Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-160/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdeh İB-nə qarşı iş üzrə QƏRAR (açar sözlər: cavabdehin nümayəndəsinə hesablanmış borc üzrə sayğacın göstəricilərinə əsasən hesabın təqdim edilməsi təklif olunsa da, tələb edilən borc üzrə hesablar məhkəməyə təqdim edilməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Kərimov Fərhad Abdulkərim oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, vəkili Vəkil Qaryağdı oğlunun iştirakları, H.Əbilovun katibliyi ilə, iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətin in Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-54/2020 saylı qətnaməsindən Cavabdeh İB və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 19530,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinə daxil olmuş Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildirişinə əsasən (kod: 10/24585) Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən istifadə olunmuş təbii qaza görə 21628.68 manat borc ödənilməyəcəyi halda qaz təhcizatının dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, 2017-ci il dekabr ayında məhkəmə qərarına əsasən hesabda düzəliş edilmiş və xx.xx.2018-ci il tarixinə 19.530,68 manat debitor borc mövcuddur. Sonuncu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinin iddia tələbinə əsasən Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1998-2007ci il tarixədək balansında olmuş orta məktəb və uşaq bağçalarına aid olmuş 20006,56 manat məbləğində kreditor borc öhdəliyinin tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş və həmin məbləğin silinməsi qət edilmişdir. Silinmiş borcun rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Belə ki, rayon İcra Hakimiyyətinin təbii qazdan istifadəyə görə kreditor borcu mövcud olmamışdır. Rayon İcra Hakimiyyəti təbii qazın istismara başlandığı dövrlər üzrə yaranmış borclarını tam ödəmiş və bununla əlaqədar Bakı Regional Qazın Satışı Departamenti arasında üzləşmə aktları imzalanmışdır. Qış aylarında inzibati binanın isidilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən istifadə etdiyi təbii qaza görə illər üzrə (ildə 4000,00-7000,00 manat arasında) orta hesabla 7000,00 manat həcmində borcu yaranmış və həmin borc illər ərzində ödənilmişdir. xx.xx.2018-ci il tarixinə qazdan istifadəyə görə qalıq borcu 2064,00 manat təşkil etdiyi halda 21628.68 manat borcun ödənilmədiyi təqdirdə qaz təchizatının dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Qeyd olunanlara əsasən hesablanmış borcun yaranma səbəblərinin bir daha araşdırılması və silinməsi barədə aidiyyəti üzrə göstəriş vermə üçün 01/09-11-31/224 saylı, xx.xx.2019-cu il tarixli məktubla Cavabdeh İB-nə müraciət olunmuşdur. Cavabdeh İB tərəfindən xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdən təbii qazdan istifadəyə görə borc 4.664,27 manat olmuş, 2009-cu il üzrə 1.041,30 manat, 2010cu il üzrə 3.726,70 manat borcdan 1.500,00 manat ödənilmiş, 2.226, 70 manat təbii qazdan istifadəyə görə borc qalmış, 2011-ci il üzrə 3736,60 manat, 2012-ci il üzrə 3.021,10 manat, 2014-cu il tarixə 4.838,30 manat, ümumilikdə 19.528,27 manat borcun mövcud olduğu bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti 2013-cü ilədək qazdan istifadə etməmişdir. RİH inzibati binası həmin ildən mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaqla isidilmişdir. RİH 2012-ci ilin oktyabr ayında əsaslı təmirə saxlanılmış və 2013-cü ilin iyun ayında yenidən açılış olmuşdur. Bu dövrdə RİH inzibati binası mərkəzi “Çiller” sistemi ilə təhciz olunmuşdur. Cavabdeh İB Binəqədi rayon İcra Hakimiyyəti arasında xx.xx.2013-cü ildə müqavilə bağlandıqdan sonra qazdan istifadəyə başlanmışdır. Bununla əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti ilə Binəqədi rayon X8 arasında xx.xx.2013-cü il tarixdə AKT tərtib edilmişdir. Cavabdeh hal-hazırda iddiaçıya aidiyyəti olmayan və iddia müddəti ötmüş borcu tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)730/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir ( hakim - Ə.Ələkbərov). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-54/2020 saylı qətnaməsi ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh İB və onun vəkili Vəkil kassasiya şikayəti verərək m əhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Binəqədi rayon İcra Hakimiyyətinə verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi təbii qazın dəyəri istehlakçının istismarında olan ELSTER G-40 tipli, 75018846 saylı qaz sayğacının gəstəricilərinə əsasən müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən sərf edilən qazın dəyəri vaxtında ödənilmədiyi üçün debitor borcu yaranmış, məhk əmə qətnaməsində artıq borcun hesablanmasına dair hər hansı mötəbər hal və ya sübut haqqında qeydlər yoxdur, qətnamədə yalnız sayğaca müdaxilə halının olmadığı halda, artıq borcun hesablanması qeyd edilmiş, iddiaçıya hesablanmış borc məbləği sırf istifadəsində olan sayğac göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.2, 4.8, 5.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X5 və vəkili Qəhrəmanov Elvin Qaryağdı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh İB-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X3, vəkili Qəhrəmanov Elvin Qaryağdı oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 202 0-cu il tarixli, 2-2(103)-54/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh İB arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2341-10-13 nömrəli müqaviləyə görə Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasına G-40 markalı 75018846 nömrəli sayğac quraşdırılmış, “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildirişə görə Cavabdeh İB tərəfindən 21.628.68 manat borc ödənilməyəcəyi halda, Binəqədi rayon İcra Hakimiyyətinə qaz təhcizatının dayandırılacağı barədə xəbərdarlıq edilmiş, Binəqədi rayon İcra Hakimiyyəti ilə Binəqədi rayo n X8 arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarına görə Binəqədi rayon İcra Hakimiyyəti təbii qazdan istifadəyə görə xx.xx.2017-ci tarixə 3145,11 manat (tərəflərin imzaladığı), xx.xx.2018-ci illin əvvəlinə 19.530,68 manat (iddiaçı imzalamamışdır), xx.xx.2018-ci il tarixə 19.530,68 manat (iddiaçı imzalamamışdır), xx.xx.2019-cu ilin əvvəlinə 19.530,68 manat (iddiaçı imzalamamışdır) və xx.xx.2019-cu il tarixə 23.104 manat (iddiaçı imzalamamışdır) borc olduğu göstərilmiş, Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosuna görə iştehlakçı Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixdə 19.530,07 manat təbii qazdan istifadəyə görə borcu yaranmış və həmin borc xx.xx.2017-ci il tarixdə iddiaçının hesabından silinmiş, lakin xx.xx.2018-ci il tarixdə 19.530,68 manat borc yenidən sonuncunun şəxsi hesab vərəqəsinə daxil edilmiş, eyni zamanda xx.xx.2019-cu il tarixə saldoda göstərilən ümumi borc 21.413 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 19.530,07 manat təbii qazdan istifadəyə görə borc yaranmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(82)1698/2015 saylı qətnaməsi əsasında 20.006,56 manat təbii qazdan istifadəyə görə hesablanmış borc sözügedən qətnamənin icrası mərhələsində iddiaçının şəxsi hesabından xx.xx.2017-ci il tarixdə silinmiş, lakin xx.xx.2018-ci il tarixdə 19.530,68 manat borc yenidən sonuncunun şəxsi hesab vərəqəsinə daxil edilərək, “Qaz təhcizatının dayandırılması haqqında” 433 saylı xx.xx.2018-ci il tarixli bildiriş əsasında 21.628,68 manat borcun ödənilməsi iddiaçıdan tələb edilmişd ir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Cavabdeh İB ilə “Binəqədi rayon İcra Hakimiyyəti arasında xx.xx.2013-cü ildə qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqavilə bağlanılmış, hazırkı mübahisə üzrə iddiaçı təbii qazdan istifadəyə görə tələb edilən borcu inkar etdiyindən, Cavabdeh İB isə borcun mövcud olduğunu bildirdiyindən, Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından təbii qazdan istifadəyə görə borcun olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür, Cavabdeh İB-yi Binəqədi rayon İcra Hakimiyyətinin 19.530,68 manat borcunun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent saldosu”na əsaslanır, halbuki, Cavabdeh İB müq avilə əsasında Binəqədi rayon İcra Hakimiyyətini təbii qazla təchiz edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir, məhkəməyə təqdim edilən “Abonentin saldosu”, Cavabdeh İB-in müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla, Cavabdeh İB-in daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmiş, Cavabdeh İB-in birtərəfli qaydada tərtib etdiyi sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir, həmçinin cavabdehin nümayəndəsi məhkəmədə “Abonent saldosu”na 19530,68 manat borcun hansı əsasla daxil edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə hesablanmış borc üzrə sayğacın göstəricilərinə əsasən hesabın məhkəməyə təqdim edilməsi təklif edilsə də, Cavabdeh İB-nin nümayəndəsi tərəfindən tələb edilən borc üzrə hesablar məhkəməyə təqdim edilməmiş, Cavabdeh İB yalnız tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablama və hər ay istehlakçıya hesab təqdim etmək Cavabdeh İB vəzifəsidir, xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.6-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq Cavabdeh İBnin vəzifəsidir, cavabdehin, tərəflər arasında yaranmış bu işgüzar əlaqələrdən kənara çıxaraq göstərilən borcun ödənilməsini tələb etməsi göstərilən səbəblərdən başqa həm də MM-in 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə müna sibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz payla yıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci ma ddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.9 və 2.1.10-cu bəndlərinə əsasən istehlakçıya verilən qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək Cavabdeh İB-nin vəzifəsidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbi nin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh İB-nin müqavilə əsasında Binəqədi rayon İcra Hakimiyyətini təbii qazla təchiz etdiyini, istifadə olunan təbii qazın həcminin müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edildiyini, məhkəməyə təqdim edilmiş “Abonentin saldosu”, Cavabdeh İB-in müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla, Cavabdeh İB-nin daxil etdiyi informasiya əsasında formalaşdığını və onun tərəfindən birtərəfli qaydada tərtib edildiyinə görə bu sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratmasının mümkün olmadığını, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə hesablanmış borc üzrə sayğacın göstəricilərinə əsasən hesabın məhkəməyə təqdim edilməsi təklif edilsə də, tələb edilən borc üzrə hesabların məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-54/2020 saylı qətnaməsi dəyişdirilməd ən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-54/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-160/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-160/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver