Məhkəmə qərarları › İş №2-2(102)-187/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-187/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-187/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı "X"-in cavabdeh “Y” ASC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı "X" cavabdeh “Y” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il tar ixli 15 mart tarixli 2-2(119)-SKM/2021 saylı qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı "X" (bundan sonra – “X”) 2020-ci il 29 oktyabr tarixində “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək “Y” ASC-nin (bundan sonra – “ASC”) 2020-ci il 25 sentyabr tarixli R№ ****** saylı aktının etibarsız hesab edilməsi, həmin akta əsasən abunəçidən tutulması üçün hesablanmış 161,79 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. ASC-nin nümayəndəsi vəsatələ m əhkəməyə müraciət edərək hazırkı mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 26 fevral tarixli 2(060)-SŞM/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – A.S).

4. Sumqayıt Şəhər Məhkəməsi belə qənaətə gəlmişdir ki, borcun silinməsi tələb olunan obyekt AZ5000, Z ünvanı qeyri-yaşayış sahəsi olmaqla “avtoyuma”, “internet cafe” “komputer mağazası” kimi fəaliyyət göstərmişdir. AZEMİS “Elektron Məhkəmə İnformasiya Sistemindən” məhkəmənin elektron sorğusu ilə əldə edilmiş məlumatdan görünür ki, qeyd edilən ünvan “internet rabitəsi” növündə sahibkarlıq fəaliyyətini həyata keçirir. Ona görə də hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata ke çirilməsi ilə əlaqədar olduğundan ASC-nin vəsatəti təmin edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.

5. Sumqayıt Şəhər Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 44.2.2, 45.2, 45.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 15 mart tarixli 2-2(119)-SKM/2021 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.S).

7. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materialları ilə X-in hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həya ta keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da İddiaçı qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilmir. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, 2021-ci il 26 fevral tarixli qərardadda qeyd olunan “AZ5000, ünvan Z ünvanı yaşayış üçün nəzərdə tutulan mənzilin ünvanıdır və İddiaçı həmin ünvanda qeydiyyatdadır.

8. Sumqayıt Kommersiya Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü, MPM-in 24.2, 26.1, 32.7-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bu ndan sonra – “VM”) 16, 33.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

9. MM-in müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

10. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müd afiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

32. Aidiyy ət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.” “Maddə

44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıl dığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;... Maddə

45. İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası “... 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir....”

11. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Vergi ödəyicisinin vəzifələri... 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömr əsini (VÖEN) almaq;...” “Maddə

33. Vergi ödəyicilərinin uçotu... 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır....” 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə 10.Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında ve rgi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

13. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı qərarınınn müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı ol mayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılm alıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iş mülki iş olduğundan mahiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, X vergi ödəyicisi kimi qeydiyyata alınması, onun adına rəsmiləşdirilmiş VÖEN mövcud olması işi materialları ilə müəyyən edilmir.

16. Məsələ ilə bağlı AMP-nin mövqeyi (bax yuxarıda § 13) belədir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fə aliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

17. Göstərilənlərə əsasən, Sumqayıt Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar