Məhkəmə qərarları › İş №2-2(102)-23/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-23/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-23/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Açar sözlər: su istehlakına görə borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli 2-2(103)-865/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İ ŞİN HALLARİ

1. İş materiallarında olan Cavabdeh ASC (bundan sonra – “ASC”) ilə İddiaçı MMC (bundan sonra – “MMC”) arasında 2018-ci il 10 yanvar tarixində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19305841 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ASC MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan ASC Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərəfindən tərtib edilmiş 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli rəydən görünür ki, suölçən cihazın mexaniki hesablama mexanizmi üzərin də olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Vizual baxış zamanı qurquşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq açılması qeyd olundu. Suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürləri yerində yoxdur. Suölçən cihazın baza üzrə göstəriciləri ilə uyğunsuzluq təşkil edir. Suölçən cihazın hesablama mexanizminə müdaxilə aşkar olundu. Suölçən cihaz təmirə və istismara yararsızdır.

3. İş materiallarında olan ASC tərəfindən tərtib edilmiş 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə tərtib edilmiş sənədə əsasən, 2019-cu il 22 noyabr tarixli Abonent haqqında məlumatdan görünür ki, 2019-cu ilin sentyabr ayına su təchizatı və çirkab su xidmətlərinə görə ayrı-ayrılıqda 10840 kub metr sərfiyyat olmaqla cəmi 21.680 manat borc hesablanmışdır.

4. İş materiallarında olan 2019-cu il 17 oktyabr tarixli 529 nömrəli MMC tərəfindən ASC-yə ünvanlanlanmış pretenziya məktubunda 2019-cu il 29 sentyabr tarixli ********* saylı hesab faktura üzrə yazılmış 21.680 manat borcun 3 gün ərzində silinməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. MMC 2019-cu il 25 oktyabr tarixində ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ASC tərəfindən əsassız olaraq tərtib edilmiş 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi və 2019-cu il 29 sentyabr tarixli ********* nömrəli hesab faktura üzrə yazılmış 21.680 manat borcun silinməsi və hesabdan əsassız sil inmiş 2.193 manat pulun hesaba bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi yuxarıdakı hallarla (bax yuxarıda §§ 1-4) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 149 və 150-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli e-2-2(113)-166/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra – “MEM”) tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 7.1. Ekspertizaya təqdim olunana Alfasu ÜS-50 markalı, smart Dn-50 TİPLİ 50130617 zavod nömrəli suölçən cihazının hesablama mexanizminin iş qoruyucu möhürləri olu bmu və bu möhürlərin izləri aşkar olunurmu? 7.2. Əgər bu möhürlərin izləri aşkar edilirsə, bu qoruyucu möhürlərə kənar şəxslərin müdaxiləsi müəyyən olunurmu? 7.3. Əgər bu müdaxilə aşkar edilirsə, müdaxilənin təfərrüatları nədən ibarətdir?

8. MEM-in 2020-ci il 11 dekabr tarixli 3/1028 nömrəli ekspert rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: tədqiqata təqdim edilən bir ədəd Alfasu WS-50 markalı (qərarda “ÜS-50 göstərilmişdir”), smart Dn-50 tipli 50130617 zavod nömrəli su sayğacın səthində dörd ədəd bərkidici olan hissəyə baxış keçirilən zaman bir ədəd bərkidicinin ətrafında əzilmə izi aşkar edildi bu izin müdaxilə olunması nəticəsində yaranması istisna edilmir. Sayğacın hesablama mexanizmin iç hissəsində plastmas qapaqları bir-birinə bərkidən dörd ədəd metal bərkidiciləri n hər birinin ətrafında fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sınma zədələri müşahidə edildi. Sonra həmin sayğacın qapağı açıldıqdan sonra iç hissəsində olan hesablama mexanizminin iç qoruyucu möhürləri (plombları) müşahidə edilmir və əvvəllər möhürlərin (plombların) hissələrinin qalmağa xarakterik izlər aşkar edilmədi.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 aprel tarixli e-2-2(113)-56/2021 saylı qərardadı ilə MMC-nin ASC-yə qarşı “2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim – A.Əliyeva).

10. Bakı Kommersiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ASC Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərəfindən tərtib edilmiş 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli rəy özlüyündə MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində MMC-nin hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz.

11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 aprel tarixli e-2-2(113)-56/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ASC tərəfindən hesablanmış 21.680 manat məbləğində borcun MMC-nin şəxsi hesabından silinməsi, ASC tərəfindən MMC-nin hesabından silinmiş 2.193 manat məbləğində pulun MMC-nin şəxsi hesabına bərpa edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 122 manat pul məblə ğinin ASC-dən tutularaq MEM-in hesabına köçürülməsi qət edilmişdir (hakim – A.Əliyeva).

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 12.1. ASC tərəfindən tərtib edilmiş aktda və laboratoriya rəyində sayğacda olan nöqsanlar qeyd edilmişdir. Aparılmış müayinə zamanı sayğacın suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi, vizual baxış zamanı qurquşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq aşılması, suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürlərinin yerində olmaması qeyd olunmuşdur. Göstərilən bütün nöqsanların məhz MMC-nin təqsirindən baş verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 12.2. Bundan başqa, qeyd olunan nöqsanlardan suölçən cihazın iç qoruyucu plombunun olmaması halı üzrə, həmin plombun sayğac quraşdırılan zaman suölçən cihazda olmasını təsdiq edən sübut təqdim edilməmişdir.

13. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.7-ci, MPM-nin 76.1, 76.2, 77.1, 80, 81, 89.1, 119.1, 217-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

14. ASC həmin qətnamədən 2021-ci il 6 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli 22(103)-865/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 aprel tarixli, 2-2(113)-56/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

16. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 16.1. Borcun silinməsi barədə iddia əsaslıdır. 16.2. Belə ki, iş materiallarında olan Smart-kart tipli su sayğacının dəyişdirilməsi haqqında aktda (i/v 57) ASC-nin əməkdaşları tərəfindən qeyd olunmuşdur ki, sayğacın zavod möhürü və ASC loqolu plombu yerindədir. 16.3. Lakin 2019-cu il 3 sentyabr tarixində ASC-nin Nəzarət Ölçü Cihazla rı İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəydə suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. 16.4. Ekspert rəyi ilə sayğacın hesablama mexanizminin iç qoruyucu möhürlərinin (plomblarının) ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. 16.5. Həmin rəydə göstərilən sınma və əzilmə izlərinin müəyyən edilməsi isə müdaxilənin MMC tərəfindən edilməsi anlamına gəlmir. Çünki sayğac çıxarılan vaxt onun üzərindəki plomblar yerində olmuşdur. 16.6. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, ASC su sayğacına müdaxilənin səbəbkarının məhz MMC olmasını təsdiq edən sübutları təqdim etməmişdir. 16.7. Bu halı sübut etmək vəzifəsi ASC-nin üzərinə düşür. 16.8. Məhkəməyə təqdim edilmiş 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli rəy isə MMC-nin nümayəndəsinin iştirakı olmadan və yalnız ASC-nin əməkdaşları tərəfindən tərtib edildiyinə görə, habelə yuxarıda qeyd edildiyi kimi, sayğacın çıxarılması aktında göstərilənlərlə ziddiyyət təşkil etdiyinə görə su sayğacına məhz MMC tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MPM-nin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. ASC həmin qətnamədən 2021-ci il 11 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 80,81 manat dövlət rüsumunun iddiaçıdan tu tulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.5, 6.13 və 6.15-ci bəndləri (iş üzrə tətbiq edilməli normalar) məhkəmə tərəfindən tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış 2012-ci il 5 yanvar tarixli 150432 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilənin 2.2.4cü bəndinə əsasən müəssisə ölçü cihazlarına, siyirtmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin edir, onları daim işlək vəziyyətdə saxlayır. MMC qaydaların tələbinə əsasən Alfasu WS-50 markalı, zavod nömrəsi 50130617 və plomb nömrəsi B135404 olan su sayğacının yoxlamadan keçirilməsi üçün ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə müraciət etmişdir. Sayğac 2019-cu il 3 sentyabr tarixli iş əmri ilə çıxarılmış və ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasına gətirilməsi üçün MMC-yə təqdim edilmişdir. MMC-nin nümayəndəsi tərəfindən sayğac Laboratoriyaya təqdim edilmişdir. Həmin şəxsin iştirakı ilə sayğacın müayinəsi keçirilmiş və bu barədə 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində sayğacın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plomdan keçirilmiş plastik nagilə (jilka) müdaxilə edildiyini, vizual baxış zamanı qurğuşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartına raq açılması, suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürlərinin yerində olmaması, suölçən cihazın baza üzrə göstəricilərin sayğacın göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi, hesablama mexanizminə müdaxilənin aşkar olunması, sayğacın təmirə və istismara yararsız olması müəyyən edilmişdir. Həmin rəy əsasında “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. Qaydaların tələbindən və müqavilə şərtlərindən göründüyü kimi iddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməlidir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu kimi hallara hüquqi qiymət verməmişdir.

20. MPM-in 88-ci maddəsi pozulmuşdur. Məhkəməyə tərəfimizdən sayğacın dəyişdirilmə aktı, 2019-cu il 3 sentyabr tarixli 30617/0047148 nömrəli laboratoriya rəyi, fotoşəkillər, MEM-in 2020-ci il 11 dekabr tarixli 3/1028 saylı rəyi və abonent hesabat cədvəli təqdim edilmişdir. Həmin sübutlarda bir ədəd bərkidicinin ətrafında əzilmə izi aşkar edildiyi və bu izin müdaxilə olunması nəticəsində yaranmasının istisna edilmədiyi, sayğacın hesablama mexanizminin iç hissəsində plastmas qapaqları bir birinə bərkidən dörd ədəd metal bərkidicilərin hər birinin ətrafında fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sınma zədələrinin müşahidə edildiyi, suölçən cihazın baza üzrə göstəricilərin sayğacın göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi, hesablama mexanizminə müdaxilənin aşkar olunması və sayğacın təmirə və istismara yararsız olması açıq aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyə rək əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmas a da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəs i qoyulur....”

26. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edili r....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “... 1.3. Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təf sir edilə bilməz.... 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir....”

28. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhb ər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

29. İHAM-ın Qavazov Bolqarıstana qarşı iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarında mövqeyidni belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93) İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 19-20) isə aşağıdakı səbəblərdən əsassız hesab edir. 31. “Sudan istifadə Qaydaları”nın 6.16 və 6.17-ci bəndlərinə (bax yuxarıda § 27) əsasən, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda müvafiq akt tərtib edilir, aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən su təchizatı və kanalizasiya müəssisəsinə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir.

32. Əvvəla, iş materiallarından belə aktın tərtib olunması öz təsdiqini tapmır.

33. Halbuki ASC suölçən cihazın və onun üzərindəki plombun zədələnməsini iddia etdiyi halda müvafiq məbləğdə borcu hesablamaq üçün belə aktı tərtib etməyə və onun bir nüsxəsini MMC-yə təqdim etməyə borclu idi. Lakin qanunvericiliyin həmin tələbinə ASC tərəfindən əməl olunmamışdır.

34. Odur ki, sözügedən borcun Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının rəyi əsasında hesablanması “Sudan istifadə Qaydaları”nın 6.16 və 6.17-ci bəndlərinə zidd olmuşdur.

35. Bundan başqa, istinad olunan normalardan aydın olur ki, tərtib edilmiş akta əsasən suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları ilə əlaqədar ASC-yə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyanın hesablanaraq istehlakçıya ödəniş sənədinin təqdim edilməsi üçün mütləq istehlakçının təqsirinin mövcudluğu tələb olunur.

36. Başqa sözlə, istehlakçının təqsiri sübut olunmadan suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları ilə əlaqədar ASC-yə dəymiş maddi zərər istehlakçıdan tələb oluna bilməz.

37. Hazırkı mübahisədə istehlakçının təqsirinin olmasının sübut edilməsi vəzifəsi MM-in 77.1-ci maddəsinə (bax yuxa rıda § 27) uyğun olaraq, məhz ASC-nin üzərinə düşürdü. Lakin iş materiallarından görünür ki, ASC bu vəzifənin öhdəsindən gələ bilməmişdir.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, iş materiallarında olan Smart-kart tipli su sayğacının dəyişdirilməsi haqqında aktda (i/v 57) ASC-nin əməkdaşları tərəfindən sayğacın zavod möhürünün və ASC loqolu plombunun yerində olduğu qeyd edilmişdir. Lakin 2019-cu il 3 sentyabr tarixində ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəydə suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Göründüyü kimi, sayğaca ilk dəfə baxış keçirilərkən aktda aparılan yazılı qeydlərlə eyni orqanın verdiyi laboratoriya rəyi tam təkzib olunur. Çünki sayğaca ilk dəfə baxış keçirilərkən sayğacın zavod möhürü və plombunun yerində olduğu aşkarlansa da, daha sonra verilən rəydə həmin plomblara müdaxilə edildiyi qeyd edilmişdir.

39. Qeyd etmək lazımdır ki, Smart-kart tipli su sayğacının dəyişdirilməsi haqqında akt da məhz 2019-cu il 3 sentyabr tarixində, yəni ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının məlum rəyinin verildiyi eyni tarixdə tərtib edilmişdir.

40. Kassator qətnaməni həmin hissədə mübahisələndirməmiş, bununla bağlı hər hansı izah verməmişdir. Bu o anlama gəlir ki, ASC həmin xüsusatın mövcudluğu ilə razılaşmışdır.

41. Beləliklə, ASC-nin müvafiq əməkdaşları ilə lab oratoriyası eyni tarixdə mahiyyət etibarilə bir-birinə zidd olan (bir-birini təkzib edən) iki rəsmi sənəd vermişlər. Həmin sənədlər isə istehlakçının təqsirinin mövcudluğu barədə birmənalı nəticəyə gəlməyə imkan vermir.

42. Belə olan halda məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi sayğaca müdaxilə olunmasında MMC-nin təqsirinin sübut edilmədiyi qənaətinə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi və kassatorun istinad etdiyi ekspertiza rəyinə gəldikdə isə, əvvəla, həmin rəydə bir ədəd bərkidicinin ətrafında əzilmə izinin müdaxilə olunması nəticəsində yaranması istisna edilməsə də, müdaxilənin baş verməsi qəti şəkildə də bildirilməmişdir.

44. Qeyd edilməlidir ki, ASC həmin ekspert rəyinə etiraz etməmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ekspert rəyi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Qətnamədə qeyd olunduğu kimi, ekspert rəyi ilə sayğacın hesablama mexanizminin iç qoruyucu möhürlərinin (plomblarının) ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Həmin rəydə göstərilən sınma və əzilmə izlərinin müəyyən edilməsi isə müdaxilənin MMC tərəfindən edilməsi anlamına gəlmir. Çünki sayğac çıxarılan vaxt onun üzərindəki plomblar yerində olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, ASC su sayğacına müdaxilənin səbəbkarının məhz MMC olmasını təsdiq edən sübutları təqdim etməmişdir.

46. Ümumiyyətlə, istehlakçının su sayğacına etdiyi hər bir müdaxilənin məqsədi sayğacın real göstəricilərini azaltmaqla faktiki istifadə etdiyi suyun bir hissəsi nin haqqının ödənilməsindən yayınmağa nail olmaqdır. Əks halda, müdaxilə tamamilə mənasız olar.

47. ASC isə MMC-nin sayğaca müdaxilə etdiyini bildirdiyi halda, həmin müdaxilə nəticəsində belə halların mövcudluğunu tutarlı dəlillər əsaslandıra bilməmişdir. 48. “Sudan istifadə Qaydaları”nın 1.3-cü bəndinin (bax yuxarıda § 27) tələblərinə uyğun olaraq, bu Qaydaların heç bir müddəası, o cümlədən kassatorun istinad etdiyi müddəaları istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz.

49. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas(lar) mövcud deyildir.

50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA A LDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli e-2-2(103)-865/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar