Məhkəmə qərarları › İş №2-2(102)-275/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi 23.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhmən Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 18.09.2020-ci il tarixli, NDQ 007970 saylı akta görə, “EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonentə məxsus 160 kvt gücündə güc transformatoru var və transformator obyektin daxilində yerləşir. Uçot komplekti 0,4 kv-luq tərəfdə quraşdırılıb. Uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsi ilə oxundu, hər üç fazada uzun müddətli yüklərin "0”-a düşdüyü məlum oldu. Ölçmə zamanı xətdən axan yüklər P=36 kvt. qoyul muş yük transformatorunun yük normalarına əsasən götürülüb. Tələb: Uçot EEİQ-na uyğun olaraq bərpa edilsin”. Həmin akt "xxxx" ASC-nin 3 nümayəndəsi tərəfindən imzalanmış, akta abonentin nümayəndəsi kimi İddiaçı göstərilərək, “imtina etdi” qeyd olunmuş, həmçinin qeyd hissəsində baxışın iş saatında aparılmadığı göstərilmişdir.

2. Azərişıq ASC-nin akt komissiyası sədrinin icra vərəqinin texniki sahə üzrə tələblərinə görə, 18.09.2020-ci il tarixli, NDQ 007970 saylı akta əsasən iddiaçıya 19.845 manat məbləğində borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 18.09.2020-ci il tarixli, NDQ 007970 nömrəli akta əsasən hesablanmış 19.845,72 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək, **********8 saylı abonent hesabından silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən obyekt enerji təchizatı müəssisəsi tərəfindən quraşdırılmış elektrik qurğuları, o cümlədən, 160 kvt güc transformatoru vasitəsi ilə elektrik enerjisi ilə təchiz olunmuş və sərf olu nan elektrik enerjisinin həcmi qeyd olunan transformator məntəqəsində quraşdırılmış sayğac vasitəsi ilə qeydə alınır, hər ay enerji təchizatı müəssisəsinin əməkdaşları həmin elektrik qurğuları əsasında qeydə alınmış elektrik enerjisi sərfiyyatına dair bildiriş təqdim etdikdən sonra dəyəri ödənilmişdir. 18.09.2020-ci il tarixdə cavabdehin bir qrup əməkdaşı obyektə xidmət göstərən sayğaca baxış keçirərək, 1,566 manat həcmində elektrik enerjisi sərfiyyatının qeydə alınması barədə bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. 29.09.2020-ci il tarixdə isə iddiaçıya yeni hesab ödəniş sənədi təqdim edilmiş, müəssisəyə 19.845,72 manat cərimə yazıldığı bildirilərək, həmin məbləğin dərhal ödənilməsi tələb olunmuş və obyektin elektrik enerjisi təchizatı dayandırılmışdır. Bununla əlaqəd ar olaraq iddiaçı cavabdehin X4 Təchizatı və Satışı İdarəsinə gedərək, həmin cərimənin hansı əsasla yazıldığı barədə izahat tələb edərkən, orada ona 18.09.2020-ci il tarixli 007970 nömrəli aktın kserosurəti təqdim edilərək cərimənin həmin akta əsasən hesablandığı bildirilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsilə oxunmuş və hər üç fazada uzun müddətli yüklərin 0-a düşdüyü məlum olmuşdur. İddiaçı həmin aktda qeyd olunanların tamamilə böhtan olduğunu, orada göstərilən məlumatların həqiqəti əks etdirmədiyini cavabdehin əməkdaşlarına bildirərək, cərimən in silinməsini və obyektin enerji təchizatının bərpa olunmasını tələb etsə də, enerji təchizatı müəssisəsinin rəhbərliyi qeyd olunanlara heç bir əhəmiyyət vermədən təqdim olunan cərimə məbləğinin ödənilməsini tələb edərək, həmin məbləğin ödənilməyəcəyi təqdirdə obyektin elektrik enerjisinin bərpa olunmayacağını bildirmişdir. Sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmiş, həmin qurğular enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən quraşdırılmış və mütəmadi olaraq elektrik şəbəkəsinin əməkdaşları tərəfindən nəzarət olunmuş, sonuncu dəfə həmin sayğaca aktın tərtib olunması tarixindən 36 gün əvvəl baxış keçirmişdir. Əgər həmin sayğacda və onun cərəyan transformatorunda həqiqətən belə bir uyğunsuzluq olsaydı, ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin abunə haqqında çıxarışa görə, sonuncu tarixdə sayğaca baxış keçirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından, həmin sayğacla qeydə alınmış sərfiyyata dair müvafiq bildiriş və hesab ödəniş sənədi təqdim etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, e-2-2(119)687/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən 18.09.2020ci il tarixli, NDQ 007970 nömrəli akt əsasında iddiaçıya (abonent kodu: **********8) hesablanmış 19.845,72 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Məmmədov).

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması işin mübahisəsiz hallarıdır (bax yuxarıda § 1).

7. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə aktda göstərilən sayğacın yaddaşının oxunduğu xüsusi proqramdan çıxarış kimi təqdim edilmiş 4 vərəqdən ibarət sənəddə 2020.07.17, 2020.07.11, 2020.08.16 və 2020.09.12 tarixlərdə müxtəlif saatlarda yüklərin 0-a düşməsi əksini tapmışdır. Həmin akt əsasında tərtib olunmuş, 28.09.2020-ci il tarixli “İcra vərəqi” adlanan sənəddə aktda göstərilmiş nöqsanlara istinad olunaraq (96,5kvt x (0,7) x 24 saat x 173 gün)-59960 kvts=220508 kvts. Tarif (0,09 man) – 220508 kvts x 0,09=19845 manat hesablama aparılmışdır.

8. Cavabdehin izahatına görə, iddiaçı uçot cihazlarının qoşulma sxemlərini pozmuş, uçot cihazlarından kənar özbaşına yük qoşulmuşdur. Cavabdeh bu halları təsdiq edən sübut kimi 18.09.2020-ci il tarixli, NDQ 007970 nömrəli akta istinad edir, iddiaçı isə həmin aktı mübahisələndirməklə aktda qeyd edilən halların mövcudluğunu təkzib edir. 9. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndində istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqq ının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıması göstərilməsinə baxmayaraq tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən, konkret halda iddiaçıya məxsus obyektin “uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzərinin açılmasının” məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh bunun iddiaçı tərəfindən edildiyini mötəbər sübutlarla təsdiq etməmişdir.

10. Cavabdehin mövqeyinə əsasən onun nümayəndələri h əmin aktı iş vaxtından kənar vaxtda, sat 19:30-da obyektə baxış keçirməklə tərtib etmişlər. İddiaçının dəlillərinə əsasən isə aktın tərtib edildiyi 18.09.2020-ci il tarixdə iddiaçının nümayəndələri yalnız sayğaca baxış keçirərək 1.566 manatlıq bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Hər iki tərəfin nümayəndəsinin təqdim etdiyi **********8 saylı abunə haqqında çıxarışda həqiqətən qeyd edilən tarixə 1.566 manat hesablamanın aparıldığı göstərilmişdir. Belə olan halda, cavabdehin etirazının əsasını təşkil edən 18.09.2020-ci il tarixli, NDQ 007970 nömrəli akt mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, qeyd edilən obyektdə hər üç fazada uzun müddətli yüklərin 0-a düşməsinin ərazidə elektrik enerjisinin ver ilməsində mütəmadi olaraq fasilələrin yaranması səbəbindən baş verməsi də istisna olunmur. Digər tərəfdən, akt əsasında hesablamanın nəyə əsasən obyektin sərfiyyatının 96,5kvt götürülməklə aparılması da cavabdeh tərəfindən izah edilməmiş qalmışdır.

11. Cavabdehin razılaşmamasına baxmayaraq, qeyd edilən normativ aktlar bütün növ yoxlamaların, o cümlədən də elektrik enerjisinin təchizatı sahəsində təbii inhisarçı olan "xxxx" ASC tərəfindən keçirilən baxışın Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasının təmin edilməli olduğunu göstərir. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunları nın və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

12. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18.03.2019-cu il tarixli Qərarının müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxl amaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3, 8.17, 8.34-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ilə (hakimlər Z.İ.Məmmədov (sədrlik edən), hakimlər F.Ə.Məmmədov və S.A.Qafari) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersi ya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, e-2-2(119)687/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu özünə aid edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, müvafiq aktda qeyd olunan qüsurun məhz iddiaçının təqsirli hərəkəti nəticəsində yaranması iş materialları ilə təsdiqlənmir. Belə ki, həmin aktı cavabdehin əməkdaşları iş vaxtından kənar vaxtda, saat 19:30-da obyektə baxış keçirməklə tərtib etmişlər. İddiaçı bildirmişdir ki, aktın tərtib edildiyi 18.09.2020-ci il tarixdə iddiaçının nümayəndələri yalnız sayğaca baxış keçirərək 1.566 manatlıq bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Hər iki tərəfin nümayəndəsinin təqdim etdiyi **********8 saylı abunə haqqında çıxarışda isə həqiqətən qeyd edilən tarixə 1.566 manat hesablamanın aparıldığı göstərilmişdir. Həmçinin qeyd edilən obyektdə hər üç fazada uzun müddətli yüklərin 0-a düşməsinin ərazidə elektrik enerjisinin verilməsində mütəmadi olaraq fasilələrin yaranması səbəbindən baş verməsi də istisna olunmur. Akt əsasında hesablamanın nəyə əsasən obyektin sərfiyyatının 96,5 kvt götürülməklə aparılması da cavabdehin nümayəndəsi tərəfindən cavablandırılmamışdır. 16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş mü ddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır.

18. Yoxlayıcı orqanlar (hazırkı halda cavabdeh) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar.

19. Cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir.

20. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.

21. Cavabdehin nümayəndəsi məhkəmədə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə sayğaca keçirilən baxışın yoxlama olmadığını qeyd etmişdir. Belə olan halda cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

22. Məhkəmə bu qənaətini «Sahibkarl ıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının 1.2, 2-ci, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1, 1.4, 1.5, 1.6, 5.2, 7.1-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 2, 2.3, 3.1, 3.2, 17.3, 20.1, 31.2, 31.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətn amənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir məqsədilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər hansı kənar müdaxilənin olub-olmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. 25. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama -yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirməl ərini qiymətləndirilməsi üzrə tədbirlər məcmusudur.

26. Cavabdeh isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin müddəaya əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablanmış məbləğin silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə cavabdeh tərə f apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasi ya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmaduğundan, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

34. İş materiallarındakı “Abunə haqqında” məlumatlara əsasən 2019-cu ilin yanvar2020-ci ilin mart ayı da daxil olmaqla iddiaçının aylıq enerji sərfiyyatı 3000-5000 kvt arasında dəyişdiyi halda 2020-ci ilin aprel ayında bu göstərici kəskin şəkildə aşağı düşərək 100 kvt, may ayında 287 kvt, iyun ayında 522 kvt, iyul ayında 833 kvt, avqust ayında isə 1048 kvt olmuşdur. İşə baxmış məhkəmələr isə işin həmin hallarını qiymətləndirməyə hər hansı zərurət görməmiş, enerji sərfiyyatında bu qədər kəskin fərqin hansı səbəblərdən yarandığını araşdırmamış, iddiaçı isə öz növbəsində bununla bağlı hər hansı bir izah verməmiş, məhkəmənin buna dair gəldiyi nəticə isə konkret sübutlara deyil, ehtimallara əsaslanır.

35. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

36. Məhkəmələr həmçinin yoxlama tədbirlərinin harada keçirildiyini, iddiaçıya məxsus sayğacın onun mülkiyyətində olan, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə, yaxud cavabdehin balans mənsubiyyətində olan sahədə aparıldığını da dəqiqləşdirməmişlər. Belə ki, məhkəmə qərarlarından da bəlli olduğu kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmamış, işin mübahisələndirilməyən hallarına əsasən cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi üçün həmin ünvana müvafiq abonent kodu verilməklə, müvafiq sayğac quraşdırılmışdır. 37. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. 38. “Qaydalar”ın 7.6-cı bəndinə uyğun olaraq enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici q urğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

39. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, enerji sərfiyyatında kəskin fərqin hansı səbəblərdən yarandığı araşdırılmalı, iddiaçıya məxsus sayğacın onun mülkiyyətində olan, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə, yaxud cavabdehin balans mənsubiyyətində olan sahədə aparıldığı dəqiqləşdirilməli, həmçinin Qaydalarda nəzərdə tutulduğu halda tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanılmamasının səbəbləri müəyyən edilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, işdəki sübutlar düzgün qiymətləndirilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALDİ:

42. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(105)-47/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar