Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-173/2019 24.04.2019 ALİ MƏHKƏMƏ “Iddiaçı ” İstehsalat Birliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “Iddiaçı” İB-nin vəkili Vəkil, cavabdeh Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin nümayəndələri Nümayəndələri iştirakı ilə, İddiaçı “Iddiaçı” İB-nin cavabdeh Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-919/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Iddiaçı” İB və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi 05 yanvar 2017-ci il tarixində “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədəmüqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə “Iddiaçı” İB 1 nömrəli tam orta internat məktəbini nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratma qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, internat mə ktəbi isə bunun əvəzində “Iddiaçı” İB-yə Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir)m3 qaz üçün 0,20 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 72453,10 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbindən tutularaq “Iddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş, istehlak olunmuş təbii qazın dəyəri tam şəkildə ödənməmiş, bunun nəticəsində “Iddiaçı” İB-yə 30 dekabr 2017-ci il tarixə 72453,10 manat məbləğində borc yaranmış, mübahisənin məhkəməyədək həll olunması məqsədilə pretenziya qaydasında edilən müraciətə cavab alınmamışdır. Cavabdeh 04 may 2018-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin iddiaçı “Iddiaçı” İB tərəfindən buraxıldığını, bu xüsusatın “Iddiaçı” İB və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi arasında olan üzləşmə aktlarında da öz əksini tapdığını bildirmiş və göstərilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2-2(82)-322/2018 nömrəli qətnaməs i ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2-2(82)-322/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-919/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2-2(82)-322/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, 01.01.2013-cü il tarixə yaranmış borc məbləğinin 3 illik iddia müddəti ərzində tələb etmək hüququ iddiaçı tərəfindən ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 22(103)-919/2018 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 380.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırda isə tərəflər arasında müqavilə münasibətləri mövcuddur, qeyd edilən öhdəlik münasibətləri hələ də davam edir. Ona görə də məhkəmə tərəfindən 3 illik iddia müddətinin t ətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Kassator Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 88.1-ci, 106.1-ci, 217-ci, 403-cü, 407-ci, 416-cı, 417-ci və 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-919/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Iddiaçı” İB-nin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-919/201 8 nömrəli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin nümayəndələri Nümayəndələri vəkilsiz təmsil olunduqlarına görə işə onların izahatları alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-919/2018 nömrəli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Hazırkı iş üzrə iddiaçının tələbi 30 dekabr 2017-ci il tarixə olan 7245 3,10 manat məbləğində borcun tutulmasıdır. İş materiallarında olan cavabdehə məxsus Abonentin saldosundan görünür ki, 2012-ci ilin sonuna cavabdehin 72453.03 manat borcu olmuşdur. 2013-cü il tarixdə cavabdeh 2545.30 manat məbləğində qaz sərf etmiş, o cümlədən aktlar üzrə 13350 manat borcu yaranmış və 15895.30 manat ödəniş etmiş, 2014-cü il tarixdə cavabdeh 14729.50 manat məbləğində qaz sərf etmiş və 14731.25 manat ödəniş etmiş, 2015-ci il tarixdə cavabdeh 13569.30 manat məbləğində qaz sərf etmiş və 15569.26 manat ödəniş etmiş, 2016-cı il tarixdə cavabdeh 20349.90 manat məbləğində qaz sərf etmiş və 20349.90 manat ödəniş etmiş, 2017-ci il tarixdə cavabdeh 32595.20 manat məbləğində qaz sərf etmiş və 32595.22 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdehin 2013-cü ilin yanvar ayı nın 01-dən sonra iddiaçıya hər hansı borcu olmamış, başqa sözlə iddiaçının tələb etdiyi borc məbləği 2012-ci ilin sonuna olan borcdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 380.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi pri nsiplərinə əsaslanmalıdır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına,axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi sta tusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulm asına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə o nların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci mad dəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina bar əsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın s ayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi istehlakçı olan cavabdeh ona təqdim edilmiş hesab üzrə qazın dəyərini bir ay müddətində tam ödəməlidir. Başqa sözlə, cavabdeh tərəfindən borcun ödənilməsi üçün müəyyən edilmiş 01 aylıq müddətin bitdiyi gündən sonra gələn gündən etibarən yaranmış borcun tələb edilməsi üçün iddia müddətinin axımı başlayır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə iddiaçının cavabdehdən tələb etdiyi borc 01.01.2013-cü il tarixədək yaranmış borc olduğundan, 01.01.2013-cü il tarixdən sonra cavabdeh tərəfindən yalnəz cari aylar üzrə borc ödənildiyindən, keçmiş dövr üzrə borcun ödənilməsinə dair hər hansı hərəkət edilmədiyindən MMnin 373.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə düzgün nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “Iddiaçı” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 22(103)-919/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-173/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-173/2019
24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver