Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “cavabdeh” firmasının cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sayğaca müdaxilə; əlavə enerji sərfiyyatının hesablanması; yoxlamanın reyestrdə qeydiyyatdan keçməməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı “cavabdeh” firmasının (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-62/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq təsviri hissə: işin halları: Cavabdeh tərəfindən 23 dekabr 2018-ci il tarixdə iddiaçıya məxsus təsərrüfat subyektində (daş karxanası) elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, aşkar edilən nöqsanlar barədə 003860 saylı akt tərtib olunmuş, 140567 saylı akt əsasında yeni sayğac quraşdırılmış və yoxlamanın nəticələri onunla yekunlaşmışdır ki, cavabdehin Akt komissiyasının 23 yanvar 2018-ci il tarixli qərarı (icra vərəqi) ilə iddiaçıya 124425 kvts əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq onun abonent hesabına 11.198,25 manat məbləğində borc qeydə alınmışdır. İddiaçı cavabdehə qarşı 16 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23 yanvar 2018-ci il tarixli aktının qanunsuz hesab olunması və həmin akt əsasında hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23.01.2018-ci il tarixdə cavabdehin nümayəndələri iddiaçının istifadəsində olan, Türkan qəsəbəsində yerləşən daş karxanasına gələrək elektrik sayğacına baxış keçirmiş, 003860 saylı akt tərtib etmiş və həmin akt əsasında sayğaca müdaxilə olunduğunu əsas gətirərək firmaya 11.198,25 manat məbləğində əsassız borc hesablamışlar. Halbuki iddiaçı tərəfindən sayğaca müdaxilə olunmayıb, cavabdehin tələbləri əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(81)-726/2018 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbinə cavabdehin 23 yanvar 2018-ci il tarixli aktının qanunsuz hesab olunması hissəsində xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(81)-726/2018 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh tərəfindən hesablanmış 11.198,25 manat borcun iddiaçının hesabından silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1məruzəçi, X3 və X2, 2-2(103)-63/2019 saylı iş) 10 yanvar 2019-cu il tarixli qətnamə ilə cavabdehin apellyasiya şikayəti təmin etməmiş, qətnamə ni dəyişdirmədən saxlanmışdır. Cavabdeh 10 aprel 219-cu il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”ni hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Adıçəkilən hər iki normativ aktın adından və məzmunundan aydın olur ki, onlar sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamalar ı tənzimləyir. İddiaçının fəaliyyəti mişar daşı istehsalı ilə bağlıdır, başqa sözlə, elektrik enerjisinin təkrar satışı və s. bu kimi fəaliyyəti həyata keçirmir. Nəticə etibarilə, cavabdehin tərtib etdiyi aktın iddiaçının sahibkarlıq fəaliyyəti ilə hər hansı bağlılığı yoxdur. Məhkəmə EEİQ-nin 8.17-ci bəndini hazırkı mübahisəyə tətbiq edərkən hesablaşmanın “qoşulma sxeminin yoxlanılması tarixindən aparılmaması” barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin gəldiyi qənaətə əsasən, elektrik sayğacına hər ay keçirilən baxış özündə sayğacın qoşulma sxeminin yoxlanılmasını da ehtiva edir. Halbuki sayğacın qoşulma sxeminin yoxlanılması daha mürəkkəb proses olmaqla sayğaca baxışdan fərqlənir. Birincinin məqsədi yoxlama xarakterli olduğu halda, ikinci sadəcə aylıq borcun müəyyən edilməsi üçün həyata keçirilən hərəkətdir. Nəticə olaraq sayğacın daxili sxeminə müdaxilə edilməsi faktı aylıq borcun müəyyən edilməsi məqsədilə keçirilən baxış yox, məhz qoşulma sxeminin yoxlanılması nəticəsində aşkarlana bilərdi. Məhkəmə bu hala qiymət vermədən hesablaşmanın aparılması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə EEİQ-nin 9.1 və 9.10-cu bəndlərinin də tələblərini nəzərə almamışdır. əsaslandırıcı hissə: Cavabdeh tərəfindən 2018-ci ilin yanvar ayınının 23-də iddiaçıya məxsus daş karxanasında elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, aşkar edilən nöqsanlar barədə akt tərtib olunmuş, iddiaçıya əlavə elektrik enerjisi sərfiyyatı hesablanaraq onun abonent hesabına 11.198,25 məbləğində borc qeydə alınm ışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyy ən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır (2.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (3.1-ci maddə). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlu mat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndində qeyd edilir ki, Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümləd ən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Cavabdeh iddiaçıya məxsus firmaya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmişdir. Enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh “xxxx” ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində (daş karxanasında) istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik sayğacına baxış keçirərək “müdaxilə” adı ilə çıxarılıb yenisi ilə əvəz edilmiş və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablanmişdır Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni, iddiaçının abonent hesabına işlənmiş, 11.198,25 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-63/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi
Məhkəmə qərarları › İş №2-2(102)-266/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-266/2019
02.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver