Məhkəmə qərarları › İş №2-2(102)-135/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçıin Cavabdeh MMC-yə qarşı borcun tutulması haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş № 2-2(82)-501/2018) iddia tələbinin təmin edilməsi; cavabdeh MMC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 19.090,11 manat əsas borc məbləği və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Birliyin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayilov, hakimlər M.Tağızadə və K.Abiyeva, iş № 2-2(103)-619/2018) cavabdeh MMC tərəfindən apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən cavabdeh MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 19.090,11 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh MMC-dən tutularaq iddiaçı Birliyin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edlməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı Birlik kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayətin təmn edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan İddiaçı (Paylayıcı) ilə Cavabdeh MMC (xxxx) arasında bağlanılmış «Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən xxxx arasında qazın alqısatqısı barədə» 05 may 2014-cü il tarixli, 1269-05-14 nömrəli müqavilənin 1-ci bəndində görə, «Paylayıcı» bu müq avilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “xxxx”nı keyfiyyətli qazla təmin edir, “xxxx” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşin materiallarında olan “xxxx”na əsasən, 14 may 2018-ci il tarixinə cavabdeh MMC-nin iddiaçı Birliyə təbii qazdan istifadəyə görə 19.090,11 manat borcu yaranmışdır. Həmin borcla əlaqədar İddiaçı Birlik cavabdeh MMC-yə 30.03.2018-ci il tarixli pretenziya məktubu ilə müraciət etmiş və Təbii qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən, hesab «xxxx»ya «Paylayıcı» tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində «xxxx» tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməli olmasına baxmayaraq, qazın sayğacla müəyyənləşdirilmiş hesabına əsasə n, cavabdeh MMC tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi; bu əsasla da, İddiaçı İB cavabdeh MMC-dən 01.03.2018-ci il tarixə yaranmış 15.277,91 manat məbləğində borcun 10 gün müddətində tam şəkildə ödənilməsini tələb etdiyin, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət edəcəyini və yaranmış borcdan əlavə məhkəmə xərclərini də tələb edəcəyini bildirmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış, yuxarıda qeyüd edilən «Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən xxxx arasında qazın alqı-satqı barədə» 05.05.2014-cü il tarixli müqavilədən aydın olduğu kimi, «xxxx»nı keyfiyyətli qazla təmin etmək «Payla yıcı»nın, həmin qazın dəyərini ödəmək isə «xxxx»nın vəzifəsidir. Hazırki iddia ilə isə iddiaçı Birlik cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyini bildirərək, 19.090,11 manat məbləğində borcun ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, iddiaçı Birlik, cavabdeh MMC-nin ona borcunun olması barədə sübut gətirsə də, MMC istifadə etdiyi qazın dəyərinin onun tərəfindən ödənilməsinə dair hər hansı sənədsübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh MMC-nin iddiaya qarşı verdiyi etiraz ərizəsində və digər şikayətlərində iddiaçı Birlik tərəfindən Azərbaycan Respublikası MPM-nin 4.3-cü və 152-ci maddələrinə zidd olaraq mübahisənin məhkəməyə qədər (pretenziya) nizamlama qayasına riayət edilməməsi və bu səbəbdən iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması haqqında dəlillər gətirsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Birliyi tərəfindən MPM-nin yuxarıda göstərilən maddələrinə uyğun olaraq, iddia ərizəsinə həmin Birlik tərəfindən cavabdeh MMC-yə ünvanlanmış 30.03.2018-ci il tarixli pretenziya məktubu əlavə olunmuş və işin 17-ci vərəqəsində olan 173520 №-li poçt göndərişindən (qaimədən) isə müəyyən olunur ki, pretenziya məktubu 05.04.2018-ci il tarix tarixdə MMC-yə təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər, qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra inzibati-iqtisadi məhkəmənin həllinə verilə bil ər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir: Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı Birlik prosessual qanun baxımındın düzgün olaraq iddia qaldırmış və onun iddia ərizəsinin geri qaytarılması üçün heç bir əsas yoxdur. Bu əsaslarla, iddiaçı B irliyin iddia tələbi əsaslı və qanuni olduğundan 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edimlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, müqa vilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, caabdeh MMC-ninkassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçi nin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar