Məhkəmə qərarları › İş №2-2(102)-139/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-139/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-139/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-139/21 Bakı şəhəri xx xxxx 2021-ci il 16.03.2021 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, müddətin ötürülməsi ilə bağlı Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova, İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “su təchizatı xidmətinə görə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 22(103)-499/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəz ərdən keçirərək, müəyyən etdim: İddiaçı ASC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 37.086,22 manat, 741,72 manat penya, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 37.857,94 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(081)665/2019 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 saylı qətnaməsi ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(102)-218/2020 saylı qərarı ilə (sədrlik edən Bəhman Qəribov, İlqar Dadaşov və Azər Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə gödərilmişdir. Ba kı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-2(103)-499/2020 saylı qətnaməsi ilə (sədrlik edən Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Məmməd Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə 13.548 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələ lər: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 405-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: - 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; - 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apel lyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, hüquqi şəxsin müvafiq şəxsi tərəfindən məhkəmə sənədinin göndərilməsinə dair qəbz imza edildikdən sonra məhkəməyə qaytarıldıqda, həmin sə nəd rəsmi qaydada verilmiş hesab edilir. Həmin gündən sonra 2 ay müddətində isə qətnamədən kassasiya şikayəti verilə bilər. İşin 243-cü vərəqində olan sifarişli məktubun çatdırılmasına dair “xəbərnamədən göründüyü kimi, qətnamə xx xxxxxxx 2020-ci il tarixdə iddiaçının ünvanında “Bəkirov” soyadlı şəxs tərəfindən imza etməklə alınmışdır. Qeyd olunmuş qətnamənin göstərilmiş tarixdə alınmasına baxmayaraq, işin 258-ci vərəqində olan şikayətin daxil olmasına dair möhürün üzərindəki tarixdən məlum olur ki, kassasiya şikayəti apellyasiya məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Bundan başqa Azərbaycan Respublikası MPM-nin: - 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sə nədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İstinad olunan prosessual normanın tələbindən aydın olduğu kimi, kommersiya mübahisələri üzrə ərizə və şikayətlər elektron qaydada verilməlidir. Hazırki halda, kassasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsi ilə də xx xxxxxx 2020-ci il tarixdə, yəni qanunvericiliklə şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Lakin iddiaçı tərəfindən müddətin buraxılmasına baxmayaraq, onun bərpası barədə vəsatət təqdim olunmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 405-408-ci maddələrinin tələblərinə uyğunluğunun yeni dən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 405-408-ci maddələrini rəhbər tutaraq qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-499/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 405-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Sevda Hüseynova "Əsli ilə düzdür" Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar