Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti 2-2(102)-275/2017 Azərbaycan Respublikası adından QƏRAR 20 iyun 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh ASC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-110/2017 saylı, 01 mart 2017-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti nə baxaraq müəyyən etdi: İddiaçı ilə cavabdeh arasında 15.01.2013-cü il tarixdə “Su təchizatı və kanalizasiya xidmətinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmışdır. 16 iyun 2015-ci il tarixli akta əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yuyucu kimi istifadə etdiyi obyektə “Alfasu 15” markalı su sayğacı quraşdırılmışdır. 09 mart 2016-cı il tarixli inventarizasiya aktına əsasən Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus Səbail rayonu, A.Abbasquluzadə küçəsi 1128 keçid ünvanında yerləşən yuyucu kimi istifadə etdiyi obyektə baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd edilən obyektdə mövcud “Alfasu-15” su sayğacından istifadə edilmir. İddiaçı mənzilə quraşdırılmış “Alfasu-20” su sayğacını qeyriqanuni yuyucunun xəttinə bi rləşdirərək su və kanalizasiyadan qeyri-qanuni istifadə etmişdir. Akt cavabdehin əməkdaşları tərəfindən təsdiq edilmişdir. Obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Akta əsasən iddiaçıya sudan qeyri-qanuni istifadə ilə əlaqədar 1539 kub.m miqdarında su itkisinə yol verildiyi müəyyən edilmiş, vurulmuş maddi ziyana görə 2000,70 manat cərimə hesablanmışdır. Cavabdeh sudan qanunsuz istifadə faktı ilə əlaqədar vurulmuş ziyana görə əlavə sərfiyatı “Alfasu 15” markalı su sayğacının quraşdırıldığı iyun 2015-ci il tarixdən başlamaqla mart 2016-cı il tarixədək 9 ay üçün hesablamışdır. İddiaçı 08 avqust 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hesabladığı 2000 manat cərimənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, 1994-cü ildən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi A.Abbasov küçəsi 11/28-ci keçid ev 34-də yerləşən avtoyuma sexində su sayğacının su idarəsi tərəfindən dəyişdirilməsindən yaranan problem ona 2000 manat cərimə ilə nəticələnmişdir. Su sayğacını cavabdehin işçiləri dəyişmiş və heç bir bildiriş verməmişlər. Əvvəlki illərdə su xəttinin üstündə şəxsi su motoru olduğu üçün avtoyuma sexi fasiləsiz su ilə təmin olunurdu. Yeni tikili yaşayış binaları ilə əlaqədar bu ərazidə motorlar ləğv olunmuş, verilən su təzyiqinə möhtac qalmışlar. İddiaçının ünvanına motorsuz su çıxmır. Ona görə də o əksər vaxtı texniki su alıb əvvəldən tikilmiş anbar vasitəsilə işlətmişdir. Bunu hər gün ərazidə olan su idarəsinin işçiləri bilir. Bundan əvvəl də 1 dəfə onlar sayğacı pulsuz işlətməyə şərait yaradıblar. Belə ki, pul ödənilmədən sayğac 105 manatlıq su buraxmışdır. Yasamal rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qərardadı ilə iş materialları aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyi iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 15.01.2013-cü il tarixində 060427 nömrəli “su təchizatı və kanalizasiya xidmətinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya su və kanalizasiya xidməti göstərir. 16 iyun 2015-ci il tarixli akta əsasən iddiaçıya məxsus yuyucu kimi istifadə etdiyi obyektə “Alfasu 15” markalı su sayğacı quraşdırılmışdır. Cavabdehin Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus yuyucu kimi istifadə etdiyi obyektə baxış keçirilən zaman məlum olub ki, qeyd edilən yuyucu obyektində mövcud “Alfasu-15” su sayğacından istifadə edilmir. iddiaçı mənzilə quraşdırılmış “Alfasu-20” su sayğacını qeyri-qanuni yuyucunun xəttinə birləşdirərək su və kanalizasiyadan qeyri-qanuni istifadə etmişdir. Bu barədə 09 mart 2016-cı il tarixdə akt tərtib edilmişdir. Əlavə xəttin həqiqətən də mövcud olması faktını Səbail rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən çəkilmiş foto və video çəkilişlər təsdiq edir. Sudan qeyri-qanuni istifadə nəticəsində cavabdehə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbl əğinin tərtib edilmiş akta əsasən cəmi 2000,70 manat olması müəyyən edilmişdir. Cavabdeh qeyd olunanlara əsaslanaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 1096.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67 və 72-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 8.6-cı bəndinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-2(81)-1858/2016 saylı iş) 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya 09 mart 2016-cı il tarixli inventarizasiya aktı əsasında hesablanmış 1333,8 manat məbləğində borc ləğv edilərək həmin borcun iddiaçın ın abunə hesabından silinməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X2 və X4, 2-2(103)-110/2017 saylı iş) 01 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ya dair verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. Cavabdeh ASC tərəfindən iddiaçıya sudan qanunsuz istifadə ilə bağlı vurulmuş ziyana görə əlavə sərfiyat obyektə sonuncu dəfə su sayğacının quraşdırılma tarixindən (16.06.2015cı il) sudan qeyri qan uni istifadənin aşkar olunduğu tarixədək (09 mart 2016-cı il) 9 ay müddətinə hesablanmışdır. Belə ki, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən sözügedən obyektə sonuncu dəfə su sayğacının quraşdırılması zamanı baxış keçirildiyindən sudan qeyri qanuni istifadə məhz həmin müddətdən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edild ikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsin in gəldiyi nəticəni əsaslı sayır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, m üşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə). Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir (2.3-cü maddə). Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı b u Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (20.1-ci maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsas namə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir (Əsasnamənin 1.3-cü bəndi). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra haki miyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (Əsasnamənin 1.4-cü bəndi). Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər (1.5-ci bənd). Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Naz irliyi) tərəfindən aparılır (Əsasnamənin 1.7-ci bəndi) İşdən görünür ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun olaraq onun aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıya təqdim etməsi barədə məhkəmələrə hər hansı məlumat verilməmişdir. Cavabdeh belə sənədlərin olmasını şikayətlərində də bildirməmişdir. Adı çəkilən Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişind ə aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə mü əyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya borc hesablanması barədə gəldiyi nəticəni sübut edə bilməmiş, mövcud qanunvericiliyə əsasən iddiaçının təqsirkar olması təsdiqini tapmamışdır. Cavabdehə görə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yuyucu kimi istifadə etdiyi obyektə baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə mövcud “Alfasu-15” su sayğacından istifadə edilmir. İddiaçı mənzilə quraşdırılmış “Alfasu-20” su sayğacını qeyriqanuni yuyucunun xəttinə birləşdirərək su və kanalizasiyadan qeyri-qanuni istifadə edir. Bu barədə cavabdehin əməkdaşları akt tərtib etsə də, iddiaçı tərəf aktı imzalamaqdan imtina etmişdir. Akta əsasən iddiaçıya sudan qeyri-qanuni istifadə ilə əl aqədar sayğacın quraşdırıldığı vaxtdan yoxlamanın keçirildiyi vaxta qədər olan 9 ay müddətində 1539 m3 miqdarında su itkisinə yol verildiyi müəyyən edilmiş, vurulmuş maddi ziyana görə 2000,70 manat cərimə hesablanmışdır. İddiaçı sudan 3 ay qanunsuz istifadə faktını qəbul etmiş, lakin qanunsuz istifadəyə görə əlavə sərfiyatın gündəlik 5 saat hesabı ilə 9 ay üçün aparılmasına etiraz etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulma qadağandır. “Sudan istifadə Qaydaları”nın 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qo şulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1(bir) il müddətinədək hesablanır. Qaydaların tələblərindən göründüyü kimi, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halı aşkar edildikdə Cavabdeh ASC-nin əməkdaşları əvvəlcə qoşulmanın tarixini müəyyənləşdirmək üçün tədbirlər görməli (əraziyə nəzarət edən əməkdaşların izahatları alınmalı və s), mümkün olmadıqda isə suyun həcmini Qaydalarda nəzərdə tutulmuş qaydada hesablamalıdırlar. Cavabdeh iddiaçının 9 ay müddətində su xəttindən qanunsuz istifadə etməsini bəyan etməsinə baxmayaraq əlavə sərfiyatın məhz 9 ay üçün hesablanmalı olmasını məhkəmə iclaslarında əsaslandıra bilməmişdir. Bəhs olunanlara əsasən iddianın təmin edilən hissəsində apellyasiya instansiya sı məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, şikayətin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)110/2017 nömrəli, 01 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-2(102)-275/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2017
20.06.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver