Məhkəmə qərarları › İş №2-2(102)-241/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-241/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-241/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxx oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRAR (açar sözlər: kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin də məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Nigar Nəcəfzadənin katibliyi ilə, iddiaçı xxx oğlunun Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Ko llegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-277/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xxx oğlu Cavabdehnə (bundan sonra-Cavabdeh İB) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,, Cavabdeh İB-in xx.xx.2018-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın və xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktın ləğv edilməsi, hesablanmış 1.980 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində cavabdeh h üquqi şəxsin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan xxx rayonu, xxx qəsəbəsi, xxx sovxozu ünvanında yerləşən şirniyyat sexinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq smart itron tipli G-4 markalı 1402AZ**********171 nömrəli sayğacı yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının xx.xx.2018-ci il tarixli xxx-6 saylı aktına əsasən “sayğacın çıxış plastmas borusu deşilmişdir” rəyi verilmişdir. xx.xx.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktına əsasən sayğac yoxlanılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 9900 m3, 1.980 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehin məktubunu aldıqdan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-ə müraciət edərək xx.xx.2018-ci il tarixli iki aktın ləğv edilməsini və 1.980 manat borcun silinməsini tələb etmiş, lakin bu günədək cavab almamışdır. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tam təmin edilməlidir. Sonradan iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə təqdim edərək, iş üzrə məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək, iddiaçıya məxsus Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxx sovxozu ünvanında yerləşən şirniyyat sexinə qaz təchizatının bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-1246/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə aktı qəbul edilənədək Cavabdeh İB tərəfindən Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxx sovxozu ünvanında yerləşən şirniyyat sexinə təbii qazın verilməsi bərpa olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-in xx.xx.2018-ci tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xxx nömrəli akt əsasında hesablanmış 1.980 manat məbləğində borcun silinməsi və borc hesabına iddiaçıdan tutulmuş bütün məbləğlərin iddiaçının smart kartına cavabdeh tərəfindən ödənilməsi xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-490/2020 saylı qətnaməsi ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, C avabdeh İB tərəfindən tərtib olunmuş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçı xxx oğluna qanunsuz olaraq hesablanmış 1.980 manat məbləğində borcun silinməsi və həmin borc məbləğinin hesabına iddiaçıdan tutulmuş pul vəsaitlərinin iddiaçının smart-kartına yüklənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-277/2020 saylı qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər İ.Əhmədov və V.Baxışova) Cavabdeh İB-in şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mü bahisəsidir və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının iddia ərizəsi və ona əlavə etdiyi sənədlər onun tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin də məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini məhkəməyə elektron kabinet vasitəsilə göndərməmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan (MPM-in 10-1.3-cü maddəsinin) imperativ tələbinə diqqət yetirməmiş və cavabdehin apellyasiya şikayətini MPM-in 152.1.1ci maddəsinin tələbi qaydasında geri qaytarmalı olduğu halda, birbaşa işlə birlikdə baxılması üçün Bakı Apel lyasiya Məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məzmunu nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı MPM-nin 3 63-cü maddəsində apellyasiya şikayətinin geri qaytarılması halları nəzərdə tutulmuşdur. Bu hallar aşağıdakılardır: apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onu n geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa. Göründüyü kimi, tərəfimizdən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin, birinci instansiya məhkəməsində "Cavabdeh" İB-in nümayəndəsi qismində xxx oğlu iştirak etmişdir ki, onun tərəfindən apellyasiya şikayəti verilməsiüçün şəxsi kabinetində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(113)-490/2019 saylı qətnaməsinin nömrəsi çıxmadığından (məhkəmə işinin nömrəsini əl ilə daxil etmək mümkün deyil) “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır. Göründüyü kimi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməməsi sırf proqram təminatı ilə bağlıdır. MPM-in 402-ci maddəsinə əsasən apel lyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-277/2020 saylı qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı b irinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərinməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməs i üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, MPMin 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakç ılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin də məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Məcəllənin sözügedən norması-kommersiya mübahisələri üzrə iddia ərizəsinin, şikayətin və digər sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur, lakin iş materiallarından görünür ki, cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini məhkəməyə elektron kabinet vasitəsilə göndərməmişdir. İşə kassas iya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə müvafiq olaraq kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutu lmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qanunvericilikdən göründüyü kimi, kommersiya mübahisələri üzrə iddia ərizəsinin, şikayətin və digər sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydası nəzərdə tutulmur. Məhkəmə Kollegiyası MPM-in 10-1.3-cü maddəsinin tənzimlədiyi prosessual münasibət və onun təsiri dairəsi ilə əlaqədar qeyd edir ki, həmin normanın müəyyənləşdirdiyi qayda ümumi xarakterə malik olmaqla kommersiya mübahisələri ilə əlaqədar imperativ xarakterə malikdir. Digər tərəfdən kommersiya mübahisələri həlli ilə bağlı icraat zamanı məhkəmə instansiyalarına nisbətdə də hər hansı istisnanı nəzərdə tutmur. Bunun əksinin qəbul olunması ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses işti rakçılarına çatdırılması ilə əlaqədar prosessual hərəkətlərin yerinə yetirilməsində proses iştirakçılarının imkanları baxımından məhkəmələrin instansiya səviyyəsindən asılı olmamaqla qayda vahidliyini deyil, onun müxtəlifliyini ehtiva edərdi. Kassasiya şikayətində kassator onun tərəfindən MPM–in 361-ci və 363-cü maddələrinin tələblərinə riayət olunduğundan apellyasiya şikayətinin geri qaytarılması üçün heç bir hüquqi əsasın olmadığını, birinci instansiya məhkəməsində Cavabdeh İB-in nümayəndəsi qismində xxx oğlu iştirak etmişdir ki, onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün şəxsi kabinetində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(113)-490/2019 saylı qətnaməsinin nömrəsi çıxmadığından (məhkəmə işinin nömrəsini əl ilə daxil etmək mümkün deyil) “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır. Göründüyü kimi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməməsi sırf proqram təminatı ilə bağlılığını qeyd edir. Məhkəmə Kollegiyası bununla əlaqədar vurğulayır ki, MPM-in mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı nizamlamanı nəzərdə tutan 10-1-ci maddəsi bu Məcəllənin “Əsas qaydalar”ı tənzimləyən l fəslində əks olunur və kommersiya mübahisələri üzrə məhkəmə icraatının və s. həyata keçirilməsinin xüsüsi qaydasını nizamlayır (MPM-in 10-1.3-cü maddəsi). Bu baxımdan yuxarı instansiya məhkəmələri də daxil olmaqla məhkəmə ilə proses iştirakçısı arasında prosessual münasibətin (prosessual mərhələdən asılı olmayaraq ) yaranması, inkişafı, dəyişməsi və xitamı da kommersiya mübahisələri ilə əlaqədar MPM-in 10-1.3-cü maddəsinin tələbinə riayət edilməsi ilə əlaqədardır və onun tələblərinin MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinə əməl olunmasında asılı edilməsi prosessual hüquqi nöqteyi nəzərdən məqbul sayıla bilməz. Kassasiya şikayətində Cavabdeh İB-in nümayəndəsi qismində xxx oğlunun birinci instansiya məhkəməsində iştirak etdiyi, onun tərəfindən apellyasiya şikayəti verilməsi üçün şəxsi kabinetində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(113)490/2019 saylı qətnaməsinin nömrəsi çıxmadığından (məhkəmə işinin nömrəsini əl ilə daxil etmək mümkün deyil) “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməsi mümkün olmaması, “Elektron Məhkəmə” infor masiya sistemi vasitəsi ilə apellyasiya şikayətinin verilməməsinin sırf proqram təminatı ilə bağlılığı göstərilmişdir. Məhkəmə Kollegiyası şikayətin bu dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tərtib olunmuş və imzalanmış protokollardan görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir (birinci instansiya məhkəməsinin iclas protokolları: i.v.36,37; i.v.71,72;i.V.77-79). Cavabdehin nümayəndəsinin apellyasiya şikayətini “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə verilməsinin mümkünsüzlüyünü sırf proqram təminatı ilə bağlılığı ilə əlaqələndirməsinə gəldikdə isə vurğulanmalıdır ki, MPM-in10-1.2-ci maddəsinə görə məhkəmə və proses iştirakçılar ı tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Arzərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 17-N№-li qərarı ilə təsdiq olunmuş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları” nın 1.2.-ci bindində göstərilir ki, Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin (bundan sonra –sənəd) elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2.4-2.11-ci bəndlərində isə proses iştirakçılarının həmin informasiya sistemindən istifadə üsulları, istifadəçi tərəfindən ”Elektron kabinet”in yaradılması və ondan istifadə qaydaları tənzimlənmişdir. Bu baxımdan cavabdehin nümayəndəsinin şikayətin elektron qaydada verilməməsilə bağlı irəli sürdüyü dəlil inandırıcı görünmür. Ehtimal edilsədə ki, belə apellyasiya şikayətinin elektron qaydada verilməsi həqiqətən proqram təminatı ucbatından qeyri-mümkün olmuşdur, onda ən azından cavabdeh bununla əlaqədar bilavasitə birinci instansiya məhkəməsinə xəbər verməklə problemin aradan qaldırılması üçün müraciət edə bilərdi. Lakin iş materiallarında bu məsələyə dair cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilməsinə dair həmçinin, isr ar etdiyi proqram təminatı ilə bağlı yaranmış maneələri özündə əks etdirən hər hansı sənəd mövcud deyildir. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-277/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-277/2020 saylı qərardadı dəyişdirilməd ən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar