Məhkəmə qərarları › İş №2-2(102)-121/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-121/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-121/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ("xxxx" Firması, X1 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-829/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Səbail Rayon Məhkəməsinin 2012-ci il 19 oktyabr tarixli 2(009)-2197/2012 nömrəli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Nizami rayon İcra Şöbəsinin 2023-cü il 19 may tarixli 17/xx-xx-178620/2219 nömrəli sifariş məktubu əsasında ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2, 3 və 4-cü mərtəbələri ümumi sahəsi 1.252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən hərracı keçirilmiş və hərracın nəticəsi olaraq Hərracın yekunları üzrə 2023-cü il 26 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC ipoteka predmeti olan sözügedən əmlakı 956.250 manata əldə etmişdir. Həmin müqavilə əsasında ünvan 1 ünvanında 0,3130 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4.883,10 kv.m. olan qeyri-yaşayış sahəsinin 75%-dən “B” tikilisinin 2, 3 və 4-cü mərtəbələrindən (ümumi sahəsi 1.252,1 kv.m) və ümumi sahəsi 264,7 kv.m olan zirzəmisindən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı ASC-nin xüsusi mülkiyyət hüququ 2024-cü il 23 fevral tarixində dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 11 mart tarixində Cavabdeh (bundan s onra – “cavabdeh”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanda, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2, 3 və 4-cü mərtəbələri ümumi sahəsi 1.252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyriyaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2023-cü il 26 iyul tarixli 46/01 nömrəli hərracın yekunları barədə protokol və eyni tarixli əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 1 ünvanda, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2, 3 və 4-cü mərtəbələri ümu mi sahəsi 1.252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasını alaraq tam mülkiyyət hüququ əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2024-cü il 23 fevral tarixli **********42-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış). Hazırda cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən, bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi tamamilə boşaldılmalıdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər mülkiyyət çıxarışı, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsidir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 20 may tarixli e-2-2(113)-2349/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı boşaldılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Cavabdeh isə əvvəllər sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında həmin qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququna dair qeydiyyatın ləğv edildiyi və iddiaçının mülkiyyət hüququnun qeydiyyata alındığı andan həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu itirmişdir. Odur ki, cavabdehin hazırda mübahisəli qeyriyaşayış sahəsi üzərində hər hansı qanunla qorunan hüquqa malik olması (əşya və ya tələb hüququna) iş materiallarına əsasən müəyyən olunmadığından, cavabdehin sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Belə olan halda iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.1-ci maddəsinin tələbləri baxımdan xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2, 3 və 4-cü mərtəbələri ümumi sahəsi 1.252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasını cavabdehin qanunsuz sahibliyindən geri tələb edərək həmin sahənin boşaldılmasını və iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

6. Məhkəmə gəldiyi nəticəni MM-in 157.2 və 203.1-ci maddələrinə, İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(103)-829/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət olunmuşdur (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).

9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və mövqeləri ilə razılaşmışdır.

10. Apellyasiya məhkəməs i gəldiyi nəticəni MM-in 157.2 və 203.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. MM-in 337 və 405-ci maddələri, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.7-ci maddəsi üzrə - Konstitusiya Məhkəməsi Plenumunun MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istə nilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməli dir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olma sından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.

13. Bu baxımdan hazırkı iş üzrə məhkəmə kollegiyası bankın qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı iddia tələbini təmin edərkən ilk növbədə tələbin əsaslandığı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları üzrə 2023-cü il 26 iyul tarixli alqı-satqı müqaviləsinin və hərracın yekun protokolunun etibarlı əqd olub-olmamasını, etibarlıq şərtlərini, ipoteka və icra haqqında qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını təftiş etməli idi. Lakin mübahisələndirilən qətnamədən göründüyü kimi, kollegiya iddia tələbinin əsaslandığı hüquq müəyyənedici sənədlərin, alqı-satqının etibarlılığını yoxlamamışdır.

14. MPM-in 386 və 418.2-ci maddələ ri üzrə - Mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi, iddia predmetini qeyri-yaşayış sahəsinin boşaldılması təşkil etsə də, məhkəmə kollegiyası iddia tələbinə “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddəsinin müddəalarını tətbiq etmişdir. Halbuki həmin normaların dispozisiyasından müəyyən olunanlara görə sözügedən normaların tənzimləmə predmetini qeyri-yaşayış sahəsi deyil, məhz ipoteka predmeti olan yaşayış evi və mənzil təşkil edir. İpoteka haqqında qanunvericiliyin məzmunundan görünür ki, hər bir ipoteka predmetinin - torpaq sahəsinin, mənzil və yaşayış evinin və digər ipoteka predmetlərinin realizə, satış və yeni mülkiyyətçiyə təhvil verilməsi proseduru tamamilə ayrı qaydada müəyyənləşdirilmişdir. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Qanunun 59.4-c ü maddəsinə görə, bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

15. Göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi boşaldılmalı olduğu halda, məhkəmə tərkibi mübahisəyə yaşayış sahəsi və mənzilin boşaldılması ilə bağlı müddəaları tətbiq etmiş, bununla da tətbiq etməməli olduğu qanunvericilik normalarını məhkəmə mübahisəsinə tətbiq etmişdir.

16. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyaların ın “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli 02/2022 nömrəli birgə qərardadının 13-30-cu bəndləri üzrə - İstinad olunan məhkəmə qərardadında şərh olunmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.

17. Buna baxmayaraq, məhkəmə kolleg iyası mübahisələndirilən qətnamədə məhkəmə təcrübəsinin vahidliyini pozaraq, iddia tələbinin əsaslandığı hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarlılığını təftiş etməmiş, iddiaçının təqdim etdiyi sənədləri təftiş etmədən, hər hansı hüquqi analizdən keçirmədən birtərəfli qaydada, birbaşa iddia tələbini təmin etmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən də görünür ki, məhkəmə tərkibi istinad olunan hərrac protokolu və alqı-satqının tarixini, rekvizitlərini sadalamaqla kifayətlənmiş, onun qanunauyğunluğa, ipoteka və icra haqqında qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını həyata keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkə mə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tut ulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir....”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməklə bağlı olan dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli Qərardadının (bundan sonra – “Qərardad”) 54-56-ci bəndinə əsasən: “Əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılmas ı barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir”.

25. Hazırkı işin faktiki hallarından da görünür ki, mübahisə edilən əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Ona görə də cavabdeh Qərardadın 54-56-cı bəndlərinə uyğun olaraq həmin əqdləri özü mübahisələndirməli idi. Lakin işdən də görünür ki, cavabdeh bu dəlilini aşağı instansiya məhkəmələrindəki icraat zamanı irəli sürməmiş, yalnız kassasiya şikayətində bu dəlili irəli sürməklə əqdlərin etibarlılığının yoxlanılmasını məhkəmələrin vəzifəsi hesab etmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassatorun bu dəlili əsassız hesab edilməlidir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Qanunun 59-cu maddəsinə istinad etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk olaraq mülkiyyətin müdafiəsi ilə bağlı olan Mülki Məcəllənin 157-ci maddəsinə istinad etmiş, daha sonra sonra mübahisəli qeyri-yaşayış sahəsinin ipoteka predmeti olduğunu nəzərə alaraq adı çəkilən Qanunun 59-cu maddəsinə istinad etmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin ipoteka predmeti olması halında bu Qanunun 59-cu maddəsinə istinadı qanunvericilik nöqteyi-nəzərdən yanlış deyil. Ona görə də bu maddəyə istinad edilməsi apellyasiya instansiyasının qətnaməsinin ləğvi üçün əsas təşki l edə bilməz.

28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommer siya kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 22(103)-829/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar