Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(105)134/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Hüquqi şəxs yaratmada n sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsi üzrə 2018-ci il 23 noyabr tarixində Cavabdeh İB ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00041 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır.
2. Cavabdeh İB tərəfindən tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2019-cu il 25 dekabr tarixli SS 29/1640-02397 nömrəli aktda göstərilir ki, 2019cu il 23 oktyabr tarixli telefonoqramına əsasən Dövlə t Yoxlaması aparılmış Abşeron rayon Xidmət sahəsinin ərazisində fiziki şəxs İddiaçı məxsus İstixananın (abonent kodu: **********00041) qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2019-cu il 25 oktyabr tarixində xətdən çıxarılmış (Forma-2 № 9016003), 2019-cu il 17 dekabr tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, “1) Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Ekranda “A” işarəsi yanır. Pərlər kiplənib. 2) 2019-cu il 8 oktyabr - 2019-cu il 22 oktyabr tarixə əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4,97 bar, korreksiya olunmuş “mor” maksimal qaz həcmi 399 m3, korreksiya olunmamış qaz həcmi 83 m3 qeydə alınmışdır. Təzyiq həddinin aşılması nəticəsində sayğac “Alarm” rejimində işləmiş, Vbd=22672 m3, Vd=4221 m3 qeydə alınmışdır. “Alarm” zamanı sərfiyyat P=5,25 bar ilə aparılmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vd mexaniki göstəricidən 14143 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls qeydə alındı. İmpuls ötürücüsü işləyir”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğun deyil. Batareya tələb olunur”.
3. İstehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu **********00041) ilə müəyyən olunur ki, istehlakçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”da istifadə edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh İB-nə (bundan sonra mətndəcavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə (daha sonra “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehdən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən iddiaçıya məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235.192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat, 20 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırd a Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən özünə məxsus “İstixana” sahəsini işlədir. Onunla cavabdeh arasında razılaşdırılmış formada “İstixana”nın qazlaşdırılmasına dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirmiş, işlədicilərin sayı, vəziyyəti və s. halları nəzərə aldıqdan sonra müqavilə imzalanmışdır. “İstixana”da “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. Qaz sərfiyyatı ilə bağlı ödəmələrdə fəaliyyət göstərdiyi müddətdə onun tərəfindən heç vaxt bir problem meydana çıxmamış, sərf olunan qazın pulu onun tərəfindən hər zaman vaxtında ödənilmişdir. 6. 2020-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən işlətdiyi “İs tixana” sahəsinə 208.878,00 manat borc məbləği hesablanmışdır. Həmin borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mövsümi aylarda işlətdiyi “İstixana”nın normal sərfiyyatı təxminən 20-35 min manat ətrafında olduğu halda, ona təqdim olunan abonent saldosunda 2016-2017-2018-2019-cu illərə dair aylar üzrə ona faktiki sərfiyyat məbləğini bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmışdır. Həmçinin, mövsüm ayları olmayan yay aylarında faktiki istifadə etmədiyi “İstixana”ya borc məbləği hesablanmışdır. Həmçinin, “İstixana”ya quraşdırılmış sayğacın problemli, yəni istehsal qüsurlu olmasıdır. Sayğac bir neçə dəfə cavabdehin Metrologiya Departamenti tərəfindən həm özü, həmçinin göstərici qeyd olunan hissəsi (“beyni”) yazılıb götürülərək, yoxlanılmış və sayğacın qüsurlu olması səbəbin dən təxminən 2019-cu ilin aprel ayında 12.505 (on iki min beş yüz beş) kubmetr artıq sərfiyat qeydə alındığı müəyyən edilmişdir. İşlətdiyi “İstixana”da sayğacdankənar qaz xətti də aşkar edilməmişdir və o, haqqını ödədiyi qazdan da səmərəli istifadə edir. Bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir.
7. İddiaçı hesablanmış borc məbləğinin silinməsi üçün cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də, o, 2020-ci ilin mart ayında olan 208.878 manat məbləğində borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona məxsus “İstixana”ya yazılmış borc məbləğ artırılmış və “İstixana”ya 2020-ci il 31 iyul tarixinə 235.192,20 manat məbləğində borc hesablanmışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası ki mi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 386.1, 1096-cı maddələrinə istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli e-2-2(119)323/2020 saylı qərardadı ilə iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə texnikimühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə texniki mühasibatlıq ekspertizasının 2020-ci il 28 dekabr tarixli 9/41xx-xx/3189 №-li ekspert rəyi ilə müəyyən edilir ki, “1) Mübahisəli “Elster” G650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, 2019-cu il 25 dekabr tarixdə təsdiq edilmiş SS 29/164002397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lö vhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dir. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217.976 m3, 2017-ci ilin fevral ayında 158.345 m3, mart ayında 696.108 m3, noyabr ayında 113.249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141.083 m3, fevral ayında 260.911 m3, mart ayında 150.648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208.553 m3, 2019-cu ilin yanva r ayında 209.419 m3, fevral ayında 241864 m3, mart ayında 239.278 m3, noyabr ayında 234.131 m3 qaz sərfiyyatı hesablanmış və bu da “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51.324 m3) artıqdır. 2) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51.324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10.264,80 manat (51.324 x 0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qa zanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124.507 m3, noyabr ayında 154.104 m3, dekabr ayında 208.553 m3, 2019-cu ilin yanvar ayında 209.419 m3, fevral ayında 241.864 m3, mart ayında 239.278 m3, noyabr ayında 234.131 m3 qaz sərfiyyatı hesablanaraq 208.878 manat borcun yaranması “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki gös təricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51.324 m3-dan) artıqdır”.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 yanvar tarixli e-2-2(119)15/2021 saylı qərardadı ilə hər iki tərəfin vəsatətləri əsasında iş üzrə əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 2021-ci il 1 iyun tarixli 9/17xx-xx/1030 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Birinci sual üzrə: Mübahisəli qaz sayğacının nasazlığı, yaxud xətalarla işlədiyi hallarda istifadə edilmiş faktiki təbii qazın sərfiyyatı hər hansı bir istixananın sahəsinə görə yox, qaz cihazların güclərinə (enerji göstricilərinə), sayına və onların işlə mə rejimdən asılı olaraq hesablanır. Mübahisəli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə onun nasaz olması, yaxud xətalarla işləməsini müəyyən etmək olar. Əgər belə sınaq və yoxlamaların keçirilməsi təşkil edilməyibsə, yaxud qaz sayğacı təmir olunubsa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekspertin təqdim edilmiş iş materiallarında olan məlumatlardan istifadə edilməklə rəyin verilməsi hüququ vardır. 2) İkinci sual üzrə: - Mübahisəli “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stendde və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə 2019-cu il 25 dekabr ta rixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edibetməməsini müəyyən etmək mümkün deyildir. Lakin həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki g östəricilərini nəzərə aldıqda, iddiaçı fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, dekabr ayında 59275 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150649 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayınd a 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış, bu da “İstixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dən) artıqdır. 3) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324*0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat məbləği təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 166,652 m3 yəni 33330,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 7951 m3 yəni 1590,20 manat məbləği artıq hesablanmışdır, 2017-ci ilin yanvar ayında 12821 m3 yəni 2564,20 manat məbləği artıq hesablanmışdır, fevral ayında 107021 m3 yəni 21404,20 manat məbləği artıq hesablanmışdır, mart ayında 554784 m3 yəni 110956,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 25427 m3 yəni 5085,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 61925 m3 yəni 12385 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 150813 m3 yəni 30162,60 manat m əbləği artıq hesablanmışdır, 2018-ci ilin yanvar ayında 89759 m3 yəni 17951,80 manat məbləği artıq hesablanmışdır, fevral ayında 209587 m3 yəni 41917,40 manat məbləği artıq hesablanmışdır, mart ayında 99324 m3 yəni 19864,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 73183 m3 yəni 14636,60 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 102780 m3 yəni 20.556 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 157229 m3 yəni 31445,80 manat məbləği artıq hesablanmışdır, 2019-cu ilin yanvar ayında 158095 m3 yəni 31619 manat məbləği artıq hesablanmışdır, fevral ayında 190540 m3 yəni 38108 manat məbləği artıq hesablanmışdır, mart ayında 187954 m3 yəni 37590,80 manat məbləği artıq hesablanmışdır, may ayında 76783 m3 yəni 15356,60 manat məbləği artıq hesablanmışdır oktyabr ayında 16242 m3 yə ni 3248,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 182807 m3 yəni 36561,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 245973 m3 yəni 49194,60 manat məbləği artıq hesablanmışdır. Fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575.530 (beş yüz yetmiş beş min beş yüz otuz) manat təşkil edir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli, 2-2(119)-15/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235.192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov).
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə verilən təbii qazın sərfiyyatının miqdarı müəyyən edilərkən mötəbər sübut olaraq nəzərə alınan iş üzrə keçirilmiş hər iki ekspert rəyinə əsasən, “İstixana” sahəsinə quraşdırılmış qaz sayğacı vasitəsi ilə istehlak edilən təbii qaza görə cavabdeh tərəfində n artıq sərfiyyat hesablanaraq iddiaçıdan ödənilməsi tələb edildiyi müəyyən olunur.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 77.2, 88, 106.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2021-ci il 2 noyabr tarixli, 2-2(105)-134/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər F.Məmmədov (sədrlik edən-məruzəçi), İ.Dəmirov və Z.Məmmədov).
19. Apellyasiya instansiyası məhkəməsi işə baxılarkən iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacına texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, göstəricilər arasında fərq var və pərlər kiplənib. Sayğacdakı bu qüsurlar sərfiyyatın düzgün hesablanmamasına səbəb olmuşdur. İddiaçıya məxsus abonent saldosundan görünür ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında kəskin fərq var. 2021-ci il 1 iyun tarixl i ekspert rəyindən isə həmçinin görünür ki, iddiaçıya məxsus istixana üçün verilmiş abonent saldosuna görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575.530 manat təşkil edir.
20. Həmin məhkəmə ekspert rəyinin artıq hesablanmış qaz sərfiyyatı ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin sərfiyyat ekspert tərəfindən istixanada quraşdırılmış 2 qazanın sərfiyyatına görə hesablanmışdır. Lakin həmin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, 2021-ci il 28 aprel tarixdə ekspertin iştirakı ilə iddiaçıya məxsus istixanaya baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin istixanada 3 ədəd suqızdırıcı qazan quraşdırılmışdır. Həmin suqızdırıcı qazanlardan birinin odluq hissəsi yoxdur və qazan işlək vəziyyətdə dey ildir.
21. Həmçinin, işlək vəziyyətdə olmayan həmin 1 ədəd suqızdırıcı qazanın hansı vaxtdan işləməməsi barədə dəqiq məlumat olmadığından, qaz sərfiyyatı 3 suqızdırıcı qazana görə hesablansa, ekspert rəyinə əsasən iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatının bir qazan üçün 25662 m3 olduğunu da nəzərə alsaq, 3 qazan üçün aylıq qaz sərfi 76986 m3, sərfiyyatın məbləği isə 15397,2 (25662 x 3 x 0.2=15397,2) manat təşkil edəcəkdir. Bu zaman, mövsümi olaraq çalışan istixanaya mübahisəli dövr (21 ay) üçün hesablanmış artıq qaz sərfiyyatının dəyəri 252188,8 (575530-(15397,2 x 21)=252188,8) manat olacaqdır ki, hətta bu məbləğ də iddiaçının artıq hesablandığını iddia etdiyi 235192,2 0 manat məbləğdən artıqdır. Göründüyü kimi, iddiaçıya məxsus istixanaya qaz sərfinin artıq hesablandığı iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapmışdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 560, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, Azərbaycan Respublikası MPM-in 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 15 noyabr tarixində cavabdehə tərəfə təqdim edilmişdir.
24. Qətnamədən cavabdeh tərəfindən 2022-ci il 2 yanvar tarixində kassasiya şikayəti verilmiş, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZ İN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
25. Apellyasiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmişdir. Belə ki, onlar tərəfindən təqdim edilmiş sübutlar kifayət qədər araşdırılmamış, mötəbər sübut kimi qəbul edilmiş ekspertiza rəyinin gəldiyi nəticə isə ziddiyyətlidir və heç bir təhlil mexanizminə əsaslanmır. Rəydə sayğacın düzgün işləməməsi müəyyən edilmiş və həmin düzgün işləməmə nəticəsində 575.530 manat borc yaranmışdır. Halbuki, iddia tələbində artıq hesablanmış borcun 235.192,20 manat olduğu iddia edilmişdir. Bundan əlavə, istehlakçının abonent saldosu aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamış və ona əvvəlcədən qərəzli şəkildə yanaşılmışdır.
26. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPM-in 88, 386, 418.1, 417.1.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəf bildirmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən heç bir maddi və ya prosessual pozuntuya yol verilməmişdir. Bu səbəbdən, hər hansı bir sübuta, dəlilə əsaslanmayan ümumi sözlərdən ibarət subyektiv fikirlərə söykənən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qə rarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəli k anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: “1. Ümumi müddəalar... 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirili r. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə u yğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesa bının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”
33. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “M addə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2018-ci il 23 noyabr tarixli, A1AN4/84 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtinə görə, qaz paylayıcısı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsini öhdəsinə götürmüşdür.
35. İddiaçı hazırki tələbində Cavabdeh İB-nin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən işlətdiyi “istixana” sahəsinə əsassız olaraq hesablanmış 235.192, 2 manat borc məbləğinin silinməsini xahiş edir.
36. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus istixanaya qaz sərfinin artıq hesablandığı iş üzrə verilmiş ekspert rəyi ilə təsdiqini tapmışdır, hazırki iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri iş üzrə verilmiş ekspert rəyinin ziddiyyətli olması, cavabdehin təqdim etdiyi abonent saldosunun sübut kimi düzgün qiymətləndirilməsi, bununla da MPM-nin 88-ci maddəsinin tələblərinin pozulmasından ibarətdir.
38. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir.
39. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın fa ktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun « Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 2012-ci il 27 avqust tarixli Qərarı).
40. Baxılan iş üzrə iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələbini əsaslandırmaq üçün ilk növbədə ona istinad etmişdir ki, mövsümi aylarda ona məxsus «İstixana»nın normal sərfiyyatı təxminən 20-25 min manat civarında olduğu halda, ona təqdim olunan avonent saldosunda 2016-2019-cu illərə dair aylar üzrə ona f aktiki sərfiyyat məbləğinni bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmış, həmçininr mövsüm ayları olmayan yay ayında borc məbləği hesablanmışdır.
41. İddiaçının digər istinadı istifadəsində olan sayğacın qüsurlu olması ilə bağlı olmuş, bununla bağlı məhkəmə araşdırmasına «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında» SS№29/1640-02397 saylı, 2019-cu il 25 dekabr tarixli akt təqdim olunmuşdur.
42. Həmin akt üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus istixanada quraşdırılmış «G-650» markalı 83049101 saylı turbin tipli «Elster» qaz sayğacı 2019-cu il 25 oktyabr tarixində xətdən çıxarılmış, 2019-cu il 17 dekabr tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişd ir ki, «Xətalar normaya uyğun deyil, Batareya tələb olunur».
43. İşə birinci instansiya məhkəməsində baxılarkən, verilmiş 2020-ci il 28 dekabr tarixli «kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının» rəyinin kifayət qədər aydın və tam olmaması nəzərə alınaraq (məzmunu üçün bax yuxarıda §11), əlavə ekspertiza təyin edilmiş və ekspertiza tədqiqatı məhkəmənin ekspert qarşısında qoyuduğu suala müvafiq olaraq, «Mübahisəli «Elster» G-650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının iddiaçıya məxsus «İstixana»da 2020-ci ilin 22 sentyabr tarixinədək istifadə edilən qazın faktiki sərfiyyatını düzgün qeydə alıb-almaması üzrə aparılmışdır.
44. Rəydə qeyd olunmuşdur ki, 2019-cu ilin 25 dekabr tarixində tərtib edilmiş aktda göstərilən qüsulara görə mübahisəli sayğacla qazın sərfiyyatının düzgün aparılmaması qənaətinə gəlmək olar. Həmin rəy əsasında 2016-cı ilin noyabr ayından 2019-cu ilin dekabr ayınadək artıq hesablamaların aparıldığı, həmin dövr üzrə bir aylıq qaz sərfiyyatının məbləğinin 10.264,80 manat təşkil etməsi qənaətiə gəlinmişdir.
45. Lakin işin materiallarından görünür ki (i.v 7-8), mübahisəli qaz sayğacı 2017-ci ilin 09 sentyabr tarixində iddiaçıya məxsus istixanada quraşdırılmış, dövlət yoxlamasından keçirilmənin son tarixi isə 06 sentyabr 2017-ci il olmuşdur. Belə olan halda, həmin sayğacda qüsurun olması əsas götürülərək, ekspertin 2016-cı ilin noyabr tarixindən sayğacın quraşdırılıdığı tarixədək- 2017-ci ilin sentyabr ayınadək qaz sərfiyyatının düzgün aparılmaması qənaətinə gəlməsi rəydən aydın olmamaqla, işin göstərilən hallarına uyğun olmamışdır.
46. Qeyd edilməlidir ki, iddiaçı istifadə olunan qaz sərfiyyatı məbləğinin 2035 min civarında olduğunu təsdiq etdiyi halda, iş üzrə verilmiş ekspert rəyi ilə aparılmış nəzəri hesablamalarla həmin sərfiyyatın 10.264,80 manat təşkil etməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini qiymətləndirərkən bu hala da hüquqi qiymət verməmişdir.
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəyi əsas götürülməklə işin mübahisələndirilən hallarına qiymət verilməsi MPM-nin 88-ci maddəsinin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbinə zidd olmuş, eləcə də məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmi şdir.
48. Həmçinin iddiaçının istifadə etdiyi təbii qazın hesabatının sayğac tərəfindən düzgün aparılaraq, abonent saldosuna daxil edilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinin düzgün qiymətləndirilməsi üçün əhəmiyyətli olsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırda istifadəsində olan qaz sayğacının 2017-ci ilin sentyabrından quraşdırılmasından keçən müddət ərzində hansı dövrlərdə dövlət yoxlamasından keçirilməsi, həmin yoxlamalar zamanı da qüsurların olub-olmaması aydınlaşdırılmamışdır.
49. «Göstərilənlərlə bağlı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. …Həmin Məcəllənin 217-ci maddəsində göstərilmişdir ki, m əhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin tələblərinə görə apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin 384-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir (Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 09 iyul tarixli qərarı).
50. Bundan əlavə nəzərə alınmalıdır ki, iddia ərizəsində 2016-2017-ci ilin sentyabr ayınadək hesablanmış qaz sərfiyyatı məbləğinin artıq olduğu göstərilsə də, iddianın faktiki əsasını təşkil edən hər hansı hala istinad edilməmiş, həmin dövrlərdə də qaz sayğacının qüsurlu işləməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iddiaçının hansı səbəbdən qeyd olunan dövr üzrə hesablanmış borcu mübahisələndirməsinə aydınlıq gətirilməmişdir.
51. İşdə olan abonent saldosundan göründüyü kimi (i.v 91) 2017-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya 110.454,80 manat məbləğində əlavə sərfiyyat hesablanmı şdır. İşin materiallarından iddiaçının akt əsasında hesablanmış həmin borcu mübahisələndirməsi də müəyyən edilmir.
52. Məhkəmə kollegiyası abonent saldosunun işə baxan məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilməməsinə dair cavabdehin dəlillərinə qiymət verərkən nəzərə alır ki, mübahisəli «Elster G-650» saylı qaz sayğıcı 2020-ci ilin 29 yanvar tarixindən yenidən iddiaçıya məxsus obyektdə quraşdırılmışdır. İddiaçıya məxsus abonent saldosuna əsasən 2020-ci ilin 1 fevral tarixinə iddiaçının qalıq borcu 127.479,80 manat olmuş, mübahisəli borcun qalan hissəsi107.712,4 manatı qaz sayğacının yenidən quraşdırıldığı dövrdə əyaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qaz sayğacının yenidən quraşdırıldığı tarixdən sonra da qüsurla işləməsi barədə işin materiallarında hər hansı sübutun olm amasını nəzərə almadan, həmin borcun da silinməli olması qənaətinə gəlməklə, «Qazdan istifadə Qaydalarının» 5-ci bəndinin tələblərinə zidd nəticəyə gəlmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün faktların hərtərəfli tədqiqi aparılmadan, iddianın əsaslı olması qənaətinə gəlinmişdir. Bununla da məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməmiş, MPM-nin 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
54. Odur ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdə olan sübutlar tam və hərtərəfli araşdıralaraq nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
55. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulmasına, tətbiq edilməli maddi hüquq normasının tətbiq edilməməsinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.
56. Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(105)-134/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov