Məhkəmə qərarları › İş №2-2(102)-20/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-20/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-20/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MTK Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi, cavabdehin vəkili iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 2-2(103)-448/2018 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən yaranmış borcla bağlı tərtib edilmiş aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 19.756,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərən mənzil tikinti korperatividir. Cavabdeh ASC tərəfindən müəssisəyə göndərilən xəbərdarlığı əldə etdikdən s onra onlara məlum olmuşdur ki, guya müəssisənin “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə” 19.756,40 manat məbləğində borcu mövcuddur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçıya məlum olmayan bir tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində guya 19.756,40 manat məbləğdə borc aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Lakin müəssisənin sudan istifadəyə görə belə bir borcu yoxdur və qeyd edilən 19.756,40 manat məbləğində borc əsassızdır. Belə ki, istər su sayğacına baxış keçirilməsi, istərsə də aktin tərtib edilməsi haqqında müəssisəyə heç bir məlumat verilməmişdir. Beləliklə, yoxlamanın nə zaman, kimlər tərəfindən və harada keçirilməsi, eləcə də aktın necə tərtib edilməsi iddiaçıya məlum deyil dir. Bundan başqa, cavabdeh öz hərəkətləri ilə sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların tənzimləməsi ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5-ci və 5.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətl ərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqdan başqa heç bir sənəd əldə etməmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-330/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi (hakim – İ.F.Mədətli) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli akt və həmin akta əsasən hesablanm ış cəmi 19.756,40 manat borc məbləğinin ləğv edilərək İddiaçı MTK-nın abunə hesabından silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-448/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – Ü.A.Mayılov və M.N.Tağzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-330/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən – 1396 (min üç yüz doxsan altı) manat borcun ləğv edilərək İddiaçı MTK-nın abunə hesabından silinməsi hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işə baxılması zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Cavabdeh ASC əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyriqanuni hesab edilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC əməkdaşlarının su təchizatı sis teminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Su təchizatı sisteminə baxış keçirilməsi sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanılması olmadığından bu baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Hazırkı işdə sudan qeyri-qanuni istifadə halı aşkarlandığı üçün hesablanmış ziyan məbləği əsaslıdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər İddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddianın təmin edilməmiş hissəsindən isə iddiaçı kassasiya şikayəti verməmişdir. Ona görə də, kassasiya baxışının həddlərinə uyğun olaraq apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından gö rünür ki, “Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvanında yerləşən «xxxx» MTK-da su xəttinə baxış keçirilmiş və xx xxxxxx 2018-ci il tarixli ******* saylı inventar akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdan kənar d=100 mm-lik su boru xətti aşkar edilmişdir. Obyektin nümayəndəsi Zakir Rzayev akta imza etməkdən imtina etmişdir. Həmin akt əsasında tərtib edilmiş «Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı»na əsasən qeyri-qanuni qoşulmuş d=100 mm-lik istifadə edilməsi nəticəsində su itkisinə yol verilmiş, nəticədə içməli və çirkab suya görə Cavabdeh ASC-yə 18.360 manat məbləğində maddi ziyan dəymişdir və buna əsasən cavabdeh sözügedən xx xxxxxx 2018-ci il tarixli aktı əsasında iddiaçıya 18.360 manat məbləğində borc hesablamışdır. Kollegiya apellyasiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşır ki, cavabdeh tərəfindən mübahisələndirilən borcun hesablanmasına əsas olmuş, xx xxxxxx 2018-ci il tarixli ******* saylı inventar aktı ilə müəyyən olunmuş halları təsdiq edən hər hansı sübut işin materiallarına əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayətində sözügedən aktda göstərilən hallarla bağlı video görüntülərin olmasını qeyd etsə də, işin materiallarına bu barədə sübut (disk və s) əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya həmçinin aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçının mübahisəli obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Ona görə də, ilk növbədə həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış sudan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə riayət edilməklə aparılıb-aparılmadığı müəyyən olunmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibka rlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qa nun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələri şamil edilir. Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hü quqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikasi Prezi dentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsa snamə»yə əsasən: 1.1-ci bəndinə görə bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hü quqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamalar ın vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, iddiaçının barəsində yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmış yoxlamanın nəticələrindən çıxış etməklə tətbiq edilmiş yeni su sərfiyyatının hesablanması qanunsuz olmuşdur. Həmin hesablama qanunvericiliyin yuxarıda sadalanmış göstərişlərinə əsasən silinməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-448/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar