Məhkəmə qərarları › İş №2-2(102)-216/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-216/2019

18.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-216/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı Cavabdeh-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-62/2019 saylı iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin tərtib etdiyi 04.01.2017-ci il tarixli aktın etibarsız hesab olunması və əsassız hesablanmış 14.540,42 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərməklə Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Güzdək kəndində yerləşən Daş Karxanasında mişar daşı istehsalı ilə məşğul olur. 04.01.2017-ci il tarixdə Cavabdeh tərəfindən qanunsuz olaraq keçirilmiş yoxlamanını nəticəsi kimi 14.540.42 manat elektrik sərfiyyatı kimi borc yazılmış, istehsalat sahəsinə gələn elektrik xəttini kəsilərək iş tam dayandırmışdır. İşin dayanmaması üçün məcbur olub, onların təqdim etdiyi Aktı imzalamış, lakin onlar elektrik xəttini qoşmaqdan imtina etmiş və ondan 14.540.42 manat tələb etməyə başlamış və ona bildirilmişdir ki, yalnız borc ödənildikdən sonra elektrik xətti qoşula bilər. Cavabdeh ona hesabladığı 14.540.42 manat borcun yaranma mexanizmini izah edə bilmir, borc yoxdur. Bir neçə ay əvvəl cavabdehin nümayəndələri yeni sayğac quraşdırıblar və onun həmin tarixdə heç bir borcu olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-307/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia tələbi Cavabdeh-nin tərtib etdiyi 04 yanvar 2017-ci il tarixli aktın etibarsız hesab edilməsi hissəsində baxılmamış saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-307/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı yalnız qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-242/2018 saylı, 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-307/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)412/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şi kayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-62/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim - C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-307/2017 saylı, 08 dekabr 2017-ciil tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçına köhnə tariflə hesablanmış 130700 kvts görə 9153,20 manat, yeni tariflə hesablanmış 33330 kvts görə 2999,07 manat - cəmi, 12.152 (on iki min yüz əlli iki) manat 90 qə pik borc məbləği silinmiş, iddia qalan 2388 (iki min üç yüz səksən səkkiz) manat məbləğində borcun silinməsi tələbinə dair hissəsində isə rədd edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq cavabdeh tərəfindən təqdim edilmiş faktlara və sübutlara əhəmiyyət vermədən qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunu və 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanla təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrinin forması və aparılması qaydası haqqında Əsasnamə"ni hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Adı çəkilən hər iki normativ hüquqi aktın adından və məzmunundan aydın olur ki, onlar sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətiilə bağlı yoxlamaları tənzimləyir. İddiaçının fəaliyyəti mişar daşı istehsalı ilə bağlıdır, başqa sözlə, elektrik enerjisinin təkrar satışı və s. bu kimi fəaliyyəti həyata keçirmir. Nəticə etibarı ilə cavabdehin tərtib etdiyi 04.01.2017-ci il tarixli aktın iddiaçının sahibkarlıq fəaliyyəti ilə hər hansı bağlılığı yoxdur. Bu mənada adı çəkilən normativ hüquqi aktların hazırkı mübahisəyə tətbiqi açıq maddi hüquq pozuntusu təşkil edir. Digər tərəfdən, əgər məhkəmə hazırkı işə sözügedən normativ hüquqi aktları tətbiq edirdisə, onda mübahisəyə iqtisadi deyil, inzibati mübahisə kimi qiymət verməli və inzibati prosessual icraat qaydasında baxmalı idi. Məhkəmə EEİQ-nın 8.17-ci bəndini hazırki mübahisəyə tətbiq edərkən hesablaşmanın "qoşulma sxeminin yoxlanılması tarixindən aparılmaması" barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin gəldiyi qənaətə əsasən elektrik sayğacına hər ay keçirilən baxış özündə sayğacın qoşulma sxeminin yoxlanılmasını da ehtiva edir. Halbuki, sayğacın qoşulma sxeminin yoxlanılması daha mürəkkəb proses olmaqla sayğaca baxışdan fərqlənir. Birincinin məqsədi adından göründüyü yoxlama xarakterli olduğu halda, ikinci sadəcə aylıq borcun müəyyən edilməsi üçün həyata keçirililən hərəkətdir. Nəticə olaraq sayğacın daxili sxeminə müdaxilə edilməsi faktı aylıq borcun müəyyən edilməsi məqsədilə keçirilən baxış yox, məhz qoşulma sxeminin yoxlanılması nəticəsində aşkarlana bilərdi. Məhkəmə bu hala qiymət vermədən hesablaşmanm əsassız olaraq 29.07.2016-cı il tarixdən aparılması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi sayğacdakı qüsurun xarakterini də nəzərə almalı idi. Çünki buradakı qüsur fərqlidir və təsadüfi xarakter daşımır. Əksinə, qüsurun (sayğacın açılması, daxili sxemə müdaxilə edilməsi) iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. İkincisi, təqsir şəxsin mülki-hüquqi məsuliyyətinin yaranması (təqsirsiz məsuliyyət halları istisna olmaqla) üçün zəruri tərkib elementidir. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin hesabladığı məbləğ məsuliyyətə cəlb etmə deyildir, id diaçının sayğacının qeyd etmədiyi elektrik enerjisinin qarşılığıdır, başqa sözlə, iddiaçıdan istehlak etdiyi, lakin məlum səbəbdən dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi istənilir. Öhdəliyin icrası ilə bağlı tələbdə isə təqsir əhəmiyyət kəsb etmir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayınının 27-də iddiaçı Ə.Əsgərova məxsus obyektdə (daş karxanası) elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış, aşkar edilən nöqsanlar barədə 009630 saylı akt tərtib olunmuş, 095391 saylı akt əsasında yeni sayğac quraşdırılmış və həmin yoxlamanın nəticələri onunla yekunlaşmışdır ki, Cavabdeh-nin Akt komissiyasının 04 yanvar 2017-ci il tarixli qərarı (icra vərəqi) ilə iddiaçının abonent hesabına köhnə tariflə 130700 kvts miqdarında (9153,20 manat dəyərində), yeni tariflə isə 33330 kvts miqdarında (2999,70 manat dəyərində), beləliklə də cəmi, 12152 (on iki min yüz əlli iki) manat 90 qəpik məbləğində borc hesablanmışdır. İşin hallarından həmçinin müəyyən olunur ki, iddiaçı əsassız hesablanmış borc kimi 14.540,42 manatın silinməsi barədə iddia qaldırmış, apellyasiya məhkəməsi 12.152 (on iki min yüz əlli iki) manat 90 qəpik borc məbləğini silmiş, iddianı qalan 2388 (iki min üç yüz səksən səkkiz) manat məbləğində borcun silinməsi tələbinə dair hissədə isə rədd etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş, iddiaçı iddianın rədd edilmiş hissəsini mübahisələndirməmişdir. Ona görə də, hazırkı kassasiya baxışının həddlərini yalnız iddianın təmin edilmiş 12.152 (on iki min yüz əlli iki) manat 90 qəpik məbləğində borcun silinməsinə dair hissədə apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbinin həmin hissəsi üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş 009630 saylı aktdan göründüyü kimi c avabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə Elektrik enerjisi uçotu və EEİ Qaydalarına riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın (baxışın) nəticələri 27 dekabr 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. H əmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanl ar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağ lı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələri şamil edilir. Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibk arlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstəri lən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə əsasən: - 1.1-ci bəndinə görə bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidi rlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatl ara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.34-cü bəndinə əsasə isə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surət ini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, iddiaçının barəsində yoxlamaların vahid məlumat reyest rində qeydə alınmadan aparılmış yoxlamanın nəticələrindən çıxış etməklə tətbiq edilmiş yeni sərfiyyatın hesablanması qanunsuz olmuşdur. Həmin hesablama qanunvericiliyin yuxarıda sadalanmış göstərişlərinə əsasən silinməlidir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdeh-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-62/2019 saylı iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən 12.152 (on iki min yüz əll i iki) manat 90 qəpik məbləğində borcun silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar