Məhkəmə qərarları › İş №2-2(102)-160/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-160/2019

01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-160/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X3 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-160/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, iddiaçı X3 Cavabdeh ASC-yə qarşı borcun ləğv edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-863/2018 saylı qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərində tikintidə olan qeyri-yaşayış sahəsinin bir hissəsinin ümumi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, 2016-cı ilin xxx həmin sahəyə Cavabdeh ASC tərəfindən su xəttləri çəkildiyini və su sərfiyyatı ilə bağlı smart sayğacının istifadəyə verildiyini, mülkiyyətində olan torpaq sahəsində hal-hazırda da qeyri-yaşayış obyektinin tikintisinin aparıldığını, su sərfiyyatı ilə bağlı ehtiyac olduğu zaman kartla smart sayğacına müəyyən məbləği yükləyərək, sudan istifadə edildiyini, 2018-ci ilin xxx sonundan məlum olmayan səbəblərdən k analizasiya boruları cavabdeh tərəfindən bağlandığı üçün obyektdə aparılan tikinti işlərinin faktiki olaraq dayandırıldığını, bundan əlavə, mülkiyyətində olan obyektin qonşuluğunda olan ünvan 2 ünvanlarda yerləşən və market kimi fəaliyyət göstərən obyektdə su və su axıdılma sistemlərinin cavabdeh tərəfindən tamamilə kəsildiyini, həmin marketin fəaliyyətinin faktiki olaraq dayandırıldığını, borcun açıqlanması ilə bağlı çoxsaylı müraciətlərinə cavab olaraq cavabdehin qrunt suyunun kanalizasiya şəbəkəsinə vurulduğunu və sayğacdan kənar su xəttinin istifadəsi ilə əlaqədar 21.562 manat borcun yarandığını bildirdiyini, lakin “«Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə» ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə AS C tərəfindən aparılmış yoxlamaların qeydiyyata alınmadığını, bundan əlavə həmin Əsasnamənin 1.5 və 5.2-ci bəndlərinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bildiyini, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməli olduğunu, cavabdehin bu barədə sübutu məhkəməyə təqdim etmədiyini bildirərək, sudan və kanalizasiya sistemindən istifadəyə görə ASC-nin əsassız iddiaçıya hesabladığı 21.562 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-514/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən X4 hesablanmış 20.370 manat məbləğində borc silinmiş, qalan hissədə iddia təmin edilməmiş, 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq cavabdehə ödənilmişdir (hakim – İ.B.Əhmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-863/2018 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Cavabdeh” ASC-yə qeyri-qanuni istifadə nəticəsində dəymiş maddi ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxx 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” nın 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanmış, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xxx 2018-ci il tarixli, ***** nömrəli ekspert rəyinə görə ünvan 10 ünvanında yerləşən obyektdə qrunt sularının çıxarılması üçün nəzərdə tutulmuş quyunun dibində az bir səviyyədə su vardır, quyunun dibindəki dalğıc nasosu işlək v əziyyətdə deyildir, halbuki iş üzrə təyin edilmiş ekspertiza işin yalnız hazırki vəziyyətini araşdırmış, belə ki, qeyd olunan ünvanda qrunt suyunun kanalizasiya şəbəkəsinə ötürülməsi barədə akt tərtib edilən zaman tikinti işləri aparılmış, hazırda isə tikinti başa çatmış və faktın aşkarlandığı zaman mövcud olan şərait dəyişmiş, akt tərtib edilərkən qeydə alınmış video çəkilişlər ekspert tərəfindən nəzərə alınmadan əsassız rəy verilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun və tullantı sularının axıdılması xidmətlərinin dəyərindən formalaşır, müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. Tərəflərin izahatları İddiaçı X6 və Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X6 və Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların y oxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-863/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* və ******* nömrəli Çıxarışlara görə ünvan 4 ünvanlarında yerləşən qeyri-yaşayış binaları xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xxx 2013-cü il tarixli, 124 saylı Sərəncamı ilə X1, X2 və X3 (hüquqların dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xxx2013-cü il tarixli, ******* saylı və xxx2013-cü il tarixli ******* saylı çıxarışı) ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış obyektləri sökülərək, yerində super-market binasının tikintisinə icazə verilmiş, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küç.,41C ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur, xxx 2016-cı il tarixli, ****** saylı Razılaşmaya görə “İcraçı” hesab edilən Cavabdeh ASC ilə “Sifarişçi” hesab edilən X6 arasında imzalanmış “Su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma işlərinin icrası barədə” Razılaşmanın 1-ci bəndinə görə “İcraçı” x xx 2016-cı il tarixli ****** nömrəli Texniki Şərtlərin icrası ilə əlaqədar ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış obyektinin su təchizatı (d32 mm) və kanalizasiya (d200 mm) sisteminə qoşulmasının təmin edilməsi məqsədilə “Sifarişçi”nin vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür, xxxx 2016-cı il tarixli cari hesaba mədaxil qəbzinə görə X7 tərəfindən X6 adına Cavabdeh ASC-yə 317,00 AZN ödəniş edilmiş, xxx 2016-cı il tarixli, ****** nömrəli müqaviləyə görə “Müəssisə” adlanacaq Cavabdeh ASC ilə “Abonent” adlandırılacaq X6 arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçılar üçün müqavilə imzalanmış, müqavilənin 1.1-ci bəndinə görə bu müqavilə müəssisənin su təchizatı sistemindən Abonentin tələbatına uyğun lazımi miqd arda, tərkib və keyfiyyətinə görə ******* Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)–içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir, həmçinin Cavabdeh” ASC Qaradağ rayon Sukanal İdarəsi tərəfindən X4 ünvanlanmış xxxx 2018-ci il tarixli məktuba görə Qaradağ rayon, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küç.,41 C ünvanında yerləşən torpaq sahəsi üzərində, tikintisi davam edən qeyri-yaşayış obyektində, yaranmış 13608 manat borcun səbəbi - 2017-ci il xxx qrunt suyunun kanalizasiya şəbəkəsinə vurulması ilə əlaqədar yazılmış akt əsasında 2972 manat, sayğacdan kənar su xəttindən istifadəyə görə 1378 manat, may-iyun 2017-ci il d=50 mm-lik qrunt suyunu n aylıq sərfiyyatına əsasən 1832 manat. xxx 2017-ci ildə sayğacdan kənar su xəttinə 1026 manat və aylıq qrunt suyunun istifadəsinə görə 916 manat, birlikdə 1942 manat. xxx 2017-ci ildə qrunt suyun axıdılmasına 916 manat, xxx 2017-ci ildə qrunt suyun axıdılmasına 916 manat, xxx 2017-ci ildə qrunt suyun axıdılmasına 916 manat. xxx 2017-ci il və xxx 2018-ci il tarixlərində qrunt sudan istifadəyə görə 2748 manat borc yaranmış, xxx 2018-ci il tarixində yazılmış ***** nömrəli akt əsasında sayğacdan kənar d=15 mm-lik su xətti aşkarlanmış, eyni zamanda abonent haqqında məlumata görə X3 01.01.2018-ci il tarixə çirkab suya görə 9.721,80 manat, içməli suya görə 1239,30 manat, qrunt suyuna görə 3632,00 manat olmaqla cəmi borcu 14 493,00 manat, xxx 2017-ci il tarixə borcu 10 861,00 manat, xxx 2016-ci i l tarixə borcu 0,00 manat, xxx 2017-ci il tarixli, ******saylı hesab-fakturaya əsasən 2017-ci il xxx istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqına görə X3 Cavabdeh ASC-yə borcu quyu suyu üçün 2.972,00 manat, içməli su üçün 689,00 manat, çirkab su 689,00 manat olmaqla cəmi 4.350,0 manat, xxx 2018-ci il tarixli, ********* saylı hesab fakturaya əsasən 2018-ci il xxx istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqına görə X3 Cavabdeh ASC-yə borcu içməli su üçün 149,00 manat, çirkab suya görə 149,00 manat olmaqla, cəmi 298,00 manat, xxx 2018-ci il tarixli, ********* saylı hesab fakturaya əsasən 2018-ci il xxx istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri xidmətləri haqqına görə X3 Cavabdeh ASC-yə borcu içməli su üçün 1539,00 manat, çirkab suya görə 1.539,00 manat olmaqla cəmi 3.078,00 manat təşkil edir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz, digər tərəfdən cavabdehin, iddiaçının su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulmanı müəyyən etdi yi halında itirilmiş suyun həcmini “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq 1 il üçün hesablamaq hüququ olmuş, ünvan 10 ünvanında yerləşən X4 məxsus obyektdə xxx 2017, xxx 2017 və xxx 2018-ci il tarixlərdə su təchizatına və su sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə d=20 mm-lik boru vasitələri ilə qanunsuz olaraq sudan istifadə edilir, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən video çəkiliş aparmaqla xxx 2017-ci il tarixli, **** nömrəli, xxx 2017-ci tarixli, **** nömrəli və 19 mart 2018-ci tarixli, ***** nömrəli aktlar tərtib edilmiş, Cavabdeh ASC tərəfindən akta əlavə edilmiş hesablamada iddiaçının 4 ay, 3 ay və 9 ay ərzində sayğacdan kənar su xəttindən istifadə etməsi ehtimalından çıxış edilmiş, halbuki, iş materiallarında X3 məhz 4 ay, 3 ay və 9 ay ərzində həmin qanunsuz xətlərdən istifadə etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir, "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinin tələbinə uyğun olaraq "Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən R.Abbasova verdiyi suyun dəyərini tam hesablamaq və hər ay sonuncuya məlumat (hesab) təqdim etmək öhdəliyi olsa da, cavabdeh bu öhdəliyini lazımınca icra etməmiş, bundan başqa X1 sudan istifadə qaydalarının pozulmasında ifadə olunan hərəkətləri, yəni sayğacdan kənar su xəttindən istifadəsi gözlə görünən qüsurdur və onun əvvəlki aylarda aşkarlanmaması (əgər mövcud olmuşdusa) ağlabatan deyildir, beləliklə, ünvan 10 ünvanında yerləşən iddiaçıya məxsus obyektdə sudan qeyri-qanuni 4 ay, 3 ay və 9 ay ərzində istifadə etməklə 1368 manat,1026 manat və 3078 manat dəyər ində su itkisinə yol verilməsi Cavabdeh ASC tərəfindən əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xxx 2018-ci il tarixli, **** nömrəli ekspert rəyinə əsasən bir ay qeyri-qanuni istifadə olunmuş suyun həcmi 171 m3 müəyyən edilməklə, sayğac üzrə istifadə olunmuş suyun həcmi 83 m3 təşkil edir, belə olan halda istifadə olunmuş suyun ümumi həcmi 425 m3 (istifadə olunun suya və çirkab sularının axıdılmasına görə ödənilməli olan ümumi məbləğ 850 manat) təşkil edir, bundan əlavə *** nömrəli akta üzrə aylıq su sərfiyyatının həcmi 1,14 kub.m müəyyən edilməklə, gün ərzində 5 saat olmaqla, 30 gün müddətində istifadə olunan suya və çirkab sularının axıdıimasına görə ödənilməli olan ümumi məbləğ 342 manat təşkil edir, beləliklə, 1192 manat m əbləğində iddiaçı tərəfindən "Cavabdeh" ASC-yə maddi ziyan vurulmuş, ekspert rəyinin tədqiqatının nəticəsi hissəsinə görə ekspertin iştirakı ilə keçirilmiş baxış zamanı ünvan 11 ünvanında yerləşən X4 məxsus obyektin birbaşa yolun kənarında yerləşdiyi, yardımçı təsərrüfat və yaşıllıq sahələrinin olmadığı, obyektdə texniki və drenaj sularından istifadə olunması üçün heç bir zəruri hal müəyyən edilməmiş, obyekt öz təyinatına görə market (ticarət obyekti) kimi fəaliyyət göstərir və sudan yalnız sayğacdan keçən su xəttindən sanitar məqsədlər üçün (sanitar qovşaq və mətbəxdə) istifadə edilir, obyektdə qrunt suyundan istifadə olunmur, baxış zamanı obyektdən kənarda yerləşən və qrunt (yeraltı) sularının toplanması üçün nəzərdə tutulmuş quyunun dibində az bir səviyyədə su vardır, quyunun içərisində ki dalğıc nasosu işlək vəziyyətdə deyil və nasosun atqı xəttindəki 32 mm diametrli boru ilə kanalizasiya xəttinə su ötürülmür, quyunun içərisindəki dalğıc nasosu öz iş prinsipinə görə, yalnız quyuda drenaj sularının səviyyəsi limit qoyulmuş həddə qədər qalxdıqda nasosun səviyyə göstəricindən elektrik sisteminə siqnal daxil olduqdan sonra nasosun mühərriki avtomatik olaraq işə düşür və drenaj sularını supermarketin kanalizasiya xəttinə ötürür, obyektdə drenaj sularından istifadə olunmur, Drenaj sularının mənbəyi araşdırılarkən müəyyən edildi ki, əsasən ərazisindəki yaşayış binalarının zirzəmilərindən və qəza hallarında sukanalizasiya xətlərindəki sızmalardan torpağa hopmuş sular vaxtaşırı olaraq quyuya yığıla bilər və bu suların marketlə heç bir texniki əlaqəsi yoxdur, bununla əlaqədar işə əlavə edilmiş cavabdehin iddiaçı tərəfindən kanalizasiya şəbəkəsinə qoşulması barədə təqdim edilən video çəkilişdə aktlarda göstərilən həcmdə qrunt (yeraltı) sularının toplanması, boru ilə kanalizasiya xəttinə qoşulması faktı müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xxx 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlə r, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respu blikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xxx 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmala rın, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 1.7-ci bəndinə əsasən reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Cavabdeh ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxla maların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 17.07.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.2-ci bəndinə əsasən istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəy yən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq 1 (bir) il müddətinədək hesablanır. "Su təchizatı və tullantı suları haqqında" qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. Qanunun 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinin razılığı o lmadan su təchizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. “Sudan istifadə Qaydaları”nın 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh ASC tərəfindən akta əlavə edilmiş hesablamaların konkret faktlara deyil, ehtimallara əsaslandığını, "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinin tələbinə uyğun olaraq, "Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən R.Abbasova verdiyi suyun dəyər ini tam hesablamaq və hər ay sonuncuya məlumat (hesab) təqdim etmək öhdəliyi olsa da, cavabdehin bu öhdəliyini lazımınca icra etmədiyini, bundan başqa R.Abbasovun sudan istifadə qaydalarının pozulmasında ifadə olunan hərəkətləri, yəni sayğacdan kənar su xəttindən istifadəsi gözlə görünən qüsur olduğunu və onun əvvəlki aylarda aşkarlanmamasının (əgər mövcud olmuşdusa) ağlabatan olmadığını, iddiaçıya məxsus obyektdə sudan qeyri-qanuni 4 ay, 3 ay və 9 ay ərzində istifadə etməklə **** manat,1026 manat və 3078 manat dəyərində su itkisinə yol verilməsinin Cavabdeh ASC tərəfindən əsaslandırılmadığını, həmçinin xxx 2018-ci il tarixli, **** nömrəli ekspert rəyinə görə 1192 manat məbləğində iddiaçı tərəfindən "Cavabdeh" ASC-yə maddi ziyanın vurulduğunu, ekspert rəyinin tədqiqatının nəticəsi hissəsin ə görə ekspertin iştirakı ilə keçirilmiş baxış zamanı ünvan 11 ünvanında yerləşən X4 məxsus obyektin birbaşa yolun kənarında yerləşdiyi, yardımçı təsərrüfat və yaşıllıq sahələrinin olmadığı, obyektdə texniki və drenaj sularından istifadə olunması üçün heç bir zəruri halın müəyyən edilmədiyini, ərazisindəki yaşayış binalarının zirzəmilərindən və qəza hallarında su-kanalizasiya xətlərindəki sızmalardan torpağa hopmuş sular vaxtaşırı olaraq quyuya yığıla bildiyini və bu suların marketlə heç bir texniki əlaqəsinin olmadığını, bununla əlaqədar işə əlavə edilmiş cavabdehin iddiaçı tərəfindən kanalizasiya şəbəkəsinə qoşulması barədə təqdim edilən video çəkilişdə aktlarda göstərilən həcmdə qrunt (yeraltı) sularının toplanması, boru ilə kanalizasiya xəttinə qoşulması faktının müəyyən edilmədiyini, Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal Departamentinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxışın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən həyata keçirildiyinə görə keçirilmiş yoxlamanın qanuni hesab edilə və qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilmədiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə ka ssasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-863/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-863/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar