Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “xxxx” ASC-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-149/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh-yə qarşı borcun tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-162/2018 saylı qətnaməsindən Cavabdeh və onun vək ili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Elektrik təchizatı müəssisəsi və abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi tərəflərin istismar məsuliyyəti haqqında” xxx 2010-cu il tarixli, ****** saylı akta əsasən 35/04 kv-luq Cavabdeh y/st bütün avadanlıqları ilə cavabdehin balansında və istismarında olduğunu, Səbail rayonu, Salyan şossesi 2 ünvanında inşa edilmiş “Yeni şəhər” yaşayış kompleksinin istifadə etdiyi elektrik enerjisi sərfiyyatının quraşdırılmış ************ saylı elektrik hesabat sayğacları ilə aparıldığını, hər ay cavabdeh in ünvanına gələrək, sayğacların göstəricisini götürməklə cavabdehə hesabfaktura təqdim etdiyini, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişə görə abonent kodu ****** olan cavabdehin elektrik enerjisinin istehlakı ilə bağlı ASC-yə borcu yarandığını, həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayındığını bildirərək, cavabdehdən 243.833,99 manat elektrik enerjisinin istehlakına görə borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 243.863,99 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-2(81)-184/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – A.Ə.Hüseyn). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-162/2018 saylı qətnaməsi ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və X.Ə.Sarıyev) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, 243833 manat 99 qəpik elektrik enerjisindən istifadəyə görə 100 manat ekspertiza xərci və 30 manat dövlət rüsumu, cəmi 243963 manat 99 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əsasən cavabdehin uçot göstəricilərində ümumilikdə 231.903,64 manat məbləğində əhalinin enerji sərfiyyatı qeyd edilməsinə baxmayaraq, ümumi borcdan yalnız 137.533,76 manat enerji sərfiyyatı ümumi sərfiyyatdan çıxılmış, qalan 94.349,88 manat əhali üzrə enerji sərfiyyatının cavabdehdən tələb edilməsi əsasızdır, bu məbləğ ekspert rəyində də öz əksini tapmış, iddiaçı tərəfindən cavabdehdən tələb o lunan texnoloji sərfiyyatın hesablanmasının əsasını təşkil edən mötəbər hüquqi sənədlər (elektrik enerjisinin alqısatqı müqaviləsi, ona əlavələr və s.) məhkəməyə təqdim edilməmiş, tərəflər arasında hər hansı bir müqavilə olmamışdır. Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsinixahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-c ı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 izah atlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-162/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xxx 2016-cı il tarixli, ****** saylı "Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”sinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda, on ların əmsalı nəzərə alınmaqla), abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfindən quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq iki dolaqlı transformatorlar üçün 1,03 və üç dolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır, bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir, "Enerji təchizat ı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” xxx 2010-cu il tarixli, ****** saylı akta görə 35/0,4 kV-luq "*****" yarımstansiyası: 20 kV-luq 109"Cavabdeh" R/x və 20 kV-luq H/x Nq3, "******" R/x x/a-da k/x -nə tərəf -110/35/20 kV-luq Səbail şəbəkə rayonunun balansında və istismarındadır, 35/0,4 kV-luq "******" yarımstansiyası bütün avadanlıqları ilə cavabdehin balansında və istismarındadır, 04.02.2017-ci il tarixli, x/788 saylı sayğaclar üzrə borcun açıqlamasına dair arayışa əsasən cavabdehin xxx2017-ci il tarixi üçün iddiaçıya elektrik enerjisindən istifadə ilə bağlı ümumi sayğaclar üzrə borcu 244.203,93 manat təşkil edir, xxx2017-ci il tarixli, x/789 saylı sayğaclar üzrə borcun açıqlamasına dair arayışa əsa sən cavabdehin xxx2017-ci il tarixi üçün iddiaçıya elektrik enerjisindən istifadə ilə bağlı ümumi sayğaclar üzrə borcu 243.833,99 manat təşkil edir, kodlar üzrə borcun açıqlamasına dair arayışa əsasən cavabdehin xxx2017-ci il tarixi üçün elektrik enerjisindən istifadə ilə bağlı iddiaçıya **********20033 uçot nöqtəsi üzrə borcu yoxdur, **********20034 uçot nöqtəsi üzrə qalıq borcu 30.11.2016-04.02.2017 dövrünü əhatə etməklə 36782,66 manat, **********20035 uçot nöqtəsi üzrə qalıq borcu 27.08.2014-04.02.2017 dövrünü əhatə etməklə 60,84 manat, **********20111 uçot nöqtəsi üzrə qalıq borcu xxx2015-xxx2017 dövrünü əhatə etməklə 204270,11 manat, **********21523 uçot nöqtəsi üzrə qalıq borcu xxx2015-xxx2017 dövrünü əhatə etməklə 3090,32 manat, ümumi uçot nöqtələri üzrə borc 237168,73 manat, tran sformator itkisi (texnoloji itki) 7035,20 manat olmaqla cəmi 244.203,93 manat təşkil edir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, xxx2010-cu il tarixli, ****** saylı akta əsasən (sayğac ********) Səbail RETSİ-nin iş tapşırığına, ödəniş qəbzi-222163 tex. Şərt TMX-10/1 172-ə əsasən obyektin məxsus olduğu - 1600 kvA-lıq TR-un tərəfinə sayğac c/t-2000/5-lə quraşdırılmış, xxx2010-cu il tarixli, ****** saylı akta əsasən (sayğac ********) iş tapşırığı, mədaxil qəbzi ***** saylı texniki şərt TMX-18/1172-yə əsasən sayğac TM-də quraşdırılmış, xxx2014-cü il tarixli, **** saylı akta əsasən (sayğac ********) xidməti məlumat S/X 195 xxx14-cü il tarixində rəhbərliyin göstərişi əsasında yenidənqurma işləri ilə əlaqədar tender (SİP) tərəfindən sayğac çıxarılmış, çöl divarda xüsusi qutuda quraş dırıldığından, yenidən möhürlənib normal təhvil verilmiş, xxx2014-cü il tarixli ****** saylı akta əsasən (sayğac ********) obyektin xəttində quraşdırılmış sayğacın göstəricisi yoxlanılmış, xxxx2014-cü il tarixli, ****** saylı akta əsasən (sayğac ********) iş tapşırığına və xxx2014-cü il tarixli xidməti məlumat əsasında dənizkənarı parkın yenilənməsi ilə əlaqədar sökülən y/st-dan sayğac çıxarıldığından, cavabdehə şəxsi T/M-in 0,4 tərəfində yeni sayğac quraşdırılıb normal işlək abonentə verilmiş, balans hesabat sayğacı kimi qeydə alınmış, xxx2014-cü il tarixli, ****** saylı akta əsasən (sayğac ********) iş tapşırığına əsasən sayğac elektron sayğacla əvəz olunmuş, qoyulan sayğac dəmir qutuda birbaşa quraşdırılmış, xxx2014-cü il tarixli, ****** saylı akta əsasən (sayğac ********) Səbail RETSİ 110/35/20 kv İŞ-nin xxx2014-cü il tarixli xidməti məlumatına əsasən abonentə məxsus sayğac sxem yoxlanılmış, hazırda normal olduğu müəyyən edilmiş, köhnə 109 saylı y/st-da abonentə məxsus hesabat sayğacı çıxarılaraq rəyə götürülmüş, abonentə xxx2014 tarixli rəydə iştirak etməli olduğu bildirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xxx 2017-ci il tarixli, **** saylı rəyinə əsasən iş materiallarında olan ödəniş sənədləri ilə cavabdeh tərəfindən xxx2010-cu il tarixdən xxx2017-ci il tarixədək olan dövr ərzində iddiaçıya istehlak etdiyi elektrik enerjisinə görə ümumilikdə 901.476,8 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin ödənilmiş məbləğ iddiaçının məhkəməyə təqdim etdiyi 14.02.2017-ci il tarixli, x/789 saylı arayışındakı məlumatlarla üst-üstə düşür, lakin iddiaçının cavabdehə hər bir uçot nöqtəsi üzrə tərtib etdiyi "Uçot Haqqında" hesablaşma vərəqəsinin "*******" kateqoriyası üzrə məbləğlər bir halda cavabdehin hesabından çıxılıb, digər halda isə çıxılmamış, iş materiallarında “Uçot Haqqında” vərəqənin **********uçot nöqtəsi üzrə 137.553,76 manat məbləğində pul vəsaiti əhalinin sərfiyyatı kimi ümumi borcdan çıxdığı halda, ********** uçot nöqtəsi üzrə əhalinin 94.349,88 manat məbləğində sərfiyyatı abunəçinin ümumi borcundan çıxılmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh elektrik enerjisi abonenti olmaqla, Səbail rayonu, Salyan şossesi 2 ünvanında inşa edilmiş “X1” yaşayış kompleksindəki elektrik enerjisi subabonentlərinin bir hissəsinə elektrik enerjisinin ötürülməsini və elektrik enerjisindən istifadə haqlarının yığılmas ını təmin edir, bununla bağlı iddiaçının balans mənsubiyyətində olan ərazidə iddiaçı tərəfindən 5 uçot nöqtəsi üzrə sayğaclar quraşdırılmış, bunlar *********, onlar ********** uçot nöqtələrində quraşdırılmış, ********** nömrəli uçot nöqtəsində qurulmuş ********** nömrəli sayğac zərurət qalmadığından 2014-cu ildə ləğv edilmiş, sayğaclar cavabdehin balans mənsubiyyətində olan ərazidə quraşdırılmış, tərəflər arasında bağlanmış xxxx2016-cı il tarixli “birtipli müqavilə”nin 10-cu bəndinə əsasən hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhəddində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhəddinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə 0,07 kVt/s (hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, sayğaclar cavabdehin balans mənsubiyətinə aid ərazidə quraşdırıldığı üçün balans mənsubiyyəti sərhəddinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilməklə cavabdehə aid edilməlidir, cavabdeh tərəflər arasında müqavilənin 2016-cı ildə bağlandığını bildirsə də, tərəflər arasında müqavilə münasibətləri 2005-ci ildən mövcud olmuş, bu hal iş materiallarında olan xxx2010-cu il tarixli, **** saylı akt və digər sənədlərlə də öz təsdiqini tapdığından, həmin hesablaşma qaydaları tərəflər arasında mövcud olmuş münasibətlərə şamil edilməlidir, kompleksə aid olan binalardan bəzilərinin dövlət istismarına qəbul aktı və abonentlər in adlı siyahısı cavabdeh tərəfindən iddiaçıya təqdim edildiyindən və bu akt əsasında binadakı məişət abonentlərinin (mənzillərin) sayı təsdiq edildiyindən, həmin binalardakı abonentlər iddiaçı tərəfindən sayğaclaşdırılmış və bu abonentlərin istehlak etdiyi enerji sərfiyyatı cavabdehin ümumi istehlakından çıxılmış, digər uçot nöqtələri üzrə binaların istismara qəbul aktı və abonentlərin adlı siyahısı təqdim edilmədiyindən, həmin binalar üzrə istehlak ümumi olaraq cavabdehə aid olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən dövlət elektroenerge tika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır (7.1.). Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir (7.4.). Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir (7.6.). Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchiz atı müəssisəsi arasında, o cümlədən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı və məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə həyata keçirilir. Həmin Qaydalara əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir (7.13.). Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəflər arasında müqavilənin 2016-cı ildə bağlandığını bildirsə də, tərəflər arasında müqavilə münasibətlərinin 2005-ci ildən mövcud olduğunu, bu hal, iş materiallarında olan xxx2010-cu il tarixli, **** saylı akt və digər sənədlərlə də öz təsdiqini tapdığından həmin hesablaşma qaydalarının tərəflər arasında mövcud olmuş münasibətlərə də şamil edilməli olduğunu, aralarında rəsmi müqavilə olmadığına istinad etsə də cavabdehin bu müddət ərzində faktiki və mütəmadi olaraq elektrik enerjisindən istifadə etdiyi üçün həmin enerjinin dəyərini ödəməli olduğunu, kompleksə aid olan binalardan bəzilərinin dövlət istismarına qəbul aktı və abonentlərin adlı siyahısı cavabdeh tərəfindən iddiaçıya təqdim edildiyindən və bu akt əsasında binadakı məişət abonentlərinin (mənzillərin) sayı təsdiq edildiyindən, bu binalardakı abonentlərin iddiaçı tər əfindən sayğaclaşdırıldığını və həmin abonentlərin istehlak etdiyi enerji sərfiyyatının cavabdehin ümumi istehlak etdiyi sərfiyyatdan çıxıldığını, digər uçot nöqtələri üzrə binaların istismara qəbul aktı və abonentlərin adlı siyahısı təqdim edilmədiyindən, həmin binalar üzrə istehlakın ümumi olaraq cavabdehə aid olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-162/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 21(103)-162/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-149/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-149/2019
17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver