Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-140/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaranmış borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(106)-112/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılm ışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 2019-cu il 23 oktyabr tarixində AMX-6538/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Abonent saldosuna əsasən, Cavabdeh təbii qazdan istifadəyə görə 26.471,56 manat məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 6 aprel tarixində iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 26.471,56 manat əsas borc məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 23 oktyabr tarixində bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” AMX6538/19 nömrəli müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və iddiaçıya 26.471,56 manat məbləğində borcu yar anmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim edilməsinə və pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin, eləcədə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən istehlakçı tərəfindən is tifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim olunmuş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. İddiaçı tərəfindən cavabdehə 2023-cü il 11 mart tarixdə elektron portal vasitəsilə pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçının və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, razılıq əldə olunmad ığı üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən 2023-cü il 25 fevral tarixində MŞS/MT-028/2023/0028K nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyasında iştirak üçün iddiaçı tərəfindən 200 manat məbləğində ödəniş olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
6. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 20 iyul tarixli e-2-2(121)878/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – N.Misirzadə).
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda gö stərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə tam şəkildə yerinə yetirməmişdir. Cavabdehdən, həmçinin iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 567-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Ka binetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(106)-112/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).
11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan mövcud qanunvericiliyə əsasən həmin sayğaca görə cavabdehliyi iddiaçı deyil, cavabdehin özü məsuliyyət daşıyır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin etməməklə çəkişmə prinsipini pozulması ilə bağlı dəlilinə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış, lakin cavabdeh özü məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqtey i nəzərindən qanuni və əsaslı olmuşdur. İddiaçının iddiasını təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunan faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdeh tərəf şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, hər ay qaz borcunu ödədiyini bildirsə də, borcu ödəməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh eyni zamanda məhkəmə baxışında iştirakının təmin olunmamasını qeyd etsə də birinci instansiya məhkəməsində cavabdehə bildiriş göndərilmiş, onun həmin ünvanda yaşamaması səbəbindən məktub geri qaytarılmış, həmçinin cavabdehə sms bildiriş göndərilmiş və apellyasiya baxışında da, cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə tədbirlər görülmüşdür. Cavabdeh birinci instansiya məh kəməsinin iclasında iştirak etməyərək qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.2, 4.8, 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasına istinad etməklə cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmədiyi qənaətinə gəlmiş olsa da, cavabdeh sərf etmiş olduğu təbii qazın dəyərini hər ay tam şəkildə ödəmişdir. İddiaçının səhvi üzündən qaz tənzimləyicinin layihəyə uyğun quraşdırılmaması səbəbindən qaz sayğacının sərfiyyatı artıq qeyd edilməsi cavabdehə aidiyyəti olmamışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili quraşdırılmış qaz sayğacına baxış keçirilməsi və müvafiq ekspertizanın təyin edilməsi xahiş olunsa da, məhkəmə qətnamə qəbul edərkən bu dəlilə münasibət bildirməmişdir.
15. MPM-in 88, 372.6, 386, 418.1, 418.2-ci maddələrinin tələblər i pozulmuşdur. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməyərək qeyd olunan prosessual hüquq normasının pozuntusuna yol vermiş və apellyasiya şikayətinin dəlillərini düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
17. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düz gün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vuru lması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” 20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Qazın paylanması və satılması...
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdə n sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “4. X1 və istismarı 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərb aycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar....” “5. X2 Şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi q azın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....” 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”
22. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılma lıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(106)112/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəf şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, hər ay qaz borcunun ödədiyini bildirsə də, borcu ödəməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
25. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəm əsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarındakı abonent saldosuna əsasən (i/v 10-11) cavabdehin iddiaçıya qazdan istifadə üzrə ödənilməmiş borcu 26.471,56 manat məbləğində təşkil etmiş, bunun əksini təsdiq edən hər hansı sübut isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
26. Cavabdeh həmçinin qaz tənzimləyici qaz sayğacından sonra quraşdırıldığından sayğacın qaz sərfiyyatını ikiqat artıq hesablanması və bunun aylıq ödənişə təsiri barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin ekspertizanın təyin olunmamasına dair dəlili ilə əlaqədar isə qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi ndə keçirilən iclasda da ekspertizanın təyin edilməsi barədə hər hansı bir vəsatət təqdim edilməmiş, ümumiyyətlə bu ekspertizanın keçirilməsinin zəruriliyi əsaslandırılmamışdır.
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırıldığına görə sayğacın qaz sərfiyyatını ikiqat artıq hesablaması ilə bağlı cavabdeh iddiaçıya qarşı müvafiq iddia qaldıra bildiyi halda, bu hüququndan da istifadə etməmiş, həmçinin apellyasiya məhkəməsinə öz mövqeyini əsaslandırmaq üçün hər hansı sübut da təqdim etməyə zərurət görməmişdir.
28. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təy in edə bilər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
30. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(106)-112/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.