Məhkəmə qərarları › İş №2-2(102)-234/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-234/2019

12.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-234/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili Sadıqov Nurəddin Arif oğlunun, Cavabdehin vəkili Nağıyev Azər Loğman oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh x2 qarşı “qərarın ləğv olunması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-2(103)-7/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında bax araq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya məxsus Çörəkbişirmə sexinə quraşdırılmış G-100 markalı 80101335 saylı qaz sayğacını dövlət yoxlamasından keçirilməsi üçün onun iştirakı ilə sayğac quraşdırıldığı yerdən çıxarılmış, qaz sayğacına İTRİ-nin Kalibrləmə laboratoriyasında baxış keçirilmiş və sayğacın üzərinə vurulmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurğuşun plomblarının dəyişdirilməsi, elektron hissə və impuls ötürücüsünə vurulan İTRİ-nin nömrəli (02187824 və ********) plomblarının ortadan kəsilərək açılması və yenidən yapışqanla yerinə bərkidilməsi, elektron hissənin daxilində olan İTRİ-nin kağız plombunun qoparılması və sayğacın nömrəsi olan lövhəni saxlayan qulaqcıqlardan birinin qırılması və nömrə olan tablonun deformasiy aya uğraması aşkar edilmiş, bu barədə 2017ci il 7 iyun tarixli, ******* nömrəli akt tərtib edilmiş, akta əsasən iddiaçıya məxsus sayğaca müdaxilə olunduğu üçün itirilmiş qazın dəyərinin 37.579 manat olması barədə 2017-ci il 4 iyul tarixdə qərar qəbul etmişdir. İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək ona hesablanmış 37.579 manat məbləğində borcun silinməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonunun Məmmədli kəndində yerləşən Çörəkbişirmə sexinə verilən təbii qazın istifadəsi ilə əlaqədar dəymiş ziyanın hesablanmasına dair 2017-ci il 7 iyun tarixli, ******* nömrəli aktın və buna əsasən qəbul edilən itirilmiş qazın bərpasına dair 2017-ci il 4 iyul tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin əvvəllərindən Çörəkbişirmə sexi işlədir. Həmin sexi qaz təchizatı ilə təmin etmək üçün cavabdehlə müqavilə bağlamış və sexə 80101335 nömrəli sayğac quraşdırılaraq, üzərində 01429926, 01429927 və 01429928 nömrəli plomblar vurulmuşdur. Müqaviləyə əsasən alınan qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtı-vaxtında ödəyir. Müqaviləyə uyğun olaraq sayğacın istismara yararlı olub-olmaması yoxlanılaraq, yararlı olması müəyyən edilmiş və bu barədə 2015-ci il 5 avqust tarixdə arayış tərtib edilmişdir. Sonuncu yoxlama 2017-ci ilin aprel ayında keçirilmiş, heç bir irad bildirilməmişdir. Cavabdehin nümayəndəsi 2017-ci il 22 may tarixdə sexə gələrək sayğacı növbədənkənar yoxlamağa aparmaq üçün çıxarmış, onun əvəzinə müvəqqəti yeni sayğac quraşdırmış və həmin gün sexə təbii qazın verilməsi dayandırılmışdır. Bundan sonra, cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2017-ci il 7 iyun tarixli akt tərtib edərək dəymiş ziyanın hesablanmasını göstərmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair 2017-ci il 4 iyul tarixdə qərar qəbul etmiş və heç bir normativ hüquqi akta əsaslanmadan, eləcə də tərəflər arasında bağlanmış qazın alğısatqısına dair müqavilənin şərtlərinə zidd olaraq birtərəfli qaydada hesablanmış məbləğlər əsasında ona borc hesablamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 oktyabr tarixli 2-2 (82)-72/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron rayonunun Məmmədli kəndində yerləşən Çörək bişirmə sexinə verilən təbii qazın istifadəsi ilə əlaqədar dəymiş ziyanın hesablanmasına dair 2017-ci il 7 iyun tarixli, ******* nömrəli aktın və buna əsasən qəbul edilən itirilmiş qazın bərpasına dair 2017-ci il 4 iyul tarixli qərarın ləğv olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, faktiki şəraitə görə, həmin xəttə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edilməsi mümkün deyil. Baxış zamanı çörəkbişirmə sexindən təqribən 500 metr məsafədə əsas paylayıcı xəttə qoşulma nöqtəsində quraşdırılan 80101335 nömrəli sayğacın plombları yerindədir, sayğacın baxış pəncərəsi, hesabat tablosu və gövdəsi üzərində hər hansı kənar müdaxilə izl əri aşkar olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-2(103)-7/2019 nömrəli qərardadı ilə “dəymiş ziyanın hesablanmasına dair 2017-ci il 7 iyun tarixli, ******* nömrəli aktın ləğv olunması tələbinə aid hissədə” iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardadı mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-2(103)-7/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişd ir ki, qaz sayğacına laboratoriyada baxış keçirilmiş və sayğacın üzərinə vurulmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurğuşun plomblarının dəyişdirilməsi, elektron hissə və impuls ötürücüsünə vurulan İTRİ-nin nömrəli (02187824 və ********) plomblarının ortadan kəsilərək açılması və yenidən yapışqanla yerinə bərkidilməsi, elektron hissənin daxilində olan İTRİ-nin kağız plombunun qoparılması və sayğacın nömrəsi olan lövhəni saxlayan qulaqcıqlardan birinin qırılması və nömrə olan tablonun deformasiyaya uğraması aşkar edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşk il edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğacının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən, sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. İş materiallarından göründüyü kimi, Abşeron rayonu Məmmədli kəndində yerləşən Çörəkbişirmə sexinin qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101335 nömrəli turb in tipli “ELSTER” markalı qaz sayğacı 2017-ci il 22 may tarixdə dövlət yoxlamasına aparılmaq üçün xətdən çıxarılmış və həmin vaxt sayğacın mexaniki göstəricisi ******* kub.m, elektron göstəricisi ******* kub.m olmuşdur. Faktiki şəraitə görə, qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyriqanuni istifadə edilməsi mümkün deyil. 80101335 nömrəli sayğacın plombları yerində olduğundan, sayğacın baxış pəncərəsi, hesabat tablosu və gövdəsi üzərində hər hansı kənar müdaxilə izləri aşkar olunmamışdır. 2017-ci il 22 may tarixdə sayğac yerindən çıxarılaraq laborator sınaq və yoxlamadan keçirildiyinə görə, mübahisənin aid olduğu dövr üçün sayğacın üzərində kənar müdaxilə izlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından, qeyd olunan dövr ərzində cavabdeh tərəfindən iddiaçıya məxsus çörəkbişirmə sexinə əsassız olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı səbəblərə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbay can Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliy yət tədbirləri tətbiq edilə bilməz (3.2). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun (hazırkı iş üzrə tərəflər arşında mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan redaksiyada) 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mü hüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır (2.1)... Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli, 660 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu na əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 1-ci bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: (...) 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;... Normaların tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində in hisarçı mövqe tutan (təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələri) hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması v ə istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cüml ədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd edilən normativ aktların tələblərinin yoxlayıcı orqan (hazırkı işdə cavabdeh) tərəfindən təmin olunduğuna dair işdə məlumat yoxdur və işin həmin halına apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən norm ativ aktların əhatə etdiyi yoxlamaların nəticələrinin etibarlılığı ilə bağlı göstərişləri imperativ xarakter daşıdığından, həmin göstərişlərə əməl olunmamasının nəticəsi qanunda aşkar və birmənalı göstərildiyindən, həmin tələblərə əməl olunduğu tərəflərin bunu bildirməsindən, iddiaçının həmin normalara istinad etməsindən asılı olmayaraq məhkəmə tərəfindən yoxlanılmalıdır. Belə ki, cavabdehin yoxlamasının nəticəsində hesablanmış borcun əsaslı olubolmadığının araşdırılmasına həmin yoxlamanın özünün yuxarıda qeyd edilən normativ aktlara uyğun aparıldığının, buradan, yoxlamanın nəticələrinin etibarlılığının müəyyən edilməsindən başlanmalıdır. Qətnamə yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasi ya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 yanvar tarixli 2-2(103)-7/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar