Məhkəmə qərarları › İş №2-2(102)-12/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-12/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-12/2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin Kommersiya Kollegiyası İddiaçı XXX1nın Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-12/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 22.01.2020 Açar sözlər: qazdan istifadə qaydalarının pozulması, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, Cavabdeh nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-587/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı XXX1 (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazın istifadəsi ilə əlaqədar “Dəymiş ziyanın hesablanmasına dair” xx xxxx 2017-ci il tarixli, ******* saylı aktın və buna əsasən qəbul edilən “İtirilmiş qazın bərpasına dair” xx xxxx 2017-ci il tarixli qərarın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(82)-72/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 14413 saylı rəy verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(82)72/2018 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-7/2019 saylı qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) iddia tələbinin cavabdehin “Dəymiş ziyanın hesablanmasına dair” xx xxxx 2017-ci il tarixli, ******* saylı aktın ləğv olunmasına dair hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-7/2019 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə cavabdehin XXX2 kəndində yerləşən çörək bişirmə sexinə verilən itirilmiş qazın bərpasına dair xx xxxx 2017-ci il tarixli qərarının ləğv olunması barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(102)-234/2019 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Rahib Nəbizadə və Zakir Quliyev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyas ı bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər. Hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin göstərilən tələblərinin cavabdeh tərəfindən təmin olunmasına dair işdə hər-hansı məlumat mövcud olmamış, apellyasiya məhkəməsi isə göstərilən hala qiymət verməmişdir. Halbuki, yoxlama nəticəsində h esablanmış borcun əsaslı olubolmamasının araşdırılmasına həmin yoxlamanın özünün qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığının yoxlanılmasından sonra başlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-587/2019 saylı qətnaməsi ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin Abşeron rayonu Məmmədli kəndində yerləşən çörək bişirmə sexinə verilən itirilmiş qazın bərpasına dair xx xxxx 2017-ci il tarixli qərarın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, tətbiq edilən 37.579 manat borcu saldodan silinməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx xxxx 2017-ci il tarixli abonentin saldosundan görünür ki, **********00000 nömrəli fiziki şəxs olan X1 borcu 37579 manat təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 8**-TY-***5 nömrəli müqavilənin surətindən görünür ki, XXX1nın şəxsində və SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında xxx2 kəndində yerləşən XXX1ya məxsus qeyri yaşayış sahəsinin (çörək bişirmə sexi) 1 ədəd “Elster G-100” markalı 80101335 nömrəli qaz sayğaçının xx xxxxxx 2015-ci il tarixli 02317 nömrəli sayğacların qüsur aktı əsasında təmir edilməsi məqsədi ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təqdim edilməsi və qaz sayğacını təmir edilməsi predmeti ilə müqavilə bağlanmışdır. Müqavilənin 3-cü maddəsinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə ƏDV nəzərə alınmaqla 92.28 manat ödəmə aparmalıdır. Müqavilə 3 ay müddətində etibarlıdır. xx xxxxxx 2015-ci il tarixli, 880 TY saylı müqavilənin “Qiymət Razılaşma” protokolundan görünür ki, işin qiyməti cəmi 92.28 manat təşkil etmişdir. Abonentin saldosundan görünür ki, **********00000 nömrəli abonent olan X1 borcu 37579 manat təşkil etmişdir. xx xxxx 2017-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, “Elster G-100” markalı 80101335 nömrəli turbin tipli “ Elster” qaz sayğacı minimal sərfiyyatda xəta normaya uyğun olmamışdır. xx xxxx 2017-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS-2S/1602-10441 N-li aktın surətindən görünür ki, xxx2 kəndində yerləşən çörəkbişirmə sexinin qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101335 nömrəli turbin tipli “Elster” markalı qaz sayğacı xx xxx 2017ci il tarixdə dövlət yoxlamasına aparılmaq üçün xəttdən çıxarılmışdır və həmin vaxt sayğacın mexaniki göstəricisi ******* m3 olmuşdur. Baxış zamanı obyektin ərazisinə digər marşrut üzrə daxil olan xətt aşkar olunmadı və çörək bişirmə sexinə aid olan qaz xətti şosse yolunun altı ilə yolun əks tərəfinə keçirilərək yeraltı qaydada təqribən 500 metr məsafədə davam etdirilməklə əsas paylayıcı xəttə qoşulmuşdur və qoşulma nöqtəsində sayğacla tə min edilmişdir. Odur ki, faktiki şəraitə görə, həmin xəttə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edilməsi mümkün deyil. Baxış zamanı çörək bişirmə sexindən təqribən 500 metr məsafədə əsas paylayıcı xəttə qoşulma nöqtəsində quraşdırılan 80101335 nömrəli sayğacın plombları yerindədir, sayğacın baxış pəncərəsi, hesabat tablosu və gövdəsi üzərində hər hansı kənar müdaxilə izləri aşkar olunmadı. xx xxx 2017-ci il tarixdə sayğac yerindən çıxarılaraq laborator sınaq və yoxlamalardan keçirildiyinə görə, mübahisənin aid olduğu dövr üçün sayğacın üzərində kənar müdaxilə izlərinn olub olmamasını müəyyən etmək mümükün deyil. xx xxxx 2017-ci il tarixli qərardan görünür ki, İTRİ-nin Qazservisinformatika Departamentinin xx xxxx 2017-ci il tarixli, SS-29/1602-1044-1 saylı akta əsas ən sayğacın bütün qurğuşun plombları dəyişdirilmiş, elektron hissə və impuls ötürücüsünə vurulan plomblar kəsilmiş və yenidən yapışdırılmış, elektron hissənin daxilindəki kağız plomb qoparılmış, sayğacın mexaniki hissəsindəki kağız lövhəni saxlayan qulaqcıqlardan biri və impuls ötürücüsünün qulaqcıqları qırılmış və elektron arxiv məlumatları pozulmaqla sayğaca müdaxilə olunaraq təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Həmin aktın “itirilmiş qazın bərpası üzrə tələblər” hissəsində müəssisədə təbii qazdan qeyriqanuni istifadə edilən dövrün müəssisənin aylıq sərfiyyatlarının aşağı düşdüyü dövrdən ( arxiv məlumatları silindiyi üçün göstəricilər nəzərə alınmışdır) – sentyabr 2016-cı il tarixindən may 2017ci il tarixədək sayğac çıxarılan dövrədək olduğu nəzərə alınmaqla itirilmiş qazın b ərpası 2015 və 2016-cı ilin müvafiq dövrləri üzrə alınmış aylıq qaz sərflərinə uyğun olaraq aparılması, 2016 sentyabr – 2017 may tarixləri ərzində müəssisənin qaz sərfininin 151 566 kub.m. və 2015 sentaybr – 2016 may tarixlərində müəssisənin qaz sərfinin 339 461 kub.m. olduğu nəzərə alınmaqla itirilmiş qaz həcminin hesabatı aşağıdakı kimidir: 339 461 – 151 566=187895 kub.m. Müdaxiləli sayğac vaitəsilə təbii qazdan istifadə edilən dövrdə hesabatdan kənarda qalmış qaz həcminin 187 895 kub.m həcmində olduğu nəzərə alınmaqla itirilmiş qazın bərpası təmin edilməsi və dəymiş ziyanın məbləğinin ödənilməsi qərara alınmışdır. İddiaçıya 187 895 kub.m itirilmiş qaza 37579 manat hesablanmışdır (187 895 x 0,20). xx xxxxxx 2017-ci il tarixli 196 nömrəli hesab fakturasından görünür ki, qalıq borc 41 408, 40 manat təşkil etmişdir. xx xxxx 2018-ci il tarixli abonentin saldosundan görünür ki, **********00000 nömrəli abonent olan X2 borcu 41244,40 manat təşkil etmişdir. xx xxxxxx 2017-ci il tarixli abonentin saldosundan görünür ki, **********00000 nömrəli abonent olan X2 borcu 41901,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, № 14413 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan “qeyriəhali qaz sayğacının yoxlanması haqqında” SS-2S/1602-1044-1 nömrəli aktda göstərilmişdir ki, xxx2 kəndində yerləşən çörəkbişirmə sexinin qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101335 nömrəli turbin tipli ““Elster” markalı qaz sayğacı xx xxx 2017-ci il tarixdə dövlət yoxlamasına aparılmaq üçün xəttdən çıxarılmış və həmin vaxt sayğacın mexaniki göstəricisi ******* kub.m., elektron göstəricisi ******* kub.m. olmuşdur. Baxış zamanı obyektin ərazisinə digər marşrut üzrə daxil olan xətt aşkar olunmadı və çörək bişirimə sexinə aid olan qaz xətti şosse yolunun altı ilə yolun əks tərəfinə keçirilərək yeraltı qaydada təqribən 500 metr məsafədə davam etdirilməklə əsas paylayıcı xəttə qoşulmuşdur və qoşulma nöqtəsində sayğacla təmin edilmişdir Odur ki, faktiki şəraitə görə, həmin xəttə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edilməsi mümkün deyil. Baxış zamanı çörəkbişirmə sexindən təqribən 500 metr məsafədə əsas paylayıcı xəttə qoşulma nöqtəsində quraşdırılan 80101335 nömrəli sayğacın plombları yerindədir, sayğacın baxış pəncərəsi, hesabat tablosu və gövdəsi üzərində hər han sı kənar müdaxilə izləri aşkar olunmadı. xx xxx 2017-ci il tarixdə sayğac yerindən çıxarılaraq laborator sınaq və yoxlamardan keçirildiyinə görə, mübahisənin aid olduğu dövr üçün sayğacın üzərində kənar müdaxilə izlərinin olub-olmamasını müəyyən etmək mümkün deyil. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişlərə riayət etməklə məhkəmə kollegiyası cavabdeh tərəfindən yoxlamanın aparılması zamanı qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsini araşdırmış və cavabdeh yoxlama apardığı yerə gələrkən aparılan yoxlamanın reyestrdə qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən müvafiq reyestrdə qeydiyyata alınmadan aparılmış yoxlamanın nəticələri etibarlı hesab edilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi “Qazdan istifadə qaydaları”nın 1.4, 5.2, 5.4, 4.10, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1, 1.4, 1.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılma sı üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə cavabdeh yoxlamanın vahid məlumat reyestrində qeydə alınmadan aparıldığına istinad etməklə onun nəticələrinin etibarsız olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanunda yoxlayıcı tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması nəzərdə tutulmuş, cavabdeh tərəfindən isə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə yoxlama aparılmamış, sadəcə obyektdən kənarda yerləşən qaz sayğacına baxış keçirilmişdir. Bundan başqa bildirilmişdir ki, cavabdeh iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə olunması nəticəsində zərərçəkən olmuşdur və qanunv ericilik bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsini nəzərdə tutmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220.4, 418.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qəbul edilmiş qərar yoxlamanın nəticəsi olmuşdur ki, həmin yoxlamanın aparılması «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını pozmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiq edilməli olmadığını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirilməsini aparmışdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısna dair müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”na əsasən bağlanmış və həmin Qaydalara riayət edilməsi paylayıcının və istehlakçının hüquq və vəzifələrində müəyyən olunmuşdur. Cavabdeh İB-nin işçiləri tərəfindən xx xxxx 2017-ci il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması iddiaçı hüquqi şəxsdə yoxlanılmış, lakin yo xlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərin in yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2.-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində hətta belə qanun pozuntusu müəyyən edilsə də, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Müddəaların tələblərinin cavabdehin bildirdiyi dəlilə münasibətdə qiymətləndirilməsi onunla bağlıdır ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh qazdan istifadə ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəs i Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-587/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar