Məhkəmə qərarları › İş №2-2(102)-218/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-218/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-218/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-in Cavabdeh MMC-ə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR (iş № 2-2(102)-218/20) Bakı şəhəri xx xxxx 2020-ci il (açar sözlər: iddiaçı su və kanalizasiya xidmətlərinə görə cavabdehdən 37.086,22 manat əsas və 741,72 manat penya məbləğində borcun tutulması barədə tələb irəli sürsə də, məbləğlərin hansı qaydalara və ya sənədlərə əsasən hesablandığı barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.) Giriş hissə: Hakimlər: Bəhman Qəribov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Azər Hüseynovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi xxx oğlunun və vəkili Vəkil xxxnun iştirakı ilə, məhkəmə iclas kat ibi Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı ASC-in Cavabdeh MMC-ə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)60/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-in (bundan sonra-ASC) Cavabdeh MMC-ə (bundan sonra-MMC) qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh MMC-nin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 37.086,22 manat, penya 741,72 manat, 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 37.857,94 manat məbləğində borcun ASC-in xeyrinə tutulması barədə iddia ərizəs i ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra- birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh MMC ilə iddiaçı ASC-nin xxxx arasında ötən illər ərzində bağlanmış müqavilələrə və sonuncu xxx saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh MMC həmin vaxt üzrə su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə az bir məbləğ ödəsə də, xx.xx.2018-ci il tarixinə “xxxx”nə 37.086,22 manat borcu qalmışdır. Ötən illər ərzində ASC-in xxxx tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh MMC-ə müraciətlər (o cümlədən yazılı şəkildə) edilsə də, əsas borcun tam ödənilməsi təmin olunmamış, borcun könüllü ödənilməsi tələbi barədə cavabdeh MMC-yə ASC-nin xxxx tərəfindən xxx nömrəli, xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu-pretenziya göndərilmişdir. Cavabdehlə borcun ödənişi ilə bağlı şifahi aparılan danışıqlar da müsbət nəticə verməmişdir. Bununla yanaşı cavabdeh xxxxnə 37.086,22 manat əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətlərdə ödəmədiyi üçün xəbərdarlıq-pretenziyada qeyd olunduğu kimi, cavabdeh müəssisəyə 741,72 manat penya hesablanmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(81)-665/2019 saylı (hakim S.Nuriyeva) qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid olunmuş, iddiaçı ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 61 (altmış bir) manat 52 qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD xxx VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK xxx) ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 nömrəli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qətnaməsi ilə iddia çının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin 2- 2(81)-665/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia təmin edilməmiş, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid olunmuş, iddiaçı ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD xxx VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK xxx) ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, ASC və ünvan 1 ünvanın da fəaliyyət göstərən “xxxx” kateqoriyasına aid MMC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xxxx saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, ASC tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə 287482 saylı Dövlət Standartlarının tələblərinə uyğun məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Bunun müqabilində MMC istifadə olunan suyun və kanalizasiya xidmətlərin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq istifadə edilən suyun və kanalizasiya xidmətlərin dəyəri tam ö dənilməmişdir. Belə ki, xx xxxxxxxx 2018-ci il tarixli istehlakçı abonentlə hesablaşmalar haqqında məlumatda su təchizatı və kanalizasiya xidmətlərinə görə 37.086,22 manat məbləğində borc ödənilməmişdir. Həmin borcun 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan “xxxx”dan görünür ki, müqavilənin tarixi xx.xx.2010, müəssisə MMC, il üzrə cəmi qalıq borc 37.086,22 manatdır. Birinci instansiya məhkəməsində müqavilənin qeyd olunan hallarının müəyyənləşdirilməsi məqsədilə ekspertiza keçirilməsi qərara alınmış və alınmış ekspert rəyinə əsasən xx xxxxxx 2016-cı il tarixli ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 131047 nömrəli müqavilənin üz tərəfindəki “30.Vİİ.2016” tarix göstəricisindəki “6” rəqəmin yeri nə əvvəlcə “0” rəqəmi olduğu, “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerində əvvəlcə “0” rəqəmi olduğu, müqavilənin arxa tərəfindəki 6-cı bəndində olan “xx xxxxxx 2016 il” tarix göstəricisindəki “6” rəqəmin yerinə əvvəlcə “0” rəqəmi olduğunu, “xx xxxxxx 2018 ilədək” tarix göstəricisindəki “8” rəqəmin yerində əvvəlcə “5” rəqəmi olduğu, sonradan üzərinə əlavə cizgilər artırılaraq indiki vəziyyətə gətirildiyi müəyyən edilmişdir. Bu məhkəmə instansiyası qətnamədə həmçinin onu da göstərmişdir ki, iddiaçı ASC ilə cavabdeh MMC arasında müqavilə münasibətləri mövcud olmuş, cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlər aparılmış, 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıldığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər h ansı bir sənəd təqdim olunmamış, əksinə içməli su və kanalizasiya xidmətlərindən istifadəni davam etdirmişdir. Birinci instansiya məhkəməsində icraat aparılan zaman cavabdeh tərəfindən müqavilə münasibətlərinin mövcud olmaması və sudan istifadənin dayandırılması barədə hər hansı fikir və ya tələb irəli sürülməmiş, ekspert rəyində 2016-cı il tarixli müqavilədə saxtalaşdırma aparıldığı müəyyənləşdirilsə də, tərəflər arasında faktik olaraq 2010-cu ildə müqavilə bağlanmış və bu müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə tərəflər arasında hər hansı mübahisə yaranmamışdır. Bu məhkəmə kollegiyası iddiaçı tərəfindən su və kanalizasiya xidmətlərinə görə cavabdehdən 37.086,22 manat əsas və 741,72 manat penya məbləğində borcun tutulması barədə tələb irəli sürsə də, qeyd olunan mə bləğlərin hansı müddət üçün, hansı qaydalara və ya sənədlərə əsasən hesablandığı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını da göstərərək hesab etmişdir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30-cu, 59-cu maddəsinin 3-cü bəndinə, 61-ci maddələrinə istinad etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, iddiaçı ASC ilə cavabdeh MMC arasında müqavilə münasibətləri mövcud olmuş, qarşılıqlı münasibətlər isə "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanunu (bundan sonra Qanun) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “xxxx”(bundan sonra- Qaydalar) ilə tənzimlənmişdir. ASC və onun yerli sukanal idarələri,su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Abonentlər tərəfindən həmin dəyərin vaxtında ödənilməməsi isə su təchizatı müəssisəsinin ahəngdar işləməsinə çətinliklər yaradır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhk əməsinin qətnaməsini ləğv edərək öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlər aparılmış, 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıdığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər hansı bir sənəd təqdim etməmiş, əksinə içməli su və kanalizasiya suyu xidmətlərindən istifadəni davam etdirmişdir. Birinci instansiya məhkəməsində icraat aparılan zaman cavabdeh tərəfindən müqavilə münasibətlərinin mövcud olmaması və sudan istifadənin dayandırılması barədə hər hansı fikir və ya tələb irəli sürülməmiş, cavabdeh borc məbləği ilə bağlı ona qarşı yönəlmiş iddiaya heç bir iradını bildirməmiş, bu hal işin mübahisələndirilməyən halıdır. Lakin apelly asiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülən dəlillərə düzgün hüquqi qiymət vermək əvəzinə bunu etməmiş, eyni zamanda cavabdeh tərəfin iddia tələbinə (iddia müddətinin keçdiyini bəyan edərək məhkəməyə buna dair ərizə təqdim etməkdən başqa) heç bir etirazı olmadığı halda, yalnız özü tərəfindən formalaşan mövqeyini əsas götürməklə iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən öz qərarını belə əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 37.086,22 manat əsas borcun və 741,72 manat peniyanın tutulması tələbini irəli sürsə də, qeyd olunan məbləğlərin hansı qaydalara və ya sənədlərə əsasən hesablandığı barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, işin materiallarında tərəflər arasında olan müqavilə ilə yanaşı, ab onent kartı və digər sübutlar da mövcuddur. Həmin abonent kartında cavabdehə hansı dövrdə, hansı həcmdə xidmətlərin göstərilməsi, xidmətlərin dəyəri və ödəniş vəziyyəti və sair haqqında qeydlər öz əksini tapmışdır. İddia məbləğinin hansı qaydalara əsasən hesablanması apellyasiya instansiyası məhkəməsinin özünə də bəlli olmaqla onun qətnaməsində bir-bir sadalanmışdır. Belə ki, Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği müvafiq hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablan ır, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır ( Qanunun 61-ci maddəsi). Şikayətdə daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 442-ci və 386.1-ci maddələrinə də istinad olunmuş, və o da qeyd edilmişdir ki, mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən müəssisəyə göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq əlavə dəyər vergisi də ödənilmişdir. Bütün yuxarıda göstəril ənləri, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 418.1 və 418.3-cü maddələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 04 saylı Qərarının 2.4 və 17-ci bəndlərini də vurğulamaqla da iddiaçı apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 saylı qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi xxx oğlu və vəkili Vəkil xxx məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxıl ması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ali Məhkəmənin Kommersiya Kollegiyası cavabdeh MMC-in məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddi açının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçı ASC-nin cavabdeh MMC-ə qarşı borcun ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qənaətinə gələrkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3-cü bəndinə, 30-cu və 61-ci maddələrinə, həmçinin MPMnin 77.1-ci, 88-ci, 217.4-cü və 119.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk növbədə mövcud qanunv ericiliyin normalarını təhlil etməklə vurğulayır ki, əvvəldə adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. Adı çəkilən Qanuna əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri sırasında su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilməsi göstərilmiş, alqı-satqı müqaviləsinin nümunəsinin, suyun qiymətinin, şəbəkəyə qoşulmanın və şəbəkədən ayırmanın şərtlərinin, suyun keyfiyyətinin, suyun dəyərinin ödəmə şərtlərinin və digər məsələlərin xxxx ilə tənzimləndiyi, xxxxnı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunduğu nəzərdə tutulmuşdur (bu Qanunun 5-ci maddəsinin 3-cü bəndi). Həmin Qanunda su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları da müəyyənləşdirilmiş, ödəmələrin hesablanması əsasları da əks edilmişdir. Belə ki, Qanunun su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləğinin hesablanması əsaslarını müəyyənləşdirən 59-cu maddəsinin 3-cü bəndi ilə belə əsaslar aşağıdakılardır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotu; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalar. Digər tərəfdən, bu Qanunla o da nəzərdə tutulmuşdur ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndi). Yuxarıda qeyd edildiyi kimi, su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəmələr sırasında mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə də nəzərdə tutulub (bu Qanunun 60-cı maddəsinin 1-ci hissəsinin a bəndi). Göründüyü kimi istehlak olunmuş əmtəənin (suyun) dəyərinə görə ödəmələrin həm hesablanması,həm də ödənilməsi qaydaları mövcud qanunvericiliklə tənzimlənmiş, onun dəyərin ödənilməsi vəzifə kimi istehlakçı barəsində tanınmışdır. Xüsusilə vurğulanmalıdır ki, müqavilə iştirakçısı olan istehlakçı su təchizatı müəssisəsinin verdiyi suyun hesabını istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə belə xidməti təqdim edən su təchizatının dayandırılması hüququna malikdir. Bununla belə o da nəzərdən qaçırılmalı deyildir ki, Qanunla istehlakçının müqavilə münasibətlərinin iştirakçısı kimi həmin xidmətdən könüllü imtina etməsi imkanı da nəzərdə tutulmuşdur. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bən dinin birinci abzası və 27-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatının dayandırılması istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda da dayandırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “xxxx”nın (bundan sonra-Qaydalar) müddəalarında da tərəflər arasında suyun alqı-satqısının müqavilə əsasında həyata keçirildiyi müəyyənləşdirilmiş, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiymətinin (tariflərinin) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyi əks olunmuşdur. Bu Qaydaların 7.2-ci bəndində də eynilə yuxarıda adı çəkilən Qanuna uyğun olaraq birbaşa göstərilmişdir ki, istehlak çıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab isteklakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Əgər istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaitinə gələrsə hesabı aldıqdan sonra ən geci 10 iş günü müddətində hesabı təqdim etmiş su təchizatı və kanalizasiya müəssisəsinə yazılı şəkildə müraciət edə bilər. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində xidm ətə görə cavabdeh tərəfindən 2015-ci ilə qədər sayğac üzrə müvafiq ödənişlərin aparıldığını, 2015-ci ildə cavabdeh fəaliyyətinin dayandırıldığını bildirib sayğacı çıxarsa da, fəaliyyətinin dayandırılması barədə iddiaçıya hər hansı sənədin təqdim olunmadığını, əksinə içməli su və kanalizasiya suyu xidmətlərindən istifadəni davam etdirdiyini, tərəflər arasında müqavilənin faktiki olaraq 2010-cu ildə bağlanmasını, həmin müqavilənin ləğv edilməsi və ya etibarsız hesab olunması barədə tərəflər arasında hər hansı mübahisənin olmamasını, habelə təchizatçı müəssisənin cavabdehi su ilə təmin etməyi, cavabdehin isə göstərilmiş xidmət haqqını hesab fakturada göstərilmiş müddətdə ödəmək öhdəliyi götürməsini, cavabdehin ASC tərəfindən göstərilən su və kanalizasiya xidmətindən istifadə etməsini göstərmə klə iddiaçı ASC ilə cavabdeh və MMC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən müqavilə münasibətlərinin mövcud olması qənaətinə gəlmişdir. Kommersiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi maddi hüquq normaları baxımından doğru olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “xxxx” 2 nömrəli əlavəsinin 6.3-cü bəndində isə nəzərdə tutulur ki, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzaldılmış hesab olunur. Bundan başqa iş materiallarında olan müqavilələrin (iş materialları-s.4,94-97,99) surətlərinin 6.3-cü bəndlərində onun müddətinin uzadılmasına dair (1 və ya 3 illik müddətə) xüsusi qayda da nəzərdə tutulmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi özünün müəyyənləşdirdiyi kimi, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını (davam etməsini) doğru olaraq müəyyənləş dirməsinə baxmayaraq, ASC tərəfinə MMC-ə göstərilən xidmətə görə 37.086,22 manat əsas və 741,72 manat penya məbləğində borcun tutulması barədə irəli sürdüyü tələbi təmin etməyərək iş materiallarında həmin məbləğlərin istehlakçıya hansı müddət üçün göstərdiyi xidmətlərə görə və hansı qaydada və sənədlərə əsasən hesablandığını təsdiq edən mötəbər sübutların mövcud olmamasını və bu barədə məhkəməyə hər hansı mötəbər sübutların təqdim edilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq vurğulayır ki, həmin məhkəmənin özünün qətnaməsində tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi, cavabdehin isə həmin xidmətlərdən yararlanması müəyyən edilmiş dir. Belə olan təqdirdə isə cavabdehin göstərilmiş xidmətləri ödəmək öhdəliyinin icrası mütləqliyi həm qanunun tələblərindən, həm də tərəflər arasındakı müqavilənin şərtlərindən məzmunundan irəli gəlir. Hazırki işin materiallarında MMC barəsində “xxxx”, “ətraflı abonent kartları” (iş materialları: səh.6, səh.83-86) kimi sənədlər mövcuddur ki, onlarda da iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dövrünü, onların həcmini, xidmətlərin dəyəri və onların ödəniş vəziyyətini əks etdirən məlumatlar vardır və həmin sənədlərin mötəbərliliyini və yaxud doğruluğunu(yanlışlığını) şübhə altına alan hər hansı sənəd nə iş materiallarında mövcud deyildir, nə də cavabdeh tərəfindən sübut kimi məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin özü də iddiaçının tə qdim etdiyi sənədləri prosessual hüquq nöqteyi nəzərindən araşdırıb qiymətləndirməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.2-ci maddəsi). Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üç ün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət qaydalarını nizamlayan 449-cu maddəsində isə göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. B ank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir(Mülki Məcəllənin 449.1. 449.2.-ci maddələri). Bundan başqa Qanunun 59-cu maddəsinin 1-ci bəndinin c yarımbəndində də ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüququ su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları sırasında əks edilmiş, Qaydaların 7.14-cü bəndində isə imperativ norma nəzərdə tutularaq qeyd olunmuşdur ki, Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildik dən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir (Qaydaların 2 nömrəli əlavəsinin 4.1.2-ci bəndində isə istehlakçının istifadə olunmuş suyun və axıdılmış tullantı sularının dəyərini vaxtında ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün, Mülki Məcəlləsinin 445.1-ci, 449.1-ci və 449.2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş qaydada, ümumi məbləğin faizi miqdarında müamilə (dəbbə) haqqı ödəmək öhdəliyi birbaşa müqavilə şərti kimi müəyyənləşdirilir). Məhkəmə kollegiyası həmçinin onu da qeyd edirki, Qaydaların 8.3-cü bəndin ə görə istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin Qaydaların 8.9.-cu bəndində isə müəyyənləşdirilir ki,suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının işt irakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarında istehlakçı tərəfindən suyun istehlakının göstərilən qaydalara riayət edilməklə dayandırılması təsdiq edən sübutlar da yoxdur. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsində isə müəyyənləşdirilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-nin 217.4-ci maddəsi). Həmin Məcəllənin 77.3-cü maddəs ində həmçinin o da nəzərdə tutulur ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin həmin məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiq edilməklə həqiqətə nail olmaq üçün prosessual imkanlardan tam yararlanmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 saylı qətnaməsi qanuni və əsaslı sayıla bilməz, buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Mə cəllənin 416, 417.1.3. 418-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-60/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər Bəhman Qəribov İlqar Dadaşov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar