Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-130/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: əvvəllər etibarsız sayılmayan müqavilə üzrə verilmiş əmlaka görə borc, zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, İddiaçı MMC tərəfdinən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(103)-1147/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. AB seriyalı 496106 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şə hadətnaməsindən görünür ki, 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir (bundan sonra iddiaçı). 2. 2016-cı il 3 noyabr tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən (bundan sonra – Müqavilə) görünür ki, X1 (bundan sonra – İ.Xasaylı) 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, 90JO-373 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 (bundan sonra - Ə.Kərimov) 15.000 manata satmışdır. Müqavilə iddiaçının və Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh) möhürləri ilə təsdiq edilmişdir. 3. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2021-ci il 9 iyun tarixli, ƏEM/İ 32-588/21 saylı qiymətləndirmə rəyindən görünür ki, 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-J O-*** dövlət qeydiyyat nişanlı avtokranın Müqavilənin bağlandığı tarixə real bazar dəyəri 143.000 manat, rəyin verildiyi tarixə isə real bazar dəyəri isə 130.000 manat müəyyən edilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)521/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin cavabdehə qarşı müqavilənin etibarsız hesab edilərək avtokranın qaytarılması tələbinə dair iddiasə rədd edilmişdir. 5. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-22(82)955/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin iştirakı ilə) nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edi lməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 mart tarixli qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmiş, 2020-ci il 16 iyun tarxili, 2-2(103)-168/2020 saylı qətnaməsi ilə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)-955/2019 saylı qətnaməsindən iddiaçı və "xxxx" MMC-nin vermiş olduğu apellyasiya şikayətləri təmin edilməmiş və 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 noyabr tarixli, e-2-2(82)-955/2019 saylı və eyni tarixli e-2-2(82)-521/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmışdır (iş.v 125, cild İ).
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli, 2-2(102)326/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 22(103)-168/2020 qətnaməsindən iddiaçı və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 22(103)-168/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı 2019-cu il 27 fevral tarixdə pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edərək, 150.000 manat məbləğində satılmış avtokranın dəyərinin ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı 2021-ci il 1 yanvar tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 150000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, cavabdeh isə bunun əvəzində iddiaçı şirkətə 150000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə iddiaçı öz mülkiyyətindəki “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin istifadəsinə vermişdir. Buna baxmayaraq, cavabdeh avtokranın dəyəri olan 150.000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınmışdır. Bu məsələ ilə bağlı iddiaçı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra məlum olmuşdur ki, iddiaçının adından İ.Xasaylı cavabdehin adından isə Ə.Kərimov arasında “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın alğı-satqısına dair 2016-cı il 3 noyabr tarixli Müqavilə imzalanmışdır. İ.Xasaylı iddiaçının işçisi olmadığından və onun adından müqavilələr bağlamaq səlahiyyəti verilmədiyindən iddiaçı cavabdehə qarşı həmin alğı-satqı üqavilənin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmin işə baxan məhkəmələr müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən olunan 1 (bir) illik müddət ötürülmüş olması qənaətinə gəlmişdirlər. Halbuki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən olunan müddət ötürülsə belə, bu, müqavilənin özüözlüyünd ə etibarsız olduğunu istisna etmir. Belə ki həmin işə baxılarkən hər 3 instansiya məhkəmlərində cavabdehin nümayəndələri mübahisələndirilən alğı-satqı müqaviləsinin həqiqətən də qanunsuz şəkildə bağlandığını etiraf etmişdirlər. Mübahisə predmeti olan nəqliyyat vasitəsinin real qiyməti 150.000 manat təşkil etsə də, müqavilədə onun qiyməti formal olaraq 15000 manat qeyd olunmuşdur. Odur ki, “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq iddiaçıdan alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensasiyası üçün ona 150000 manat məbləğində pul ödənilməlidir. Mübahisə predmeti olan nəqliyyat vasitəsinin cavabdehdən alınması üçün 2019-cu ilin yanvar ayında məhkəməyə müraciət edilmiş, 2 ilə yaxın bir müddətdə davam edən mülki iş Azərbaycan Respubl ikasının Ali Məhkəməsinin 2-2(102)-326/2020 saylı 2020-ci il 4 noyabr tarixli qərarı ilə başa çatmışdır. Bu səbəbdən, hazırda pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.Axundova).
12. Həmin məhkəmə bildirmişdir ki, tərəflər arasında əvvəl məhkəmələr tərəfindən mübahisəyə baxılarkən müqavilədə olan möhürlərin mötəbərliyi təsdiq olunmuş, həmin dövrdə möhürlərin maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməsi və müqavilənin qanunsuzluğunun digər halları iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olduqda, mübahisəli avtokranın dəyərinin nə qədər olmasından asılı olmayaraq alıcının əşyanın dəyərin i alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəmək vəzifəsinin olması və müqavilə azadlığı prinsipinə müvafiq olaraq tərəflərin özlərinin müqavilənin məzmununu müəyyənləşdirmək hüququna malik olması nəzərə alınaraq, müqavilədə müəyyən olunan qiymət əsas götürülməlidir.
13. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etdiyindən və həmin iş üzrə yekun məhkəmə qərarı 2020-ci il 4 noyabr tarixdə qəbul olunduğundan iddia müddəti ötürülməmiş sayılmalıdır. Həmçinin, həmin yekun məhkəmə qərarında 2016-cı il 25 avqust tarixli və 2016-cı il 3 oktyabr tarixli kassa məxaric orderlərinə əsasən, müqavilələrdə göstərilən məbləğlərin İ.Xasayevə ödənildiyinin müəyyən olunduğu göstə rilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390, 597.1, 598.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(103)-1147/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Tanrıverdi və V.Ba xışova).
17. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının göstərdiyi mübahisəli nəqliyyat vasitəsi qanuni əsaslarla, yəni müqavilə üzrə cavabdehin mülkiyyətinə keçmiş və sonuncu tərəfindən nəqliyyat vasitəsinin müqavilədə göstərilmiş dəyəri ödənilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin cavabdeh tərəfindən hər-hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlməsi üçün əsaslar mövcud olmamışdır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386, 443.1, 1091, 1092.1-ci, MPM-in 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 4 noyabr tarixdə iddiaçının və cavabdehin vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
20. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti v erərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində iddia ərizəsində göstərilən dəlillər təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, iddiaçıya mübahisə predmeti olan avtokrandan məhrum olması nəticəsində zərər vurulmuş, məhkəmələr isə zərər məsələsinə düzgün hüquqi qiymət verməmiş, həmçinin mübahisə predmetinin real dəyəri ilə bağlı qiymətləndirmə rəyinə heç bir münasibət bildirməmişdirlər. Halbuki, tərəflər arasında əvvəlki məhkəmə mübahisələri zamanı mübahisəli müqavilənin qanunsuz şəkildə bağlandığı cavabdehin nümayəndələri tərəfindən də etiraf olunmuşdu. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipini pozmuşdur.
22. Kassasiya şikayətində Mülki Məcəllənin 6.1.8, 21.2, 425.1, 425.2, 442, 443.1, 443.2, 1096.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulmas ı, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflə r razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə n əzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Maddə
417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin b ilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə
598. Alınm ış əşyanın ödənilməsi 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçıya mübahisə predmeti olan av tokrandan məhrum olması nəticəsində zərər vurulmuş apellyasiya məhkəməsi isə zərər məsələsinə düzgün hüquqi qiymət verməmiş, və mülki qanunvericiliyin pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipini pozmuşdur.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
31. İş materiallarından göründüyü kimi 1999-cu il buraxılışlı “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 15.000 manat pul vəsaiti müqabilində cavadbdehə satılması barədə tərəflər arasında 2016-cı il 3 noyabr tarixli alğısatqı müqaviləsi bağlanmış və hər iki hüquqi şəxsin möhürləri ilə təsdiq edilmişdir.
32. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək ü çün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
33. Həmin Məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır.
34. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçilə ri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).
35. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq əqd bağlamış, əqd imza və iddiaçının möhürü ilə təsdiq olunmuş, həmin möhürün iddiaçıya məxsus olması əvvəlki məhkəmə araşdırmaları zamanı münbahisələndirilməmişdir.
36. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçının 2016-cı il 3 noyabr tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mübahisə mövcud olmuş, lakin onun müqavilənin etibarsız sayılmasına dair iddia tələbi təmin olunmamış və həmin müqavilənin etibarlı olması qanuni qüvvəsini almış məhkəmə qətn amələri ilə öz təsdiqini tapmışdır (bax §4-6).
37. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanunun tələblərinə zidd olmayan alğı-satqı müqavilə mövcud olmuş, habelə müqavilə şərtlərinə sonradan dəyişiklik edilməsi imkanının mövcud olmasına baxmayaraq, iddiaçı bu imkandan istifadə etməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla tərəflər arasında müqavilə predmetinin qiymətinə dair şifahi razılığın mövcud olmasına istinad edərək hazırki iddia tələbi ilə çıxış etsə də, tələbini təsdiq edən hər-hansı mötəbər sübutlar isə aşağı instansiya məhkəmələ rinə təqdim olunmamışdır.
39. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
40. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qan unla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
41. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
42. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qa nuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
43. Beləliklə, apellyasiya məhkəməsi mövcud sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, iddiaçı isə öz dəlillərini təsdiq edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(103)-1147/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(103)-1147/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.