Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-188/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 dekabr tarixli, 2-2(106)-131/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh qarşı (bundan sonra-“cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, cavabdehdən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 26.174,78 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 200 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 19 sentyabr tarixli, e-2-2(121)1432/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir ( hakim E.Abdullayev). Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 dekabr tarixli, 2-2(106)-131/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2023 -cü il tarixli, e-2-2(121)- 1432/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər P.Əhmədov və T.Kərimov). Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda cavabdeh kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində müvafiq maddi və prosessual hüquq normalarının mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 dekabr tarixli, 2-2(106)-131/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytar ılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən Hakimlər K.N.Abiyeva İ.A.Dadaşov İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-2(102)-188/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-188/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver