Məhkəmə qərarları › İş №2-2(102)-230/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-230/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-230/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması və elektrik enerji sərfinin texnoloji itkisinin hər ay hesabdan azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyi) qarşı “pulun tutulması və elektrik enerji sərfinin texnoloji itkisinin hər ay hesabdan azaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli, 2-2(103)-1100/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 2021-ci il 19 yanvar tarixli elektrik enerjisinin alğı-satqısının bir tipli müqaviləsinin 8-ci bəndindən görünür ki, enerji təchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. - Həmin müqavilənin 10-cu bəndindən görünür ki, hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır (ölçü transformatorla rı vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kvt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq iki dolaqlı transformatorlar üçün 1,03 və üç dolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyət sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma ele ktrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır). - Həmin müqavilənin 11-ci bəndindən görünür ki, elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. 2. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Sumqayıt Filialına ünvanlanmış 2021-ci il 6 avqust tarixli, 6-xx/xx/3835 saylı məktubdan görünür ki, Xırdalan şəhəri ərazisində Akkord Sənaye Ti kinti İnvestisiya Korporasiyanın "xxxx" ASC-nin informasiya məlumat bazasında **********9 nömrəli kod altında qeydiyyatdadır və yaşayış binaların elektrik enerjisi ilə təmin edən xətlərin sərhəd nöqtəsində ********** nömrəli (əmsal 8.000), ********** nömrəli (əmsal 8.000), ********* nömrəli (əmsal 8.000) və ********* nömrəli (əmsal 8.000) elektrik sayğaclar quraşdırılmışdır. Korporasiyanın elektrik enerji sərf yuxarıda nömrələri qeyd edilən elektrik sayğaclarının göstərici əsasında hesablanan sərfiyyatdan, həmin yaşayış kompleksində "xxxx" ASC-nin abonenti olan 4.200 mənzilin və 71 ədəd qeyri-əhali qrupuna aid olan abonentin aylıq istifadə etdikləri elektrik enerji sərfinin miqdarı çıxıldıqdan sonra qalan sərfiyyat Korporasiyaya aid edilir və ödənilməsi üçün müvafiq sənədlər təqdim edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələblərindən görünür ki, 2021-ci il 23 iyul tarixdə Korporasiyanın hesabından 143391 kvt/saat (12.905,19 manat) azaldılmışdır və növbəti aylarda "xxxx" ASC ilə alğı-satqı müqaviləsi bağlamış istehlakçıların itkiləri Korporasiyaya aid edilməmişdir.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Sumqayıt Filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2021-ci il 9 avqust tarixli, AERA-21-1981/21 saylı məktubdan görünür ki, "xxxx" ilə hesablaşmalarda "xxxx" ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələbləri pozulmuş, Korporasiyanın elektrik qurğuları vasitəsilə qidalandırılan və "xxxx" ASC ilə alğı-satqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisini n itkiləri Korporasiyanın hesabından çıxarılmamışdır. "xxxx" ASC ilə alğı-satqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisinin texniki itkilərini Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyanın hesabından çıxarılması üçün "xxxx" ASC-yə AERA-21-21-21-774/21 nömrəli 2021-ci il 5 may tarixli məktubla müraciət olunmuşdur. 4. "xxxx" ASC-nin şəbəkəsinə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyanın şəbəkəsi vasitəsilə tranzit ötürülən elektrik enerjisi itkilərinin Korporasiyanın hesabından çıxarılması ilə bağlı məsələyə yenidən baxılması barədə "xxxx" ASC-yə AERA-21-21-21917/21 nömrəli 2021-ci il 2 iyun tarixli məktubla təkrar müraciət olunmuşdur. Təkrar müraciətlərinə cavab olaraq 2021-ci il 23 iyul tarixində hesablarından 143.391 kvts (dəyəri 12.905,19 manat) elektrik enerjisi sərfiyyatının çıxarıldığı və növbəti aylarda "xxxx" ASC ilə müqavilə bağlamış istehlakçıların itkilərinin Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyaya aid edilməyəcəyi bildirilmiş, lakin yenidən hesablaşmanın hansı dövrü əhatə etməsi barədə məlumat verilməmişdir. 5. "xxxx" ASC-nin 2021-ci il 29 dekabr tarixli, 01-492/21 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri abonent kodu **********9 olan "xxxx" ASC-nin 2018-ci il tarixdən 2021-ci il 21 dekabr tarixədək olan müddət ərzində elektrik enerjisindən istifadəyə görə 86.313,38 manat məbləğində borcu yaranmışdır.

6. Ekspertin və tərəflərin iştirakı ilə tərtib edilmiş 2022-ci il 5 mart tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair aktda qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus Xırdalan şəhərində yerləşən yaşayış kompleksində quraşdırılmış 4 ədəd 10/0,4 kv-luq elektrik yarımstansiyalarına baxış zamanı müəyyən olunmuşdur ki, hər yarımstansiyada 2 ədəd 2500 kv-lıq 2 dolaqlı güc transformatorlar quraşdırılmış və həmin y/s-lardan paylama şəbəkəsi vasitəsilə 35 binaya və qeyri-yaşayış sahələrinə (obyektlərə) elektrik enerjisi verilmişdir. Qeyd olunan y/st-lara elektrik enerjisi “Masazır” 110/35/10 kv-luq yarımstansiyadan verilir. Həmin y/s "xxxx" ASC-nin balansında olmuş və "xxxx" ASC-yə aid yaşayış sahələrinə "xxxx" ASCnin yarımstansiyalarından yeraltı elektrik kabellərlə işıq verilmişdir. Tərəflərə elektrik enerjisinin sərfiyyatlarla əlaqədar "xxxx" ASC-yə məxsus yaşayış kompleksində olan yaşayış (əhali) və qeyri-yaşayış (əhali olmayan) obyektlərin (istehlakçıların) sayı, sayğacların tipi, mü bahisə dövrünün hesablanmış sərfiyyatları, texniki şərtin, müqavilə və istismar-balans mənsubiyyəti barədə aktın ekspertizaya təqdim edilməsi təklif edilmişdir. (bu barədə məhkəmə tərəfindən də tərəflərə məktub göndərilmişdir). 7. 2022-ci il 12 may tarixli hesab-ödəniş vərəqəsindən görünür ki, 12.905,19 manat məbləğində borc "xxxx" ASC-nin abonent hesabından silinmişdir. 8. 2022-ci il 12 may tarixli hesab-ödəniş vərəqindən görünür ki, həmin tarixə "xxxx" ASC-nin elektrik enerjisindən istifadəyə görə borcu 204.883,02 manat təşkil etmişdir. 9. "xxxx" ASC tərəfindən təsdiq edilmiş “Abşeron rayonu, Xırdalan bələdiyyəsi ərazisində, Bakı-Sumqayıt yolunun sağ tərəfində inşa edilən “Abşeron Gənclər Şəhərciyi”nin tələb olunan gücünün azalması ilə əlaqədar "xxxx" ASC-nin 2010-cu il 8 yanvar tarixli texniki şərtinə yenidən baxılması barədə” texniki şərtin 6-cı bəndindən görünür ki, elektrik enerjisinin sərfiyyatını hesablamaq üçün sifarişçi təşkilatın hesabına 110-10 kv-luq “Masazır” YS-da şəhərciyin 10 kv-luq yuvalarında və şəhərciyin məhəllə daxili 10/0,4 kv-luq TY-ların 0,4 kv tərəfində (elektron tipli) və yaşayış binalarının bütün mənzilllərində, infrastruktur obyektlərində müasir qabaqcadan ödənişli elektrik sayğacları (smart kart tipli) quraşdırılmalıdır. 10. "xxxx" ASC tərəfindən tərtib edilmiş istifadə edilmiş elektrik enerjisinin hesablaşmasına dair arayışlardan görünür ki, abunəçinin elektrik enerjisindən istifadəyə görə 2019-cu ilin oktyabrından 2021-ci ilin oktyabrınadək olan dövrdə "xxxx" ASC-yə 397.674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində "xxxx" A SC tərəfindən 348.654,7 manat məbləğində ödəniş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 11. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 1 oktyabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 190.693 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması və bundan sonra cavabdehin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay iddiaçının hesabından azaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhərinin inzibati ərazisində yerləşən, iddiaçı tərəfindən inşa edilmiş 35 binadan, 85 blokdan ibarət 4.200 mənzilli çoxmərtəbəli yaşayış binası cavabdehin X4 xidmət göstərdiyi ərazidə olmaqla cavabdehdə **********9 nömrəli kod ilə qeydiyyatda olmuşdur. İddiaçının yaşayış kompleksini elektrik enerjisi ilə təmin etmək üçün "xxxx" ASC-dən texniki şərt alınmış, 4 ədəd 10 kv-luq kabel xətti çəkilərək 8 ədəd 2500 kva gücündə transformator olan transformator məntəqələri tikilərək istismara buraxılmışdır. 4 ədəd xəttin əvvəlində sərhəd nöqtəsində yaşayış kompleksinin elektrik enerji sərfinin ölçülməsi üçün ********* nömrəli (əmsal 8.000), ********** nömrəli (əmsal 8.000), ********* nömrəli (əmsal 8.000) və ********* nömrəli (əmsal 8.000) elektrik sayğacları quraşdırılmışdır. 2016-cı ilin fevral ayından etibarən yaşayış binasında olan mənzillər elektrik sayğacları ilə təmin edilmiş və hər bir mənzi l fərdi qaydada qeydiyyata alınaraq cavabdehin abonenti olmuşdur. Həmin yaşayış kompleksində olan 71 obyekt də cavabdehdə qeydiyyata düşərək öz istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəməkdədirlər. İddiaçı ilə hesablaşmada 4 ədəd 8.000 əmsalı olan elektrik sayğaclarının göstəricisindən 4.200 mənzilin və 71 abonentin istifadə etdikləri sərfiyyat çıxıldıqdan sonra qalan bütün sərfiyyatın ödənilməsini cavabdehdən tələb etmişdir.

13. İddiaçının mütəxəssisləri tərəfindən sərfiyyatın təhlili aparılmış və məlum olmuşdur ki, ümumi sərfiyyatın təqribən 87 faizi cavabdehin öz abonentlərinin sərfiyyatı olmuş və sonuncu ümumi sərfiyyatın təqribən 87 faizinin öz abonentlerinin olmasına baxmayaraq, iddiaçıya ödəniş üçün verdiyi sənədlərdə öz abonentlərinin sərfiyyatına uyğun heç bir texnoloji itkiləri (transformator itkiləri, xətt itkiləri, birləşmə nöqtələrindəki itkilər, sayğac itkiləri və sair) nəzərə alınmadan, bütün sərfiyyatın ödənilməsi əsas istehlakçı olan iddiaçıdan tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndindən görünür ki, enerji təchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi (bundan sonra – “üçüncü şəxs”) səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerji təchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakç ılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Üçüncü şəxs tərəfindən edilmiş müraciətlə əlaqədar cavabdehə 2021-ci il 5 may tarixli, AERA-21- 21-21-774/21 nömrəli məktubla müraciət etmiş, lakin cavabdehdən üçüncü şəxsə daxil olmuş cavab məktubunda heç bir əsas olmadan yalnız qeyri-əhali qrupu abonentlərə aid texniki itkilərin 2021-ci ilin iyun ayından başlayaraq iddiaçının sərfiyyatından çıxılacağı bildirilmiş, əhali abonentlərinə ötürülən tranzit elektrik enerjisinə görə yaranan itkilərə görə isə münasibət bildirilməmişdir.

14. Üçüncü şəxsin Sumqayıt Filialı cavabdehin verdiyi cavabın “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə cavab vermədiyini nəzərə alaraq, cavabdehin şəbəkəsinə idd iaçının şəbəkəsi vasitəsi ilə tranzit ötürülən elektrik enerji itkilərinin Korporasiyanın hesabından çıxılması ilə bağlı məsələyə yenidən baxılması barədə cavabdehə 2021-ci il 2 iyun tarixli, AERA-21-21-21-917/21 nömrəli məktubla üçüncü şəxsin Sumqayıt Filialı tərəfindən təkrar müraciət olunmuşdur. Sonuncunun Sumqayıt Filialının təkrar müraciətinə cavab olaraq cavabdehin Texniki Departamentinin direktoru 2021-ci il 6 avqust tarixli, 6xx/xx/3835 nömrəli cavab məktubu ilə bildirmişdir ki, 2021-ci il 23 iyul tarixdə iddiaçının hesabından 143.391 kvt/s (dəyəri 12.905,19 manat) elektrik enerjisi sərfiyyatı çıxıldığı və növbəti aylarda cavabdeh ilə müqavilə bağlamış istehlakçıların itkilərinin iddiaçıya aid edilməyəcəyini qeyd olunmuş, lakin yenidən hesablaşmanın hansı dövrü əhatə etdiyini bildi rməmişdir. Üçüncü şəxsin Sumqayıt Filialının rəisinin iddiaçıya ünvanlandığı 2021-ci il 9 avqust tarixli, AERA-21-1981/21 nömrəli məktubda “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə istinad edərək iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən "Elektrik enerjisindən istifadə" Qaydalarının tələblərinə zidd olaraq balans mənsubiyyəti sərhədindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya texnoloji itkilərə görə qaytarılmalı olan pul məbləği illər üzrə qeyd edilən kimi olmuşdur: 2016-cı il üzrə 39.129,07 manat 2017-ci il üzrə 45.883,55 manat 2018-ci il üzrə 35.620,46 manat 2019-cu il üzrə 31.153,02 manat 2020-cı il üzrə 28.150,44 manat, 2021-cı ilin 9 ayı üzrə 23.660,98 manat, cəmi məbləğ: 203.598 manat məbləğində təşkil edilmişdir. Həmin məbləğdən 12.905 manat pul vəsaitini cavabdeh tərəfindən qaytarılmış və hazırda cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 190.693 manat məbləğində müəyyən olmuşdur. Qanunvericiliyə edilmiş dəyişikliyə müvafiq olaraq, cavabdehə mübahisənin mediasiya qaydasında həll olunması üçün 2021-ci il 7 sentyabr tarixdə təklif göndərilmiş, lakin təklifləri cavabdeh tərəfindən 2021-ci il 13 sentyabr tarixdə qəbul olmuş olsa da, təklifə cavab verilməmişdir.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elek trik enerjisindən istifadə Qaydaları”nın 1.2, 1.4, 7.14, 8.35, 8.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 26.1-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, məhkəmədən iddiaçının cavabdehə qarşı verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mütəxəssisləri tərəfindən sərfiyyatın təhlili aparılmış və ümumi sərfiyyatın 87 faizinin cavabdehin abonentlərinin olması faktı sonuncu tərəfindən qəbul olunmamışdır. Belə ki, iddiaçının tələbində də qeyd olunduğu kimi cavabdehdən satın alınan elektrik enerjisi ümumi qaydada iddiaçının transformatorlarına daxil olmuş, ümumiləşdirilmiş sayğacdan keçir v ə həm 2.500 mənzilə, həm 71 obyektə, həm də iddiaçıya ötürülmüşdür. İddiaçı iddia tələbində etiraf etmişdir ki, transformatorlar iddiaçıya aid olmuşdur. Cavabdehin iddiaçının yaşayış kompleksini elektrik enerji ilə təmin etmək üçün "xxxx" ASC-dən aldığı texniki şərt əsasında quraşdırdığı transformatorlarda enerji itkisinin olmasında cavabdehin heç bir təqsiri qeyd edilməmişdir. Tərəflər arasında imzalanmış müqavilədə cavabdehin iddiaçının transformatorlarına ötürülən elektrik enerjisi üzrə yaranacaq itkiyə görə sonuncu heç bir öhdəlik götürməmişdir. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elekt roenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsində göstərilmişdir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilmişdir.

18. Tərəflər arasında elektrik enerjisinin satışına dair müqavilə imzalanan zaman iddiaçı müvafiq qanunlara istinad etməmiş və hazırkı tələb tam əsassız olmuşdur. Həmçinin elektrik enerjisindən istifadəyə görə iddiaçının cavabdehə 79.770,21 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi tələbinə dair iddiaçıya dəfələrlə xəbərdarlıq edilsə də, iddiaçı cavabdehə 79.770,21 manat məbləğində borcunu ödəməmişdir. Cavabdehin əməkdaşları iddiaçının ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borc haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və iddiaçı tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kim i qiymətləndirilməlidir.

19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(113)-4927/2021 saylı qərardadı ilə iddia ərizəsi təmin edilmiş, iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan olunmuşdur (hakim – L.Əliyeva).

20. Cavabdeh tərəfindən 2021-ci il 14 oktyabr tarixli, 01-472/21 saylı şikayətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(113)-4927/2021 saylı qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli, e-2-2(113)-4927/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(113)-4927/2021 saylı qərardadı ləğv edilmişdir (hakim – L.Əliyeva).

22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 noyabr tarixli, e-2-2(113)-4927/2021 saylı qərardadı ilə X2 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur (hakim – L.Əliyeva).

23. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 iyun tarixli, e-2-2(113)-276/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə qəbul edildiyi tarixdən cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə haqqın hesablanması iddiaçının elektrik qurğuları vasitəsilə qidalandırılan cavabdehin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri iddiaçının hesabından çıxılmaqla aparılması, çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur (hakim – L.Əliyeva).

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə, eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməsi istisna edilmişdir. Hazırkı halda iddiaçının elektrik şəbəkəsinə qoşulmuş cavabdehin abonentlərinin enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlər kimi və yaxud da istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlər kimi qəbul olunmasından asılı olmayaraq elektrik şəbəkədə yaranan itkilərin, o cümlə dən transformator itkilərinin həmin abonentlərə (subabonentlərə) sərfiyyatına mütənasib hissəsinin cavabdeh tərəfindən iddiaçıya aid edilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən edilməmişdir. İddiaçıya məxsus baş sayğacların göstəricilərinə əsasən hesablanan elektrik enerji sərfiyyatından şəbəkəyə qoşulmuş cavabdehin abonentlərinə aid itkilərin çıxarılmaması işin mübahisəsiz halını təşkil olunduğundan, cavabdehin iddiaçı ilə elektrik enerjisindən X3ın normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada aparılmaması açıq-aşkar müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçıya yalnız qeyri-əhali qrupu üzrə itkilərin hesablanmalı olduğunu və iddiaçıya əhali üzrə itkilərin hesablanmaqla səhvə yol verdiklərini bildirməklə iddiaçı ilə hesablaşmaların şəbəkəyə qoşulmuş abonentlərin itkiləri çıxılmaqla aparılmasına dair iddianın qismən – əhali abonentlərinə aid itkilərin iddiaçının hesabından çıxılması hissəsində - əsaslı olmasını təsdiq etmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış borc məbləğindən əhali və qeyri-əhali abonentlərinə aid itkilər (həmin abonentlərinin sərfiyyatlarının 3 faizi) çıxılmaqla həmin aylar üçün artıq hesablanmış 12.905 manat məbləği iddiaçının hesabından silinmişdir.

25. İddiaçı hazırkı iddia ərizəsində son 6 ilə yaxın müddət ərzində cavabdehə artıq ödədiyi pulların geri qaytarılmasını tələb etmişdir. Transformator məntəqələri iddiaçının balansında olduğundan cavabdehin abonentlərin həmin məntəqəyə qoşulması barədə iddiaçının məlumatlı olması açıq-aşkar müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, id diaçıya təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğaclarının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Hazırkı halda iddia verildiyi tarixdən iki ildən əvvəlki – yəni 2019-cu ilin oktyabr ayından əvvəlki müddət ərzində cavabdehə ödənilmiş pul vəsaitinin qaytarılması hissəsində iddia tələbi iddia müddəti keçməsi əsası ilə rədd edilməli və iddia verildiyi tarixdən əvvəlki iki illik müddət – 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində cavabdehə artıq ödədiklərinin, yəni sonuncunun əsassız əldə etdiklərinin geri qaytarılması barədə iddia tələbi ilə bağlı iddiaçının inşa etmiş olduğu yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə quraş dırılmış (iddiaçının bilavasitə istifadə etdiyi) elektrik enerjisi qəbuledicilərinin sərfiyyatlarını ölçmək üçün elektrik enerjisi sayğacları quraşdırılmamışdır. İddiaçının artıq borc hesablandığını və artıq məbləğ ödəməsini iddia etdiyi müddət ərzində sonuncunun faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq aid edilməli olan texnoloji itkilərin miqdarının sayğac göstəricilərinə əsasən müəyyən edilməsi mümkün olmamışdır.

26. Ekspertiza ilə müəyyən edilməli olan halı iddia qaldırılmamışdan əvvəlki 2 il ərzində elektrik şəbəkəsində yaranmış texnoloji miqdarı müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya artıq borc hesablanması faktı da öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının orta elektrik enerjisi sərfiyyatı müəyyən edi lmədiyindən xətdə yaranan texnoloji (o cümlədən transformator itkilərin) miqdarının da müəyyən edilməsi mümkün olmamışdır. Həmin itkilərin iddiaçının mülahizəsinə görə hesabladığı 3,5 faizdən az və ya çox olma ehtimalı da mövcud edilmişdir. 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində iddiaçıya 397.674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində iddiaçı tərəfindən 348.654,7 manat məbləğində ödəniş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun 49.020,15 manat hissəsi iddiaçı tərəfindən ödənilməmiş, iddiaçının əsassız hesablanmasını iddia etdiyi və qaytarılmasını tələb etdiyi 190.693 manat məbləğinin 6.584,79 manat hissəsi 2019-cu il oktyabr-dekabr aylarında, 28.150,44 manat hissəsi 2020-ci ildə, 23.660,98 manat hissəsi isə 20 21-ci ilin 9 ayında, yəni cəmi 58.396,21 manat hissəsi 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borca aid edilmişdir. İddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi həmin müddət ərzində iddiaçıya hesablanmış və əsassız olması iddia edilən borc məbləğinin 12.905,19 manat hissəsi 2021-ci ilin iyul ayında cavabdeh tərəfindən silinmişdir. İddiaçıya 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borcun 45.491,02 manat (58.396,21 – 12.905,19) hissəsinin əsaslılığını mübahisələndirmiş, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində 45.491,02 manat məbləğində borcun əsassız hesablanması faktının müəyyən edilməsini ehtimal olunsa belə, iddiaçı həmin müddət ərzində cavabdeh tərəfindən h esablanmış borcun 49.020,15 manat hissəsini ödəmədiyindən sözügedən müddət ərzində iddiaçının cavabdehə artıq ödəmə etməsi, cavabdehin isə öz növbəsində əsassız varlanması öz təsdiqi tapmamışdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 375.2, 439.4, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarının 1.4, 7.14, 8.4, 8.11-ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2001-ci il 27 dekabr tarixli Qərarına, MPM-in 4.6, 14.2, 77.1, 97.5, 107, 115.0.9, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – pul tələbin olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli, 2-2(103)-1100/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Tağızadə, hakimlər – A.Oruczadə və X.Cəmilova).

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik enerjitəchizatı müəssi səsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə, eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməməsini birbaşa olaraq müəyyənləşdirmişdir. 2022-ci il 12 may tarixli hesab-ödəniş vərəqinə əsasən 12.905,19 manat məbləğində borc iddiaçının abonent hesabından silinmiş olması da öz növbəsində əhali və qeyri-əhali abonentlərinə aid itkilərin iddiaçıya hesablanan elektrik enerjisi sərfindən çıxılmalı olması barədə iddiaçının tələbinin əsaslığı sübut olmuşdur. İddiaçı tələbi üzrə son 6 ilə yaxın müddət ərzində cavabdehə artıq ödədiyi pulların (190.693 manat) geri qaytarılmasını tələb etmişdir. Eyni zamanda, işə birinci instansiya məhkəməsində baxılarkən cava bdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, iddiaçı apellyasiya şikayətində iddia ərizəsinin 2020-ci ilin oktyabr ayında təqdim olunduğunu, buna görə də müddətin 2019cu ilin oktyabr ayı deyil, 2018-ci ilin oktyabr ayından nəzərə alınmalı olduğunu qeyd edilmişdir. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin üzərindəki ştampdan görünür ki, ərizə məhkəməyə 2021-ci il 1 oktyabr tarixdə daxil olmuş, 12-2/113/-4924/2021 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. İddia verildiyi tarixdən əvvəlki iki illik müddət – 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində cavabdehə artıq ödədiklərinin, yəni sonuncunun əsassız əldə etdiklərinin geri qaytarılması barədə iddia tələbi ilə bağlı isə işdən görünmüşd ür ki, iddiaçının inşa etmiş olduğu yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə quraşdırılmış (iddiaçının bilavasitə istifadə etdiyi) elektrik enerjisi qəbuledicilərinin sərfiyyatlarını ölçmək üçün elektrik enerjisi sayğacları quraşdırılmamışdır.

31. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya artıq borc hesablandığını və artıq məbləğ ödəməsini iddia etdiyi müddət ərzində sonuncunun faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq aid edilməli olan texnoloji itkilərin miqdarının sayğac göstəricilərinə əsasən müəyyən edilməsi mümkün olmamışdır. Tələb edilən müddət ərzində iddiaçının faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq aid edilməli olan texnoloji itkilərin miqdarının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunmuş, lakin lazımi materiallar iddiaçı tərəfindən təqdim edilmədiyindən müəyyənləşdirmə aparılması mümkün olmamışdır. İddiaçının iddia etdiyi kimi 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində 45.491,02 manat məbləğində borcun əsassız hesablanması faktının müəyyən edilməsi ehtimal olunsa belə, iddiaçı həmin müddət ərzində cavabdeh tərəfindən ona hesablanmış borcun 49.020,15 manat hissəsini ödəmədiyindən sözügedən müddət ərzində iddiaçının cavabdehə artıq ödəmə etməsi, cavabdehin isə öz növbəsində əsassız varlanması işin halları ilə öz təsdiqini tapmamışdır.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tari xli, 18 nömrəli Qərarının 1.4, 3.5, 7.14, 8.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1, 88, 384.0, 384.0.2, 385.1, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 30 dekabr tarixdə tərəflərə göndərilmiş və iddiaçının vəkilinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

34. İddiaçı 2023-cü il 26 fevral tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 373, 1091, 1092-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2010-cu il müqaviləsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin əsaslandırıcı hissəsində iddianın pul tələbi hissəsinə münasibətdə apellyasiya şikayətinin konkret olaraq hansı hüquqi əsasa görə təmin olunmaması qeyd edilməmişdir. İddia ərizəsi 2021-ci ilin 1 oktyabr ayında məhkəməyə daxil olmuş, belə olduqda isə məhkəmə 2018-ci ilin oktyabr ayından hesablamanı təmin edildiyi halda məhkəmə tərəfindən bu hala əməl olunmamışdır. Belə olduğu halda məhkəmənin müddəti qeyd edilən formada tətbiq olunması əsassız hesab edilmişdir.

36. MPM-in 9.3, 97.5, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə pul tələbi ilə bağlı olan iddianı 2018-ci ilin oktyabr ayından başlayaraq hesablanan məbləği təmin etməməyi onunla əsaslandırmışdır ki, həmin dövr üzrə iddiaçının cavabdehə elektrik enerjisinə görə 49.020,15 manat məbləğində borcu yar anmış və bu borc iddiaçı tərəfindən ödənilməmişdir. Hazırkı kommersiya mübahisəsi üzrə cavabdehin iddiaçıya qarşı heç bir iddia tələbləri (o cümlədən qarşılıqlı) iddiası mövcud deyil və məhkəmə tərəfindən belə bir tələblərə heç zaman baxılmamış, əsassız və qanuna uyğun olmayan qərar qəbul edilmişdir.

37. Məhkəmə tərəfindən kompleks məhkəmə-texniki və mühasibatlıq ekspertizası təyin olunmuş olsa da, lakin həmin ekspertizaya dair qərardad icra edilməmişdir. Ekspertizanın keçirilməsi üçün tələb olunan sənədlər cavabdehin əl çatımlığında, iddiaçı tərəfin isə ümumiyyətlə sərəncamında və əl çatımlığında olmayan sənədlər olmuşdur ki, həmin sənədlərin ekspertə təqdim edilməsi cavabdeh tərəfindən həyata keçirilməli olunduğu halda, sonuncu həmin sənədləri təqdim etməmişdir. Ekspert qarşısında qoyula n suallar və işin halları hərtərəfli tədqiq olunmamış və obyektiv qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas v ə ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.” 43. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tari xli, 18 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi Müddəalar... 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlad ıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır....” “3. X1 Buraxılması... 3.5. Yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə isə, X2 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir....” “7. X5 Cihazlarının Quraşdırılması və İstismarı... 7.14. Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerji sinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir....” “8. Elektrik Enerjisindən (Aktiv və Reaktiv) X3... 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.... 8.11. İstehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya o rta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir....” 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2001-ci il 27 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömə k edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, eksper tiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

46. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli, 2-2(103)-1100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

49. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 2021-ci il 19 yanvar tarixli elektrik enerjisinin alğı-satqısının bir tipli müqaviləsi bağlanmışdır. Müqavilənin 10-cu bəndindən görünür ki, hər 1 kvt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq iki dolaqlı transformatorlar üçün 1,03 və üç dolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır.

50. Apellyasiya instansiya mə hkəməsi doğru olaraq qeyd etmişdir ki, qanunvericilik enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə, eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməməsini birbaşa olaraq müəyyənləşdirmişdir. 2022-ci il 12 may tarixli hesab-ödəniş vərəqinə əsasən 12.905,19 manat məbləğində borc iddiaçının abonent hesabından silinmiş olması da öz növbəsində əhali və qeyri-əhali abonentlərinə aid itkilərin iddiaçıya hesablanan elektrik enerjisi sərfindən çıxılmalı olması barədə iddiaçının tələbinin əsaslığı sübut olmuşdur. İddiaçı tələbi üzrə son 6 ilə yaxın müddət ərzində cavabdehə artıq ödədiyi pulların (190.693 manat) geri qaytarılmasını tələb e tmişdir.

51. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı işdə iddiaçının elektrik şəbəkəsinə qoşulmuş cavabdehin abonentlərinin enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlər kimi və yaxud da istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlər kimi qəbul olunmasından asılı olmayaraq, elektrik şəbəkədə yaranan itkilərin, o cümlədən transformator itkilərinin həmin abonentlərə (subabonentlərə) sərfiyyatına mütənasib hissəsinin cavabdeh tərəfindən iddiaçıya aid edilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə cavabdehin iddiaçı ilə elektrik enerjisindən X3ın normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada aparılmaması açıq-aşkar müəyyən olunmuşdur.

52. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarına əsasən, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-sa tqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır.

53. Həmin qərarın 7.14-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir.

54. Həmin qərarın 8.4-cü bəndinə əsasən, Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, dig ər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin (§ 35,36 və 37) göstərilən dəlili ilə bağlı qeyd edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə 2021-ci ilin 1 oktyabr tarixində daxil olmuşdur. Belə olan təqdirdə iddia tələbinin hansı dövrlərlə bağlılığını MM-in 1095-ci maddəsinin müəyyənləşdirdiyi qayda əsasında müəyyənləşdirilməsi qanuni və əsaslı hesab edilməlidir. Digər tərəfdən işdən iddia verildiyi tarixdən əvvəlki iki illik müddət – 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində cavabdehə artıq ödədiklərinin, yəni sonuncunun əsassız əldə etdiklərinin geri qaytarılması barədə iddi a tələbi ilə bağlı isə görünür ki, iddiaçının inşa etmiş olduğu yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə quraşdırılmış (iddiaçının bilavasitə istifadə etdiyi) elektrik enerjisi qəbuledicilərinin sərfiyyatlarını ölçmək üçün elektrik enerjisi sayğacları quraşdırılmamışdır.

56. Həmçinin iddiaçıya artıq borc hesablandığını və artıq məbləğ ödəməsini iddia etdiyi müddət ərzində sonuncunun faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq aid edilməli olan texnoloji itkilərin miqdarının sayğac göstəricilərinə əsasən müəyyən edilməsi mümkün olmamışdır. Tələb edilən müddət ərzində iddiaçının faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq aid edilməli olan texnoloji itkilərin miqdarının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olu nmuş, lakin lazımi materiallar iddiaçı tərəfindən təqdim edilmədiyindən müəyyənləşdirmə aparılması mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və doğru hesab edir.

57. Kassasiya şikayətində qeyd olunan borc məbləği ilə bağlı məhkəmə tərkibi onu da qeyd edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış borc 49.020,15 manat məbləğində olan hissəsi onun tərəfindən ödənilmədiyindən 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində iddiaçının cavabdehə artıq ödəmə etməsi, cavabdehin isə öz növbəsində əsassız varlanması işin halları ilə öz təsdiqini tapmadığından, iddiaçının bu dəlili əsassızdır.

58. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qa nunvericiliyin tələblərinə əsasən düzgün aparmış, maddi və prosessual qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

59. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tər əfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 dekabr tarixli, 22(103)-1100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar