Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-286/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(104)-223/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 422.330,91 manat borcun və 712,33 manat ödənilmiş dövlət rüsum xərcinin məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Gəncə Kommersiyа Məhkəməsinin 2024-cü il 19 iyul tarixli e-2-2(115)-73/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur (hakim – R.Qələndərzadə).
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(104)-223/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və R.Məcidov).
5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qi ymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qayda sında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyr i-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
9. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 407.4-cü maddəsinin (bax § 7) tələbləri pozulmaqla verilmişdir.
10. Belə ki, hazırkı iş üzrə iddia qiyməti ümumilikdə 422.330,91 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin (bax § 6) tələblərinə əsasən, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumun un məbləği 356,16 manat təşkil etməlidir.
11. Lakin kassasiya şikayəti verilərkən, cavabdeh tərəfindən cəmi 161 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
12. Həmçinin məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən də dövlət rüsumu az miqdarda ödənilmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli e-2-2(115)-73/2024 nömrəli qərardadı ilə həmin şikayət geri qaytarılmış və cavabdeh tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu (cəmi 366 manat) ödənilmişdir. 13. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin (bax § 6) mə zmunundan aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilən zaman ödənilən dövlət rüsumu eyni həcmdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilən zaman da ödənilməli idi. Lakin kassasiya şikayəti verilərkən həmin məbləğ cavabdeh tərəfindən tam ödənilməmişdir.
14. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.3cü maddələrinin (bax § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
15. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(104)-223/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.