Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-158/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçının Cavabdeh-ə qarşı iş üzrə QƏRAR (açar sözlər: cavabdeh tərəfindən hesablanmış 24.937,40 ABŞ dolları dəbbə və 53.792,94 ABŞ dolları faiz borcunun silinməsini, iddiaçının cari hesaba mədaxil etdiyi 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları pul məbləğinə 1 ay müddətində sərəncam hüququndan məhrum olması səbəbindən 150.000 ABŞ dolları mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması). GİRİŞ HİSSƏ Hakimlər: 23.06.2020 Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynova Sevda Əziz qızı, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçının Cavabd ehə qarşı "cavabdeh tərəfindən hesablanmış 24.937,40 ABŞ dolları dəbbə və 53.792,94 ABŞ dolları faiz borcunun silinməsini, iddiaçının cari hesaba mədaxil etdiyi 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları pul məbləğinə 1 ay müddətində sərəncam hüququndan məhrum olması səbəbindən 150.000 ABŞ dolları mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2020-ci il tarixli, 2-2(103)-BAM/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçınin Cavabdehə qarşı cavabdeh tərəfindən hesablanmış 24.937,40 ABŞ dolla rı dəbbə və 53.792,94 ABŞ dolları faiz borcunun silinməsini, iddiaçının cari hesaba mədaxil etdiyi 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları pul məbləğinə 1 ay müddətində sərəncam hüququndan məhrum olması səbəbindən 150.000 ABŞ dolları mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə İddiaçı arasında *********16 nömrəli biznes kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdeh bank tərəfindən iddiaçıya 9 ay müddətinə illik 15,5 faiz olmaqla 1.542.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi İddiaçı, A adlı şəxsi və B adlı şəxsi, 3-cü tərəfdən Cavabdeh arasında **********16 nömrəli xx.xx.2016-cı il tarixli əmanət girov müqavilələri bağlanmışdır. Girovun predmeti A-nın və B-nin Cavabdehdəki əmanətləri təşkil edir. *********16 nömrəli xx.xx.2016-cı il tarixli biznes kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən kredit müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq, əmanətin girovu müqaviləsinin 5.1.1-ci bəndinə görə Bank borcu akseptsiz qaydada silməli olduğu halda, ona şifahi və yazılı müraciətlər edilməsinə də əhəmiyyət verməyərək silməmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə əvvəlcədən heç bir məlumat vermədən əmanətçilərə məxsus olan əmanətlər onun 16 nömrəli Protokoluna əsasən müqavilə şərtinə uyğun olaraq akseptsiz qaydada Bankın xeyrinə 10 günlük gecikmə ilə silinsə də, daha sonra naməlum səbəblərdən xx.xx.2017-ci il tarixində yenidən bərpa edilmişdir. xx.xx.2017-ci il tarixində iddiaçı (borclu) kredit üzrə qalan borcun və hesablanmış faizlərin ödənilməsi məqsədilə cari hesaba 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları mədaxil etmişdir. Qeyd olunan məbləğlərin cari hesaba mədaxil olunmasına xx.xx.2017-ci il tarixində cəhd edilmiş, lakin Bank tərəfindən qərəzlilik nümayiş etdirilmiş və mədaxil qəbul olunmamışdır. Bankın apardığı silinmə və daha sonra həmin əməliyyatların bərpa edilməsi iddiaçıya külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnmişdir. Belə ki, Bank bilərəkdən vaxtında silməni həyata keçirməmiş və nəticədə iddiaçıya ümumilikdə 24.937,40 ABŞ dolları dəbbə və 53.792,94 ABŞ dolları artıq faiz borcu hesablanmışdır. Bank kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının cari hesaba mədaxil etdiyi 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları hesabına əsassız varlanmış, ona ziyan vurmuşdur. Qarşılıqlı iddiaçı İddiaçıyə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onun xeyrinə 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1.174.170,52 ABŞ dolları əsas borc, 13.878,03 ABŞ dolları faiz borcu və 29.566,27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.217.614,82 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın A-ya məxsus Bankda 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-13752458, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan 100.000 ABŞ dolları, 100.000 ABŞ dolları, 140.000 ABŞ dolları, 100.000 ABŞ dolları, 150.0 00 ABŞ dolları, 86.000 ABŞ dolları, 200.000 ABŞ dolları məbləğində əmanətlərə, B-yə məxsus 23-1495022, 23-14950-24, 23-14950-62 hesablarda olan 100.000 ABŞ dolları, 188.000 ABŞ dolları, 200.000 ABŞ dolları məbləğində əmanətlərə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdehdən illik 11,5 %-lə 9 ay müddətinə 1.542.600 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2017-ci il aprelin 24-dək İddiaçı banka 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1.174.170,52 ABŞ dolları əsas borc, 13.878,03 ABŞ dolları faiz borcu və 29.566,27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.21 7.614,82 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində 2016-cı il tarixli *********16 saylı əmanətin girov müqaviləsi bağlanmış və A və B-yə məxsus əmanət girov qoyulmuşdur. Girov müqavilələrin 5.1.1-ci bəndinə əsasən borcalan tərəfindən öhdəliklər icra edilmədiyti təqdirdə girov saxlayanın əmanət predmetini akseptsiz qaydada silmək hüququ mövcuddur. Lakin bu hüququn həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş vacib şərtlərə riayət edilməlidir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-655/2017 saylı 2017-ci il tarixli qətnaməsi ilə İd diaçınin iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış **********16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonra İKB ASC İddiaçıya hesablanmış faiz və dəbbə pulu borcu ləğv edilmişdir. İlkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. İKB ASC-nin qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçıdan İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1.096.463,11 ABŞ dolları əsas borc tutulmuşdur. Tutma A-ya məxsus İKB ASC-də 23-137524-19, 23-137524-54, 23-137524-56, 23137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və B-yə məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan əmanətlərə yönəlmişdir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir (Hakim: VB). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2-2(103)-597/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-655/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-88/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Kəmaləddin Bədəlov) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İKB ASC–nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin m əhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-276/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: KA) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-655/2017 saylıqətnaməsiləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1.174.170, 52 ABŞ dolları əsas borc və 22.806,69 ABŞ dolları cərimə borcu tutulmuş, tutma A-ya məxsus “xxxx” İKB ASC-də 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və B-yə məxsus 23-1495022, 23-14950-24, 23-14950-62 hesablarda olan əmanətlərə yönəldilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-263/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: ZQ) ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC –nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-576/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: E.N) 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2017-ci i l tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)655/2017 saylıqətnaməsiləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, xx.xx.2016-ci il tarixli ***********16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonra İKB ASC tərəfindən İddiaçı-yə hesablanmış 22.806, 69 ABŞ dolları dəbbə pulu ləğv edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmişdir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilmiş, İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1.174.170,52 ABŞ dolları əsas borc tutulmuş, tutma A-ya məxsus İKB ASC-də 23137524-19, 23-137524-54, 23-137524-56, 23-137 524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və B-yə məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarında olan əmanətlərə yönəldilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İKB ASC və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi nə əsasən sonuncuya illik 11.5 faizlə 9 ay müddətinə 1.542.600 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı qismində xx xxxx 2016-cı il tarixli, 23-BİZ-6-0-45-16 saylı əmanətin girov müqaviləsi bağlanmış və A-ya və B-yə məxsus əmanətlər girov qoyulmuşdur. 2017ci il aprelin 24-dək İddiaçı-nin Banka xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1.174.170.52 ABŞ dolları əsas borc, 13.878.03 ABŞ dolları faiz borcu və 29.566.27 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1.217.614.82 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırır. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə hesabın möhkəmləndirilməsi təyinatı ilə sonuncunun Cavabdeh-də olan cari hesabına 49.08 5 ABŞ dolları və 81.000 ABŞ dolları məbləğində vəsait mədaxil edilmişdir. Bank tərəfindən sistemdə texniki xəta baş verdiyi üçün (Bankın izahı) xx.xx.2017-ci il tarixində (Novruz bayramı ilə əlaqədar olaraq bayram günlərinin başlanğıcı) kredit üzrə depozitlərdən və hesabdakı pul vəsaitindən silinmə apırılmış, lakin sonradan xx.xx.2017-ci il tarixə (Novruz bayramı ilə əlaqədar bayram günlərindən sonrakı ilk iş günü) texniki xəta aradan qaldırılmış və vəsait bərpa edilmişdir. xx xxxxx 2017-ci il tarixdə İddiaçı tərəfindən Banka müraciət edilmiş və hesabın möhkəmləndirilməsi təyinatı ilə Bankda olan hesaba mədaxil edilmiş 49.085 ABŞ dolları və 81.000 ABŞ dolları məbləğində vəsaitin qeyd edilən kredit üzrə silinməsi xahiş edilmişdir. Bu səbəbdən Bank tərəfindən xx xxxxx 2017-ci il tarixdə si linmə aparılmışdır. O cümlədən kreditin təminatı qismində qoyulmuş və B-yə məxsus 200.000 ABŞ dolları həcmində əmanətin müddəti bitdiyi üçün qeyd edilən əmanət məbləği də xx xxxxx 2017-ci il tarixdə cavabdehin borcu əvəzinə silinmişdir. Beləliklə, Bank tərəfindən yuxarıda qeyd edilən səbəblərdən xx xxxxx 2017-ci il tarixdə cəmi 330.085 ABŞ dolları vəsait kredit borcu əvəzində silinmişdir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutu lmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbimiz məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Hesab edirik ki, işin bir çox məsələlərinə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-88/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə qiymət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-276/2018 saylı, xx xxxxxx 2 018-ci il tarixli qətnaməsi ilə də Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri düzgün icra olunaraq qanuni nəticəyə gəlinmişdir. Lakin işə ikinci dəfə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi səhvə yol vermişdir, lakin onun göstərişi ancaq prosessual nöqteyi nəzərdən olmuşdur. Yəni apellyasiya instansiya məhkəməsi cavabdehləri məhkəmə iclasına dəvət etməklə bu göstərişi icra etmiş sayılır. Lakin apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin bundan əvvəlki göstərişlərini nəzərə almayarq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göründüyü kimi ape llyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflərin izahatları İlkin iddia üzrə İddiaçınin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayət tam əsassız olduğunu, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyini bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin iddia üzrə Cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını bildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı idd ia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlid ir. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-576/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmsı üçün həmin məhkəməyə göndərilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(81)- 655/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia qismən təmin edilməli, x x.xx.2016-cı il tarixli 23-BİZ-6-0-45-16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən İddiaçı-yə hesablanmış 22.806,69 ABŞ dolları dəbbə pulu ləğv edilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçıdan İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1.174.170,52 ABŞ dolları əsas borc tutulmalı, tutma A-ya məxsus “xxxx” İKB ASC-də 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-13752467, 23-137524-69 hesablarda olan və B-yə məxsus 23-14950-22, 23-14950-24, 23-1495062 hesablarda olan əmanətlərə yönəldilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, 145 manat məhkəmə ekspertiza xərci tərəflər arasında bərabər qaydada tutulmalıdır. Apellyasiya qaydasında işə ba xan məhkəmə kollegiyası qeyd etmişdir, işin təkrar apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli, 16804 nömrəli ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış, xx.xx.2016-cı il tarixli, *********16 saylı kredit müqaviləsi üzrə borcalanın “xxxx” İKB ASC-yə ödəməli olduğu kredit borcu xx.xx.2017-ci il tarixə - 1.448.248,76 ABŞ dolları (əsas kredit borcu), 41.637,15 ABŞ dolları (faiz borcu), 0,00 ABŞ dolları (dəbbə pulu); xx.xx.2017-ci iİ tarixə 1.200.351,87 ABŞ dolları (əsas kredit borcu), 0,00 ABŞ dolları (faiz borcu), 15.604,57 ABŞ dolları (dəbbə pulu); xx.xx.2017-ci il tarixə - 1.200.351,87 ABŞ dolları (əsas kredit borcu), 0,00 ABŞ dolları (faiz borcu), 22.806,69 ABŞ dolları (dəbbə pulu) müəyyən edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası ekspertiza rəyini iş materiallarında olan hesabdan çıxarışla birgə araşdıraraq onu da qeyd etmişdir ki, İddiaçı tərəfindən xx xxxxx 2017-ci il tarixədək cəmi 498.498,95 ABŞ dolları ödənilmişdir. Ondan 342.162,13 ABŞ dolları əsas borca, 115 785,86 ABŞ dolları faiz borcuna və 40.550,97 ABŞ dolları dəbbə pulu kimi silinmişdir. Ekspertiza rəyində müqavilənin bitmə tarixinə kreditin qalığı 1.448.248,76 ABŞ dolları və faiz borcu 41.673,15 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Apellyasiya məhkəməsi ekspertiza rəyinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh İKB ASC kredit borcunu girov predmetinə yönəltmək hüqu qundan istifadə edərək, iddiaçının və əmanət qoymuş şəxslərin qalıq borcunun girova yönəldilməsi müraciətlərinə əsasən iddiaçının borcunun bir hissəsini əmanətlərə yönəltmiş, borcun qalan hissəsinin hansı səbəbdən əmanətlərə yönəltmədiyi barədə məlumat vermədən iddiaçıya qalıq borcun üzərinə əlavə faiz və dəbbə pulu hesablamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, kredit üzrə borc ödənilmədikdə girov predmetinə tutma yönəldilməsi bankın hüququ olsa da, tərəflərin qarşılıqlı razılaşmasına əsasən banka ödənişi gecikdirilmiş kredit borcunun girov qoyulan əmanət hesabından akseptsiz qaydada silmək hüququ verildiyindən bank bu hüququndan istifadə etmək niyyətində olmaması barədə borcluya məlumat verməli idi. İş materiallarından göründüyü kimi, İKB ASC tər əfindən kredit borcunun girov qoyulmuş əmanətlərə yönəldilməyəcəyi barədə nəinki məlumat verilməmiş, əksinə iddiaçıya göndərilmiş xx.xx.2017-ci il tarixli bildirişdə ödəniş həyata keçirilməzsə tutmanın əmanətlərə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş və faktiki olaraq borcun bir hissəsi üzrə tutuma əmanətlərə yönəldilmişdir. İşin hallarından apellyasiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, “ İKB ASC tərəflər arasında əldə edilmiş razılaşmaya (iddiaçının güvənmiş olduğu rəftara) zidd olaraq qalıq kredit borcunu girov qoyulmuş əmanətlərə yönəltməməklə qəsdən kredit öhdəliyinin icrasının gecikməsinə, borcun üzərinə cərimə faizləri və dəbbə pulu hesablanmasına şərait yaratmışdır. Qeyd edilənlərə əsasən apellyasiya qaydasında işə baxan məhkəmə hesab etmişdir ki, öhdəliyin icrasının gecikməsin də iddiaçı təqsirli olmadığından cavabdeh tərəfindən iddiaçıya kredit müqaviləsinin icra müddəti bitdikdən (xx.xx.2017-ci il) sonra icranın gecikdirilməsinə görə hesablanmış dəbbə pulu borcu əsassız hesab edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddia üzrə iddia tələbi cavabdeh tərəfindən hesablanmış 22.806,69 ABŞ dolları dəbbə pulunun silinməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə isə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilmiş, xx.xx.2018-ci il tarixli, 16804 nömrəli ekspert rəyində xx.xx.2016-cı il tarixli, 23-BİZ-6-0-45-16 saylı kredit müqaviləsi üzrə borcalanın “xxxx” İKB ASC-yə ödəməli olduğu kredit borcu xx xxxx 2017-ci il tarixə əsas kredit borcu 1.448.248,76 ABŞ dolları, faiz borcu 41.637,15 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixə əsas kredit borcu 1.200.351,87 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları, xx xxxxx 2017-ci il tarixə əsas kredit borcu 1.200.351,81 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları müəyyən edilmişdir. Yəni, ekspert rəyinə əsasən qarşılıqlı iddiada borcun tələb edildiyi xx xxxxx 2017-ci il tarixinə kimi borcalanın faiz borcu müəyyən edilməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş üzrə ekspert rəyini qarşılıqlı iddia ərizəsi və digər sübutlarla birlikdə araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddianın qaldırıldığı xx xxxxx 2017- ci il tarixinə borcalanın əsas borcu 1.174.170,52 ABŞ dolları təşkil etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmiş dir ki, ekspert rəyində müvafiq olaraq, xx xxxxx 2017-ci il və xx xxxxx 2017-ci il tarixləri üzrə iddiaçının cavabdehə dəbbə pulu üzrə borcu olması qeyd olunsa da, ekspert həmin dəbbə pulunun hansı borc (əsas və ya faiz) üzrə yarandığını və ya hesablandığını öz rəyində əsaslandırmamışdır. Ona görə də apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddia tələbi qismən - İddiaçı-dən “xxxx” İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1.174.170.52 ABŞ dolları əsas borc tutulmalı, tutma A-ya məxsus “xxxx” İKB ASC-də 23137524-19, 23-137524-54, 23-137524-56, 23- 137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və B-yə məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan əmanətlərə yönəldilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsi hesablanmış dəbbə pulu borcunun silinməli olduğunu hesab etmiş, məhkəmənin bunun üçün gətirdiyi əsaslardan biri bu borcun “xxxx” İKB ASC-nin faktiki olaraq öz hüququndan sui-istifadə edərək tələb olunan vəsaiti girov qoyulmuş hesabdan qəsdən silməməsi nəticəsində yaranması olmuşdur. Bu qətnamədən verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəsməsi qətnaməni qüvvədə saxlamışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası bununla razılaşmayaraq tam fərqli mövqe tutmuş, apellyasiya instansiyası məhkəsməsi qətnaməsini ləğv etmişdir. Kollegiyasını n 2-2(102)-88/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarında məsələ ilə bağlı göstərilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bank tərəflər arasında əldə edilmiş razılaşmaya (borcalanın güvənmiş olduğu rəftara) zidd olaraq qalıq kredit borcunu girov qoyulmuş əmanətlərə yönəltməməklə qəsdən kredit öhdəliyinin icrasının gecikməsinə, borcun üzərinə cərimə faizləri və dəbbə pulu hesablanmasına şərait yaratmışdır. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 560.2, 560.3.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddəni düzgün təfsir etməmişdir. Belə ki, qeyd edilən normaya (maddə 560.2) əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkət lər isə etibarsızdır. 560.3.4-cü maddədə isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadəyə aid edilməsi təsbit olunmuşdur. Göründüyü kimi, bu normada müqavilə tərəflərindən birinin digər tərəflə əvvəllər aralarında formalaşmış rəftara zidd olan hüququn həyata keçirilməsindən bəhs edilir. Normanı hazırki mübahisəyə tətbiq etmək üçün üç şərtin olması vacibdir: -Tərəflər arasında əvvəllər yaranmış eyni tipli və ya oxşar münasibət mövcud olmalıdır; -Bank tərəfindən akseptsiz qaydada silmək hüququndan istifadə edilməməlidir; -Bank qeyd edilən formada əvvəlki rəftara uyğun olmayaraq akseptsiz silmək hüququndan istifadə etməlidir. Göründüyü kimi, işə baxan məhkəmələr qeyd edilən şərtlərin mövcud olubolmamasını müəyyən etmədən, bu əsasla kredit borcunun ödənilməməsinin təqsirini borcalanın deyil, Bankın üzərinə qoyulması, yəni Bankın, Mülki Məcəllənin 560.3.4-cü maddəsində nəzərdə tutulan əsasla hüquqdan sui-istifadəyə yol verməsi barədə düzgün nəticəyə gəlməmiş, beləliklə də həmin maddi hüquq normasını yanlış təfsir etmişlər. Belə ki, iş materiallarından görünür ki, A və B borcalanın səhmdarlarıdır. (50%+50%) Əmanətlər də həmin şəxslərə məxsusdur. Əgər Bank akseptsiz qaydada silmək hüququndan istifadə etmirsə, bu zaman onların hüquqları vardır ki, əmanətləri vaxtından əvvəl götürərək səhmdarı olduqları açıq səhmdar cəmiyyətinin borcunu ödəsinlər.” Ali Məhkəmənin qərarından sonra işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarı məhkəmənin göstərişlərinə uyğun olaraq dəbbə pulu borcunun ekspert rəyi ilə müəyy ən olunmuş məbləğini qüvvədə saxlamışdır. Halbuki işə son dəfə baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilmiş göstərişi nəzərə almadan, 1 saylı İnzibati-İqtisadi məhkəməsinin düzgün hesab edilməmiş mövqeyi ilə razılaşaraq eyni əsaslara istinad etməklə dəbbə pulu borcunun silinməli olması qənaətinə gəlmiş, bununla da prosessual qanunun tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 480-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bundan başqa, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-2(102)-263/19 saylı qərarının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Həmçinin ekspert rəyində müvafiq olaraq xx xxxxx 2017-ci il və xx xxxxx 2017-ci il tarixləri üzrə iddiaçının cavabdehə dəbbə pulu üzrə borcu qeyd olunsa da, ekspert həmin dəbbə pulunun hansı borc (əsas və ya faiz) üzrə yarandığını / hesablandığını öz rəyində əsaslandırmamışdır.” Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası isə bu çatışmazlığı yalnız təkrarlamaqla məhdudlaşmış, qeyri-müəyyənliyin aradan qaldırılmasını təmin etməmiş, yuxarı instansiya məhkəməsinin həmin məsələ ilə bağlı göstərişini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəlləsinin 480-ci maddəsinin tələbini bir daha pozmuşdur. Qeyd edilənlərə əsasən, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Ali Məhkəmənin göstərişlərinə əməl edilməlidir. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-576/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-158/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-158/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver