Məhkəmə qərarları › İş №2-2(102)-217/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-217/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-217/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMM-nin Cavabdeh ASC -yə qarşı iddiasına dair iş üzrə iş üzrə QƏRAR İş No 2-2 (102)-217/2020 Bakı şəhəri (Açar sözlər: sudan istifadəyə görə əsassız hesablanmış borcun sidinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı MMM-nin direktoru X2, vəkili Vəkil2 Əsəf oğlunun, cavabdeh ASC-nin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı sudan istifadəyə görə ə sassız hesablanmış borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, e2-2(103)-111/2020 saylı qətnaməsindən iddiaçı MMM və cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan xx xxxxxx 2017-ci il tarixli “Su təchizatı və tullantı sularının azaldılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə”də iddiaçı MMM istehlakçı qrupu olaraq əhali qrupuna aid edilmiş, sudan istifadəyə görə 1 m3 üçün haqq ƏDV daxil olmaqla 0,35 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə ƏDV ilə 0,15 manat müəyyən edilmişdir.

2. Lakin buna baxmayaraq, cavabdeh ASC tərəfindən təqdim edilən İB seriyalı, 857352 saylı, xx.xx.2019-cu il tarixli X4-Fakturasında sərf olunan suyun hər kub. m üçün qiyməti 2 manat, yəni qeyri-əhali tarifi ilə göstərilmişdir.

3. Bundan əlavə, binaya xidmət göstərən sanitar qovşaqda yerləşən isti su xətti cavabdeh ASC tərəfindən qanunsuz (sayğacsız) istifadə kimi qiymətləndirilərək qeydə alınmış və həmin fakt Cavabdeh ASC X5 İdarəsinin əməkdaşlarının şifahi bildirişinə əsasən aktlaşdırılmışdır.

4. Məsələ ilə bağlı dəfələrlə şifahi, nəhayət xx.xx.2018-ci il tarixli XMS-52 saylı, qanunsuz su istifadəsi haqqında aktın iddiaçı MMM-ə verilməsinə dair müraciətinə baxmayaraq, qeyd edilən hüquqi sənəd müəssisəyə təqdim olunm amışdır.

5. Bundan əlavə, cavabdeh ASC tərəfindən 053514 saylı kod üzrə (isti su sayğacının abunə kodu) iddiaçı MMM-ə EAAL 749315 saylı Elektron Qaimə təqdim olunub, orada 1.098 kub. m su sərfiyyatı olduğunu və istifadə edilən suyun qiyməti hər kub. m üçün 2 manat göstərilməklə, cəmi 2.196 manat məbləğində pul vəsaitinin cərimə qismində ödənilməsi tələb edilir.

6. Bununla belə, sudan qanunsuz istifadə ilə əlaqədar olaraq iddiaçı MMM-ə qarşı hər hansı cərimə aktı tərtib edilməmiş və bu faktı təsdiq edə biləcək hər hansı bir hüquqi sənəd təqdim olunmamışdır. X5 İdarəsinin əməkdaşları dəfələrlə şifahi şəkildə bildirmişlər ki, EAAL 749315 saylı elektron qaimədə göstərilən cərimənin məbləği tam şəkildə, tezliklə ödənilmədiyi halda, isti su xətti təchizatı dayandırılacaq. Belə olan halda, sakinl ərin isti sudan istifadəsinin məhdudlaşdırılmaması üçün iddiaçı MMM tərəfindən 053514 saylı abunə kodu üzrə 2.196,0 manat pul vəsaiti ödənilmiş, lakin tələb əsassız olduğundan bu barədə X5 İdarəsinin əməkdaşlarına şifahi surətdə etiraz bildirilmişdir. Cavabdeh ASC isə bu ödənişi cərimənin ödənilməsi kimi qiymətləndirmişdir.

7. Məsələnin hərtərəfli, tam və obyektiv araşdırılması, yaranmış vəziyyətin hüquqi müstəvidə həll edilməsi məqsədilə, cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixində, XMS-28 saylı pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq, qarşı tərəf nəinki yaranmış vəziyyəti araşdırmağa cəhd etmiş, hətta iddiaçı MMM-ə cavab belə verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMM Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, cavabdeh ASC tərəfindən İB seriyalı 857352 saylı xx.xx.2019-cu il tarixli X4Fakturasında göstərilən 4.876 kub. m su sərfiyyatı müqaviləyə əsasən, 0,50 manatdan hesablanaraq, qeyri yaşayış sahələrində istehlak edilən 379 kub. m su sərfiyyatı ümumi isti su sayğacı göstəricisindən çıxılması, 9.752 manatdan 7.314 manat pul məbləğinin silinməsini, xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1051/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-da göstəril ən, abonent haqqında məlumatda qeyd edilən 4.876 kub. m su sərfiyyatı müqaviləyə əsasən, 0,50 manatdan hesablanmaqla, 9.752 borc məbləğindən 7.314 manat pul məbləğinin silinməsi; cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inventar aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2.196 manat borcun silinməsinin cavabdeh ASC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. 10. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, tərəflər arasında qüvvədə olan xx xxxxxx 2017-ci il tarixli müqavilənin şərtlərinə görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi b arədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 su üçün ƏDV daxil olmaqla 0,35 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,15 manat müqabilində müəyyən edilmişdir.

11. İş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən etmişdir ki, iddiaçı MMM ünvan 1 A ünvanında yerləşən binaya kommunal xidməti göstərir, həmin binanın sakinləri fərdi qaydada Smart tipli isti su sayğaclari ilə təmin edilmişlər. Lakin həmin sayğaclar cavabdeh ASC tərəfindən qəbul edilməmişdir. Hesablaşma iddiaçı MMM-ə məxsus sayğac əsasında aparılır. Həmçinin, təqdim edilmiş müqavilə və arayışlardan aydın görünür ki, kommunal xidməti həyata keçirən iddiaçı MMM bina sakinlərindən isti su sərfiyyatına görə hər kub. m üçün 0,50 manatdan hesablaşmanı aparır. 12. 1-ci i nstansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ASC müqavilə şərtlərini, həmçinin, faktiki olaraq iddiaçı MMM-nin əhali qrupuna xidmət edən kommunal təşkilat olduğunu nəzərə almamışdır. Belə olan halda, iddiaçı MMM, hesab-fakturada qeyd edilən məbləğin müqaviləyə uyğun olaraq hər kub. m 0,50 manatdan hesablanmasını tələb etməkdə haqlı olmuşdur.

13. Ona görə, cavabdeh ASC tərəfindən iddiaçı MMM-ə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişin əhali üçün müəyyən edilmiş tarifə uyğun İB857352 saylı xx.xx.2019-cu ilk tarixli EVHF göstərilən 4.876 kub. m görə hər kub. m üçün 0,50 manatdan hesablanması (0,50 manat X 4.876) 9752 manatdan 7.314 manat pul məbləğinin silinməsi hissəsində iddia tələbi əsaslıdır, həmin hisədə iddia təmin edilməlidir

14. Bundan başqa, 1-ci ins tansiya məhkəməsi iddiaçı MMM-nin qeyri-yaşayış sahələrində istehlak edilən 379 kub. m su sərfiyyatının iddiaçı MMM-ə yazılmış ümumi isti su sayğacı göstəricisindən çıxılması hissəsində əsaslı hesab etməmişdir. Belə ki, işin materiallarında olan “Abonent haqqında məlumat”a görə, xx xxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixinədək son göstərici 5.385 kub. m təşkil etmişdir və cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında, həmçinin, yerli baxış zamanı həmin hissədə izahat verərək qeyri-yaşayış sahələrinin istehlak etdiyi sərfiyyat üzrə qeyri-yaşayış sahələrinə hesab fakturanın təqdim edildiyini, qeyri-yaşayış sahələrinin istehlak etdiyi sərfiyyat çıxıldıqdan sonra iddiaçı MMM-ə 2019-cu ilin may ayında 4.876 kub. m üzrə borc hesablandığını bildirmişdir. İddiaçı MMM isə qeyri-yaşayış sa hələrinin sərfiyyatı ilə bağlı olan borc məbləğinin cavabdeh ASC tərəfindən ondan tələb edilməsi ilə bağlı hər hansı bir mötəbər sübutu təqdim edə bilmir. Belə olan halda bu hissədə iddia təmin edilməməlidir.

15. Həmçinin 1-ci instansiya məhkəməsi qətnaməsində iddiaçı MMM-nin “Cavabdeh" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 09978 saylı İnventar Aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində cərimənin silinməsi barədə iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, bu tələb obyektdə sayğacdan keçməyən su xəttindən qeyri-qanuni istifadəyə görə yaranmış borcla əlaqədardır. İddiaçı MMM, cavabdeh ASC-nin ona hesabladığı 2.196 manat borcu qəbul etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakıınn zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Cavabdeh ASC sudan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərə görə istehlakçıya 2.196 manat məbləği hesablamışdır.

17. Mübahisələndirilən tələbin həlli üçün əhəmiyyətli olan mülki məhkəmə icraatında vurulmuş zərərlə bağlı göstərilən maddədəki sübutetmə yükünə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı MMM-ə sudan qanunsuz istifadəsi nəticəsində hesablanmış borcun silinməsi ilə bağlı tələbin əsaslılığına qiymət verilərkən, qanunsuz istifadə halının mövcudluğunu sübut etmək vəzifəsi prinsip etibarı ilə cavabdeh ASC-yə aiddir. Lakin həmin borc məbləğinin hesablanması ilə bağlı hər hansı bir sübut cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir.

18. Cavabdeh ASC əlavə sərfiyyatın hesablanması üçün əsas olunmuş halları sübut edən, iddiaçı MMM-nin təqdim etdiyi halları inkar edən hər hansı mötəbər bir sübutu (hal şahidi, video, görüntü və s.) məhkəməyə təqdim etməmişdir.

19. Digər tərəfdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə üçün STKM (su təchizatı və kanalizasiya müəssisəsi) ilə müqavilə bağlamaq istehlakçılarının vəzifəsidir.

20. Qaydalardan göründüyü kimi, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulamanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli, mümkün olmadıqda isə suyun həcmini bir illik dövr üçün hesablamalıdırlar. Lakin hazırkı halda cavabdeh ASC tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, məhkəmə iclasında iddiaçının bir il müddətində su xəttindən qanunsuz istifadə etdiyini təsdiq edən sübutlar edilməmişdir.

21. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən, su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qayda da bərpa edilməlidir.

22. Həmin qətnamədən narazı qalan cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilm iş hissəində ləğv edilməsiqə və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat 23.Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının e2-2(103)111/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə qismən ləğv edilməsi; iddianın cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9.752 borc məbləğindən 7.314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməsi; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

24. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, sudan istifadəyə və kanalizasiya xidmətinə görə əhali və qeyri-əhali istehlakçı qrupları tərəfindən ödənilməli olan haqqın məbləği (tariflər) bu sahədə inhisarçı orqan olan cavabdeh ASC-nin iradəsi ilə deyil, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilir.

25. Hazırkı halda iddiaçı MMM hüquqi şəxs olaraq, qeyri-əhali istehlakçı qrupuna aid olduğundan tərəflər arasında bağlanmış müqavilədə sudan və kanalizasiya xidmətindən istifadəyə görə haqqın əhali qrupu üçün müəyyən edilmiş tariflə göstərilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün etibarsızdır. Buna görə də, cavabdeh ASC tərəfindən iddiaçı MMM-dən İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF- sı ilə 2019-cu ilin may ayı üzrə tələb edilmiş 97.52 borc məbləğindən 7.314 manatının silinməsi hissəsində iddiaçı MMM-nin tələbi əsassız olduğundan iddia həmin hissədə rədd edilməlidir. 26 Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçı MMM-nin Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir.

27. Cavabdeh ASC tərəfindən iddiaçı MMM-dən tələb edilən 2.196 manat məbləğində borc öhdəliyinin yaranma əsasını xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktına əsasən hesablanmış zərərin vurulması təşkil etsə də cavabdeh ASC tərəfindən iddiaçı MMM-nin sudan qeyri-qanuni istifadə etdiyi və bunun nəticəsində cavabdeh ASC-yə zərər vurulduğu sübut edilməmişdir.

28. Cavabdeh ASC tərəfindən 1-ci instansiya məhkəməsinə 2.196 manat borcun hesablanması üçün əsas olumuş halları təsdiq edən hər hansı mötəbər sübut (hal şahidi, video görüntü və s.) təqdim etməmişdir.

29. Məhkəmənin qətnaməsi tərəflərə 18.03..2020-ci il tarixdə təqdim edilmişdir.

30. Həmin qətnamədən narazı qalan iddiaçı MMM kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

31. Həmin qətnamədən narazı qalan Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya M əhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinin təmin edilməmiş hissəsində ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)İddiaçı MMM-in kassasiya şikayətlərinin dəlilləri 32.İddiaçı MMM-in kassasiya şikayətində qeyd edilənlərə görə, 1-ci instansiya məhkəməsi tərəfindən həmin MMM-in iddiası qismən təmin edilsə də, onun qeyri-yaşayış sahələrində (daha doğrusu çoxmənzilli binanın 1-ci mərtəbələrində kommersiya fəaliyyəti göstərən qeyri-yaşayış sahələrində - obyektlərdə) istehlak edilən 379 kub.m su sərfiyyatının, iddiaçı MMM-ə yazılmış (hesablanmış) ümumi isti su sayğacı göstəricisindən çıxılmaması hissəsində yanlışlığa yol verilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahələrinin iddiaçı MMM-ə aid edilməsi, yəni iddiaçı hüquqi şəxs ilə eyniləşdirilməsi səhvdir. İddiaçı MMM-in fəaliyyət göstərdiyi çoxmənzilli binada sərf edilən suyun dəyəri doğru hesablanmalıdır, həmin MMM-ə aid olmayan kommersiya obyektləri ona aid edilə bilməz.

33. Bundan əlavə kommersiya obyektləri tərəfindən istehlak edilən suyun dəyəri, həmin obyektlərdə quraşdırılan suölçən cihazlar vasitəsilə qeydə alınmış, hesablanmış və dəyəri həmin obyektlər tərəfindın cavabdeh ASC-yə ödənilmişdir. Hazırki halda 379 kub.m su sərfiyyatının iddiaçı MMM-ə yazılmış (hesablanmış) ümumi isti su sayğacı göstəricisindən çıxıİmaması cavabdeh ASC-nin iddiaçı MMM-in hesabına əsassız varlanmasına gətirib çıxarır (Mülki Məcəllənin 1091-1093-cü maddələri). Belə ki, bir dəfə dəy əri iddiaçı MMM-in kommunal xidmət göstərdiyi çoxmənzilli binada fəaliyyət göstərən obyektlərdən alındığı halda, təkrar olaraq iddiaçıdan tələb edilir və işə baxmış məhkəmələr də bu tələbin həyata keçməsinə imkan yaradır. 34. 1-ci instansiya məhkəməsinin yol verdiyi yanlışlıq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzəldilməmiş, əksinə, cavabdeh ASC-nin verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə, yəni 1-ci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi ilə, yeni bir yanlışlığa yol verilmişdir.

35. Belə ki, 1-ci instansiya məhkəməsinin yerli baxış ilə müəyyənləşdirdiyi hal, yəni iddiaçı MMM-in çoxmənzilli binada əhali və qeyri-əhali qrupuna kommunal xidmət göstərməsi, binada olan hütün mənzillərin giriş hissəsində smart soyuq su və mexaniki isti su s ayğaclarının quraşdırılması, lakin cavabdeh ASC-nin təqsiri və qeyri-qanuni fəaliyyəti nəticəsində balansa qəbul edilməməsi ətraflı araşdırılmamış və hüquqi qiymətini almamışdır. Halbuki, cavabdeh ASC tərəfindən isti su sayğaclarının da soyuq su sayğacları kimi qeydiyyata götürülməsi birbaşa qanunla nəzərdə tutulan vəzifədir.

36. Apellyasiya məhkəməsi tərəfindən çoxmənzilli binanın sakinləri tərəfindən suyun istifadə olunması ilə əlaqədar iddiaçı MMM-ni qeyri-əhali qrupuna aid edilməsi əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalan”-nın 7.1-ci bəndinə əsasən, suyun və kanalizasiya sisteminə tullantı s ularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənir.

37. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (Tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (Tarifləri) dövlət tərəfindən tənzimlənən mallar ın, (işlərin, xidmətlərin) Siyahısına içməli sudan istifadə, çirkab suların axıdılması xidməti daxil edilmişdir.

39. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sulannın axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali istehlakçı qrupu üçün 1 kub.m suyun dəyəri 1 manat, 1 kub.m tullantı sularının qiyməti 1 manat müəyyən edilmişdir (şərti olaraq birlikdə 2 manat).

40. Həmin Qərarda çoxmənzilli yaşayış binalannın mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə, təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər, binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq bu Qərann 1ci hissəsi ilə təsdi q edilmiş tariflərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

41. Göründüyü kimi, sudan istifadəyə və kanalizasiya xidmətlərinə görə əhali və qeyri-əhali istehlakçı qrupları tərəfindən ödənilməli olan haqqın məbləği (Tariflər) bu sahədə inhisarçı orqan olan Cavabdeh ASC-nin iradəsi ilə deyil, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarı ilə müəyyən edilir.

42. Lakin, apellyasiya instansiyası məhkəməsi qanunu səhv təfsir etmiş və nəticədə qeyriqanuni qətnamə qəbul etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli Qərarını doğru olmayan formada təfsir etmişdir. Həmin Qərarda çoxmənzilli binada mərkəzi istilik və isti su təchizatını həyata keçirən zaman təskilati-hüquqi formasından asılı olmayaq, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlərin, binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq, Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərlə həvata keçirilməsi qeyd olunmuşdur. Burada acar sözü “müvafiq istehlakçı qrupu”dur, yəni coxmənzilli binaya kommunal xidmət göstərən şəxsin təskilati-hüquqi formasından asılı olmayaraq, bina üzrə istehlkaçı qrupuna uvğun olaraq tarif tətbiq edilməlidir. Misal üçün: istilik və isti su təchiz edilən coxmənzilli binaya kommunal xidmət göstərən şəxs fiziki şəxs olarsa, o zaman isti suyun hesablanması əhali qrupu üçün 0,50 manatdan (0,35 manat + 0,15 manat), qevri-əhali qrupu üçün isə 2 manatdan (1 manat +1 manat) hesablanmalıdır. Həmçinin istilik və isti su təchiz edilən coxmənzilli binava kommunal xidmət göstərən şəxs h üquqi şəxs olarsa, o zaman venə də isti suvun hesablanması əhali qrupu üzrə 0,50 manatdan, qevri-əhali qrupu üzrə isə 2 manatdan hesablanmalıdır. Hazıki mübahisə üzrə iddiaçı MMM kommunal xidmət göstərən hüquqi şəxsdir və onun isti su təchiz etdiyi istifadəçilərinin (istehlakçılarının) bir qismi qeyri - əhali olaraq, cavabdeh ASC ilə birbaşa müqavilə münasibətlərindədir və 2 manatdan suvun ödənişini icra edir. Digər, əksər hissə isə əhali istehlakçı qrupudur ki, iddiaçı MMM onların istifadə etdiyi isti suvun tarifinin cavabdeh ASC tərəfindən 2 manatdan hesablanmasını mübahisələndirib.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmçinin qeyd olunur ki, guya, cavabdeh ASC iddia edir ki, hazırda onunla iddiaçı MMM arasında olan müqavilənin qiyməti razılaşdırılarkən mexaniki səhvə yol verilmiş, qeyri-əhali qrupu olan iddiaçı MMM ilə əhali qrupu tarifi üzrə müqavilə bağlanmışdır. Bu qətiyyən belə deyil və əsassız bir mülahizədir. Belə ki, hazırda iddiaçı MMM Bakı şəhərində 10-dan çox binaya kommunal xidmət göstərir və hər bina üzrə də cavabdeh ASC ilə müqavilələri var. Həmin müqavilələrin standart forması cavabdeh ASC tərəfindən tərtib edilib və tərəflər arasında imza möhür ilə təsdiqlənib. Bir müqavilə üzrə mexaniki səhvin olmaq ehtimalı olsa da, 10-dan çox, bəlkə də Bakı şəhərində 100-dən çox istehlakçı ilə (kommunal xidmət göstərən hüquqi şəxs ilə) imzalanan su təchizatı müqaviləsində mexaniki səhvə yol verilməsinə istinad edilməsi absurddur.

45. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə hazırda qüvvədədir. Belə olan halda ödənişlərin sonrakı taleyi hansı hüquqi akta əsasən həyata keçiriləcək? Cavabdeh ASC apellyasiya instansiyası məhkəməsində müqaviləyə xitam verilməsi məsələsini dəfələrlə qaldırsa da, məhkəmə bu məsələyə münasibət bildirmədi. Sadəcə olaraq, müqavilə bağlanarkən guya “texniki səhvə yol verilib” deməklə kifayətləndi. Halbuki, ikitərəfli müqavilənin bağlanmasını və iradə ifadəsini texniki səhv kimi qəbul etmək olmaz. Çünki, eyni xarakterli müqavilələr tərəflər arasında başqa ünvanlar və binalar üzrə də bağlanmışdır. Həmin müqavilələr bu gün də qüvvədədir.

46. Digər tərəfdən, qeyd edilən müqavilə birtərəfli qaydada Cavabdeh ASC tərəfindən xitam olunduğu halda, mövcud qanunvericiliyin tələblərinə əsasən münasibətlər xitam tarixindən sonra qüvvəyə minəcək. Bu baxımdan da ikitərəfli müqavilənin istər apellyasiya in stansiyası məhkəməsi, istərsə də, Cavabdeh ASC tərəfindən xitam edilməsi cavabdeh ASC tərəfindən arzulanmır.

47. Bundan əlavə, iddiaçı MMM hər 1 kub. m su üçün 2 AZN ödədiyi halda, həmin məbləği mənzil mülkiyyətçilərindən yığmalıdır. Bu isə mövcud qanunvericiliyin tələbləri ilə uzlaşmır. Əhali üçün tarif 0,50 manatdır. Belə çıxır ki, MMM hər 1 kub. m suya görə Cavabdeh ASC-yə 2 manat ödəməlidir. Həmin məbləğin 0,50 manat hissəsini mənzil mülkiyyətçilərindən yığdığı halda, yerdə qalan 1,5 AZN məbləği öz vəsaitindən verməlidir. İddiaçı MMM hər ay hər sakini üçün 1 kub. m suya əlavə olaraq 1,5 AZN xərc çəkmək iqtidarında deyil. Həmin əlavə vəsait hardan götürməlidir? Görünür ki, cavabdeh ASC bilərəkdən əhalidən suyun tarifini 2 manatdan almaq istəyir. Apellyasiya instansiyası məhkəməsi məsələ nin bu halına qiymət verməmiş, ümumiyyətlə müzakirə belə etmək istəməmişdir.

48. Yaranmış vəziyyətdən yegənə çıxış yolu kimi xx.xx.2017-ci il tarixli müqaviləyə xitam verilməsi və sakinlər ilə Cavabdeh ASC arasında fərdi qaydada müqavilələrin imzalanmasıdır. Maraqlıdır, belə olan halda Cavabdeh ASC hər kub. m su üçün sakinlərdən - mənzil mülkiyyətçilərindən hansı tariflə ödəniş tələb edəcək?

49. İddiaçı MMC mövcud qanunvericiliyə uyğun olaraq sudan, elektrik enerjisindən, eləcə də, təbii qazdan istifadə ilə əlaqədar olaraq sakinlərə, kooperativin üzvlərinə, eləcə də, mülkiyyət sahiblərinə ödəniş həyata keçirilməsi ilə əlaqədar üzərinə öhdəçilik götürməmişdir. Bu baxımdan da, Cavabdeh ASC bina sakinlərinə verilən suyun dəyərini onlardan yığmaq üçün tədbirlər görməlidir. Bununla əlaqadar Cav abdeh ASC-yə bildiriş göndərilmişdir.

50. İddia tələbinin üçüncü hissəsi üzrə, yəni xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində cərimənin silinməsi hissəsində hər iki instansiyanın mövqeyi doğrudur. Belə ki, cavabdeh ASC Azərbaycan Respublikasının Konstitusiyasına, hüquqi dövlət quruculuğu istiqamətində aparılan işlərə, Su Məcəlləsinə, Sudan istifadə qaydalarına, həmçinin öz daxili Nizamnaməsinə zidd olaraq istehlakçı ilə bərabər hüquqlu şəxs kimi davranmaq istəməmiş, ümumi balans sayğacı üzrə hesabatları vaxtında və dəqiq hesablamamış, sudan qeyri-qanuni istifadəyə nəzarəti yerinə yetirməmiş, istehlak edilən suyun dəyərinin dəqiq və vaxtında hesablanaraq istehlakçı qruplarından yığılmasını təmin etmək istəməmi şdir. Bunun əvəzində isə cavabdeh, ASC əhaliyə kommunal xidmət göstərən, öz maliyyə imkanları zəif olan və suyun verilməsi dayandırılmasından çəkinən iddiaçını cərimələmək kurs seçmişdir. Cavabdeh ASC əmindir ki, əgər onun tərəfindın suyun çoxmənzilli binaya verilməsi dayandırılarsa, bu iddiaçı MMM-in müştərilərində, yəni sakinlərdə (əhali qrupunda) haqlı etiraza səbəb olacaq və iddiaçı MMM fakt qarşısında qalaraq cavabdeh ASC-nin tələb etdiyi məbləği ödəyəcək. Necə ki, bu belə də olmuşdur. b)Cavabdeh ASC-nin kassasiya şikayətlərinin dəlilləri

51. Cavabdeh ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, ASC-nin əməkdaşları tərəfindən iddiaçı MMM-ə məxsus obyektə baxış keçirilən zaman su sayğacından keçməyən d=15 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişd ir. Bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq xx xxxxxx 2018-ci il tarixli 10209 saylı akt tərtib edilmiş, video çəkiliş aparılmışdır.

52. Sudan qeyri-qanuni istifadə nəticəsində cavabdeh ASC-yə maddi zərər dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin zərərin məbləğinin 2.196 manat olması müəyyən edilmişdir. Zərərin ödənilməsi iddiaçı MMM-ə təklif olunmuşdur. İddiaçı MMM həmin məbləği tam həcmdə ödəmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində 2.196 manat dəymiş zərərin silinməsi hissəsində apellyasiya şikayətinin təmin edilməməsini iddiaçı MMM-in sudan qeyri-qanuni istifadə etdiyinin və bunun nəticəsində zə rər vurulduğunun sübut edilməməsi ilə əsaslandırmışdır.

54. Halbuki, iddiaçı MMM 2.196 manat dəymiş zərəri akt yazıldıqdan sonra ödəmişdir. Bu faktı məhkəməyə təqdim edilmiş “Abonentin hesabat cədvəli”ndən də görmək mümkündür. Həmin sənədə görə, iddiaçı MMM tərəfindən 2019-cu ilin aprel ayında 1.500 manat, iyun ayında isə 696 manat ödəniş edilmişdir. Bundan əlavə olaraq video çəkiliş də məhkəməyə təqdim edilmişdir.

55. Digər tərəfdən, iddiaçı MMM sudan qeyri-qanuni istifadə etməsəydi, təbii olaraq dərhal aktın ləğvi üçün məhkəməyə müraciət edərdi. Lakin iddiaçı nə "Cavabdeh" ASC-yə şikayət ərizəsi ilə müraciət etmiş, nədə məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir, əksinə dəymiş ziyan məbləğini tam şəkildə ödəməklə sudan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir.

56. Lakin apellyasi ya instansiyası məhkəməsi faktları araşdırmamış və hüquqi qiymət verməmiş, nəticədə iddia tələbini həmin hissədə qüvvədə saxlamışdı. c) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri 57.Kassasiya şikayətlərinə qarşı tərəflər yazılı etirazlarını təqdim etməmişlər. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

58. İddiaçı MMM-in direktoru C.Əfəndiyev və vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək özlərinin verdiyi şikayətin təmin olunmasını xahiş etmişlər.

59. Cavabdeh ASC-nin vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək özünün verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakıınn zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

61. Həmin Məcəllənin 404.1-ci maddəsinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

62. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərək ətləri nəzərə alınır. 63. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 64. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 65. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 66. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişd irilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[362] 67. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 68. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 69. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

70. Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəm ə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

71. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Həmin Məcəllənin 77.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

73. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

74. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

75. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

76. Həmin Məcəllənin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Həmin Məcəllənin 420-ci maddəsinə görə, kassas iya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

78. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, hər 2 şikayət mümkün hesab edilmişdir.

79. İş üzrə hər iki tərəf ayrı-ayrılıqda iddianın təmin edilmiş və edilməmiş hissələrindən şikayət versələrə də, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-i n 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmadığından iş üzrə qərtnamə qismən ləğv edilməlidir.

81. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda sözügedən, Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli Qərarını yanlış şəkildə təfsir etmişdir. Həmin Qərarda çoxmənzilli binada mərkəzi istilik və isti su təchizatını həyata keçirən zaman təskilati-hüquqi formasından asılı olmayaq, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlərin, binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq, Qərarı n 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərlə həvata keçirilməsi qeyd olunmuşdur. Burada acar sözü “müvafiq istehlakçı qrupu”dur, yəni coxmənzilli binaya kommunal xidmət göstərən şəxsin təskilati-hüquqi formasından asılı olmayaraq, bina üzrə istehlkaçı qrupuna uvğun olaraq tarif tətbiq edilməlidir. Misal üçün: istilik və isti su təchiz edilən coxmənzilli binaya kommunal xidmət göstərən şəxs fiziki şəxs olarsa, o zaman isti suyun hesablanması əhali qrupu üçün 0,50 manatdan (0,35 manat + 0,15 manat), qevri-əhali qrupu üçün isə 2 manatdan (1 manat + 1 manat) hesablanmalıdır. Həmçinin istilik və isti su təchiz edilən coxmənzilli binava kommunal xidmət göstərən şəxs hüquqi şəxs olarsa, o zaman venə də isti suvun hesablanması əhali qrupu üzrə 0,50 manatdan, qevri-əhali qrupu üzrə isə 2 manatdan h esablanmalıdır. Hazıki mübahisə üzrə iddiaçı MMM kommunal xidmət göstərən hüquqi şəxsdir və onun isti su təchiz etdiyi istifadəçilərinin (istehlakçılarının) bir qismi qeyri - əhali olaraq, cavabdeh ASC ilə birbaşa müqavilə münasibətlərindədir və 2 manatdan suvun ödənişini icra edir. Digər, əksər hissə isə əhali istehlakçı qrupudur ki, iddiaçı MMM onların istifadə etdiyi isti suvun tarifinin cavabdeh ASC tərəfindən 2 manatdan hesablanmasını mübahisələndirmişdir (bax hazırki qərarın 61-63-cü bəndlərinə).

82. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində hazırki iş üzrə tərəflər arasında bağlanmış və şərtlərinə görə, 1 kub.m sudan istifadəyə görə ümumilikdə 0,50 manat məbləğin ödənilməsi müəyyən edilin xx.xx.2017-ci il tarixli müqavilənin hazırda qüvvədə olduğuna, başqa söz lə desək, qeyd edilən müqavilə şərtinin (ümumilikdə 2 manat məbləğinə) dəyişdirilməsi üçün hər hansı təşəbbüs göstərməmələrinə, habelə bu məqsədlə məhkəməyə müraciət etməmələrinə hər hansı hüquqi qiymət verməmişdir (bax hazırki qərarın 65-70-ci bəndlərinə).

83. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qalan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iddiaçı MMM-nin iddia tələbinə əsasən, cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 09978 saylı “İnventar aktı” 1-ci instansiya məhkəməsi tərəfindən ləğv edilərək, həmin sənədə əsasən, cavabdeh ASC tərəfindən iddiaçı MMM-yə hesablanmış 2.196 manat tutulmuş borc məbləği silinmiş, apellyasiya instansiyası məhkəməsi bu məhkəmə qərarı ilə razılaşmşdır. Hər iki məhkəmənin mövqeyinə görə, adı çəkilən aktda iddiaçı MMM tərəfindən onun sayğacından keçməyən su xəttindən qeyriqanuni istifadə edilməsi və bununla da, cavabdeh ASC-yə 2.196 manat məbləğində zərər vurulması qeyd edilsə də, qanunsuz istifadə halının mövcudluğunu sübut etmək vəzifəsi prinsip etibarı ilə cavabdeh ASC-yə aid olmasına baxmayaraq, O, bu halı və onunla bağlı ASC-yə zərər vurulması ilə əlaqədar hər hansı bir sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir.

84. Bununla bağlı cavabdeh ASC kassasiya şikayətində iddiaçı MMM tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli 09978 saylı “İnventar akta” əsasən, ona hesablanmış 2.196 manat məbləği tam ödənildiyini və bununla da, sudan qanunsuz istifadə edilməsində və nəticədə cavabdeh ASC-yə zərər vurulmasında öz təqsirini et iraf etdiyini, ən sonda bu halların işə baxmış məhkəmələr tərəfindən qəbul edilməyən mötəbər sübut növünü təşkil etməsini göstərsə də, məhkəmə kollegiyası yuxarıda qeyd edilən borcun suyun kəsilməsi təhdidi altında məcburi olaraq ödənilməsi halını onun MMM tərəfindən etiraf edilməsi kimi qəbul etmir (bax hazırki qərarın 60, 71-74-cü bəndlərinə).

85. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı MMM kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MMM-in iddia tələbinin 1-ci, yəni MMM-nin xidmət göstərdiyi qeyri-yaşayış sahələrində istehlak edilən 379 kub.m su sərfiyyatının ona məxsus ümumi isti su sayğacı göstəricisindən çıxılması tələbinə aid hissəyə iradlar söyləsə də, bu iradlar əsassız olduğunan qəbul edilməməlidir. Ona görə ki, apellyasiya instansiyası məhkəməsi iddi açı MMM tərəfindən 1-ci instansiya məhkəməsinin e-2-2(81)1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, həmin məsələni araşdırmamışır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsində araşdırma predmeti olmayan tələblə bağlı kassasiya araşdırlması aparılmır (bax hazırki qərarın 75-ci bəndinə).

86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının qismən pozulmasına dair iddiaçı MMM-in kassasiya şikayətinin dəlillərini qismən əsaslı, cavabdeh ASC-nin kassasiya şiuayətinin dəlillərini isə əsassız hesab edir.

87. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı MMM-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-111/2020 saylı qətnaməsi qismən, “ iddianın cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9.752 borc məbləğindən 7.314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməsi “ hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar