Məhkəmə qərarları › İş №2-2(102)-213/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-213/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-213/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X5 cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının divarına və çardağına cavabdeh tərəfindən bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X4 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X5 cavabdeh X3 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyriyaşayış binasının divarına və çardağına bitiş ik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 dekabr tarixli 2-2(107)-8/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. “Daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166V ünvanında 0,0211 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına tam mülkiyyət hüququ 2018-ci il 21 fevral tarixində X2 adına dövlət qeydiyyatına alınmışdır.

2. «Daşınmaz əmlakın Dövlət reyestri»ndən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında 0,0045 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına ta m mülkiyyət hüququ 2014-cü il 7 may tarixində X5 adına dövlət qeydiyyatına alınmışdır.

3. X8 tərəfindən X3 2021-ci il 5 iyul tarixli pretenziya məktubu ünvanlanaraq R.Həmidova məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə sonuncuya məxsus qeyri-yaşayış binasının yan divarına, çardağına bitişik tikilmiş tikililərin D.İsayevin vəsaiti hesabına sökülməsi, həmin boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icr aat

4. İddiaçı X8 (bundan sonra-“iddiaçı”) cavabdeh X3 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyr-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə iddiaçıya məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, həmin boşluq ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qeyri-yaşayış binasına olan mülkiyyət hüququ RX seriy alı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilmişdir. İddiaçıya məxsus qeyriyaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyriyaşayış binasının yan divarı arasında tikinti norma və qaydalarına uyğun olaraq ara məsafəsi mövcud olmuşdur. Bir müddət sonra cavabdeh, iddiaçının qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə lazımi ara məsafəsi saxlanılmadan, iddiaçı ilə məsləhətləşmədən, müvafiq orqanlardan lazımi icazələr almadan özbaşına tikililər tikmiş, onların üzərini çardaqla örtmüş, həmin çardağı isə iddiaçının mülkiyyətinə olan qeyri-yaşayış binasının çardağına birləşdirmiş dir.

6. Həmçinin cavabdehin hüquqa zidd hərəkətlərinin nəticəsində qeyri-yaşayış binasının yan divarı havalanmır və divara günəş işığı düşmədiyindən, divarda nəmliyin artmasına səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə qanunsuz tikililərin sökülməsi və qeyri-yaşayış binalarının yan divarları arasındakı boşluq ərazinin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması xahiş edilmiş, lakin cavabdeh həmin müraciətlərə məhəl qoymamışdır.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddənin 1 və 3-cü bəndlərinə, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 16.1, 152.5, 157.4, 180.1, 180.2, 180.4, 560.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

9. İşə bi rinci instansiya məhkəməsində baxılarkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 2021-ci il 15 sentyabr tarixdə birinci instansiya məhkəməsinə ünvanlanlanmış rəyində göstərilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 V ünvanında yerləşən X3 məxsus qeyri-yaşayış binasının torpaq sahəsinin bir hissəsi olmuşdur.

10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(117)587/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim M.Hüseynov).

11. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazi cavabdehə məxsus olmuşdur (RX seriyalı ******* nömrəli DƏDRXnin çıxarışı). İddiaçının təmizlənməsi tələb etmiş olunduğu torpaq sahəsi sonuncuya məxsus olmamış, yalnız tərəflərin ortaq razılığı əsasında həmin boşluq ərazinin çardaq hissəsi hər iki mülkiyyətçiyə məxsus daşınmaz əmlaka birləşdirilmişdir. İddiaçı qeyd edilən çardağın da söküntüsünü tələb etmiş olsa da, bunu hansı hüququnun və qanuni mənafelərinin pozuntusuna səbəb olmasını əsaslandıra bilməmişdir. Belə ki, həmin çardaq hissənin birləşdiyi hissənin söküntüsü iddiaçıya h ər hansı bir üstünlük verməmiş, əksinə təbii təsirlərin (yağış suları və.s) nəticəsində iddiaçının əmlakı daha çox zərər görə bilər. Bu baxımdan iddiaçı hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir.

12. Hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya hər hansı maneələrin və mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. İddiaçı tərəf bu sübutları təqdim etməmişdir. Tərəflər arasında barışığın əldə edilməsi üçün məhkəmə tərəflərə şərait yaratmış, lakin tərəflər bununla bağlı müsbət təklif təqdim olunmamışdır. İddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən bununla bağlı hər hansı bir əsaslı sübut təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi qanunsuz və əsassız olardı.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cü maddəsinin 1,2 və 3-cü bəndlərinə, MM-in 140, 171.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli, 2-2(107)-8/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Rəfiyev, hakimlər M.Əsədli və G.Cavadova).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 28 noyabr tarixli, 10/4416 saylı rəyinə əsasən, X6 məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166 C ünvanında yerləşən qeyr-yaşayış binasının yan divarı ilə X3 məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında torpaq sahəsi vardır. Torpaq sahəsi 14.6 m2 təşkil etmişdir. Həmin torpaq sahəsi **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən X3 məxsus qeyri-yaşayış binasının torpağının bir hissəsi olduğu müəyyən edilmişdir.

17. Rəydə həmçinin göstərilmişdir ki, inşa edilmiş tikilinin X5 mülkiyyətində olan qeyriyaşayış sahəsinin divarına bitişik şəkildə ara məsafəsi 0.77 m (3,10 mx0,25 hissəsi) müəyyən olunduğunu nəzərə alaraq, tədqiq olunan ünvanda X7 tərəfində n X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa etdiyi tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. X7 tərəfindən inşa edilmiş tikilinin X5 mülkiyyət hüquqlarını hər hansı bir formada məhdudlaşdırıb və ya məhdudlaşdırmamasının müəyyənləşdirilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 dekabr tarixli, 2-2(107)-8/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)587/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə “Şəki Store” ticarət mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazidə iddiaçıya məxsus qeyri-yaşayış binasının yan divarına və çardağına bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus olan həmin qeyriyaşayış binasının çardağı və həmin qeyri-yaşayış binasının yan divarı arasındakı boşluq ərazi tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətlərinə qaytarılması, iş üzrə mütəxəssis rəyinin xərci kimi iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manatın iddiaçının özünə aid edilməsi məhkəmə tikinti-texniki ekspertizasını n xərci olan 50 (əlli) manat cavabdehdən tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına köçürülməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və göstərmişdir ki, məhkəmə tərəfindən mübahisə predmeti olan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun tikilib-tikilməməsi araşdırılmamışdır. Bununla bağlı məhkəmə tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 2022-ci il 8 aprel tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdehə məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Bu boşluğun sahəsi 14.6 kv.m-dir. Həmin torpaq sahəsi **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən cavabdehə məxsus qeyriyaşayış binasının torpağının bir hissəsidir. Həmin sahənin üstü dəmir şiferlə örtülmüşdür. Qərb tərəfdəki açıq sərhəddi isə şüşəli qapısı olan aliminiumla bağlanmışdır. 20. 2022-ci il 28 noyabr tarixli 10/4416 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri yaşayış binasının yan divarı ilə cavabdehə məxsu s olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsi vardır. Torpaq sahəsi 14.6 kv.m təşkil edir. Həmin torpaq sahəsinin **********57-06301 reyestr nömrəsi ilə qeydiyyatdan keçən cavabdehə məxsus qeyri-yaşayış binasının torpağının bir hissəsi olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa edildiyini və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü bəndinə əsasən, ara məsafəsi 0.77 m (3,10mx0,25 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda cavabdeh X7 tərəfindən iddiaçı X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa etdiyi tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsin in və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

21. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçıya məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 166C ünvanında yerləşən qeyri-yaşayış binasının yan divarı ilə cavabdehə məxsus olan “Şəki Store” ticarət mərkəzinin yan divarı arasında boşluq torpaq sahəsində inşa edilmiş tikili iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarına bitişik şəkildə inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

22. Bundan əlavə işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, həmin tikilini öz ist əyi ilə tikməmişdir. Belə ki, şəhərin abadlaşdırılması məqsədilə icra nümayəndəliyinin istəyinə əsasən həmin yeri tikmişdir. Mübahisə predmeti olan tikilinin sökülməsinə etiraz etmir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.

23. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.

24. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli e-2-2(117)-587/2021 nömrəlı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli, idd ia tələbi təmin edilməli, iş üzrə mütəxəssis rəyinin xərci kimi iddiaçı X8 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat cavabdeh X1 tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.

25. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbi pozulmuşdur- qeyd olunan boşluq sahə cava bdehə məxsus torpaq sahəsinin bir hissəsində yerləşir və həmin boşluq sahənin eni 2,1 metr, uzunluğu 6,95 metr olmaqla, ümumi sahəsi 14,6 kv.m. təşkil etmişdir. “Şəki Store” ticarət mərkəzinin yerləşdiyi qeyri-yaşayış binası inşa edilən zaman iddiaçıya məxsus olan qeyri-yaşayış binası arasında tikinti norma və qaydalarına uyğun olaraq 2,1 metr enində qeyd olunan boşluq sahə saxlanılmışdır. Boşluq sahənin üzəri açıq qaldığından qar və yağış sularının həmin sahəyə axması nəticəsində sahə hər zaman rütubətli və nəm olmuş, anti-sanitariya vəziyyəti yaranmış bunun nəticəsində istər iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin, istərsə də ticarət mərkəzinin divarları daima rütubətli olmuşdur. İddiaçı qeyd olunan sahəyə günəş işığının düşmədiyini qeyd etmiş olsa da, nəzərə alınmalıdır ki, eni 2.1 met r olan bir sahəyə daima günəş işığının düşməsi mümkün deyildir. Həmçinin həmin sahənin üzərinin və ön tərəfinin açıq qalması nəticəsində anti-sanitariya vəziyyəti yarandığından icra nümayəndəliyinin tapşırığı əsasında sahənin abadlaşdırılması məqsədi ilə, eləcədə sahəyə yağış və qar sularının axmasının qarşısını almaq, bununla da həmin sahədə rütubətliliyin qarşısını almaq üçün həmin sahənin üzəri 5 il əvvəl bağlanılmışdır. Həmin sahənin üzərini örtən dam örtüyündən başqa hər hansı bir tikili inşa edilməmiş, dam örtüyü ticarət mərkəzinin və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarı boyunca yalnız mübahisəli sahənin üstünü bağlamışdır.

27. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair rəydə ekspert iddiaçıya məxsus qeyri-yaşayış binasının divarına b itişik şəkildə 3,11 metr hündürlüyündə tikili inşa edildiyinə dair səhv nəticəyə gəlmiş (3,11 m x 0,25 hissəsi), bununla iş üzrə düzgün olmayan rəy vermişdir. Halbuki, iddiaçıya məxsus divarın hündürlüyü təxminən 2.5 metr təşkil edir və cavabdeh tərəfindən iddiaçıya məxsus tikilinin divarına bitişik şəkildə hər hansı tikili, o cümlədən 3.11 metr hündürlükdə hər hansı divar inşa edilməmişdir. İşə baxmış apellyasiya instansiya məhkəməsi ekspertin rəyini digər sübutlarla yanaşı tətqiq edərək qiymətləndirməmiş, təqdim edilmiş fotoşəkillər əsasında, eləcə də yerində müayinə keçirməklə ekspert rəyininin mötəbərliliyini qiymətləndirməmiş, həmin rəyi əsassız olaraq mötəbər sübut hesab etmişdir. Məhkəməyə müraciət olunmamışdan öncə iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin genişləndirilməsi üçün mübahisəli sahənin sonuncuya verilməsini cavabdehə təklif etsə də, cavabdeh tərəfindən həmin təklif qəbul olunmamış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları ümumiyyətlə nəzərə almamış, qeyd olunan normanın tələbini düzgün təfsir etməmiş, bununla da həmin maddi hüquq norması mübahisəyə düzgün tətbiq olunmamışdır.

28. MPM-in 2.2, 88, 101.7, 103.1, 217, 372.1, 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur-cavabdeh tərəfin mənafeyinin və qanuni maraqlarının nəzərə almadan qəbul olunmuş qətnamə tərəfin hüququnun pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan və təqdim olunmuş sübutlara, tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməyərək prosessual pozuntuya yol verm iş və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini digər sübutlarla yanaşı tətbiq edərək qiymətləndirməmiş, həmin rəyi mötəbər və yeganə sübut hesab olunaraq iddia tələbinin təmin edilməsinə dair qəbul olunmuş qətnaməni əsassız və qanunsuz qəbul etmişdir. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılac aqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər....” “Maddə. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....”

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzər də tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şə xsə də mənsubdur....” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə

171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....” 36. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” 37. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

18. Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir:bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.”

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Nəzə rə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun ol araq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbinin pozulduğunu göstərsə də (bax yuxarıda § 27), işin faktiki hallarına istinad etmiş, həmin normanın pozuntusunun konkret olaraq nədə ifadə olunduğunu göstərməmişdir.

42. Kassasiya şikayətinin apellyasiya qaydasında baxılarkən təqdim olunmuş ekspert rəyinin mötəbərliyinin qiymətləndirilməməsi ilə bağlı dəlilinə (bax yuxarıda § 28) münasibətdə qeyd olunm alıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

43. Qeyd olunmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki halla rını araşdıran məhkəmələrə təqdim etməlidir. Müvafiq ekspert rəyi işə apellyasiya qaydasında baxılarkən təqdim olunmuş və cavabdehin iştirakı ilə tədqiq olunmuşdur. Lakin işin materiallarından iddiaçı tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir. Əksinə, 2022-ci il 28 dekabr tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında cavabdeh mübahisəli tikilinin sökülməsinə narazılıq etmədiyini bildirmişdir. 44.Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə (bax yuxarıda § 29) münasibətdə qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. 45.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnam ə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 46.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 dekabr tarixli, 2-2(107)-8/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar