Məhkəmə qərarları › İş №2-2(102)-180/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-180/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-180/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçının cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödəməklə pay hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilinin iştirakları ilə, iddiaçının cavabdehə qarşı kompensasiya ödəməklə pay hüququna xitam verilməsi tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 0-ci il 08 dekabr tarixli, 2-2(103)-650/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 6.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 manat olmaqla 100 paydan ibarətdir. 6.3-cü maddəsinə əsasən Cavabdeh MMC-nin (bundan sonra – “cavabdeh”) nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi, iddiaçının (bundan sonra – “iddiaçı”) nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi olmuşdur. 2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının 22.07.2016-cı il tarixli, 01 saylı qərarı ilə cəmiyyətin nizamnamə kapitalı artırılaraq 10.000 manat məbləğində, iddiaçının payı 9.950 manat, 9.950 pay, nizamnamə kapitalının 99,5 faizi, cavabdehin payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi müəyyən edilmişdir. 3. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə 01 nömrəli dəyişikliyə əsasən cəmiyyətin nizamnamə kapitalı 10.000 manat həcmində və hər biri 1 manat olmaqla 10.000 paydan ibarət müəyyən edilmişdir. Cavabdehin nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi, iddiaçının nizamnamə kapitalında payı 9.950 manat, 9.950 pay, nizamnamə kapitalının 99,5 faizi olmuşdur. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 iyun tarixli, e-22(81)719/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir.

5. İddiaçı 18.10.2019-cu il tarixdə əriz ə ilə cavabdehə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində olan 0,5 faiz payın ASC-yə satılmasını təklif etmişdir. 6. 07.05.2018-ci il tarixli, **********920900 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışa görə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10.000 manatdır, nizamnamə kapitalının 99,5 faizi iddiaçı, 0,5 faizi cavabdehə məxsusdur və cəmiyyətin qanuni təmsilçisi X1. 7. 17.01.2020-ci il tarixli, **********41100 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışa görə, iddiaçının qanuni təmsilçisi nümayəndə1dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “xxxx” MMC-də olan 0,5% payın dəyəri 50 manatın iddiaçıdan alına raq cavabdehə ödənilməsi, həmin payın iddiaçının mülkiyyətinə verilməklə cavabdehin “xxxx” MMC-də olan 0,5 % payına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, " xxxx" MMC-nin 29 dekabr 2014-cü il tarixli ümumi yığıncağının 04 saylı iclas protokoluna əsasən X2 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin 22 iyul 2016-cı il tarixli ümumi yığıncağının 01 saylı qərarına əsasən "xxxx" MMC-nin nizamnamə kapitalı artırılaraq 10.000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iddiaçının payı 9.950 manat, 9.950 pay, nizamnamə kapitalı 99.5 %, cavabdehin payı isə əlli manat, 50 pay, nizamnamə kapitalı isə 0,5 faiz müəyyən edilmişdir. Tərəfləri payları 11 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Ve rgilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydə alınmış və dövlət reyestrindən çıxarış verilmişdir. 10. 13 saylı Vergilər idarəsinin 06.06.2017-ci il tarixli qərarına əsasən 30.03.2018-ci il tarixdə "xxxx" MMC-də səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin öhdəliklərinin, kreditor borclarının və bank kreditinə görə borcların ödənilməsi təsisiçi X3 tərəfindən qoyulan pul vəsaitlərinin hesabına həyata keçirilmişdir. Belə ki, 01.06.2015-ci il tarixədək avadanlıq və dövriyyə vəsaitlərinin alınması, müəssisədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə təsisçi tərəfindən borc müqavilələri əsasında qoyulan pul vəsaitlərinin həcmi 14.668.508 manat təşkil etmişdir. Müəssisənin kreditor borcları və bank krediti ilə bağlı borcların ödənilm əsini təmin etmək məqsədi ilə müəssisənin kassasına və bank hesabına bağlanmış müqavilələrə əsasən təsisçi tərəfindən 2015-ci ildə 3.724.05.00 manat, 2017-ci ildə 56.139 manat pul vəsaiti mədaxil edilmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən təsisçiyə olan borc ödənilməmiş, nəticədə 01.05.2017-ci il tarixə müəssisənin təsisçiyə olan ümumi borc məbləği 18.448.697 manat təşkil etmişdir.

11. Cavabdehin “xxxx” MMC-də payı olsa da, cavabdeh “xxxx” MMC-yə pul vəsaiti qoymamış və müəssisənin fəaliyyətinin genişləndirilməsində və inkişaf etdirilməsində ümumiyyətlə iştirak etməmiş, payı formal olaraq qalmışdır. Cavabdehə müəssisədə olan 0,5% payının iddiaçıya satılması barədə təklif olunsa da, təklifə cavab verməmişdir. Bu səbəbdən tərəflərin paylarının naturada bölünməsi barədə məhkəməyə mürac iət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 03 iyun tarixli, 2-2(81)719/2019 saylı qətnaməsi ilə payın naturada bölünməsi barədə iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə pretenziya qaydasında məktub göndərərək, cavabdehə məxsus payın ona satılmasını təklif etsə də, cavabdeh pretenziyaya cavab verməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, e-2-2(113)-688/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – Z. Axundova).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 100 manat həcmində və hər biri 1 manat olmaqla 100 paydan ibarət olmuşdur. Cavabdehin nizamnamə kapita lında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi, iddiaçının nizamnamə kapitalında payı 50 manat, 50 pay, nizamnamə kapitalının 50 faizi olmuşdur. Daha sonra cəmiyyətin nizamnamə kapitalı artırılaraq 10.000 manat məbləğində olmuş, iddiaçının payı 9950 manat, 9950 pay, nizamnamə kapitalının 99,5 faizi, cavabdehin payı 50 manat, 50 pay, nizamnamə kapitalının 0,5 faizi müəyyən edilmişdir. İddiaçı 18.10.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində olan 0,5 faiz payın ASC-yə satılmasını təklif etmiş, lakin iddiaçının müraciəti cavabdeh tərəfindən cavabsız saxlanılmışdır.

14. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı pay anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiy yət anlayışı ilə eyniyyət təşkil etmir və qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı cüzi payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır.

15. Eyni zamanda qanunvericilik məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülk i Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 87.1, 90.6, 93.1, 93.2, 93.3, 93.4, 93.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 dekabr tarixli, 2-2(103)-650/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və R.M.Həsənov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, e-2-2(113)-688/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddı rlar və müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Lakin qanunverici bu qaydadan iki istisnanı müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulması təşkil edir. Hazırkı mübahisədə qeyd olunan istisna halları mövcud deyildir və ona görə də, cavabdehin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi tələbinin qanuni əsası yoxdur.

20. Qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısı nın öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur.

21. Nə Mülki Məcəllədə, nə də hər hansı bir normativ hüquqi aktda məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətində aktiv iştirak etməməsi əsası ilə iştirakçılarından birinin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsini tənzimləyən normalar mövcud deyildir (bax yuxarıda § 14).

22. Həmçinin iddiaçı Mülki Məcəllənin 95-96-cı maddələrində göstərilən qaydada “xxxx” MMC-nin təsisçiliyindən çıxmaq hüququndan istifadə edə bilər.

23. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.5, 93.1, 93.2, 390.1, 390.3cü maddələr inə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçının təsisçisi X4 tərəfindən 01.06.2015-ci il tarixinədək avadanlıq və dövriyyə vəsaitlərinin alınması, müəssisədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə qoyulan pul vəsaitinin həcmi 14.668.508 manat təşkil etmişdir. Müəssisənin kreditor borcları və bank krediti ilə bağlı borcların ödənilməsini təmin etmək məqsədi ilə müəssisənin kassasına və bank hesabına həmin təsisçi tərəfindən 2015-ci ildə 3.724.050 manat, 2017-ci ildə 56.139 manat pul vəsaiti mədaxil edilmişdir. Yoxlanılan dövrdə müəssisə tə rəfindən təsisçiyə olan borc ödənilməmiş, nəticədə 01.05.2017-ci il tarixə müəssisənin təsisçiyə olan ümumi borc məbləği 18.448.697 manat təşkil etmişdir.

26. Yuxarıda qeyd olunan hallar, 13 saylı Vergilər İdarəsinin 06.06.2017-ci il tarixli qərarına əsasən 30.03.2018-ci il tarixdə «xxxx» MMC-də səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş və qeyd olunan yoxlama aktı iş materiallarına əlavə olunmuşdur.

27. Lakin, «xxxx» MMC 2016-cı ildən təsisçi olmasına baxmayaraq, 100 manat belə əlavə vəsait qoymamış, müəssisənin fəaliyyət göstərməsinə, inkişafına, genişləndirilməsinə hər hansı bir təşəbbüs göstərməmiş, ümumiyyətlə müəssisənin fəaliyyətində hər hansı bir rol oynamamışdır.

28. Cavabdehin payı çox cüzidir, məhkəmə qətnaməsinə əsasən naturada bölünməsi mümkün deyildir və əmlakın istifadə o lunmasında hər hansı bir mənafeyi yoxdur.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 386, 217.1, 217.3, 217.4-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

31. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

32. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

33. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edil miş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

34. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üç ün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir”. “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bil ərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 dekabr tarixli, 2-2(103)-650/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, ASC-nin təsisçisi X4 tərəfindən 01.06.2015-ci il tarixinədək a vadanlıq və dövriyyə vəsaitlərinin alınması, müəssisədə tikinti-quraşdırma işlərinin aparılması məqsədi ilə qoyulan pul vəsaitinin həcmi 14.668.508 manat təşkil etmişdir. Müəssisənin kreditor borcları və bank krediti ilə bağlı borcların ödənilməsini təmin etmək məqsədi ilə müəssisənin kassasına və bank hesabına həmin təsisçi tərəfindən 2015-ci ildə 3.724.050 manat, 2017-ci ildə 56.139 manat pul vəsaiti mədaxil edilmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən təsisçiyə olan borc ödənilməmiş, nəticədə 01.05.2017-ci il tarixə müəssisənin təsisçiyə olan ümumi borc məbləği 18.448.697 manat təşkil etmişdir.

42. Cavabdehə iddiaçıya məxsus payın satılmasına dair müraciət olunsa da, müraciət cavabsız qalmışdır. Payın naturada bölünməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciə t olunmuş, məhkəmənin 03.06.2019-cu il tarixli qətnaməsi ilə payın naturada bölünməsinin mümkünsüzlüyü əsasları ilə iddiaçı tərəfindən qaldırılmış iddia rədd olunmuşdur.

43. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdehin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi tələbinin qanuni əsası yoxdur. Belə ki, qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa qaydada güzəşt etmək hüququnu, eləcə də cəmiyyətin iştirakçısının öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etmək vəzifəsini nəzərdə tutur.

44. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, «xxxx» MMC 2016-cı ildən təsisçi olmasına baxmayaraq, müəssisənin hesabına əlavə vəsait qoymamış, müəssisənin fəaliyyət göstərməsinə, inkişafına, genişləndirilməsinə hər hansı bir təşəbbüs göstərməmiş, ümumiyyətlə müəssisənin fəaliyyətində hər hansı bir rol oynamamışdır.

45. Bununla əlaqədar isə qeyd edilməlidir ki, nə Mülki Məcəllədə, nə də hər hansı bir normativ hüquqi aktda məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətində aktiv iştirak etməməsi əsası ilə iştirakçılarından birinin nizamnamə kapitalındakı payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsini tənzimləyən normalar mövcud deyildir. Məhkəm ələr düzgün olaraq qeyd etmişlər ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı pay anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiyyət anlayışı ilə eyniyyət təşkil etmir və qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarından birinin nizamnamə kapitalındakı cüzi payının əvəzinin ödənilməsi ilə onun razılığı olmadan həmin pay üzərində hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır.

46. Qeyd edilənlərə əsasən cavabdehin payının çox cüzi olması, xxxx» MMC-nin müəssisənin fəaliyyətində hər hansı bir rol oynamaması barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Kassasiya şikayətində MPM-nin 385.1.1, 385.1.2, 386, 217.1, 217.3, 217.4-cü maddələrinin tələblərinin pozulması barədə ümumi istinad isə bu pozuntuların konkret olaraq nədən ibarət olduğu göstərilmədiyi üçün əsaslı hesab edilə bilməz.

48. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 dekabr tarixli, 2-2(103)-650/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

50. Bakı Apelyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 dekabr tarixli, 2-2(103)-650/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar