Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-228/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına qarşı borcun tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-2(103)-123/2019 nömrəli, 06 fevral 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 19 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası FHN Mülki Müdafiə Qoşunlarına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35737,33 manat əsas borc və 50,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı İB ilə cavabdeh arasında 05.01.2017-ci il tarixli, 04-17 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehə məxsus Şamaxı ray onunda yerləşən N nömrəli hərbi hissənin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsi tərəfindən təbii qazla fasiləsiz təmin edilməsinə baxmayaraq cavabdeh tərəf istifadə etdiyi təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən cavabdehin 05.10.2017-ci il tarixinə 35737,33 manat debitor borcu yaranmışdır. Hazırda isə cavabdehin iddiaçıya olan borcu 33631,55 manat təşkil edir. Ona görə də iddia tələbinin təmin edilməsi xahiş olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 14 dekabr 2018ci il tarixli, 2-2(81)-196/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-123/2019 nömrəli, 06 fevral 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-196/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kasassiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh Azərbaycan Resp ublikası FHN-nin Mülki Müdafiə Qoşunlarının Şamaxı rayonunda yerləşən N saylı hərbi hissəsi uzun müddətdir ki, İddiaçı İB-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsi tərəfindən fasiləsiz olaraq təbii qazla təmin olunur. Lakin cavabdeh tərəfindən aylıq sərfiyyata uyğun ödənişlər aparılmadığından hərbi hissənin debitor borcu yaranmışdır. Bu barədə hesab-fakturalar, abonent saldoları məhkəməyə təqdim edilmişdir. İddia tələbi üzrə işə baxan həm birinci, həm də apelyasiya instansiya məhkəməsi qətnamə çıxararkən iddia müddətini tətbiq etmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçının tələb etdiyi borc 2010-cu ilin oktyabr ayında yaranmış borcdur. Lakin abonentin saldosuna nəzər yetirdikdə müəyyən olunur ki, cavabdehin 2010-cu ilin oktyabr ayının sonuna 30049,85 manat borcu vardır, həmin borcdan 2010-cu ilin noyabr ayında cavabdeh tərəfindən 6.236,10 manat ödəniş edilmişdir. Kassator həm təqdim edilmiş sənədlərə əsasən təbii qazın istehlakına görə cavabdehin mütəmadi olaraq ödəniş etməsini təsdiqlənsə də, həmin ödənişlərin 2010-cu ilə qədər yaranmış borca aid olması, bununla da iddia müddətinin axımının kəsilməsi və yenidən başlanması sübuta yetirilmir. Bu baxımdan iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi əsassızdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini Bakı Apelyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2-2(103)-123/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili k assasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti aşağıdakı səbəblərdən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə t ələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.( maddə 373.3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddə t məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” işi üzrə 07 iyul 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş əsəblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən so nra qeyri-müəyyən natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarından da göründüyü kimi, iddiaçı 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindən cavabdehin tabeliyinə verilmiş N saylı hərbi hissəni təbii qazla təchiz etmişdir. Həmin hərbi hissədə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və hərbi hissənin təhvil-təslim verilməsi aktında təbii qazdan istifadəyə görə borcun 01.04.2006-cı il tarixinə 47.906,09 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2. Fasilədən sonra idd ia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yalnız iddia müddəti ərzində borcun etirafı iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilər. Ona görə də 3 illik iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməməklə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisə üzrə iddiaçı təbii qazdan istifadəyə görə borcun olmasını iddia etdiyindən, cavabdeh isə borcu inkar etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından təbii qazdan istifad əyə görə borcun olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin borcunun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent saldosu”na əsaslanır. Halbuki, iddiaçı iddia ərizəsində göstərir ki, müqavilə əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarını təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. Belə ki, iş materiallarında olan “Abonentin saldosu”, iddiaçının müvafiq məlumat - baza sistemindən çıxarış olmaqla onun daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada iddiaçının birtərəfli qaydada tərtib etdiyi sözügedən sənəd cavabdeh üçün hər hansı öhdəlik yarada bilməz. İddia çı “Abonent saldosu”na borcun hansı əsasla daxil edilməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Qeyd edilə nlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-123/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən s
Məhkəmə qərarları › İş №2-2(102)-228/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-228/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver