Məhkəmə qərarları › İş №2-2(102)-118/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-118/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-118/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" publik hüquqi şəxsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə yaranmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)-803/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X2 M ərkəzi" publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin X4 almışdır (2020-ci il 9 aprel tarixli 07 №-li Protokolundan Çıxarışa əsasən): 1) “X2 Mərkəzi" publik hüquqi şəxs "Siyəzən rayon Mərkəzi Poliklinikası" publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilsin; 2) Yenidən təşkil olunan “X2 Mərkəzi" publik hüquqi şəxs hüquqi varislik qaydasında ona qoşulan “Siyəzən rayon Mərkəzi Poliklinikası" publik hüquqi şəxsin bütün hüquq və öhdəliklərini (o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və öhdəlikləri) öz üzərinə götürsün; 3) “X2 Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilsin.

2. Xaçmaz RQİİ və X2 Mərkəzi publik hüquqi şəxsi arasında tərtib edilmiş 2022-ci il 1 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən sonuncu 2022-ci il 1 yanvar tarixinə qalıq 72.462,71 manat borcunun olmasını göstərmiş, lakin iddia müddəti bitdiyi və köhnə illərin borcu olduğu üçün borcla razılaşmmayaraq aktı imzalamaqdan imtina etmişdir. 3. “X2 Mərkəzi” publik hüquqi şəxsin adı "xxxx" publik hüquqi şəxs olaraq müəyyən edilir. Müəssisə “X2 Mərkəzi” publik hüquqi şəxsin hüquqi varisidir (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Müşahidə Şurasının 14 aprel 2023- cü il tarixli 14-Q nömrəli Qərarına əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" publik hüquqi şəxsi (bundan sonra – “iddiaçı”) məhkəməyə müraciət edərək Cavabdeh İB (bundan sonra – “cavabdeh”) tərəfindən iddiaçıya əsassız hesablanmış 72.462,71 manat mə bləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qazdan istifadə Qaydaları”) 5.2 və 5.5-ci bəndinə istinadla belə əsaslandırılmışdır ki, iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtlı-vaxtında ödənişlərini etmişdir. Belə ki, qalıq 72.462,71 borc mənbəyi məlum olmayan borcdur. Qazdan aylıq istifadəyə görə ödəniş sərfiyyata uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən qaiməyə əsasən ödənilir. 72.462,71 məbləğində borcun hansı dövrdən başlandığı və nəyə əsasən hesablandığı məlum deyil.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin cavabdehin Siyəzən xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. İddiaçının 3 müəssisə ilə birlikdə X1 Sistemi Proqramında 2022-ci ilin sonuna borcu 72.462,71 göstərilmişdir. Həmin sistemdən çıxarılmış saldolardan da həmin borcun mövcudluğu görsənir. Buna görə də iddiaçının iddia ərizəsində həmin borcun mənbəyi məlum olmayan kimi göstərməsi ab surddur. Belə ki, iddiaçının mübahisələndirdiyi 72.462,71 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisələndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli e-2-2(113)-2819/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək iddiaçıya əsassız olaraq hesablanmış 72.462,71 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qət edilmişdir (hakim - Ülkər Həsənova).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesab-fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsini dəfələrlə təklif etsə də, cavabdeh həmin borcla bağ lı məhkəməyə yalnız abonent haqqında məlumatları təqdim edə bilmişdir.

10. Cavabdeh başqa sübut təqdim edə bilməmiş, və borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.

11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə, ümumiyyətlə, hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsasl andırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)-803/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir (hakimlər: T.Mahmudova – sədrlik edən və məruzəçi, L.Əliyeva və E.Həsənov).

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı “X2 Mərkəzi” publik hüquqi şəxsin hüquqi varisi olaraq ona məxsus bütün hüquq və öhdəlikləri öz üzərinə götürməklə cavabdehə olan 72.462,71 manat borcu da qəbul etmiş sayılır.

16. Həmçinin 2022-ci il 1 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında da X2 Mərkəzi publik hüquqi şəxsi 2022-ci il 1 yanvar tarixinə qalıq 72.462,71 manat borcunun olmasını göstərmiş, lakin iddia müddəti bitdiyi və köhnə illərin borcu olduğu üçün borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.

17. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

18. Göründüyü kimi hüquqi şəxsin kreditorunun yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək ixtiyarı vardır. Buna görə də hazırkı iş üzrə hüquqi şəxsin kreditoru olaraq cavabdehin borclusu iddiaçıdan borcun ödənilməsini tələb etmək hüququna malik olduğu üçün iddiaçı cavabdehdən borcun silinməsini tələb etməkdə haqlı deyil. Çünki həm qanunvericilik normalarından, həm də iş materiallarından görünür ki, borcun silinməsi üçün heç bir əsas mövcud deyil.

19. Bundan əlavə üzləşmə aktında da X2 Mərkəzi publik hüquqi şəxsi, həqiqətən də, 72.462,71 manat borcun olduğunu etiraf etmiş, lakin ödəməmə səbəbi kimi iddia müddətinin keçdiyini və borcun köhnə illərə məxsus olduğunu bildirmişdir.

20. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi və bor cun köhnə illərə məxsus olmasına münasibətdə hesab etmişdir ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı iş üzrə iddia müddətinin keçməsini bildirən tərəf iddiaçı tərəfdir və onun iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Qeyd olunan hal yalnız cavabdehin iddiaçıya qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil.

21. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 55.1, 55.5, 56.2, 57.1, 57.2, 57.3, 58.2-ci maddəl ərinə, “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinə, o cümlədən MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23. “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.4 və 5.5-ci bəndləri üzrə - cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə, ümumiyyətlə, hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən borc kimi təqdim edilən məbləğin nəyin əsasında və hansı dövr üzrə yaranmasına dair sübut verilməmişdir. Yeganə “ sənəd” isə “abonent saldosu”dur ki, analoji iş olaraq iddiaçı Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin cavabdehə qarşı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 18 sentyabr tarixli 2-2(102)-507/2024 nömrəli Qərarında Ali Məhkəmə mötəbər sübut hesab etməmişdir. 24. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının 3.2.-ci və 6.1.-ci bəndləri üzrə - anoloji işlər üzrə iddiaçı “Xızı rayon Mərkəzi Xəstəxanası” phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair 2024-cü il 18 sentyabr tarixli 2-2(102)-507/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir.

25. İddiaçı “Şabran Rayon Mərkəzi Xəsrəxanası”phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə qarşı Bakı Komm ersiya Məhkəməsinin 2024-cü il 8 avqust tarixli e-22(113)-2591/2024 nömrəli qətnaməsi ilə iddia tələbi tam təmin edilmiş, qətnaməni Bakı Apellyasiya Məhkəməsi də qüvvədə saxlamışdır. O da qeyd edilməlidir ki, hal-hazırda kassator tərəfindən mübahisələndirilən məhkəmə aktı da eyni tərkib tərəfindən qəbul edilmişdir. 26. iddiaçı “Respublika Perinatal Mərkəzi" phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə qarşı Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-22(113)-339/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir.

27. İddiaçı “X3” phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə qarşı Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-2-2(113)-2842/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

28. Sadalanan analoji işlər üzrə bütün məhkəmə aktlarında həm birinci, həm də apellyasiya instansiyalarının mövqeyi eyni olmuşdur ki, bu da vahid məhkəmə təcübəsinin formalaşması deməkdir.

29. MPM-in 77.1-ci maddəsi üzrə - kassator hesab etmişdir ki, cavabdeh məhkəməyə etirazının əsasını təşkil edən sübutu təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə

58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar... 58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin....” 34. “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdi m edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməs i şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin yalnız abonent saldosuna istinadla iddianı rədd etməsi, “Şabran Rayon Mərkəzi Xəstəxanası” phş-nin oxşar iddia tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməsi, eləcə də şikayətdə göstərilmiş digər analoji işlərlə bağlı dəlillərinə münasibətdə bildirir ki, hazırkı işdə hüquqi vəziyyət fərqlidir. Belə ki, Xaçmaz RQİİ və iddiaçı arasında tərtib edilmiş 2022-ci il 1 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən iddiaçı 2022-ci il 1 yanvar tarixinə qalıq 72.462,71 manat borcunun olmasını göstərmiş, lakin köhnə illərin borcunun olduğu üçün və eləcə də iddia müddəti bitdiyi üçün borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.

39. Göründüyü kimi iddiaçı üzləşmə aktında faktiki olaraq borcunu etiraf etmiş, lakin iddia müddətinin ötdüyündən aktı imzalamaqdan imtina etmişdir.

40. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi və borcun köhnə illərə məxsus olmasına münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə t ərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə iddia müddətinin keçməsini bildirən tərəf iddiaçı tərəfdir və onun iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Qeyd olunan hal yalnız cavabdehin iddiaçıya qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil.

41. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsi ətraflı qiymətləndirmə aparmaqla doğru nəticəyə gəlmişdir və məhkəmə kollegiyası da bu qənaətlə razılaşır.

42. Bundan başqa yuxarıdakı məhkəmə mübahisəsi və digər mübahisələrin bu işlə əlaqəli olması və məhkəmə təcrübəsinin pozulması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın (MPM-in 418.6-cı maddəsi).

43. Hazırkı işdə də ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları doğru tətbiq edilmiş, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmamışdır. Ona görə də kassatorun bu dəlili də əsassız hesab edilməlidir.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edi lməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)-803/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar