Məhkəmə qərarları › İş №2-2(102)-252/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-252/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-252/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İB-nin cavabdeh “xxxxxx” X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qazdan istifadəyə görə borcun tutulması 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “xxxxx” X1rşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia; “xxxxxx” X2 İddiaçınə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi və qaz sayğaclarının quraşdırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı İB (bundan sonra – “İB”) və “xxxxx” kəndli fermer təsərrüfatı (bundan sonra – “MKFT”) arasında bağlanmış 2017-ci il 5 yanvar tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında “qazın alqı-satqısı barədə” müqaviləyə əsasən paylayıcı (İB) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (MKFT) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış 2017-ci il 5 yanvar tarixli ***-**-** saylı müqaviləyə 1 saylı əlavə ilə protokol təsdiqlənmiş, tərəflər siyahıda göstərilən, istehlakçıya aid olan strukturlar tərəfindən istifadə olunan təbii qaz sərfiyyatı haqlarının ödənilməsi ilə bağlı münasibətlərin ***-**-** saylı müqavilə çərçivəsində tənzimlənməsi barədə razılığa gəlmişlər. Protokolda əks olunmuş siyahıda təyinatı müxtəlif olan 79 müəssisə (məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, müxtəlif idarəetmə orqanların inzibati binaları, mədəniyyət evləri və s.) qeyd olunmuşdur.

3. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarına müvafiq olaraq Mahmud KFT-nın İB-nə qalıq borcu 2014-cü il 31 dekabr tarixinə - 172.601,77 manat; 2015-ci il 31 dekabr tarixinə - 75.097,70 manat; 2016-cı il 31 dekabr tarixinə - 225.860,32 manat; 2017-ci ilin 30 aprel ayına - 421.936,92 manat təşkil etmişdir. 4. “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” 2018-ci il 15 noyabr tarixli Razılaşma Protokoluna uyğun olaraq “xxxxx” KFT İB-nə 2018-ci il 15 noyabr tarixinə 616.542,90 manat borcunun olduğu və ilkin olaraq 261.500 manat ödəniş edəcəyi, 2018-ci il 20 dekabr tarixədək isə yerdə qalan məbləği ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, Protokol hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır. 5. 2017-ci il 19 iyul tarixli pretenziyadan görünür ki, İB yaranmış borc məbləğinin müəyyən edilmiş müddətə qədər ödənilməsi həyata keçirilməzsə, xəbərdarlıq edilmədən qaz təchizatının dayandarılacağı və məhkəməyə müraciət olunacağını MKFT-yə bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindək i icraat

6. İddiaçı İB “xxxxx” KFT-na qarşı 2017-ci il 28 iyul tarixində iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 84.727,20 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra, İB iddia ərizəsinə əlavə verərək MKFT-dan 421.391,12 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia onunla əsasladırılmışdır ki, MKFT İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında “qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan ist ifadə edir. MKFT fasiləsiz olaraq təbii qazdan istifadə etməsinə baxmayaraq, istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və hal-hazırda MKFT-nın İB-yə debitor borcu yaranmış, bununla da MKFT müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, 2018-ci il 15 noyabr tarixdə tərəflər arasında razılaşma protokolu tərtib edilmiş və MKFT 616.542.0 manat məbləğində borcu etiraf etmiş və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

9. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 427.3, 442, 445.2.1, 448.1-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – “Mənzil Məcəlləsi”) 135.1, 136.4, 139.1-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 2000-ci il 29 iyun tarixli 356 saylı Fərmanının 3.4, 3.10, 9-cü bəndlərinə; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 2009-cu il 29 dekabr tarixli 207 saylı Fərmanının 3-cü bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “QİQ”) 1.6, 3.2.1, 5.5-ci bəndlərinə istinad edilmişdir.

10. MKFT İB-nə qarşı 2017-ci il 9 oktyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sökülmüş qaz sayğaclarının İB-nın hesabına quraşdırılması, eləcə də MKFT-na hesablanmış borcun yenidən hesablanaraq tutulmasına dair qətnamə çıx arılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 19 oktyabr tarixli 22916 saylı rəyinə əsasən 2018-ci il 5 yanvar tarixli ***-**-** saylı müqavilə üzrə MKFT-nın İB-yə olan borcu 244.746,95 manat müəyyən olunur. Ümumilikdə, İB tərəfindən MKFT-ya 179.710,60 manat artıq borc hesablandığı müəyyən edilmişdir.

12. MKFT 2018-ci il 19 noyabr tarixində qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19.027,60 manat məbləğində pulun çıxılması və qalan 225.179,35 manat məbləğin MKFTdan tutulması və MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılmasına dair qətnamə çıxarılmasını x ahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MKFT-nın xidmət göstərdiyi məktəblərdə təbii qaz sərfiyyatı quraşdırılmış qaz sayğaclarının göstəricilərinə əsasən hesablanmalıdır. Lakin həmin sayğaclar 2016-cı ildə İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Həmin dövrdən etibarən, o cümlədən 2016 və 2017-ci illər üçün təbii qaza görə olan borc aylıq orta qaz sərfiyyatı həcminə uyğun hesablanmalı olduğu halda, sərfiyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı artıq göstərilmişdir. “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”na görə 2014-cü ildə illik ümumi qaz sərfiyyatı 945.232 kub metr olsa da, 2017-ci ilin təkcə 4 ayına görə 980.383 kub metr hesablanmışdır ki, qaz sayğacı olmadığı halda, bu qədər orta sərfiyyat həcminin göstərilməsi absurddur.

14. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 446.1, 446.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 101.3-cü maddəsinə; Azərbaycan Respublikası “Qaz təhcizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-ci bəndinə; “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci maddəsinə istinad edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019cu il 13 mart tarixli 34171 saylı rəyinə görə MKFT-nın İB-ya olan borcu 244.746,95 manat müəyyən olunmuş, İB tərəfindən MKFT-ya 179.710,60 manat artıq borc hesablanması qeyd olunmuşdur.

16. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2 019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi; qarşılıqlı iddia təmin edilmiş, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması qət edilmişdir (hakim V.Əzizova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə ilə iddiaçının istehlakçı olan cavabdehi təbii qazla təmin etməsi, cavabdehin isə qazı sayğacın göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifələri razılaşdırılmışdır.

18. Buna baxmayaraq, İB tə rəfindən QİQ-ın qeyd edilən tələblərinə riayət olunmamış, İB tərəfindən cavabdehin xidmət etdiyi müəssisələrə verilmiş təbii qazın sərfiyyatının həcmi və dəyəri sayğac göstəricilərinə əsasən deyil, hər bir müəssisə üzrə artıq hesablanmış və nəticədə borcun məbləği süni şəkildə şişirdilmişdir.

19. Bundan başqa, İB-nın əməkdaşları həmin müəssisələrə quraşdırılmış sayğacları laboratoriyada yoxlanılması üçün söküb aparmışlar, lakin uzun müddət keçməsinə baxmayaraq qaytarıb yerinə quraşdırmamış və ya nasazlıq aşkar edildiyi təqdirdə bu barədə müvafiq akt tərtib olunmaqla istehlakçıya məlumat verməmişdir.

20. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 448.1-ci; MPM-in 14.2, 77.1, 119.1, 217.3-cü maddələrinə; Azərbaycan Respublikası “Qaz təhcizatı haqqında” Qanununun 13-cü maddəsinin 8, 9-cu b əndlərinə; “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “QİQ”nın 3.1, 5.2, 6.1, 6.6, 6.7- ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

21. İB 2019-cu il 12 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia üzrə təmin edilməmiş hissədə, qarşılıqlı iddia üzrə təmin edilmiş hissədə ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzini n 2020-ci il 20 iyul tarixli 30187 nömrəli ekspert rəyinə əsasən 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə MKFT-nın İB-ya qazdan istifadə etməyən müəssisələr üzrə 135.062, 30 manat artıq borc hesablandığı müəyyən edilir. Ümumilikdə 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə qədər MKFT-nın İB-ya olan borcu 163,914.00 manat hesablandığı müəyyən edilir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)-2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddianın təmin edilməsi, MKFT-dan 421.391,12 manat təbii qazdan istifadəyə dair yaranmış borcun tutularaq İB-yə ödəni lməsi; MKFT-nın İB-ya qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən - H.Babayeva, hakimlər - Z.Məmmədov və M.Rzayev).

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza tədqiqatları natamam, yarımçıq, səthi aparılmışdır. Verilmiş rəylər hazırkı mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli olmamışdır. Əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş ekspert rəyindən isə görünür ki, ekspert səlahiyyət həddindən kənara çıxaraq xüsusi bilik tələb etməyən hallaraişə əlavə edilmiş aktlara hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş və həmin aktlar əsasında təbii qazdan istifadə ilə bağlı r əy vermişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert bu dəfə də qarşısında qoyulmuş sualları tam olaraq cavablamamış, cavabdehin tabeliyində olan 29 müəssisə üzrə 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə kimi qazdan istifadə edilmədiyi, 50 müəssisə üzrə isə qaz borcunu müəyyən etmiş, nə birinci instansiya məhkəməsinin icraatı zamanı keçirilmiş ekspertizalar, nə də apellyasiya baxışı zamanı verilmiş ekspert rəyi hazırkı mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli olmadığı üçün məhkəmə kollegiyası hazırkı iş üzrə verilmiş ekspert rəylərini sübut qismində qəbul etmir.

25. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür k i, MKFT-nın İB-yə əvvəlki illərdə də borcu olmuş, hər ilin sonunda hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə üzləşdirmə aktı tərtib olunmuş və borcun məbləği müəyyənləşmişdir. Son olaraq isə 2017-ci ildə bağlanmış üzləşdirmə aktında MKFT İB-nə 2017-ci ilin aprel ayına qalıq borcunun 421.936,92 manat olduğunu qəbul etmiş və onu imzası və möhürü ilə təsdiq etmişdir. Cavabdehin borc məbləğini mübahisələndirdiyi halda, hansı səbəbdən üzləşdirmə aktına ardıcıl illər üzrə (2014-cü ildən etibarən) borcunu imza etməsini və bununla da borcunu etiraf etməsinin səbəbini aydınlaşdırdıqda, cavabdehin nümayəndəsi, aktları imzalamadıqları təqdirdə, təbii qazın verilişinin dayandırılması ilə izah etmişdir.

26. İş materiallarına əlavə edilmiş (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbi ndən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı aktlara münasibətdə məhkəmə bildirmirşdir ki, bu aktlarda qeyd edilən dövrlər ərzində təbii qazdan istifadə edilmədiyi və əslində sərfiyyatın hansı qaydada hesablanmalı olduğu, lakin iddiaçı tərəfindən hansı həddə şişirdildiyi qeyd edilmişdir. Göstərilən aktlar hazırki mübahisə üzrə sübut əhəmiyyətli sənədlər kimi çıxış edə bilməz. Eləcə də çoxsaylı abonentin saldolarından görünür ki, cavabdeh mübahisələndirilən dövr ərzində iddiaçıya ödənişlər etmişdir. Cavabdeh həqiqətən də təbii qazdan istifadə etmirdisə, onda cavabdehin hansı səbəbdən iddiaçıya ödənişlər etməyin də davam etməsi anlaşılan deyil.

27. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin iddiaçıya həqiqətən də borcu olduğunu, eləcə də borcun, iddia tələbində göstərilən həddə olduğuna dair əsaslı dəlillər təqdim edərək sübut edə bilmişdir.

28. Qarşılıqlı iddia tələbinin birinci hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdehin borcunun nə qədər təşkil etməsi və ondan nə qədər məbləğ tutulmalı olması ilə bağlı məsələyə yuxarıda qiymət verilərək müəyyən edilmişdir ki, 421.391,12 manat məbləğində əsas borc MKFT-dan tutularaq İB-yə ödənilməlidir. Bu səbəbdən də kollegiya təkrarən eyni məsələlərə istinad etmədən qeyd etmişdir ki, qarşılıqlı iddianın bu hissəsi təmin edilə bilməz. MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması tələbinə münasibətdə kollegiya qeyd etmişdir ki, qanunvericiliklə cavabdehin, özünün vəzifəsi olan bir məsələnin iddiaçının üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etməsi əsaslı hesab edilə bilməz və bu hissədə qarşılıqlı iddia tələbini təmin edən məhkəmə düzgün nəticəyə gəlməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MPM-in 14.2, 80, 88, 101.3, 106.3, 119.1, 119.5, 218.1, 384.0.2-ci; Mənzil Məcəlləsinin 135.1, 136.4-cü; MM-in 442, 443.1, 448.1-ci maddələrinə; QİQ-ın 1.6, 3.2.1, 4.2, 4.8, 4.9, 5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

30. MKFT 2020-cİ il 15 dekabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Azərbaycan Respub likası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(102)-84/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)2/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən – A.Hüseynov, hakimlər - S.Hüseynova və B.Məmmədli).

32. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədə qeyd edilən dəlillər ziddiyətli olmaqla yanaşı məhkəmənin gəldiyi nəticənin əsaslandırlması üçün xidmət edə bilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təyin etdiyi son ekspertizanın rəyini tənqid edərək qeyd edir ki, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulan suallara cavab verməyib, bəzi hallarda suallardan kənara çıxıb, habelə öz səlahiyyətlərinə aid olmayan hüquqi məsələlərə qiymət verib, ona görə də, 2020-ci il 20 iyul tarixli 30187 nömrəli ekspertiza rəyi bu işin həlində mötəbər sübut növü kimi qəbul edilə bilməz.

33. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi MKFT-nin İB qarşısında təbii qazdan istifadəyə görə yaranmış borcunun müəyyən edilməsi üçün İB-nin təqdim etdiyi və MKFT ilə birgə imzaladığı üzləşdirmə aktlarına, razılaşma protokoluna və bu tipli digər sənədlərə istinad etmişdir. Həmin səndələrə görə, MKFT-nin İB qarşısında 2015-2017-ci illər ərzində yaranmış borcu 421.391,12 manat təşkil edir ki, bu məbləğ İB-inin seçdiyi üsulla hesablanmışdır.

34. İB göstərmişdir ki, onun hesabladığı borc məbləği MKFT-də və onun xidmət göstərdiyi müəssisələrdə quraşdırılmış qaz (istilik) cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində MKFT-nın İB qarşısında qazdan istifadəyə görə müəyyən edilən borc məbləği QİQ-ın 5.4-cü bəndinə uyğun olmayan üsulla hesablanmış, ona görə də əsaslı və qanuni deyil. Bu baxımdan hazırkı mübahsiənin ədalətli və qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsində araşdırmanın davam etdirilməsinə zərurət yaranır. İş üzrə yenidən müvafiq ekspertiza aparılmaqla qeyd edilən Qaydalara uyğun borc məbləği müəyyən edilməlidir.

35. Məhkəmə öz qətnaməsini MPM-in 14.2, 77.1, 88, 101.6, 102, 103.1, 217, 420-ci maddələrinə; QİQ-ın 4.9, 5.4-ci bəndlərinə istinad etməklə əsaslandırmışd ır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 20 sentyabr tarixli 9/3942 nömrəli ekspert rəyinə əsasən 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə MKFT-nın İB-yə qazdan istifadə etməyən müəssisələr üzrə 135.062,30 manat məbləğində artıq borc hesablandığı müəyyən edilir. Ümumilikdə, 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə qədər MKFT-nın İB-yə olan borcu 163.914,00 manat hesablandığı müəyyən edilir.

37. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tar ixli 2-2(085)-05/2019 saylı qətnaməsi qismən – MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilməsi; həmin hissələrdə yeni qətnamə qəbul edilərək, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc İB-nin xeyrinə tutulmuş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – S.Qafari və İ.Dəmirov).

38. Apellyasiya instansiya məhkəməsi artıq hesablanmış borc hissəsində ekspert rəyi ilə razılaşsa da, MKFT-nın İB-yə olan borcunun 163.914,00 manat olması ilə razılaşmamışdır. MKFT təbii qazdan istifadəyə görə 244.746,95 manat məbləğində borcun mövcudluğunu qəbul edir, İB isə 421.391,12 manat məbləğində borcun ödənilməsini tələb etsə də, ekspert rəyinə əsasən 135.062,30 manat məbləğində artıq borc hesablandığı müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc (421.391,12 -135.062,30) İB-nin xeyrinə tutulmalıdır.

39. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh MKFT-dan təbii qazdan istifadəyə görə 286.328,82 manat borc İB-nin xeyrinə tutulduğundan və bu məsələyə yuxarıda münasibət bildirildiyindən, borcun silinərək, 225.719,35 manat məbləğin tutulması hissəsində qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

40. Həmçinin məhkəmə bildirmişdir ki, sənaye qaz qurğularının ist ifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, eləcə də hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə olan halda qaz sayğaclarının quraşdırılması istehlakçının vəsaiti hesabına həyata keçirildiyindən qarşılıqlı iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir.

41. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 425.1, 560.1-ci maddələrinə; MPM-in 372.6, 372.7, 384.0.2; QİQ-ın 4.2, 4.8-ci bəndlərinə; Azərbaycan Respublikası “Qaz təhcizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

42. Həmin qətnamə 2021-ci il 16 dekabr tarixində tərəflərə məktubla göndərilmiş, 2021-ci il 17 dekabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerl əşdirilmişdir.

43. İB 2022-ci il 17 fevral tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən, iddianın 135.062,30 manat borcun təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın təmin edilməyən hissəsində yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. QİQ-ın 5.4-cü maddəsinin tələbi pozulmuşdur - məhkəmə kollegiyası tərəfindən təyin edilmiş 2021-ci il 20 sentyabr tarixli 9/3942 nömrəli ekspert rəyində hesablamanın sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmasını müqayisəli təhlil edən metod tətbiq edilməmişdir.

45. MPM 88-ci maddəsinin tələbi pozulmuşdur - ekspert bütün suallar a cavab verməmişdir. İş üzrə dəfələrlə (ilkin, əlavə və təkrar) ekspertiza keçirilsə də, heç bir ekspert rəyi yekun nəticəyə gəlmək üçün yetərli olmamışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi hazırki iş üzrə verilmiş yekun ekspert rəyini sübut qismində qəbul etmişdir.

46. MPM 101.3-ci maddəsinin tələbi pozulmuşdur - apellyasiya instansiya məhkəməsi ekspert rəyini tədqiq etməmiş ümumi borc məbləğinin azaldılması hissəsində tətbiq etmişdir.

47. MPM 217-ci maddəsinin tələbi pozulmuşdur - apellyasiya məhkəməsi ekspert rəyinin natamam olmasına, ekspert qarşısında qoyulmuş suallara ətraflı cavab verilməməsinə baxmayaraq natamam ekspert rəyi əsasında Birliyin ziyanına olan qərar qəbul etmişdir. Ali Məhkəmənin göstərişi əsasında konkret hal üzrə ekspertizanın keçirilməsi nəzərdə tutulsa da eksp ert bu sualdan yayınmış və rəydə göstərişi özündə ehtiva edən hesablama aparılmamışdır. Ekspert 50 müəssisə üzrə sərfiyyat göstəricilərini qeyd etsə də, 29 müəssisə üzrə sərfiyyat aparılmamması qənaətinə gəlməsini əsaslandırmamış, İB tərəfindən təqdim edilmiş üzləşdirmə aktlarındakı sərfiyyatı özündə əks etdirən məlumatlara isə ümumiyyətlə diqqət yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə mötəbər sübut kimi istinad edərkən bu hallara qiymət verməmişdir.

48. MPM 220.4-cü maddəsinin tələbi pozulmuşdur - apellyasiya məhkəməsi tərəfindən üzləşmə aktlarının tədqiqatını ətraflı aparılmamış, mövcud üzləşdirmə aktlarına, hesab fakturalara və razılaşma protokoluna münasibətdə düzgün olmayan normativ hüquqi akt tədbiq edilmiş, həmin sübutları səhv qiymətləndirilmişdir. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. İddiaçı İB apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən - iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxl anılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kr editorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”

54. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzif əsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar....” “Maddə

136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi... 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.”

55. Azərbaycan Respublikası “Qaz təhcizatı müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun “Maddə

13. Qazın pаylаnmаsı və sаtılmаsı...

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir müvafiq (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir....” 56. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından, maliyyələşmə mənbəyindən və təyinatından asılı olmayaraq 2004-cü il sentyabrın 1-dən etibarən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə o cümlədən yaşayış sahələrində mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və icra olunmalıdır....”

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan müddəalarında aşağıdakılar nəzərdə tutulur: istifadə Qaydaları”nın müvafiq “... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....” İV. ALİ MƏHKƏMƏNİN M ÖVQEYİ

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 44-48) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Apellyasiya Məhkəməsi MPM-in 420-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli qərarında qeyd edilmiş göstərişi, təkrar ekspertizanın keçirilməsini, yerinə yetirmişdir. Həmin ekspert rəyinə əsasən 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə MKFT-nın İB- yə qazdan istifadə etməyən müəssisələr üzrə 135.062,30 manat məbləğində artıq borc hesablandığı, ümumilikdə isə 2015-ci il 15 aprel tarixdən 2017-ci il 15 aprel tarixə qədər MKFT-nın İB-yə olan borcunun 163.914,00 manat hesablandığı müəyyən edilmişdir.

60. Apellyasiya məhkəməsi düzgün olaraq ekspert rəyinin artıq hesablanmış borc hissəsi ilə razılaşıb, MKFT-nın İB-yə olan borcunun 163.914,00 manat olması ilə razılaşmadığını qeyd etmişdir. Belə ki, MKFT təbii qazdan istifadəyə görə 244.746,95 manat məbləğində borcun mövcudluğunu qəbul edir, İB isə 421.391,12 manat məbləğində borcun ödənilməsini tələb etsə də, iş materiallarında həmin borcu təsdiq edən hər hansı mötəbər sənəd mövcud deyildir. Təkrar keçirilmiş ekspert rəyinə əsasən isə 135.062,30 manat məbləğində artıq borc hesablandığı müəy yən olunduğuna görə apelyasiya məhkəməsi hesab etmişdir ki, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc (421.391,12 -135.062,30) İB-nin xeyrinə tutulmalıdır.

61. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(105)-83/2021 saylı qətnaməsi iddiaçı "xxxxx" İB-nə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi İddiaçı İB-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar