Məhkəmə qərarları › İş №2-2(102)-257/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-257/2024

04.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-257/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şi kayətini nəzərdən keçirərək müəyyən etdi. İş üzrə məhkəmə icraatı 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı birinci iş üzrə mülkiyyət hüququnun tanınmasını, ikinci iş üzrə müqavilə öhdəliklərinin başa çatdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Birinci iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli e-22(121)-1355/2021 nömrəli qətnaməsi ilə mülkiyyət hüququnun tanınmasına dair iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(106)-23/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərba ycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2-2(102)-457/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmış, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

5. İkinci iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(121)559/2022 nömrəli qətnaməsi ilə müqavilə öhdəliklərinin icrasının başa çatdırılmasına dair iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki iş bir icraatda birləşdirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli 22(106)-149/2022 nömrəli qətnaməsi ilə birinci iş üzrə apellyasiya şikayəti təmin edilərək, birin ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülkiyyət hüququnun tanınması barədə iddia təmin olunmuş, ikinci iş üzrə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Qətnamədən hər iki tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(102)-262/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsi ilə hər iki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilmiş, hər iki iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.

9. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və “işin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına dair və preyudisallıq əsasında müəyyən edilən hissə”nin qətnamədən xaric edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilər lər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil.

12. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, hazırda cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 22(106)-107/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, onun əsaslandırıcı hissəsindən bəzi bəndlərin xaric edilməsini xahiş etmişdir. Mübahisələndirilən qətnamə ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilmiş, iddiaçının hər iki iddia tələbi rədd olunmuşdur (bax § 1-9).

13. Belə olduğu halda, MPM-in 403.1-ci maddəsinin (bax § 10) tələblərinə əsasən, cavabdehin apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş hər iki iddia tələbinin rədd olunması barədə qətnaməsini (və ya onun əsaslandırıcı hissəsini) kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ yoxdur.

14. Ona görə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya icraatına qəbul olunmamalıdır.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 403.1, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(106)-107/2023 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar