qaz buraxmayacaqdır. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvala maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyükdükcə 16, 17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyacı yoxdur. Bu baxımdan da cavabdehin arqumentləri əsas sızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hər-hansı kənara çıxma nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaqdır. Sahibkar qazanc əldə etməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-357/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ******* nömrəli akta əsasən hesabladığı 3628.8 manat və ******* nömrəli akta əsasən hesabladığı 7430.4 manat borcun silinməsi, Cavabdehndən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir ( hakim – Z.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsi ilə (sədrlik edən S.İ.Bəktaşi, hakimlər T.O.Quliyev və G.F.Tağızadə) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil Şirzad kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, müvafiq akta əsasən G6 markalı qaz sayğacları işlək vəziyyətdədir, hər hansı bir qüsuru yoxdur, lakin qaz cihazlarının maksimal sərfiyyatı 18.5 kub.metr olduğu olduğu halda, saatda 10 kub.metr qaz buraxmaq gücündədir. Bu səbəbdən 8.5 kub.metr artıq qaz buraxmışdır və qeydiyyata almamış, ikinci aktda sərfiyyat 27.2 kub.metr ehtimal olunan qaz göstərilsə də, sayğac 10 kub.metr qaz buraxmaq gücündədir, belə olduqda isə sayğaç 17.2 kub.metr artıq qaz buraxmış və qeydiyyata almamış, birinci aktlarla artıq ehtimal olunur ki, qaz sayğacı maksimum həddə işlədiyi halda artıq qaz buraxır və qeydiyyata almır, bunu əsas götürərək birinci instansiya məhkəməsində iddiaçı formal olaraq ilkin aktları qeyd etmiş, aktların nömrəsini n dəyişilməsi işin mahiyyəti üzrə həll olmasına hər hansı bir təsiri yoxdur, həmçinin qaz sayğacının yoxlanılması onun texniki pasportunda göstərilən müddətdə və onun yoxlanması üçün hüquqi əsas olduqda həyata keçirilir, qaz sayğaclarında hər hansı bir nöqsan yoxdur, aktlarda göstərilən hallar bir birini istisna edir, bir tərəfdən qeyd edilir ki, qaz sayğaclarında hər hansı bir nöqsan yoxdur, digər tərəfdən qeyd edilir ki, sayğaclardan normadan artıq qaz keçdiyindən o, həmin qazı qeydiyyata ala bilmir, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.9-cu maddəsinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edi lmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkə mə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməs inin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Əbilov Elməddin Nazim oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməyə görə İddiaçı xx xxxxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, 1110-07-17 nömr əli xx xxxx 2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə görə cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akta görə Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zaman istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 18.5 kub.metr, sərfiyyatı normadan 8.5 kub.metr artıq keçməsi aşkar olunmuş, xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akta görə sayğaca kamera vasitəsilə baxış keçir ilmiş, nöqsan aşkar edilməmiş, faktiki sərfiyyat 18.5 kub.metr, normadan 8.5 kub.metr artıqdır, xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 18144 m3 (18144 x 0,20 (1 m3 qazın dəyəri) = 3628,8 manat) müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zaman istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 27.2 kub.metr, sərfiyyatı normadan 17.2 kub.metr artıq keçməsi aşkar olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktdan gö rünür ki, sayğaca kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 27.2 kub.metr, normadan 17.2 kub.metr artıqdır. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 37152 m3 (37152 x 0,20 (1 m3 qazın dəyəri) = 7430,4 manat) müəyyən edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində sayğaca kamera vasitəsilə baxış keçirilmiş, xx xxxxxx 2019-cu il tarixli ******* və ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktlar tərtib edilmiş, həmin aktlara əsasən nöqsan aş kar edilməmiş, iddiaçı iddia tələbində göstərilən xx xxxxxx 2019-cu il tarixli ******* və ******* saylı aktlara əsasən Cavabdeh tərəfindən iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilmədiyini qeyd edərək, 11.059,2 manat borcun silinməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə qətnaməsi ilə iddia tələbini təmin etmiş, halbuki, həmin aktlar qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında olmuş, qeyd olunan aktlara əsasən dəymiş ziyan tələb olunmamış və aktlarla qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu qüvvədə olan qanunvericiliyə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması tələb olunmur, belə ki, iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zaman istifadə olunan qaz cihazları nın saatlıq sərfiyyatı normadan artıq keçməsi aşkar olunaraq xx xxxxxx 2019-cu il tarixli ******* və ******* “Təbii X3nın pozulması haqqında” Aktlar tərtib edilmişdir ki, həmin aktlara əsasən dəymiş ziyan tələb olunmuş, lakin həmin aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Sahi bkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2- ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlam anın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda n əzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişləri n, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələb inə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən tərtib edilmiş aktların qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında olduğunu, qeyd olunan aktlara əsasən dəymiş ziyanın tələb olunmadığını və aktlarla qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu qüvvədə olan qanunvericiliyə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması tələb olunmadığını qeyd etsə də sonradan iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zaman istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı normadan artıq keçməsi aşkar olunaraq xx xxxxxx 2019-cu il tarixli ******* və ******* “Təbii X3nın pozulması haqqında” Aktlar tərtib edildiyini, lakin həmin aktların iddiaçı tərəfindən mübahisələndirilmədiyini göstərmiş və beləliklə, cavabdeh tərəfindən iddiaçıya məxsus quşçuluq sexlərində reyestrdə qeydiyyatdan keçrilmədən yoxlama həyata keçirildiyini təsdiq etmişdir. Həmin aktların iddiaçı tərəfindən mübahisələndirilmədiyi ilə bağlı isə qeyd edilməlidir ki, bu aktlar özlüyündə hüquqi nəticələr yaratmadığından onların ayrıca mübahisələndirilməsinə prosessual baxımdan hər hansı zərurət yoxdur. Mövcud qanunvericiliklə isə inhisarçı m övqe tutan hüquqi şəxslər -yoxlayıcı orqanlar tərəfindən istənilən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların həyata keçirilməsi müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alındıqdan sonra mümkün olduğundan apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni hesab edilə bilməz. İş materiallarına əsasən Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı sayğaclara kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmiş, faktiki sərfiyyatın normadan artıq keçməsi aşkar olunaraq müvafiq aktlar tərtib edilmiş və həmin aktlara əsasən də dəymiş ziyanın bərpasına dair tələbnamə ilə iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı müəyyən edilərək 3.628,8 mana t və 7.430,4 manat məbləğlərində cərimələr hesablanmış, beləliklə, cavabdeh tərəfindən aparılan yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, onların hər hansı hüquqi nəticəsi olmasa da, işə baxmış apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını düzgün qiymətləndirməmiş, bu isə öz növbəsində səhv məhkəmə qərarının qəbul olunması ilə nəticələnmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mövcud sübutlar düzgün qiymətləndirilməklə mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında b axan məhkəmə hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasi
Məhkəmə qərarları › İş №2-2(102)-118/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-118/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver