Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-129/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: “ borcun silinməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 22(103)-997/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh İB ilə İd diaçı arasında imzalanmış 07.11.2019-cu il tarixli “debitor borcun ödənilməsi haqqında” Razılaşma protokoluna əsasən istehlakçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 44.263,20 manat məbləğində borcunun olmasını qəbul edir, həmin borcdan 15.000 manat ilkin ödəniş edəcəyini, təbii qazın sərfiyyatından əlavə olaraq 2019cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 14.631,60 manat olmaqla Cavabdeh İB-yə ödəməyi öhdəsinə götürür, istehlakçıya hesab-faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2 yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İB-yə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.
2. Abonent kodu **********00020 ola n İddiaçı MMC-nin abonent saldosuna görə, 2021ci ilə aktlar üzrə məbləğ 126.186,60 manat qeyd edilmişdir.
3. İddiaçı MMC tərəfindən cavabdeh İB-nə ünvanlanmış pretenziya məktubuna görə, İddiaçı MMC, 2020-ci ilin aprel ayında 21.659,60 manat, may ayında 18.381,40 manat, iyun ayında 8.405 manat, iyul ayında 7.151,40 manat, avqust ayında isə 23.592,20 manat, 2021-ci ilin fevral ayında 9.533 manat, mart ayında isə 4.667,60 manat, ümumilikdə 93.390,20 manat məbləğində əsassız borcun sayğac göstəricisindən əlavə hesablandığını nəzərə alaraq həmin borcun tam olaraq silinməsini xahiş etmiş, əks təqdirdə borcun silinməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
4. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “qaz sayğacının olmadığı və ya işləmədiyi müddə tdə qazın hesablanması haqqında” ******* saylı aktına görə, 2020-ci il ilin aprel ayına abonent İddiaçı **********00037 saylı hesab koduna 108298 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 21.659,60 manat ******* nömrəli akta əsasən 2020-ci il may ayına 91.907 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 18.381,4 manat; ******* nömrəli akta əsasən 2020-ci il may ayına 42025 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 8.405 manat; ******* nömrəli akta əsasən 2020ci il avqust ayına 117961 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 23.592,20 manat; ******* nömrəli akta əsasən 2021-ci il fevral ayına 47.665 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 9.533 manat; ******* nömrəli akta əsasən 2021-ci il fevral ayına 23338 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 4.667,60 manat borc hesablanmışdır. 5. "Azəriqaz" İB ilə istehlakçı İddiaçı arasında baglanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 31.10.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “tərəfindən əsassız hesablanmış 93.390,20 manat borcun id diaçının **********00037 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Güzdək kəndində yerləşən **********00037 saylı abonent kodu olan kərpic sexi fəaliyyət göstərir. Həmin sex cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Sexdə istifadə edilən təbii qazın dəyəri iddiaçı tərəfindən vaxtlı vaxtında ödənilmişdir. Ayrı-ayrı tarixlərdə cavabdeh təşkilat əsassız sayğac göstəricisindən əlavə borclar hesablamışdır. Belə ki, 2020-ci ilin aprel ayında 21.659,60 manat, may ayında 18.381,40 manat, iyun ayında 8.405 manat, iyul ayında 7.151,40 manat, avqust ayında isə 23.592,20 manat, 2021-ci ilin fevral ayında 9.533 manat, mart ayında isə 4.667,60 manat, ümumilikdə 93.390,20 manat məbləğində əsassı z borc hesablanmışdır. 2020-ci il ərzində əsassız borcun silinəcəyinə vəd verən cavabdeh təşkilat əksinə indi həmin borcu ödəməyə məcbur edir. Cavabdeh ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borc əsassız olsa da, Birlik qazın dayandırılması xəbərdarlığı ilə borcun ödənilməsinə məcbur edir. Fəaliyyət sahələrindən göründüyü kimi təbii qaz olmadıqda sexin fəaliyyəti tamamilə dayanır, bu da Cəmiyyətin müflisləşməyə gətirib çıxara bilər. Bu səbəbdən borcu hissə-hissə ödəmə məcburiyyətində qalmışdır. Cəmiyyət tərəfindən əsassız hesablanmış borcun yaranma səbəbləri araşdırılsa da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Cavabdeh təşkilat tərəfindən yalnız bir neçə saxta akt təqdim edilmişdir. Sayğacın işləməməsinə görə əlavə hesabatın aparılması üçün tərtib edilmiş aktlar heç bir qanunda və ya normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Bundan başqa saxta aktlarda qeyd edilir ki, əmsal fərqinə görə əlavə hesabat aparılır. Əmsal fərqi deyə bir anlayış heç bir norma və qaydalarda nəzərdə tutulmamış, saxta aktların “istehlakçının nümayəndəsi bölümündə MMC-nin direktoru İbad Əliyevin adı qeyd edilsə də, orada çəkilmiş imza ona məxsus deyildir.
8. Abonent saldosundan da göründüyü kimi cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var bir sayğac vasit əsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sərfiyyatına uyğun. Cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən edib və qanunsuz olaraq istehlakçılara tətbiq edir. Cavabdeh İB-nin əməkdaşları MMC-yə məxsus obyektdə yoxlama aparılması (qaz sayğacına baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Cavabdeh İB-də belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, e-2-2(113)-2290/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).
10. Birinci insta nsiya məhkəməsi iddiaçının istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh təbii qazdan istifadəyə görə 93.390,20 manat məbləğində borc hesablamaqda haqlı olmuşdur.
11. İddiaçı iddia tələbinin istinad etdiyi halları, yəni mübahisəli borc məbləğini cavabdehin təqsirinə görə əsassız hesablanmasını sübut edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-997/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) iddiaçının аpelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, e-2-2(113)-2290/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 2020-ci ilin mart, aprel, may, iyul, avqust, 2021-ci ilin yanvar, fevral, mart aylarında iddiaçıya məxsus qaz sayğacının mexaniki göstəricisi dəyişsə də, elektron göstərici sabit qalmışdır. Bu hal onu təsd iq edir ki, həmin aylarda sayğac düzgün işləməmişdir.
16. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi mübahisələndirilən borcun iddiaçı tərəfindən 2021-ci ilin aprel ayında ödənildiyini göstərmişdir.
17. Abonent saldosundan görünür ki, iddiaçının 2021-ci ilin aprel ayının əvvəlinə mübahisələndirilən borc da daxil olmaqla cavabdehə 106.632,86 manat borcu olmuş, iddiaçı tərəfindən həmin ayda 98.000 manat ödəniş edilmiş, 2021-ci ilin may ayının əvvəlinə köhnə borclar üzrə qalıq 8.632,86 manat olmuşdur.
18. Mübahisələndirilən borc iddiaçı tərəfindən 2021-ci ilin aprel ayında ödənildiyindən, mövcud olmayan borcun silinməsi barədə iddia təmin edilə bilməz.
19. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi h aqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 3.2, 13.2, 13.3, 20.1, 20.2 və 34.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 7 ay müddətində tərtib edilən aktlar “sayğac göstəriciləri əsasında” tərtib edilməmişdir. İddiaçıya məxsus və sahibkarlıq subyektinin qaz təchizatı sisteminin əsasını təşkil edən qaz sayğacı ilə bağlı müayinələr, müşahidələr, təftişlər apararaq iddiaçının iştirakı və məlumatı olmadan, heç bir qanuna əsaslanmadan aktlar tərtib edilmiş və həmin aktlar ə sasında sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır.
22. Birinci instansiya məhkəməsinə müraciət edilərkən (2021-ci ilin aprel ayı 106632,86 manat) və məhkəmədə qətnamə qəbul edilərkən mübahisələndirilən borc məbləği mövcud olmuş və bu gün də mövcuddur. Apellyasiya instansiyası işi obyektiv araşdırmadığından, təbii qazdan istifadə edildiyindən, iddiaçı tərəfindən aparılmış ödənişlərin təyinatını müəyyən etməmiş və cari ay ərzində istifadə edilən qazın dəyəri eyni zamanda depozit olaraq edilmiş ödənişləri aktlar üzrə hesablanmış borcun ödənilməsi kimi qiymətləndirilmişdir.
23. Abonent saldosuna da görə, təbii qazdan istifadə edilir və yalnız sərf edilən və dəyəri sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın pulu iddiaçı tərəfindən ödənilir.
24. Kassasiya şikayəti “Sahibka rlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1, 3.2, 13.2, 13.3, 20.1, 20.2 və 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 217.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulur....
4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğac larının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 22(103)-997/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 2021-ci ilin aprel ayının əvvəlinə mübahisələndirilən borc da daxil olmaqla cavabdehə 106.632,86 manat borcu olmuş, iddiaçı tərəfindən həmin ayda 98.000 manat ödəni ş edilmiş, 2021-ci ilin may ayının əvvəlinə köhnə borclar üzrə qalıq 8.632,86 manat olmuşdur.
33. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, 2020-ci ilin mart, aprel, may, iyul, avqust, 2021-ci ilin yanvar, fevral, mart aylarında iddiaçıya məxsus qaz sayğacının mexaniki göstəricisi dəyişsə də, elektron göstərici sabit qalmış, bu hal isə onu təsdiq edir ki, həmin aylarda sayğac düzgün işləməmiş, həmçinin mübahisələndirilən borc iddiaçı tərəfindən 2021-ci ilin aprel ayında ödənildiyindən, mövcud olmayan borcun silinməsi barədə iddia təmin edilə bilməz.
34. Qeyd edilən aktların abonentin qaz təchizatı sisteminin yoxlanılması nəticəsində deyil, ona məxsus sayğacın mexaniki göstəriciləri əsasında tərtib edildiyini nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası bu yoxlamaların d övlət reyestrində qeydə alınmadığına görə nəticəsinin olmadığı və həmin borcların silinməli olduğuna dair iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
35. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-997/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
37. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-997/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.