Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-24/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-857/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh ASC ilə İddiaçı MMC arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair bağlanmış 19259062 (abonent kodu: 101560) saylı müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. 2. 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli inventar aktına görə, Binəqədi rayonunda yerləşən “Aran” firmasına (müqavilə nömrəsi: 101560) baxış zamanı məlum olmuşdur ki, obyekt fəaliyyət göstərmir, su sayğacı bağlıdır. Bundan əlavə olaraq obyektdə d=80 mm-lik boru ilə qrunt suyu kanal v asitəsi ilə Böyükşor gölünə axıdılır. 3. 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli qeyri-qanuni istifadə nəticəsində itirilmiş tullantı su hesabatına (müqavilə nömrəsi: 101560) əsasən müəyyən olunmuşdur ki, “Aran” firması 27734 m3 miqdarında 23.691,67 manat dəyərində qurunt sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 8.7-ci bəndinə əsasən əlavə sərfiyyat hesablanmışdır. 4. 28.03.2017-ci il tarixli, ********* nömrəli hesab fakturaya görə, İddiaçı MMC-nin cəmi borc məbləği 23703,40 manat təşkil edir. Hesab fakturada müqavilə nömrəsi 19259062, abonent kodu 101560 göstərilir.
5. İddiaçı MMC üzrə abonent h aqqında məlumata görə, müəssisənin 01.01.2019-cu il tarixə çirkab sularının axıdılmasına görə 22.049,16 manat, içməli və istehsalat məqsədli sudan istifadəyə görə 1.255,95 manat olmaqla, cəmi 23.305,11 manat borcu mövcud olmuşdur. Məlumatda nömrəsi 180427 olan sayğacın quraşdırılma tarixi 08.10.2018-ci il tarixi göstərilmişdir.
6. İcarəyə verən qismində X1 ilə icarəçi qismində İddiaçı MMC arasında bağlanmış 17.02.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən 5140,3 m2 əmlak kompleksi kimi müəssisəni 10 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun ol araq icarəçinin tam istifadəsinə keçir; 4.1-ci bəndinə əsasən icarə haqqı 01.05.2017-ci il tarixdən hesablanır; 6.1.1-ci bəndinə əsasən icarəyə verən Sahəni icarəçiyə bu Müqavilədə göstərilmiş tarixdən istifadəyə yararlı vəziyyətdə təhvil verməlidir.
7. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışa görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən obyekt 18.03.2017-ci il tarixdə uçota alınmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 04.11.2020-ci il tarixli, 871 nömrəli pretenziya məktubu ünvanlanaraq, borcun silinməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı ”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 23.691,37 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsi ilə İddiaçı arasında 03.11.2018-ci il tarixində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19259062 saylı müqavilə imzalanmışdır. ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən 08.04.2019-cu il tarixində iddiaçıya təqdim edilmiş hesab fakturada cəmiyyətin 2017-ci ilin mart ayı üçün olan borcu 23.703,4 manat göstərilmişdir. Bundan sonra ASC-yə müraciət olunaraq 23.703,4 manat borcun yaranma səbəbləri barədə məlumat verilməsi xahiş edil mişdir. Cavab olaraq Cavabdeh ASC MXD-6401 saylı İnventar Aktı təqdim etmişdir. Həmin aktda göstərilir ki, 01 mart 2017-ci il tarixində Binəqədi rayonunda yerləşən, abonent nömrəsi 101560 olan “Aran” firmasına baxış zamanı məlum olmuşdur ki, obyekt fəaliyyət göstərmir, su sayğacı bağlıdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Aran” firması 27734 kub metr miqdarında 23.691,67 manat dəyərində tullantı sularının axıdılması xidmətindən qeyriqanuni istifadə etməklə ASC-yə ziyan vurmuşdur. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir.
11. Akt texniki vasitələrin köməyi ilə kompyuterdə yazılmış, ancaq bu zaman qanunsuz olaraq tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməsinə görə “Aran” firmasına 23.691,37 manat cərimə hesablanaraq bo rc yazılmış, bundan sonra isə 03.11.2018-ci il tarixində Cavabdeh ASC ilə MMC arasında müqavilə imzalanarkən halhazırda mübahisələndirilən, əsassız hesablanmış borc MMC-yə ötürülmüşdür. Cavabdeh ASC-nin əməkdaşları ilk öncə tərtib etdikləri aktda firmanın işləmədiyini və sayğacın bağlı olduğunu qeyd etsələr də, sonrakı aktlarında isə işləməyən və su sayğacı bağlı olan bir şirkətə tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməsinə görə borc yazılmışdır. Cavabdeh ASC tərəfindən abonent kodu 101560 olan MMC-yə 23.691,37 manat əsassız olaraq borc hesablanılmışdır. 06.11.2020-ci il tarixində poçt vasitəsi ilə cavabdehə pretenziya qaydasında müraciət göndərilsə də, cavabdeh qurum tərəfindən müraciətə heç bir cavab verilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-637/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən hesablanmış 22.049,16 manat (iyirmi iki min qırx doqquz manat on altı qəpik) məbləğində borcun iddiaçının hesabından silinməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 03.11.2018-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19259062 (abonent kodu: 101560) saylı müqavilənin 4.1.1-ci bəndinə əsasən istehlakçı müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəyir. Müqavilənin 5.3-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərin hər bir pozuntusu üç ün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. 14. 01.03.2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən “Aran” firmasına baxış keçirilən zaman aşkar olunmuş pozuntulara görə tərtib edilmiş inventar akt üzrə hesablanan borc məbləği İddiaçı MMC-nin abonent haqqında məlumatında iddiaçının borcu kimi göstərilmişdir. Həmin tarixdə icarə obyekti istifadəyə qəbul olunmamış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçı tərəfindən müvafiq vergi orqanında 18.03.2017-ci il tarixdə uçota alınmışdır. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış, yə ni akt tərtib olunan tarixə tərəflər arasında müqavilə münasibətləri də mövcud olmamışdır. 01.03.2017-ci il tarixli, MXD-6401 nömrəli inventar aktında və qeyri-qanuni istifadə nəticəsində itirilmiş tullantı su hesabatında müqavilə nömrəsi hissəsində “101560” qeyd olunmuşdur. Həmin nömrə 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədə iddiaçının abonent nömrəsi kimi göstərilmişdir. İddiaçı MMC ilə “Aran” firması arasında hər hansı bir münasibətlərin mövcud olması müəyyən olunmamışdır.
15. Mübahisəli borcun ödənilməsi sudan istifadə Qaydaları və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə də uyğun olmamışdır. Belə ki, göstərilən akt “Aran” firması barəsində tərtib olunmuşdur. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçis i) dəyişdirilmişdisə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməli idi. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməli, yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalı idi.
16. Dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək cavabdehin hüquqlarına aid edilmişdir. İddiaçının hər hansı təqsirinin olması iş materialları ilə müəyyən edilmir. İstehlakçı müəssisə göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya ə sasən ödəyir. Akt tərtib olunan dövrdə cavabdeh tərəfindən iddiaçıya hər hansı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi müəyyən olunmur. Eyni zamanda müqavilə şərtlərinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərin hər bir pozuntusu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. Hazırkı halda iddiaçının öhdəliklərinin pozuntusu faktı müəyyən olunmur.
17. Cavabdehin nümayəndəsi iddiaya etiraz etsə də, etirazını əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir.
18. İddiaçı iddia tələbində 23.691,37 manat məbləğində borcun silinməsini tələb etsə də, İddiaçı MMC-nin abonent haqqında məlumatından görünür ki, müəssisənin 01.01.2019-cu il tarixə çirkab sularının axıdılmasına görə 22.049,16 manat borcu olduğu qeyd olunmuşdur və həmin məbləğ 23691,37 manat məbləğdən qalıq borcdur.
19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın (bundan sonra – “"Sudan istifadə qaydaları") 1.6, 4.1.3, 7.21, 8.4, 3.1.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-857/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin e dilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(113)-637/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 13-19) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” nın 8. 4-cü bəndi iş üzrə düzgün tətbiq edilməmişdir.
25. Belə ki, həmin normanın tələbinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, Su təchizatı və kanalizasiya müəssisəsi /STKM/-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
26. Yeni mülkiyyətçi olan iddiaçı borc barədə arayışı əvvəlki mülkiyyətçidən tələb etməmiş və tələb etm əsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
27. Həmçinin, X2 ilə iddiaçı arasında müvafiq ünvan üzrə 17.02.2017-ci il tarixli icarə müqaviləsi bağlanaraq əmlak kompleksi 10 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Verği ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 nömrəli arayışda obyektin 18.03.2017-ci il tarixdə uçota alındığı qeyd olunmuşdur. Lakin, məhkəmə tərəfindən 17.02.2017-ci il tarixindən əvvəl iddiaçının obyektdə icarə əsasında fəaliyyət göstərib-göstərməməsi, uçota alınıbalınmaması halları araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki h allarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33. "Sudan istifadə qaydaları"nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir”. “4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:.... 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək”; “7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri 7.21. İstehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir”. “8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, ə vvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır”.
3. STKM-in hüquqları 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 03.11.2018-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 19259062 (abonent kodu: 101560) saylı müqavilənin 4.1. 1-ci bəndinə əsasən istehlakçı müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəyir. 01.03.2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən “Aran” firmasına baxış keçirilən zaman aşkar olunmuş pozuntulara görə tərtib edilmiş inventar akt üzrə hesablanan borc məbləği İddiaçı MMC-nin abonent haqqında məlumatında iddiaçının borcu kimi göstərilmişdir. Həmin tarixdə icarə obyekti istifadəyə qəbul olunmamış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçı tərəfindən müvafiq vergi orqanında 18.03.2017-ci il tarixdə uçota alınmışdır. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair mü qavilə bağlanılmış, yəni akt tərtib olunan tarixə tərəflər arasında müqavilə münasibətləri də mövcud olmamışdır. Müqavilə bağlanana qədər İddiaçı MMC ilə “Aran” firması arasında hər hansı bir münasibətlərin mövcud olması müəyyən olunmamışdır.
36. Apelyasiya Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli borcun ödənilməsi tələbi “Sudan istifadə qaydaları” və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə də uyğun olmamış, göstərilən akt “Aran” firması barəsində tərtib olunmuşdur. "Qaydalar"a əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirilmişdisə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməli idi.
37. Beləliklə, iş materialları ilə iddiaçının hər hansı təqsirinin olması müəyyən edilməmiş, akt tərtib olunan dövrdə cavabdeh tərəfindən iddiaçıya hər hansı su təchizatı və kanalizasiya xidmətləri göstərilmədiyi üçün hazırkı halda iddiaçının öhdəliklərinin pozuntusu faktı müəyyən edilməmişdir. Bu hallar cavabdehin, yeni mülkiyyətçi olan iddiaçı borc barədə arayışı əvvəlki mülkiyyətçidən tələb etmədiyi və tələb etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi, həmçinin X2 ilə iddiaçı arasında müvafiq ünvan üzrə 17.02.2017-ci il tarixli icarə müqaviləsi bağlanaraq əmlak kompleksinin 10 il müddətinə iddiaçıya icarəyə verildiyi, obyektin 18.03.2017-ci il tarixdə uçota alındığının qeyd olunması, lakin məhkəmə tərəfindən 17.02.2017-ci il tarixindən əvvəl iddiaçın ın obyektdə icarə əsasında fəaliyyət göstərib-göstərməməsi, uçota alınıb-alınmaması hallarının araşdırılmaması barədə dəlilinin əsassız olduğunu təsdiq edir.
38. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
40. Bakı Apelyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.