Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-200/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin vəkili Alıyev Cavid Barat oğlunun iştirakı ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “hesablanmış borc üzrə ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-2(103)-53/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında bax araq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il may tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək əsassız ödənilmiş 47.543,8 manat məbləğində pul vəsaitinin geri qaytarılması və ya şəxsi hesaba hesablanmasını xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2012-ci il dekabr ayından 2016-cı ilin noyabr ayına qədər əlavə sərfiyyat kimi “MMC-yə hesablanmış borc üzrə onun tərəfindən ödənilmiş 47.543,8 manat pul məbləğinin geri qaytarılmasını və ya şəxsi hesaba hesablanmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən 2012-ci il dekabr ayından 2016-cı ilin noyabr ayına qədər əlavə sərfiyyat k imi MMC-yə hesablanmış borc üzrə onun tərəfindən ödənilmiş 47.543,8 manatın və əldən çıxmış fayda olaraq 11.634 manatın, ümumilikdə 59.177,8 manat pul məbləğinin geri qaytarılmasını və ya şəxsi hesabına hesablanmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-nin istehsalat sahəsi Sahil qəsəbəsində yerləşən 35/10 kV-luq “Dənizkənarı” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunur. x3 tərəfindən təqdim olunan 2011-ci il 18 oktyabr tarixli, TX-11/0219 nömrəli Texniki Şərtin 4.14-cü bəndinə əsasən, enerji ödənişinin hesabatı 35/10 kV-luq “Dənizkənarı” yarımstansiyasının 10 kV-luq PQ-da quraşdırılmış sayğaclarla aparılır. Lakin müəssisə üçün elektrik enerjisinin sərfiyyatını təmin edən elektrik sayğacının yarımstansiyada yerləşməsinə ba xmayaraq, 2012-ci ilin dekabr ayından 2016-cı ilin noyabr ayına qədər itki kimi 47.543,8 manat əlavə sərfiyyat hesablanmış və uzun illər müəssisə tərəfindən buna görə əlavə pul vəsaiti ödənmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Lakin müəssisə üçün elektrik enerjisinin sərfiyyatını təmin edən hesablaşma elektrik sayğacı yarımstansiyada (elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində) yerləşir və bu səbəbdən də yuxarıdakı maddədə qeyd olunduğu kimi müəssi səyə hər hansı elektrik itkisinə görə sərfiyyat hesablana bilməz. Cavabdeh tərəfindən itki kimi 47.543,8 manat əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. İddiaçı tərəfindən ödənilmiş həmin məbləğ iddiaçıya geri ödənməli və ya iddiaçının şəxsi hesabına hesablanmalıdır. İddiaçı tərəfindən ödənilmiş 47.543,8 manat məbləğində pul vəsaitinin geri qaytarılması və ya şəxsi hesaba hesablanması ilə bağlı MMC tərəfindən ASC-yə dəfələrlə yazılı formada müraciət ünvanlanmış, lakin cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 sentyabr tarixli 2-2(81)795/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayənd əsi hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia rədd edilir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-2(103)-53/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikay ətinin dəlillərinə görə, məhkəmə qətnaməsində göstərilmişdir ki, “iddiaçı iddia tələbində elektrik enerjisinin sərfiyyatını təmin edən hesablaşma elektrik sayğacının yarımstansiyada yerləşdiyini və 2012-ci ilin dekabr ayından 2016-cı ilin noyabr ayına qədər itki kimi 47.543,8 manat əlavə sərfiyyatın hesablandığını qeyd etsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir.”. Qeyd olunan hal 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sübut kimi təqdim edilmiş 2015-ci il 18 may tarixli Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsinin 9-cu bəndində açıq-aşkar öz əksini tapmışdır. Belə ki, müqavilənin 9cu bəndində qeyd olunmuşdur ki, hesablaşma elektrik sayğac ları sahil yarımstansiyasında yerləşir. Eyni zamanda, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclasında şahid kimi dindirilmiş Qaradağ RETSİ-nin nəzarətçi mühəndisi x4 ifadə verərək bildirmişdir ki, “sayğac əvvəl obyektdə yerləşirdi, 2012-ci ilin axırlarında yarımstansiyaya qoyuldu.”. Şahidin də verdiyi ifadədən göründüyü kimi sayğac 2012-ci ilin axırlarından yarımstansiyada quraşdırılmışdır. Əlavə sərfiyyat üzrə hesablanmış 47.543,8 manat məbləğ 2012-ci il dekabr ayından 2016-cı ilin noyabr ayına kimi olan dövrü əhatə edir. 2012-ci ilin dekabrında artıq hesablaşma elektrik sayğacı yarımstansiyada quraşdırılmışdı. Hesablaşma elektrik sayğacı yarımstansiyada yerləşdiyinə görə iddiaçıya əlavə sərfiyyat üçün 47543,8 manat pul məbləği hesablanmamalı idi. Belə ki “Elektrik enerjisind ən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadım hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Digər tərəfdən, x3 tərəfindən MMC-yə təqdim olunan 2011-ci il 18 oktyabr tarixli, TX11/0219 nömrəli Texniki Şərtin 4.14-cü bəndinə əsasən enerji ödənişinin hesabatı 35/10 kV-luq “Dənizkənarı” yarımstansiyasının 10 kv-luq PQ-da quraşdırılmış sayğaclarla aparılır. Göründüyü kimi, sayğac elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılsa da iddiaçıya 2012-ci il dekabr ayından 2016-cı ilin noyabr ayına kimi əlavə sərfiyyat üçün qeyri-qanuni olaraq 47.543,8 manat hesablanmışdır. Bütün bu hallar məhkəmə qətnaməsində öz əksini tapmalı idi. Bundan əlavə, tərəflər arasında imzalanmış “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisi təchizatı üzrə birtipli alğı-satqı müqaviləsinə əlavə) 2012-ci il 10 may tarixli aktda qeyd olunur ki, 35/10 kV-luq QPQ-də şin ayrıcısından sonra abonentə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: İddiaçının məhk əmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndinə əsasən, balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət el ektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkil əri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alğı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində g östərilir. Tərəflər arasında bağlanmış “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alğısatqısının birtipli” müqavilələrə əsasən, tərəflər elektrik enerjisinin alğı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisi təchizatı üzrə birtipli alğı-satqı müqaviləsinə əlavə)” 2012-ci il 10 may tarixli 004873 saylı aktda qeyd olunur ki, 35/10 kV-luq Sahil yarımstansiyasının 10 kV-luq QPQ-də, 2 dövrəli kabel xətti vasitəsilə qidalandığı KSO tipli yuvalarda şin ayrıcısında n sonra abonentə məxsusdur. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tərəflərin təqdim etdiyi sübutlar əsasında tədqiq etmiş, həmin sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-2(103)-53/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-200/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-200/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver