Məhkəmə qərarları › İş №2-2(102)-186/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-186/2019

01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-186/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı Ləğv prosesində olan xxxx ASC-nin Cavabdeh-yə (üçüncü şəxs X1 iştirakı ilə)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan xxxx ASC-nin Cavabdeh-yə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 19 dekabr 2018-ci il tarixli 2-2(103)-884/2018 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayə tinə əsasən işə 01 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 Cavabdeh-yə qarşı Cavabdeh-nin üzərinə Masallı şəhərində 20 yanvar küçəsindəki 0,332 ha torpaq sahəsindəki 5951,7 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsinin qoyulması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən Masallı şəhərində 20 Yanvar küçəsindəki 0,332 ha torpaq sahəsindəki 5951,7 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik enerjisi ilə təchizatı ilə əlaqədar tərtib ed ilmiş 28 yanvar 2016-cı il tarixli NDQ seriyalı 001041 nömrəli aktın, E.C.Sultanov tərəfindən təsdiq edilmiş, 29 yanvar 2016-cı il tarixli icra vərəqinin, Cavabdeh-nin məlumat bazasından abunənin 13749,66 manat borcu olması haqqında çıxarışın qanunsuz hesab edilməsi və Masallı şəhərində 20 Yanvar küçəsindəki 0,332 ha torpaq sahəsindəki 5951,7 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik enerjisi təchizatı ilə əlaqədar həmin sənədlər əsasında hesablanmış 13749,66 manat borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, eyni zamanda İddiaçı üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 28 yanvar 2016cı il tarixli, 001041 saylı akta əsasən ona hesablanmış 13749,66 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04 dekabr 2017-ci il tarixli iş № 2-2(81)-734/2017, (sədrlik edən hakim A.Hüseyn) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 28.01.2016-cı il tarixli 001041 nömrəli akta əsasən “xxxx” ASC-yə hesablanmış 12577,81 manat borcun silinməsi cavabdehə həvalə edilməsi, 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsinin qismən, iddia təl əbinin təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03 may 2018-ci il tarixli iş № 2-2(103)-254/2018 (hakimlər V.Məmmədov- sədrlik edən və məruzəçi, S.Seyidova və S.Hüseynov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsinin yoxlanılan-“İddia tələbi qismən təmin edilsin. 28.01.2016-cı il tarixli 001041 nömrəli akta əsasən “xxxx” ASC-yə hesablanmış 12577,81 manat borcun silinməsi cavabdehə həvalə edişin.”- hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və yeni hissədə iddianın təmin edilməməs i, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan üçüncü şəxs Rəşadət Əliyev də kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli iş № 2-2(102)341/2018 (hakimlər İ.Hüseynov- sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və A.Hüseynov) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 03 may tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətlərin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli iş № 2-2(103)-884/2018 (hakimlər A.Nuriyeva- sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsiqət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə aşağıdakı səbəblərdən razı deyil. Əvvəla, qüsurun xarakteri nəzərə alınmalıdır. Çünki buradakı qüsur fərqlidir və təsadüfi xarakter daşıyır. Əksinə, qüsurun iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Yəni, işlədicilərin sayğacdan kənar birbaşa dövriyyəyə qoşulması nəticəsində elektrik enerjisi sərfiyyatının azalmasında yalnız iddiaçı maraqlı ola bilərdi. Bu səbəbdən də itirilmiş sərfiyyat Qaydaların 8.16 deyil, 8.17-ci bəndinin tələblərinə əsasən hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində hesablanmalıdır. İkincisi, təqsir şəxsin mülki-hüquqi məsuliyyətinin yaranması (təqsirsiz məsu liyyət halları istisna olmaqla) üçün zəruri tərkib elementidir. Hazırkı iş üzrə cavabdehin hesabladığı məbləğ məsuliyyətə cəlb etmə deyildir, iddiaçının sayğacının qeyd etmədiyi elektrik enerjisinin qarşılığıdır. Üçüncüsü, Məhkəmə EEİQ-nin 9.1 (“İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icr a olunmasına görə məsuliyyət daşıyır”.) və 9.10cu (“İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir”.) bəndlərinin tələblərini də nəzərə almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-2(103)884/2018 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv olunması və iddia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-c i il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv olunması və idd ia tələbinin təmin olunmaması haqqında yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehinkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 19 dekabr 2018-ci il tarixli, 2-2(105)-884/2018 saylı qətnamə ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-2(81)734/2017 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217.3, 217.4, 372.6, 372.7, 384.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.17, 8.2, 8.16, 8.17-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2 018-ci il tarixli qətnaməsi və qətnamədən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Masallı şəhəri, 20 yanvar küçəsində 0,332 hektar torpaq sahəsindəki 5951,7 kvadrat metr sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsinin qovulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 28 yanvar 2016-cı il tarixli NDQ seriyalı 001041 nömrəli aktın, E.C.Sultanov tərəfindən təsdiq edilmiş 29 yanvar 2016-cı il tarixli icra vərəqinin, cavabdehin məlumat bazasında abunənin 13749,66 manat borcu olması haqqında çıxarışın, Masallı şəhəri, 20 yanvar küçəsində 0,332 hektar torpaq sahəsindəki 5951,7 kvadrat metr sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik enerjisi ilə təchiz edilməsi ilə əlaqədar həmin sənədlər əsasında hesablanmış 13749,66 manat borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli protokol qaydasında qərardadı ilə iddiaçı R.Əliyev əsl iddiaçı ləğv prosesində olan “xxxx” ASC ilə əvəz edilmiş R.Əliyev üçüncü şəxs qismində işə cəlb edilmişdir. Hazırkı qərarda xüsusi olaraq qeyd edilməli olan digər bir məqam ondan ibarətdir ki, sözügedən mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının baxışında olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il ta rixli, 22(81)734/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28 yanvar 2016-cı il tarixli, 001041 nömrəli akta əsasən “xxxx” ASC-yə hesablanmış 12577,81 manat borcun silinməsi cavabdehə həvalə edilmiş, 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2018-ci il tarixli 22(103)-254/2018 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-2(81)-734/2017 saylı qətnaməsi yoxlanılan “İddia tələbi qismən təmin edilsin. 28 yanvar 2016-cı il tarixli, 001041 nömrəli akta əsasən “xxxx” ASC-yə hesablanmış 12577,81 manat borcun silinməsi Cavabdeh-yə həvalə edilsin.”-hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və bu hissədə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı və üçüncü şəxs R.Əliyev kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-2(102)-341/2018 saylı qərarı ilə kasasiya şikayətləri qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2018-ci il tarixli, 2-2(103)254/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-2(102)341/2018 saylı qərarının “əsaslandırıcı hissəsində” q eyd edilmişdir ki, “Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi iddiaçının enerjitəchizatı müəssisəsinə vaxtında məlumat vermədiyinə istinad etsə də, həmin vaxtı hansı təqvim tarixi ilə müəyyən etdiyini qətnamədə göstərməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi EEİQ-nin 8.17 və 9.1-ci bəndlərinə əsaslansa da, hesablaşma uçot cihazının məhz abonentin təqsiri üzündən sıradan çıxdığını, habelə iddiaçıya hesablamanın 352 gün üçün aparıldığının hüquqauyğun olduğunu, 9.1-ci bənddə göstərilən tələblərin iddiaçı tərəfindən pozulduğunu (və pozuntunun nədə ifadə olunduğunu) qətnamədə əsaslandırmamışdır. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının yoxlamada iştirak edən nümayəndəsi tərəfindən sayğacda mövcud olan qüsura dair aktı imzalamasını iddiaçının özünə q arşı istifadə etməsi (təqsirin etirafı kimi qəbul edilməsi) də əsaslı deyil. Belə ki, iddiaçı özü təsdiq edir ki, sayğacda qüsur olduğundan cavabdehə müraciət etmişdir. Belə olan halda, o, həmin qüsurun mövcudluğunu inkar etməli deyildi. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin digər əsası kimi qeyd edir ki, «iddiaçı Bank 2016-cı il 3 sentyabr tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan qeyri-yaşayış binasını üçüncü şəxsə icarəyə vermiş, həmin bina, o cümlədən tikilinin elektrik qurğuları və sayğacları tamamilə sonuncunun istifadə və sahibliyində olmuşdur Deməli, iddiaçı özünün bilavasitə iştirak etmədiyi və tərəfi olmadığı hüquq münasibətlərinin nəticələrini mübahisə edir ki, bu da onun hazırkı tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir...» Mə hkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi icarə müqaviləsi 2016-cı il 3 sentyabr tarixdə bağlandığı halda, mübahisəli akt 2016-cı il yanvarın 28-də, yəni müqavilədən əvvəl tərtib olunmuşdur. Aktın tərtib olunduğu tarixi əhatə edən icarə müqaviləsi işdə yoxdur. Digər tərəfdən, hətta aktın tərtib olunduğu vaxtda icra münasibətləri mövcud olmuş olsa belə, ilkin iddiaçı əsl iddiaçı ilə məhkəmənin qərardadına əsasən əvəz olunub. Apelyasiya instansiyası məhkəməsi, bunun əksinə olaraq, hazırkı iddiaçını əsl iddiaçı hesab etmirdisə, işə mahiyyət üzrə baxan tam hüquqlu məhkəmə kimi Mülki Prosessual Məcəllənin 365 və 54-cü maddələrini rəhbər tutmalı idi. Lakin hazırkı i şdə bu cür əsaslar yoxdur. Belə ki, enerji təchizatçısının qarşısında abonent - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı qismində “xxxx” ASC çıxış edir. İcarə müqaviləsinə görə istifadə olunmuş elektrik enerjisinin dəyərinin icarəçi tərəfindən ödənilməsi şərti “xxxx” ASC-nin abonent kimi hüquq və vəzifələrinə xitam vermır”. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi də “ kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir” müddəasına (Mülki Prosessual Məcəllənin 420-ci maddəsi) tam riayət edərək sözügedən göstərişləri icra etmişdir. Belə ki, “xxxx” ASC-nin mülkiyyətində olan Masallı şəhəri, 20 yanvar küçəsində 0,332 hektar torpaq sahəsində yerləşən, 12 girişli, 5951,7 kvadrat metr ümumi, 5457,3 kvadrat metr əsas, 494,4 kvadrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasını 03 sentyabr 2016-cı il tarixli icarə müqaviləsi əsasında hazırkı iş üzrə üçüncü şəxs olan İddiaçına icarəyə vermişdir. 28 yanvar 2016-cı il tarixdə Cavabdeh-nin əməkdaşları tərəfindən qeyd edilən obyektə baxış keçirilmiş, sayğacın dövrədən kənarlaşdırılması, obyektin işlədicilərinin birbaşa dövrəy ə qoşulması əsası ilə akt yazılmış və akta əsasən tərtib edilmiş icra vərəqəsi üzrə 229161 kvts əlavə sərfiyyat hesablanmışdır. İddiaçı sayğacda yanma baş verməsi səbəbi ilə sayğacın cavabdeh müəssisənin əməkdaşları tərəfindən çıxarıldığını, həmin dövrdə sərfiyyatın sayğacsız müəyyən edildiyini, aktın əsassız yazıldığını bildirmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci i tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.17, 8.2, 8.17-ci bəndlərini tətbiq etmişdir. Belə ki, həmin Qaydaların 7.17-ci bəndinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir); İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qeyd olunan Qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopa rıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01 fevral 2016-cı i l tarixdə 166324 saylı akt tərtib edilərək, sxemdən çıxarılan sayğacların götürülərək laboratoriyaya göndərilməsi qeyd olunmuşdur. Cavabdeh müəssisə tərəfindən qüsurun mövcud olması və sayğacın yanması barədə məlumatlı olmalarına baxmayaraq akt tərtib olunmuş və akta əsasən cərimə hesablanmışdır. Bu xüsusda apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, qaydaların qeyd olunan bəndlərinə görə nəzarətçi tərəfindən hər ay iddiaçıya məxsus obyektə baxış keçirildiyindən mövcud qüsur ən pis halda bir ay müddətinə aşkar oluna bilər. Lakin iş materiallarına əlavə olunmuş icra vərəqəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən elektrik enerjisi itkisi 352 günə 229161 kvts - 13749,66 manat (229161 kvts x 0,06 manat) hesablanmışdır. Məhkəmə 352 günə 13749,66 manat əlavə sərfiyyat (cərimə) hesablanmasını nəzərə alaraq 30 gün üçün elektrik enerjisi itkisinin 1171, 85 manat (13749,66 manat: 352 gün x 30 gün) olmasını müəyyən edir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi akta əsasən yalnız 12577,81 manat (13749,66 manat - 1171,85 manat) borcun silinməsinin Cavabdeh-yə həvalə edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işdə olan abunə haqqına görə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ********* saylı sayğac üzrə 30 oktyabr 2015-ci il tarixə olan sayğacın göstəricisi “68280,87”, 28 yanvar 2016-cı il tarixli 001041 saylı aktda olan sayğacın göstəricisi “73416” göstərilmişdir. İşdə olan (İ cild, i.v 130–131) Masallı EŞ tərəfindən abonent “xxxx” ASC barədə tərtib edilmiş hesabata əsasən, iddiaçı smartkart sayğacdan istifadə üçün 2015-ci ilin oktyabr ayının 2dən 20 noyabr 2015-ci ilə qədər 770 manat balans (pul) yükləmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-nin əməkdaşları tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş 28 yanvar 2016-cı il tarixli 001041 saylı aktında sayğacın dövrədən kənarlaşdırılması, obyektin işlədiciləri birbaşa dövriyyəyə qoşulması göstərilsə də, lakin bu nöqsanın məhz iddiaçının təqsiri ucbatından baş verməsi aktda göstərilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-nin X3 və Satı şı İdarəsinin Masallı EŞ-nin rəisinin Cənub RETSİ-nin rəisinə ünvanladığı 2016 cı il 722 saylı məktubda Masallı şəhər ərazisində yerləşən (kod 2.**********5) “xxxx” ASC-yə məxsus müəssisəyə quraşdırılmış zavod nömrəsi ********** olan üç fazlı elektrik sayğacı yandığı üçün sayğacın dəyərinin ödənilməsindən ötrü hesab faktura verilməsinə və yeni müasir üç fazlı sayğac ilə əvəz olunması barədə sərəncam verilməsini xahiş etmişdir. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-nin X3 və Satışı İdarəsinin Masallı EŞ-nin rəisinin Cənub RETSİ-nin rəisinə ünvanladığı 08 dekabr 2016cı il tarixli 773 saylı məktubda, Masallı EŞ-nin xidməti ərazisində olan (kod 2.**********5) “xxxx” ASC-yə məxsus müəssisəsini qidalandıran 160 kvt-luq transformatorun ştrində qüsurun yarand ığı, uçot dəstinə vurulmuş möhürlərin qırılmasına və qüsurun aradan qaldırılmasına sərəncam verilməsini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, həmin məktublarla sayğacda olan problemin iddiaçının təqsiri üzündən baş verməməsi sübut olunur və belə olan halda istehlakçının məsuliyyətinin ölçüsü “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı maddəsi ilə tənzimlənməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerji sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 22(103)-884/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar