Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-165/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı və tam ortaqlı X1 Cavabdehnə qarşı aktın və təbii qaz itkisinə görə ziyanın hesablanmasına dair qərarın etibarsız hesab edilməsi tələbi, Cavabdeh X2 qarşı borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə QƏRAR (iş № 2-2(102)-165/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, iddiaçı X1 və X2 tam ortaqlı X3 Cavabdehnə qarşı aktın və təbii qaz itkisi nə görə ziyanın hesablanmasına dair qərarın etibarsız hesab edilməsi tələbi, Cavabdeh X1 və X2 tam ortaqlı X3 qarşı borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-866/2018 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 və X2 tam ortaqlı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən xxx 2018-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 257 ünvanında yerləşən fermer təsərrüfatına məxsus obyektdə təbii qazın uçotu və «Təbii qazdan istifadə Qaydaları»na riayət olunması vəziyyətinin yoxlanılaraq, ******* №-li akt tərtib olunduğunu, həmin akta əsasən obyektə baxış keçirilən zaman çörək sexində sayğacdan kənar qaz xəttindən qeyri-qanuni istifadə olunduğu, kənar xəttin ləğv edilməklə, dəymiş ziyan hesablanıb ödənilməsinin qeyd olunduğunu, həmin akt əsasında fermer təsərrüfatına 108.759,60 kub.m dəyərində qaz itkisi hesablanması barədə qərarın qəbul olunduğunu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin arayışına əsasən çörək sexinin uzun müddət fəaliyyət göstərməməsinin təsdiq olunduğunu, cavabdehin keçirdiyi yoxlamanın nəticələrinin qanunsuz olduğunu bildirərək, cavabdehin ******* №-li xxx2018-ci il tarixli aktının və təbii qaz itgisinə yol verdiyinə görə pul vəsai tinin iddiaçı tərəfindən ödənilməsi haqqında cavabdehin xxx2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 və X2 tam ortaqlı X3 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, fermer təsərrüfatının fasiləsiz olaraq təbii qazla təmin olunmasına baxmayaraq, istifadə etdiyi təbii qazın dəyərini tam ödəmədiyini, hal-hazırda onun 22642,52 manat məbləğində debitor borcu qaldığını (abonent saldosu əlavə olunur), beləliklə də X1 ilə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərini pozmaqla, üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini, istehlakçı olaraq «Qazdan istifadə Qaydalarına əməl etmədiyini, eyni zamanda tərəflər arasındakı müqavilənin 3.4-cü bəndini pozaraq, hesab təqdim olunduqdan sonra 1 ay ərzində ödənişi həyata keçirilmədiyini göstərərək, təsərrüfatın təbii qazdan istifadəyə görə yaranmış 22642,52 manat məbləğində əsas borcunun və 30 manat dövlət rüsumunun tutularaq Birliyin hesabına ödənilməklə, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın isə rədd olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)-302/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ******* №-li xxx2018-ci il tarixli aktının və təbii qaz itkisinə yol verdiyinə görə 108.759,60 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsi haqqında Cavabdeh xxx.2018-ci il tarixli qərarı etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-866/2018 saylı qətnaməsi ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, X1 və X2 tam ortaqlı X3 ilkin iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən tərtib olunmuş ******* №-li, xxx 2018-ci il tarixli akt və həmin akt əsasında qəbul edilmiş 108.759,60 kub.m təbii qaz itkisinə görə 21.751,92 manat məbləğində pul vəsaiti hesablanması haqqında xxx.2018-ci il tarixli qərar etibarsız hesab edilmiş, Cavabdeh qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xeyrinə X3 təsərrüfatından 890,60 manat pul vəsaiti tutulmuş, qalan hissədə qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edib, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, xxx 2018-ci il tarixində fermer təsərrüfatının çörək sexinin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacdan kənar qaz xəttinə müdaxilə edərək, qazdan qeyri-qanuni istifadə edildiyi barəd ə akt tərtib olunmuş, fotoşəkillər çəkilmiş, akta əsasən abonentə itirilmiş qaza görə 108759,6 kub.m 21.751,92 manat dəyərində ziyan məbləği hesablanmış, fermer təsərrüfatının nümayəndəsi O.İsmayılov özü etiraf etmişdir ki, çörək sexi fəaliyyətini rəsmi olaraq dayandırsa da qeyri-rəsmi təbii qazdan istifadə etmiş, istehlakçı ilə bağlanmış müqaviləyə əsasən də istehlakçının təqsirli hərəkətləri, habelə, müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, həmçinin akt əsasında iddiaçıya 108.759,60 manat deyil, 21.751,92 manat pul hesablanmış, məhkəmə prosesi zamanı təqdim edilən sübutlar iddianın rədd olunması üçün yetərincə əsaslar versə də, məhkəmə onları araşdırmamış, öz mülahizələrinə əsaslanmışdır. Tərəflərin izahatları Ca vabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edib, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X1 və X2 tam ortaqlı X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X1 və X2 tam ortaqlı X3 iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallar ının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)- 866/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxx 2018-ci il tarixdə iddiaçıya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 257 ünvanında yerləşən obyektdə cavabdehin əməkdaşları tərəfindən «Təbii qazın uçotu və Təbii qazdan istifadə Qaydalarına riayət olunması vəziyyəti» yoxlanılmış və bu məqsədlə obyektə keçirilən baxışın nəticələrinə dair ******* №-li akt tərtib olunmuş, həmin akt əsasında da fermer təsərrüfatına xxx2018-ci il tarixli qərarla təbii qazın itkisinə görə 108.759,60 kub.m həcmində (21.751,92 manat) ziyan hesablanmış, qaz paylayıcısı Cavabdeh İB tərəfindən sahibkarlıq fəaliyyəti göstərən fermer təsərrüfatına məxsus obyektdə aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalar çərçivəsində təşkil olunmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermer təsərrüfatına məxsus obyektdə təbii qazın uçotu təbii qazdan istifadə qaydaların a (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan yoxlamanı (baxışı)- yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi, lakin cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, mübahisələndirilən yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmiş, həmçinin cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərə, habelə iddiaçının nümayəndəsinin izahatına əsasən aşkar edilən, üzərinə ventil bağlanmış sayğacdan kənar qaz xətti torpağın altından qazılaraq aşkar edilən və konkret işlək vəziyyəti və dəqiqliyi ilə haraya birləşdirildiyi görünməyən bir xətdən ibarətdir, beləliklə, Cavabdeh İB-nin fermer təsərrüfatına məxsus obyektdə apar ılan yoxlamanın (baxışın) nəticələri üzrə aşkar etdiyi sayğacdan kənar qaz xəttinə görə tərtib etdiyi xxx 2018-cdi il tarixli akt və həmin akt əsasında təbii qazın itkisinə görə ziyan hesablanmasına dair xxx 2018-ci il tarixli qərarı, hüquqi əsası olmadığından, etibarsızdır, eyni zamanda birinci instansiya məhkəməsi, qətnaməsində cavabdehin itirilmiş qaza görə hesablanmış təbii qazın 108.759,60 kub.m həcmini səhvən «manat» şəklində qeyd etmiş, fermer təsərrüfatının şəxsi hesabını əks etdirən «Abonetin Saldo»suna əsasən həmin həcmdə qaz itgisinin dəyəri 21.751,92 manat məbləğindədir, həmçinin «Abonet Saldo»suna əsasən istehlakçının qaz paylayıcısına 2017-ci ilin sonuna olan qalıq borcu - 862,40 manat, bundan əlavə onun 2018-ci ilin xxx üzrə borcu 28,20 manat borcu olmaqla, ümumilikdə 890,60 manat məbləğində borcu mövcud olduğu halda, məhkəmə həmin hissədə əsassız olaraq iddianı rədd etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiy i yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların poz ulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəbl ər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» xxx 2010-cu il tarixli fərmanının 1.2-ci bəndi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, onun tərəfindən aparılan vahid məlumat reyestrinin forması və qaydası hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim olunsun. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasna mə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan son ra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsini dəyişdirə rək, iddia tələbini təmin edərək, ******* №-li, xxx 2018-ci il tarixli aktın və həmin akt əsasında qəbul edilmiş 108.759,60 kub.m təbii qaz itkisinə görə 21.751,92 manat məbləğində pul vəsaiti hesablanması haqqında xxx 2018-ci il tarixli qərarın etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermer təsərrüfatına məxsus obyektdə təbii qazın uçotu təbii qazdan istifadə qaydalarına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan yoxlamanın (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyini, iş materiallarına əsasən aşkar edilən, müb ahisəli Cavabdeh İB-nin fermer təsərrüfatına məxsus obyektdə aparılan yoxlamanın (baxışın) nəticələri üzrə aşkar etdiyi sayğacdan kənar qaz xəttinə görə tərtib etdiyi xxx 2018-ci il tarixli aktın və həmin akt əsasında təbii qazın itgisinə görə ziyan hesablanmasına dair xxx 2018-ci il tarixli qərarın hüquqi əsası olmadığından, etibarsız olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-866/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-866/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-165/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-165/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver