Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-172/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-yə qarşı borcun silinməsi, kompensasiyanın ödənilməsi və aktın etibarsız hesab edilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-2(103)993/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 15 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, "İddiaçı" MMC (bundan sonra - iddiaçı) su təchizatına qoşulması üçün 03 avqust 2017-ci il tarixli 017/482tş nömrəli Texniki Şərt əldə etmişdir. 2017-ci ilin may-sentyabr ayları üzrə istehlak etdiyi suyun dəyərinin ayda 7398 manat hesabı ilə ödənilməsi barədə Cavabdeh1 ASC "xxxx" MMC ilə “xxx ” idarəsi arasında 30.09.2017-ci il tarixdə sərfiyyat protokolu imzalanmışdır. İddiaçı MMC ilə X1 İdarəsi arasında su təchizatı və kanalizasiya sisteminin balans mə nsubiyyəti sərhədi barədə 000465 saylı, 24.11.2017-ci il tarixli Akt imzalanmış, "Cavabdeh1" ASC "xxxx" MMC ilə "İddiaçı" MMC arasında 730287 nömrəli 27.11.2017-ci il tarixli Su təchizatına dair Müqavilə bağlanmışdır. Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən 17.10.2017-ci il tarixdə iddiaçının su təchizatı sisteminə baxış keçirilmiş və bu barədə tərtib edilmiş inventar aktında obyektin ərazisində İddiaçı MMC-yə məxsus anbarda sudan D 200 M-lik boru vasitəsilə müqaviləsiz istifadə olunduğu qeyd edilmişdir. Həmin akt əsasında cavabdeh tərəfindən qeyri-qanuni istifadə nəticəsində itirilmiş suyun hesabatı aparılaraq iddiaçıya 01.01.2018-ci il tarixədək 73930 manat borc hesablanmış, həmin tarixdən 25.02.2018-ci il tarixədək iddiaçıya suyun verilişi dayandırılmışdır. İddiaçı cavabdehlər Cavabdeh 1 ASC-yə və “xxxx” MMC-yə qarşı borcun silinməsi, kompensasiyanın ödənilməsi, aktın etibarsız hesab edilməsi tələbləri ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “İddiaçı" MMC-yə sudan istifadəyə görə hesablanmış 73 930,00 manat əsassız borcun silinməsi və dəymiş 40 000.00 manat dəyərində zərərin kompensasiya edilməsinin müştərək şəkildə cavabdehlərin üzərinə qoyulması, "Cavabdeh1" ASC "xxxx" MMC-nin Şəmkir Sukanal İdarəsi və İddiaçı" MMC arasında imzalanmış 30 sentyabr 2017-ci il tarixli sərfiyyat protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-725/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: M.H.Əkbərov) iddia tələbi qismən təmin edilərək “Cavabdeh1" ASC "xxxx " MMC ilə "İddiaçı" MMC arasında bağlanan sərfiyyat protokolu üzrə təsdiqlənmiş 36990 manat məbləğində borcun 01 yanvar 2018-ci il tarixə əsassız olaraq hesablanmış 73900 manat məbləğindən çıxılaraq 36940 manat hissədə iddiaçının şəxsi hesabından silinməsi, iddia tələblərinin digər hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçının sudan sayğac quraşdırılmadan və tərəflər arasında müqavilə bağlanmadan istifadə etdiyi dövr üçün qarşılıqlı razılaşma əsasında hesablanmış 36990 manat məbləğində borcun silinməsi üçün qanuni əsaslar olmadığından iddia 30.09.2017-ci il tarixli sərfiyyat protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında hesablanmış borcun silinməsi hissəsində əsassızdır. Məhkəmənin həmin q ətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-993/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-725/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənın ləğv edilməsini, 30.09.2017-ci il tarixli sərfiyyat protokolunun etibarsız hesab edilməsi və 40.000 manat dəyərində zərərin kompensasiya edilməsi barədə yeni qər ar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, "İddiaçı" MMC su təchizatı sisteminə 2017-ci ilin avqust ayında qoşularaq sudan istifadə etməyə başlamışdır və bunun üçün Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə “Su təchizatı şəbəkəsinə qoşulma işlərinin icrası” barədə 017/482 saylı 03 iyul 2017-ci il tarixli Razılaşma (müqavilə) imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, “İcraçı, yəni Cavabdeh1 ASC 03 avqust 2017-ci il tarixli 017/482-tş saylı Texniki Şərtlərin icrası ilə əlaqədar Şəmkir şəhəri, Gəncə-Qazax avtomobil yolunun 21-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin su təchizatı (d273m) şəbəkəsinə qoşulmasının təmin edilməsi məqsədilə Sifarişçinin vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin t əşkilini öhdəsinə götürür”. İcraçı sifarişçi İddiaçı MMC-nin əvəzinə 03 avqust 2017-ci il tarixli 017/482-tş saylı Texniki Şərt əsasında su təchizatı sisteminə qoşulma işlərini yerinə yetirdikdən sonra 08.09.2017-ci il tarixli 797389 saylı elektron qaimə - faktura əsasında qoşulma işlərinin ümumi dəyəri 5871,08 məbləğində olan vəsait 25 sentyabr 2017-ci il tarixli 448 saylı ödəniş tapşırığı əsasında Cavabdeh1 ASC-yə ödənilmişdir. Bundan sonra texniki şərtin tələblərinə uyğun olaraq 24.11.2017-ci il tarixində Şəmkir Sukanal İdarəsi ilə İddiaçı MMC arasında balans mənsubiyyəti sərhədi barədə AKT imzalanmışdır. Cavabdeh1 ASC ilə bağlanmış S-1042 saylı 01 noyabr 2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında 200 mm diametrli smart kart tipli sayğac quraşdırılmış və 24.11.2017-ci il tarixində su sayğacının istismara qəbuluna dair 000465 №-li AKT imzalanmışdır. Su sayğacının istismara qəbuluna dair aktın imzalanmasından sonra 27.11.2017-ci il tarixində Cavabdeh1 ASC “xxxx” MMC ilə İddiaçı MMC arasında 730287 nömrəli Su təchizatına dair Müqavilə bağlanmışdır. Yəni, İddiaçı MMC sudan 2017-ci ilin avqust ayında istifadə etməyə başlamış, su təchizatı sisteminə qoşulması üçün müqavilə də bağlamış və 25 sentyabr 2017-ci il tarixində su təchizatı sisteminə qoşulması üçün xidmət haqqını da ödəmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC 30 sentyabr 2017-ci il tarixində həmin vaxt üçün su sayğacının olmadığına görə borunun en kəsiyinə görə qanunsuz olaraq 2017-ci ilin may-sentyabr aylarını götürərək su sərfiyyatı protokolunu İddiaçı MMC-yə imzalatmışlar. Protokolda g östərilən sərfiyyatın sonradan quraşdırılan suölçən cihazına görə faktiki istifadə edilən sərfiyyatdan qat-qat artıq hesablanması və hesabat dövrünün iki aydan artıq yazılması İddiaçı MMC-ni ağır maliyyə vəziyyətinə salmışdır. Daha sonra qeyd edilir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iş üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın (Bundan sonra - “Qaydalar”) 7.8.- ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Həmin Qaydaların 7.8.-ci bəndinə əsasən "... Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır... ”. Şikayətdə qeyd edilir ki, əsassız borcun yaranması ilə bağlı İddiaçı MMC-nin su təchizatı 01.01.2018-ci il tarixindən 25.02.2018-ci il tarixədək Cavabdeh1 ASC və “xxxx” MMC tərəfindən dayandırılmış smart kartın ödənişinə isə məhdudiyyət qoyulmuşdur. Su təchizatının dayandırılması ilə bağlı istehlakçıya heç bir bildiriş və xəbərdarlıq təqdim edilməmişdir. Bu da, kobud şəkildə istehlakçının hüquqlarının pozulması deməkdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)993/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsinın ləğv edilməsini, 30.09.2017-ci il tarixli sərfiyyat protokolunun etibarsız hesab edilməsi və 40.000 manat dəyəri ndə zərərin kompensasiya edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları t ənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit ol unmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Qanununa əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi on gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir. Qoşulmağa imtinadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edilə bilər. (maddə 5, 24) Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.2014-cü il tarixli 275 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın: 2.1-ci bəndinə əsasən, sifarişçinin tikinti obyektinin xxx -a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən sifarişçinin xxx -a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən həyata keçirilir. 3.3 -cü bəndinə əsasən, xxx -a qoşulmaya dair tədbirlər aşağıdakı mərhələlərdə ardıcıllıqla yerinə yetirilir: -3.3.1. texniki şərtlər əsasında qoşulma işlərinin (qoşulma ilə bağlı layihənin hazırlanması və razılaşdırılması da daxil olmaqla) həyata keçirilməsi; - 3.3.2. yeni su kəmərləri və qurğularının zərərsizləşdirilməsi və yuyulması; - 3.3.3. sifarişçi ilə STKM arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti və qoşulma aktlarının imzalanması. 3.9-cu bəndə əsasən qoşulma aktı, balans mənsubiyyəti sərhədi aktı və istismar məsuliyyəti aktı imzalandıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada sifarişçi ilə STKM arasında suyun alqı-satqı müqaviləsi bağlanılır və sifarişçiyə (istehlakçıya) su verilir. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 8.1.8-ci bəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı cavabdehdən texniki şərt aldıqdan sonra su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq üçün qanunla nəzərdə tutulmuş digər tələblərə əməl etmədən, yəni tərəflər arasında balans mənsubiyyəti sərhədi, istismar məsuliyyəti, qoşulma aktl arı, müqavilə imzalanmadan, sayğac quraşdırılmadan su təchizatı sisteminə qoşulduğundan bu qoşulma qanunsuz və özbaşına qoşulma hesab edilir. İddiaçının sudan qanunsuz istifadə etdiyi dövr üçün (2017-ci ilin may-sentyabr ayları) aylıq su sərfiyyatı tərəflərin razılığı ilə borunun en kəsiyinə uyğun suyun axma surəti 1-2,5 m/san hesabı ilə hesablanaraq 5 ay üçün 36990 manat məbləğində borc hesablanmış və bu barədə tərəflər arasında qarşılıqlı razılaşma əsasında protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə araşdırmaları zamanı həmin protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi sərfiyyat protokolunun etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, apelyasiya instansiya sı məhkəməsinin 36990 manat borcun ödənilməli olması barədə də gəldiyi nəticə düzgündür. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2017-ci ilin may-sentyabr ayları üçün sudan istifadəyə görə ona hesablanmış borcun ödənilməsini təmin etmədiyi üçün su təchizatının dayandırılması qanunun tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddiaçı su təchizatının dayandırılması ilə əlaqədar vurulmuş ziyanın kompensasiyasını tələb etmək haqlı sayıla biləz. Ona görə də 40000 manat məbləğdə zərərin əvəzinin cavabdehlərdən tutulması hissəsində də iddianı təmin etməməklə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmələrin gə ldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-993/2018 nömrəli 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-172/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-172/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver