Məhkəmə qərarları › İş №2-2(102)-232/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-232/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-232/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "A" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR açar sözlər: (borcun silinməsi) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı "A" ASC-nin cavabdeh “Azərsu” ASC-yə qarşı “tullantı suyuna görə cəmiyyətə cavabdehlər tərəfindən əsassız olaraq səhv hesablanmış 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək 68.601,12 manat, 28.04.2016-cı il tarixindən 01.10.2016-cı il tarixinədək isə 1.884,76 manat olmaqla ümumilikdə 70.485,88 manat borc məbləğinin silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2-2(103)-10/2020 saylı qətnaməsindən cavabdeh “Azərsu” ASC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdehlər “Azərsu” ASC-yə, “Azərsu” ASC-nin Sabunçu Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tullantı suyuna görə cəmiyyətə cavabdehlər tərəfindən əsassız olaraq səhv hesablanmış 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək 68.601,12 manat, 28.04.2016-cı il tarixindən 01.10.2016-cı il tarix inədək isə 1.884,76 manat olmaqla ümumilikdə 70.485,88 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC (“Cəmiyyət") ilə “Azərsu" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi arasında 1 aprel 2014-cü il tarixli 011213 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə hər ay təqdim olunan hesablarda tullantı suyunun həcmi düzgün hesablanmayaraq Cəmiyyətə tullantı suyu üzrə 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək alınan ümumi texniki və içməli su həcminin 100%-i miqdarında hesablama aparılmaqla 98.001,60 manat məbləğində, 28 04.2016-cı il tarixindən 01.10.2016-cı il tarixinədək isə 30% miqdarında hesablama aparılmaqla 28.269,80 manat məbləğində borc hesablanmışdır. Tullantı suyunun həc minin düzgün hesablanmaması ilə bağlı Cəmiyyətin nümayəndələri tərəfindən işçi qaydada dəfələrlə edilən müraciətlərdən sonra cavabdehlər hesablamanın faktiki sərfiyyatdan çox olmaqla səhv aparıldığını təsdiqləmiş və 2015-ci ilin noyabr ayında “Su təsərrüfatı pasportu" hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidməti haqqının hesablanması qərara alınmışdır. Cəmiyyətlə Sabunçu Sukanal İdarəsi arasında bununla bağlı 19.11.2015-ci il tarixli akt imzalanmışdır. Aktda qeyd edilir kı, 01.04.2014-cü il tarixindən təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidmətləri haqqı hesablanmalıdır və gələcəkdə “Su təsərrüfatı pasportu" təsdiq edildikdən sonra həmin rəqəm dəqiqləşdiriləcəkdir. Daha sonra 28 aprel 2016-cı il tarixində "Su təsərrüfatı pasportu" tə sdiq edilmiş və həmin sənədin Razılaşdırma şərtinin 1-ci bəndində kanalizasiya şəbəkəsindən istifadə haqqının təchiz edilən suyun 28 %-i əsas götürülərək hesablanması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq əslində Cəmiyyətə hesablanmalı olan borc məbləğləri 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək 29.400,48 manat (cavabdehin səhv hesablaması ilə 100% həcmində hesablanmaqla 98.001,60 manat), 28.04.2016-cı il tarixindən 01.10.2016-cı il tarixinədək isə 26.385,04 (cavabdehin səhv hesablaması ilə 30% həcmində hesablanmaqla 28.269,80) manat təşkil edir. Beləliklə, səhvə yol verməklə artıq hesablanmış borc məbləği 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək 68.601,12 manat, 28.04.2016-cı il tarixindən 01.10.2016-cı il tarixinədək isə 1.884,76 manat olmaq la ümumilikdə 70.485.88 manat təşkil edir. Bu isə faktiki olaraq həmin dövrlər üçün Cəmiyyət tərəfindən həmin məbləğdə artıq vəsaitin ödənilməsi deməkdir. Məsələ ilə bağlı Cəmiyyət tərəfindən Sabunçu rayon Sukanal İdarəsinə 17 avqust 2018-ci il tarixli TŞ-X/O-382/2018 nömrəli məktubla müraciət olunsa da, müraciət bu günədək cavabsız qalmışdır. Azərbaycan Respublikasının "Su təchizatı və tullantı suları haqqında" Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalar”ına əsasən, su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) (qısa olaraq STKM) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının v ə tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxslərdir. İstehlakçı isə STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; Qaydaların 2.1.4-cü bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-nin vəzifəsidir. Qaydaların 5.1.5-ci bəndinə əsasən, istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Buna baxmayaraq cavabdeh nəinki öz vəzifəsini düzgün icra etməmiş, həm də Cəmiyyətin əsaslı tələbindən imtina etməklə onun hüquqlarını pozmuşdur. “Azərsu” ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.2-ci bəndinə əsasən, Azərsu ASC-nin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Nizamnamənin 3.3.1-ci bəndinə əsasən, bu məqsədlə “Azərsu" ASC suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nas os stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2-ci bəndinə əsasən tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3-cü bəndinə əsasən, tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci bəndlərdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; Nizamnamənin 9.4-cü bəndinə əsasən, "Azərsu" ASC-nin sədri ASC-nin idarə edilməsi, cari fəaliyyətin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində ASC-nin və onun müəssisələrinin bütün işçiləri üçün məcburi qüvvəyə malik əmrlər verir. Qeyd olunanlarla bağlı əsassız hesablanmış borc məbləğinin silinməsi üçün Cəmiyyət tərəfindən “Azərsu” ASC-yə də TŞ-XO-74/2016 nömrəli 14.11.2016 tarixli məktubla müraciət edilmiş və “Azərsu” ASC tərəfindən 10.05.2017 tarixli, 03/03-3/3/7039 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Su təsərrüfatı pasportu" təqdim olunduğu tarixdən kanalizasiya xidmətlərinə görə 28%, 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək isə 30% həcmində hesabat aparılmışdır və xidmətlərin dəyəri Cəmiyyət tərəfindən tam ödənilmişdir. Bununla belə, qanunvericiliyin tələblərinə və bütün qeyd olunanlara baxmayaraq fatiki olaraq haqqında bəhs olunan əsassız borc məbləğinin cavabdehlər tərəfindən silinməsi hələ də təmin edilməmişdir. 13 mart 2013-cü il tarixli məhkəmə iclasında “Azərsu” ASC-nin Sabunçu Sukanal İdarəsi cavabdehlərin sırasından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı 29.03.2019-cu il tarixli qətnaməsi ilə (hakim: F.M) İddiaçının iddia tələbi qismən təmin edilmiş, tullantı suyuna görə iddiaçıya 28.04.2016-cı il tarixdən 01.10.2016-cı il tarixədək artıq hesablanmış 1.884,76 manat borc İddiaçının hesabından silinməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)10/2020 saylı 16.01.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: Ü.M, hakimlər: M.T, V.H) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin 01.04.2014-cü il tarixdən 01.11.2015-ci il tarixinədək dövr üzrə 68.601,12 manat borc məbləğinin silinməsi hissəsində təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, tullantı suyuna görə iddiaçıya 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək artıq hesablanmış 68.601,12 manat borc İddiaçının hesabından silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16.01.2020-ci il tarixli qətnaməsindən cavabdeh “Azərsu” ASC və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edimişdir. Kas sasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində bildirir ki, borc məbləği tam əsaslı şəkildə sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır (Qaydaların 7.25-ci bəndi, Müqavilənin 2.1.3-cü bəndi: həcm su xəttinin giriş nöqtəsində quraşdırılmış sayğacın göstəriciləri ilə müəyyən edilir.) 01.04.2014-01.11.2015-ci il dövrü üçün hesablanmış 68.601,12 manat borcun silinməsi tələbi barədə iddia 26 noyabr 2018-ci ildə verildiyindən iddia müddəti ötürülmüşdür. Apellyasiya Məhkəməsindəki çıxışlarda iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin olması məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin məhkəmə qətnamə çıxararkən həmin sübuta hüquqi qiymət verməmişdir. Sabunçu rayon Sukanal İdarəsinin rəisinin və rəis müavininin aktı imzalamaq səlahiyyəti olmamışdır (İdarənin əsasnaməsini n 3.1.2-ci bəndi). Bu barədə əmr, etibarnamə də olmamışdır. Kassasiya şikayətinə etiraz Cavabdeh şikayətində qətnamə çıxarılarkən “Sudan istifadə qaydaları”nın tələblərinin nəzərə alınmamasını və qaydanın tələblərinə əsasən yalnız sayğacın göstəricisinin əsas götürülməli olduğunu qeyd etmişdir. Halbuki apellyasiya məhkəməsi öz qətnaməsində əsaslı olaraq həmin qaydaların tətbiq edilməməli olduğunu qeyd etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin qaydalara istinad edilməsinə maddi hüquq normalarının pozuntusu kimi qiymət vermişdir. Belə ki, tərəflər arasında münasibətlər bağlanmış müqaviləyə əsasən 1 aprel 2014-cü il tarixində başlasa da, haqqında bəhs olunan qaydalar 17 iyul 2014-cü il tarixində qüvvəyə minmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Re spublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə qaydaların deyil, mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla müqavilə münasibətləri ilə bağlı müddəalar tətbiq edilmişdir. Cavabdeh şikayətində iddia müddətinin ötürülməsi və bununla bağlı ərizəsinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi ilə bağlı əsassız fikirlər qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onla ra verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. İnanmaq istərdik ki, bu cür yalan fikirlərin bildirilməsi şikayətin məhkəmə proseslərində birbaşa iştirak etməmiş vəkil tərəfindən hazırlanması ilə bağlıdır. Əgər cavabdehin qeyd etdikləri əsaslı olsaydı, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi iddianı həmin ərizə əsasında müddətin ötməsinə görə ümumiyyətlə rədd edərdi. İddia müddəti məsələsinə istər birinci instansiya, istərsə də apelyasiya instansiyasında ətraflı şəkildə toxunulmuş, hərtərəfli izahlar verilmiş və hər iki məhkəmə tərəfindən onun ötürülməməsi qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hər iki instansiya məhkəməsi tərəfindən haqlı olaraq “Azərsu” ASC-nin 10 may 2017-ci il tarixli məktubuna borcun etirafı kimi qiymət verilmiş və iddia müddətinin axımının həmin tarixdən kəsilərək yenidən başlanması qeyd edilmişdir. Tərəflərin izahatları İddiaçının vəkili izahatında kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. O, bildirdi ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi. Cavabdehin vəkili izahatı nda kassasiya şikayətini müdafiə etdiyini bildirdi. O, həmçinin bildirdi ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən bir çox maddi və prosessual hüquq normasının pozuntusuna yol verilmişdir. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasassiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan: Kommersiya hüquqi şəxslərinin Dövlət Qeydiyyatı haqqında Şəhadətnamədən görünmüşdür ki, İddi açı 12.03.2009-cu il tarixdə qeydiyyata alınmışdır və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** saylı VÖEN verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış «Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün» 011213 saylı 01.04.2014-cü il tarixli müqavilə»dən görünmüşdür ki, abonent su xəttinə diametri 200 mm olan boru vasitəsilə qoşulmuşdur. Müqavilənin 2.1.3-cü bəndində qeyd edilmişdir ki, abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının göstəricilərinə görə, sayğac olmadıqda və nasaz olduqda isə Qaydaların 4.2 və 4.3-cü bəndlərinə uyğun, su təchizatı, su xəttinin giriş nöqtəsindəki borunun en kəsiyindən, suyun axma sürətindən və abonentin iş rejimindən a sılı olaraq təyin edilir. «Azərsu» ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçının əməkdaşlarının iştirakı ilə 19 noyabr 2015-ci il tarixdə Akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçınin təsərrüfat sahələrində qurulmuş texnoloji prosesdə istifadə edilən suyun yalnız 30%-nin kanalizasiya xətlərinə axıdılmasını nəzərə alaraq, İddiaçı ilə «Azərsu» ASC-nin Sabunçu Rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 1 aprel 2014-cü il tarixli 011213 nömrəli müqaviləyə əsasən müvəqqəti olaraq 1 aprel 2014-cü il tarixindən təchiz edilən suyun 30% həcmində kanalizasiya xidmətləri haqqı hesablanmalıdır. Gələcəkdə Təsərrüfat Pasportu hazırlandıqdan və təsdiqləndikdən sonra həmin rəqəm dəqiqləşdiriləcəkdir. İddiaçının «Azər su» ASC-yə ünvanladığı 14.11.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə Sabunçu rayon Sukanal İdarəsi arasında bağlanmış 1 aprel 2014-cü il tarixli 011213 nömrəli müqaviləyə əsasən hər ay təqdim olunan hesablarda tullantı su həcmi alınan ümumi texniki və içməli su həcminin 100%-i miqdarında hesablanmış və bu səbəbdən 01.04.2014-cü il tarixindən 01.11.2015-ci il tarixinədək tullantı suyu üzrə cəmiyyətə 101.710,8 manat məbləğində borc hesablanmışdır. Tullantı suyunun həcminin düzgün hesablanmaması ilə əlaqədar cəmiyyətin nümayəndələri tərəfindən işçi qaydada Sabunçu rayon Sukanal İdarəsinin nümayəndələrinə dəfələrlə edilən müraciəti nəticəsində qərara alınmışdır ki, “Su təsərrüfatı pasportu” hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30% həcmində kanalizasiya x idməti haqqı hesablansın və bu barədə İddiaçı ASC ilə Sabunçu rayon Sukanal İdarəsi aralarında 19 noyabr 2015-ci il tarixli akt imzalanmışdır. Bundan sonra 01.04.2014-01.11.2015-ci il tarixləri üçün hesablanmış 30% kanalizasiya xidməti haqqının - 30.513,24 manat (101.710,8 x 30%) cəmiyyət tərəfindən tam şəkildə ödənilməsi təmin edilmişdir. 28 aprel 2016-cı il tarixində «Azərsu» ASCnin «Sukanal» Elmi-Tətqiqat və Layihə İnstitutu tərəfindən hazırlanmış «Su təsərrüfatı pasportu”na əsasən tullantı su həcmi alınan su həcminin 28% miqdarında göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, 01.04.2014-cü il tarixindən tullantı suyuna görə hesablamaların yenidən aparılması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin «Azərsu» ASC-yə ünvanladığı TS-XO-382/2018 saylı xx xxxxxx 201 8-ci il tarixli məktubunda qeyd edilmişdir ki İddiaçı ilə «Azərsu» ASC Sabunçu rayon Sukanal İdarəsi arasında 1 aprel 2014-cü il tarixli 011213 nömrəli müqavilə imzalanmışdır. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantı suyunun həcminin düzgün hesablanmaması səbəbindən cəmiyyətimiz tərəfindən edilən müraciət nəticəsində 1 aprel 2014-cü il tarixindən «Su təsərrüfatı pasportu» hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidməti haqqının hesablanması qərara alınmış və bu barədə İddiaçı ilə Sabunçu rayon Sukanal İdarəsi aralarında 19 noyabr 2015-ci il tarixli akt imzalanmışdır. Lakin adı çəkilən aktın mövcudluğuna baxmayaraq, tərəfinizdən hər ay təqdim olunan hesablarda tullantı su həcmi alınan ümumi texniki və içməli su həcminin 100% -i miqdarında hesablanmış və bu səbəbdən 01.04.2014-cü ıl tarixindən 01.11.2015-cı il tarixinədək tullantı suyu üzrə cəmiyyətimizə 98.001,60 manat məbləğində borc hesablanmışdır. Cəmiyyətimiz tərəfindən isə akt nəzərə alınaraq xx.xx.2014 xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün hesablanmış 30% kanalizasiya xidməti haqqı yəni 29.400,48 manat hesablanmış və tam şəkildə ödənilmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə xx xxxxxx 2016-cı il tarixli TŞ-XO74/2016 nömrəli məktubla tərəfimizdən yenidən «Azərsu» ASC-yə müraciət edilmişdir. «Azərsu» ASC-nin xx.xx.2017-ci tarixli 03/03-3/3/7039 nömrəli cavab məktubunda xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə gorə 30 % həcmində hesabat aparıldığı və xidmətlərin haqqının cəmiyyətimiz tərəfindən tam şəkild ə ödənilməsi qeyd edilmişdir. Bununla belə, tərəfinizdən xx.xx.2018-ci il tarixinə cəmiyyətimizin 117.423.40 manat məbləğində borcunun olduğu bildirilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun «Su təsərrüfatı pasportu» xx xxxxx 2016-cı il tarixində «Azərsu» ASC tərəfindən təsdiq edilmişdir. Pasportun razılaşma şərtinə əsasən kanalizasiya şəbəkəsindən istifadə haqqının təchiz edilən suyun 28 %-i əsas götürülərək hesablanması müəyyən edilmişdir. Bununla belə, pasportun təsdiq olunduğu xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün kanalizasiya xidmətinin haqqı təchiz edilən suyun 30 %-i əsas götürülərək hesablanmış (yəni 2 % çox), bu da həmin dövr uçun cəmiyyətimiz tərəfindən 1.884,76 manat məbləğində artıq v əsaitin ödənilməsi ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2014 - xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün hesablanmış artıq 70.485,88 manat məbləğində vəsaitin silinməsi xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün isə tullantı suyuna görə hesablamaların yenidən aparılması və cəmiyyətimiz tərəfindən artıq ödənilmiş vəsaitin sonrakı hesablaşmalar zamanı nəzərə alınması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. «Azərsu» ASC-nin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tullantı suyun düzgün hesablanmama dair “Su təsərrüfatı Pasportu” təqdim edildiyi tarixdən 28% həcmində hesablandığı, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30 % həcmində hesabatın apa rıldığı və xidmətlərin dəyəri iddiaçı tərəfindən tam ödənildiyi qeyd olunmuş və “Su təsərrüfatı Pasportu” təqdim olunduğu tarixdən düzəliş olunur və müvafiq sənədlərin vaxtında təqdim olunmadıqda iddiaçının hesabında düzəlişin aparılması imkan xaricində olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünmüşdür ki, xx xxxxx 2016cı il tarixdə İddiaçı «Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu»nun “Su Təsərrüfatı Pasportu” «xxxx» ASC tərəfindən təsdiq edilmişdir. “Su Təsərrüfatı Pasportu”nun Razılaşdırma şərtinin 1-ci bəndinə müvafiq olaraq kanalizasiya şəbəkəsindən istifadə haqqı və təbiətdən istifadəyə görə rüsum şəhər su kəmərləri şəbəkəsindən 53683 saylı abonentlə (müqavilə № 011213) alınan su həcminin 28%-i miqdarında tutulduğu müəyyən edilmişdir. 1-ci in stansiya məhkəməsi iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30 % həcmində hesablanaraq 68.601,12 manat məbləğində borcunun silinməsini tələb etməsi ilə bağlı olan iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən ona istinad etmişdir ki, iddiaçının Abonent haqqında Məlumatından görünmüşdür ki, 01.04.2014-cü il tarixdən 01.11.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 1 kub metr çirkab suyun qiyməti 0,30 manat məbləğində hesablanmışdır. Nəticə etibarilə, sözügedən Qərara əsasən 1 kub metr çirkab suyun qiymətinin 0,30 manat müəyyən edilməsi hesablamaların 30% həcmində aparılması kimi qiymətləndirilə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəl diyi nəticə ilə razılaşmamış və bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. 19 noyabr 2015-ci il tarixli aktdan da göründüyü kimi, iddiaçı ilə cavabdeh «Azərsu» ASC-nin Sabunçu Sukanal İdarəsi arasında 1 aprel2014 – 1 noyabr 2015-ci il aralığında tullantı suyunun həcminin 30% nəzərə alınması və gələcəkdə Su Təsərrüfatı Pasportu təsdiqləndikdən sonra bu həcmin dəqiqləşdiriləcəyi ilə bağlı razılıq əldə edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası akta münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi akta düzgün hüquqi qiymət verməmiş və qətnamədə «Azərsu» ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin rəis müavini X1-in «xxxx» ASC-nin adından kanalizasiya xidmətləri haqqının hesablanmasının müəyyən edilməsi üçün səlahiyyətinin olmamasına, həmçi nin əmək müqaviləsi ilə də həmin vəzifəyə təyin edilərkən sözügedən müvafiq səlahiyyətlərin verilməməsinə istinad etməkdə haqlı olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, akt Sabunçu Sukanal İdarəsi adından rəis müavini X1 tərəfindən deyil, məhz idarənin rəhbəri - rəisi X2. tərəfindən təsdiq edilmişdir. Akt həmçinin hər iki tərəfin möhürü ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Digər tərəfdən, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası idarə və əqdlərlə bağlı qüvvədə olan mülki qanunverciliyin müddəalarının məcmu şəklində aydınlaşdırılmasını xü susilə əhəmiyyətli hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, «hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən, idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, «əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.». İşin hallarından da göründüyü kimi, iddiaçı ilə Sabunçu Sukanal İdarəsi arasında haqqında bəhs olunan əqd bağlanarkən idarənin və onun rəhbərinin həmin əqdi bağlamaq hüququnun müqavilə və ya hər hansı əsasla məhdudlaşdırılmış olmasını və ya qoyulmuş məhdudiyyətlərdən kənara çıxmaqla həmin əqdi bağlamasını iddiaçı bilməmişdir. Eyni zamanda, iddiaçı bu halı bilməyə məcbur da olmamışdır. Belə ki, Mülki Məcəllənin 54.3-cü maddəsinə əsasən, Sabunçu Sukanal İdarəsinin möhürə və birbaşa rəhbərə malik olmasını nəzərə alaraq, onun müstəqil və ya «Azərsu ASC»-nin tapşırığı ilə həmin hərəkətlərə yol verdiyi qənaətinə gəlməsi üçün iddiaçıda haqlı əsaslar yaranmışdır. Eyni zamanda, Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin qeyd olunan əqd əsasında meydana gələn öhdəlikləri üçün «Azərsu» ASC-nin birbaşa məsuliyyəti yaranmışdır. Əlavə olaraq, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası əqdlərin bəyənilməsi ilə bağlı mülki qanunvericiliyin müddəalarını da nəzərə alaraq belə qənaətə g əlmişdir ki, iddiaçının tələbinin xüsusilə cavabdeh qismində məhz «Azərsu» ASC tərəfindən təmin edilməsi zəruridir. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən, «əgər təmsil edilənin - yəni, «Azərsu» ASC-nin) adından əqdi bağlayan şəxsin (yəni, Sabunçu Sukanal İdarəsinin və onun rəisinin) təmsil edilənin adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin (yəni - İddiaçınin) təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, təmsil edilən əqdi sonradan bəyənməsin. «Azərsu» ASC-nin həmin əqdi xx xxx 2017-ci tarixli 03/03-3/3/7039 nömrəli cavab məktubu ilə bəyənməsi də tərəflər arasında mövcud olan razılaşmanın mahiyyətini və «Azərsu» ASC-nin öhdəliyini bir daha təsdiq etmişdir. Bu səbəbdən, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, haqqında bəhs olunan aktın (əqdin) mübahisələndirilməsində özünü tam hüquqlu şəxs və tərəf hesab edən cavabdeh «Azərsu» ASC həmin əqdi bəyəndiyinə görə həmin akt (əqd) etibarsız hesab edilə bilməz və o, Sabunçu Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış olsa da, onun tələblərinin təmin edilməsi üçün birbaşa «Azərsu» ASC özü öhdəlik daşıyır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə səhv nəticəyə gəlməklə, onun qətnaməsində göstərdiyi dəlillər i şin hallarına uyğun olmamışdır. Həmçinin apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Tarif Şurasının 01 №li xx xxxxxx 2011-ci il tarixli Qərarına əsasən 1 kub metr çirkab suyun qiyməti 0,30 manat müəyyən edildiyi halda, iddiaçının tələbinin 30% həcmində hesablama aparılma hissəsində təmin edilə bilməməsi qənaəti ilə də razılaşmamışdır. Belə ki, apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyə əsasən, tullantı suyunun həcminə münasibətdə hesablamaların müvafiq olaraq 30% və 100% həcmində aparıldığı təqdirdə yaranan borc məbləği tam və aşkar şəkildə müəyyən edilmiş, məbləğlər üzrə gəlinmiş nəticələr iddiaçının irəli sürdüyü məbləğlərdən fərqlənməmişdir (100% olduqda 98.001,60 manat, 30% olduqda 29.400,48 manat, yaranmış fərq 68.601,12 manat). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının suyun 30% həcmində nəzərə alınması tələbinə suyun müəyyən edilmiş məbləğinin 30 qəpik olmasına görə ümumi məbləğin 30% həcmində (30 qəpiyin 1 manatın 30%-i kimi) hesablanması kimi səhv yanaşmaqla hesablama mexanizmində səhvə yol vermiş, «Azərsu» ASC-nin xx.xx.2017-ci il tarixli məktubunun mahiyyətinə və iddiaçının verdiyi izahlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində suyun məbləğinin deyil, həcminin düzgün tətbiq edilmədiyini mübahisələndirmiş və bunu əsaslandıran normativ sənədləri təqdim etmiş, «Azərsu» ASC-nin cavab məktubunda da məhz xidmətlərin 30% həcmində hesabat aparıldığı qeyd edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəm ə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında təsdiq edilmiş «Su təsərrüfatı Pasportu»nda haqqında bəhs olunan həcmin 28% müəyyən olunması faktını da nəzərə almamışdır. Halbuki bu faktın özü də bir daha təsdiq etmişdir ki, həqiqətən də qeyd olunan təsərrüfat obyektində tullantı sularının miqdarı ona verilən suyun 100%-i həcmində olmamış, tərəflərin razılığı əsasında bu həcmin 30% müəyyən edilməsi də ədalətli, ağlabatan və əsaslı olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən hal, yəni artıq hesablamalar x xxxxx 2014-cü il tarixindən başlansa da, məhkəmə Nazirlər Kabineti tərəfindən üç ay sonra xx xxxx 2014-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmiş «Sudan istifadə Qaydaları»nın 7.25-ci bəndinə istinad etmişdir ki, bu da geriyə qüvvəsi şamil edilməməli olan normanın iddiaçıya münasibətdə keçmiş tarixə tətbiq edilməsinə görə yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. H əmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşin materiallarından görünür ki, iddiaçı təşkilatın kanalizasiyaya axıtdığı suyun həcmi aldığı suyun həcminin yalnı z bir hissəsini təşkil edir. “Su təsərrüfatı Pasportu”nda bu miqdarın 28% həcmində müəyyən edilməsi təsdiq edir ki, cavabdehin təsərrüfat obyektində tullantı sularının həcmi heç vaxt ona verilən suyun 100%-i həcmində olmamışdır. Belə yanaşma yalnız tərəflərin imzaladığı aktın deyil, hmçinin qanunvericiliyin tələbi ilə müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 31-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Həmin Qanunun 59-c u maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə görə, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. İddiaçının müəssisəsində 1 deyil, 3 sayğac quraşdırıldığından, müvafiq texniki xüsusiyyətlər olduğundan hesabat aparıarkən Qanunun bu tələbləri rəhbər tutulmalı idi. Konstitusiyanın 149-cu maddəsinin V hissəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusya Qanununun 2.6-cı maddəsinə uyğun olaraq, normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə q anun tətbiq edilir. Nəticə olaraq, iddiaçının su təsərrüfatı sistemi ilə bağlı Qaydalarda “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə və mahiyyətinə, su təsərrüfatı sisteminin xüsusiyyətlərinə, qüvvədə olan texniki-normativ-hüquqi aktların tələblərinə uyğun tənzimləmə mexanizminin olmaması iddianın təmin edilməməsinə əsas vermir və verilən suyun yalnız 28%-nin tullantı suyuna çevrilməsi, tərəflərin özlərinin də bunu təsdiq etməsi halında müvafiq dövr üzrə hesablamanın 100% həcmində aparılması düzgün deyil. Bundan başqa, tərəflər arasında suyun alqı-satqısı (su təchizatı) münasibətləri xx xxxxx 2014-cü ildən başladığından Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xx xxxx 2014-cü il tarixli Qaydalar, şəxsin vəziyyətini pisləşdirən aktın geriyə qüvvəsinin olamaması baxımı ndan hazırkı borca şamil edilə bilməz. Bu baxımdan, hazırkı məsələdə həmin Qaydaların 1.3, 7.25-ci bəndləri deyil, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbləri tətbiq olunmalı idi. Qeyd etmək lazımdır ki, aktın Sukanal İdarəsi tərəfindən təsdiq olunması və bunun nəticələrinin “Azərsu” ASC tərəfindən qəbul olunması bu reallığın anlayışla qarşılanmasını təsdiq edir. Əgər bu hərəkət qeyri-qanuni olsaydı, həmin qurumlar ona yol verməməli idilər. 2014-cü il müqaviləsinə gəldikdə, eyni sözlər buraya da aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bundan başqa, həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İstinad olunan normalardan görünür ki, tərəflər mövcud reallığı nəzərə alaraq və öz arasında razılığa gələrək faktiki olaraq yeni müqavilə bağlamışlar və həmin müavilədən də tərəflərin müavafiq öhdəlikləri yaranmışdır. Məhkəmə kollegiyası şikayətçinin iddia müddətinin ötürülməsi dəlili ilə də razılaşmır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kə silir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşin materiallarından görünür ki, tərəflər arasında hesabatın 30%-lə aparılmasına dair akt xx xxxxxx 2015-ci il tarixli imzalanmışdır. “Azərsu” ASC-nin sədr müavininin imzası ilə İddiaçının sədrinə imzalanmış xx xxx 2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2014-cü ildə tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30% hesabat aparılmışdır və xidmətlərin dəyəri tərəfinizdən tam ödənilmişdir. Lakin bundan sonrakı hesabatlar 100%-lə aparılmış və iddiaçıya borc hesablanmışdır. Göründüyü kimi, tətrəflər arasında imzalanmış aktda və “Azərsu” ASC-nin 10 may 2017-ci il tarixli məktubunda hesabatın 30%-lə aparılma lı olması təsdiq olunmuş, habelə həmin məktubda kanalizasiya xidmətlərinin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi etiraf olunmuşdur. Bununla əlaqədar hazırkı iş üzrə iddia müddətinin axımı xx xxx 2017-ci ildən sonra 100%-lik hesabatın aparılmasını və borcun mövcudluğunu əks etdirən növbəti bildiriş (məlumat) verildiyi tarixdən başlanılır. Məhz həmin tarixdən iddiaçı öz hüququnun pozulduğunu bilmişdir və bilməli idi. Qeyd olunanlara əsasən hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Sabunçu rayon Sukanal İdarəsinin rəisinin və rəis müavininin aktı imzalamaq səlahiyyətinin olmaması dəlili də əsaslı hesab oluna bilməz. İşin materiallarından görünür ki, tərəflər arasında ilkin müqavilə xx xxxxx 2014-cü il tarixdə Sabunçu rayon Sukanal idarəsinin rəisi F.K.Vəliyev tərəfindən imzalanmış, xx xxxxxx 2015-ci il tarixli akt da həmin şəxs təsdiq olunmuşdur. “xxxx” ASC-nin sədr müavininin imzası ilə İddiaçının sədrinə imzalanmış xx xxx 2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2014-cü ildə tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30% hesabat aparılmışdır və xidmətlərin dəyəri tərəfinizdən tam ödənilmişdir. MM-in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, pullar da əşyadır. Belə liklə, cavabdeh “Azərsu” ASC-nin İddiaçıya ünvanladığı 10 may 2017-ci il tarixli məktubundan görünür ki, ASC aktın həqiqiliyini şübhə altına almamış, nəticələrini tanımış, aktın imzalanmasını bəyənmiş (onun imzalanmasına sonradan razılıq vermiş), habelə iddiaçının öz öhdəliyini tam olaraq icra etməsi faktını etiraf etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən, iş üzrə sübutları qiymətləndirməklə düzgün nəticəyə gəldiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2-2(103)-10/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi his sə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar