Məhkəmə qərarları › İş №2-2(102)-217/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-217/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-217/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 2-2(103)-166/2023 saylı qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumata əsasən, abonent kodu 010005 olan ünvan 1 ünvanında yerləşən “X1 və Maşınqayırma” ASC-yə məxsus zavodun sayğacına 27.468 manat məbləğində cərimə yazılmışdır. 2. 2021-ci il 17 avqust tarixli 601547 nömrəli Cavabdeh ASC tərəfindən tərtib olunmuş akta əsasən, abonent kodu 010005 olan X1 və Maşınqayırma” ASC-yə məxsus zavodun sayğacına məxsus obyektin su təchizatı və su sayğacına baxış zamanı məlum olmuşdur ki, 2021-ci il 9 avqust tarixində sayğaca son yükləmə (5 m3 ) olmuşdur. Sayğaca qədər olan xəttin üzərində olan siyirtmənin filyansının boltları asılaraq su axıdıldığı aşkarlanmışdır. Kustar üsulla hazırlanmış d=50 mm-l ik dəmir boruya rezin boru qoşaraq filyansdakı sayğacdan kənar, qanunsuz yolla su anbarının doldurulması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “X1 və Maşınqayırma” ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 avqust tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASCnin (bundan sonra – “cavabdeh”) əməkdaşları tərəfindən 2021-ci il 17 avqust tarixində tərtib edilmiş 601547 saylı akt əsasında iddiaçının sudan istifadəyə görə artıq hesablanmış 27.669 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il 24 dekabr tarixindən Vergilər Nazirliyi MGBİ-nin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyy atdan keçmiş və hazırda da fəaliyyətdədir. İddiaçı olaraq cavabdehin Sabunçu rayon Sukanal İdarəsi ilə müqavilə bağlanmışdır və müqaviləyə əsasən onlar su təchizatı və tullantı sularının axıdılması xidmətlərini həyata keçirir. Cavabdehlə iddiaçının arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq daim istifadə olunmuş su sərfiyyatına uyğun ödənişlər vaxtında edilmişdir. Lakin köhnədən borc çox olduğundan cavabdeh yoxlama aparmadan öncə suyun istismarını dayandırmışdır və həmin vaxtdan su istifadə edilmirdi. Hər ay cavabdehin nümayəndəsi xətlərə və sayğaclara daim nəzarət edir və bildirişi gətirib təqdim edir. Hazırkı günə kimi də su xəttindən bir dəfə də olsun qeyri-qanuni istifadəyə yol verilməmişdir. Lakin cavabdehin əməkdaşları 2021-ci il 17 avqust tarixində xəbərdar etmədən və yo xlanış keçirilməsi barədə məlumat vərəqəsi olmadan idarənin həyətinə daxil olmuş və idarənin həyətində çalışan əməkdaşı çağıraraq xətdən qeyri-qanuni qoşulma etdiyini və kənardan cavabdehin əməkdaşları tərəfindən rezin su borusunu gətirərək xəttdə olan siyirtməyə qoşulduğunu iddia edərək qanunsuz olaraq həmin tarixli, 601547 nömrəli akt tərtib etmişlər. İddiaçı tərəfindən akta imzadan imtina edilmişdir. Həmçinin cavabdehin əməkdaşları tərəfindən iddia edilən siyirtmə köhnədən olmuş və sadəcə çürüdüyündən yenilənmişdir ki, bundan cavabdehin əməkdaşlarının da xəbəri vardır. Cavabdehin tərtib etdiyi akt əsassız və qanunsuzdur və həmin akt əsasında 27.669 manat ümumi isə 29.893,48 manat borc yazılmışdır. Həmin borcdan 2.224 manat borc köhnə sərfiyyata görə olan borcdur və həmin borc hissə-hiss ə ödənilir. Yuxarıda qeyd edilən əsaslara görə, 2021-ci il 17 avqust tarixli 601547 nomrəli akt əsasında əsassız hesablanmış 27.669 manat silinməlidir.

5. Tələbinin hüquqi əsası kimi iddiaçı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1, 5.1.1-ci maddəsinə; Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3, 4.5, 4.6-cı maddələrinə istinad edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(113)-4846/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən 010005 nömrəli abonent koduna (iddiaçıya) hesablanmış 27.468 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – E.Əliyev).

7. Məhkəmə qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama və onun hüquqi nəticələri də qanunsuz hesab edilmişdir.

8. Məhkəmə bununla birlikdə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində 27.669 manat məbləğində borcun silinməsi xahiş edilsə də, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən tərtib olunmuş abonent haqqında məlumata əsasən, iddiaçıya 27.468 manat məbləğində cərimə hesablanmışdır.

9. Məhkəmə öz mö vqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh 2022-ci il 16 noyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2022 saylı 2022-ci il 29 sentyabr tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edərək, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 86.20 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 2-2(103)-166/2023 saylı qətnaməsi ilə B akı Kommersiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli e-2-2(113)-4846/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

12. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından nəticəsi etibarsız olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Bundan əlavə iş materiallarında cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən məlumatların həqiqiliyini təsdiq edən hər hansı sübut mövcud deyildir.

13. Bakı Kommersiya Məhkəməsi tərəfindən hər hans ı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə öz mövqeyini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 49-cu maddələrinə; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndinə; Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.8-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

15. Həmin qətnamə 2023-cü il 27 yanvar tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

16. Cavabdeh 2023-cü il 27 fevral tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-166/2023 saylı 2023-cü il 18 yanvar tarixli qətnaməsini ləğv, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 86.50 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 175.1-ci maddələrinin tələbləri pozulmuşdur - iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqəsi, akt və əlavəsi, video çəkiliş sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Maddənin tələbinə əsasən, sübut qismində təqdim edilmiş video yazı işə baxan hakim tərəfindən baxılmalı və tədqiq olunmalıdır. Lakin bununla bağlı heç bir hərəkət edilməmiş və maddənin tələbləri pozulmuşdur.

18. Azərbay can Respublikasının Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinin tələbləri pozulmuşdur - işin hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar d=50 mm-lik boru vasitəsi ilə qanunsuz qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 27.468 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkilişi aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. 19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinin tələbi pozulmuşdur - birinci instansiya məhkəməsinin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin t ələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Yoxlamaların qanuniliyi.... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “ Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod....” 25. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

12. Su təchizatı müəssisələrinin vəzifələri... Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Maddə

49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri...

4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

26. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıda kılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnı z Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır...”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 2-2(103)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından nəticəsi etibarsızdır və buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.

30. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə bax araq verdiyi bu hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin kassasiya şikayətinin, “məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur və qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilərək video çəkilişi aparılmış, iş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir” kimi dəlillərini əsaslı hesab etmir və bu zaman onu da nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə tərtib edilmiş aktda qeyd edilən məlumatların həqiqiliyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir.

32. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 22(103)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 2-2(103)-166/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar