Məhkəmə qərarları › İş №2-2(102)-289/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-289/2022

28.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-289/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh Şirkətə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 28.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli e-2-2(103)-136/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçının Azərbaycan Nümayəndəliyi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olan "A" Şirkətinə qarşı 2021-ci il 23 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, X Dövlət Xidməti tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı "A" adlı Nümayəndəliyinin adına qeydiyyata alınmış ünvan 1-də yerləşən nömrələri iddia ərizəsində qeyd edilmiş 30 ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən fərdi yaşayış evləri üzərində İddiaçınin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli e-2-2(113)-1577/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).

3. İddiaçının Azərbaycan Nümayəndəliyi 2021-ci il 10 sentyabr tarixində həmin qə tnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 2021-ci il 9 iyun tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-136/2022 saylı qərardadı ilə iş üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilməsi və barışıq sazişinin şərtlərinin təsdiq edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 iyul tarixli e-2-2(113)-1577/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır (sədrlik e dən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qanunvericiliyə əsasən (“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, Azərbaycan Respublikası Vergi Məcəlləsi) dövlət rüsumu, ödəmə mənbəyindən vergi tutulması, həmin əmlakların özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmamasının yoxlanılması üçün X Dövlət Xidmətindən müvafiq məbləğdə rüsum ödənilməklə arayışın alınması nəzərdə tutulduğundan hazırkı halda tərəflər arasında bağlanmış sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə, o cümlədən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat əməliyyatın həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə daxil olacaq rüsum və vergilərin ödənilməməsi dövlətin mənafeyinə zidd olduğundan məhkəmə tərəfindən sazişin təsdiq edilməsindən imtina edilməlidir.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 52.3, 52.5, 261.0.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 17, 46-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. İddiaçı 2022-ci il 3 mart tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia üzrə barışıq sazişi mübahisə predmeti olan evlər üzərində mülkiyyət hüququnun cavabdehdən iddiaçıya keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının qa nunvericiliyinə əsasən ödənilməli olan bütün vergi, rüsum və digər ödənişlərin ödənilməsi şərti ilə təsdiq edilməsini və ya bu mümkün deyilsə, işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yönləndirilməsini və Bakı Apellyasiya Məhkəməsinə işə mahiyyəti üzrə baxarkən mübahisə predmeti olan evlər üzərində mülkiyyət hüququnun cavabdehdən iddiaçıya keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ödənilməli olan bütün vergi, rüsum və digər ödənişlərin hesablanması (və ya bunun üçün ekspert təyin edilməsi) göstərişinin verilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

8. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq ver ilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.... 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmal ıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

9. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti aşağıda göstərilənlərə əsasən icraata qəbul edilməməlidir.

10. İşin ma teriallarından (İİ cild, i/v 20, 23) görünür ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmənin 2022-ci il 9 fevral tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin yazılı ərizəsi əsasında İddiaçınin Azərbaycan Nümayəndəliyi əsl İddiaçı ilə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı "B" adlı Nümayəndəliyi onun ana şirkəti olan Cavabdeh Şirkəti ilə əvəz edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-136/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş hazırkı kassasiya şikayəti Nümayəndə3 tərəfindən imzalanmışdır.

12. İşdə olan 2022-ci il 26 yanvar tarixli etibarnamədən (İİ cild, i/v 21) görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Nümayəndəsi Şirkətin adından qeyd olunan hərəkə tləri icra etmək səlahiyyətləri verir.

13. Lakin kassasiya şikayətinə əlavə edilmiş vəkil orderində (İİ cild, i/v 43) hüquqi yardım göstərilən şəxs hissəsində İddiaçı qeyd olunsa da, yuxarıda qeyd olunan etibarnamə İddiaçı tərəfindən deyil, İddiaçınin Azərbaycan Nümayəndəliyi tərəfindən verilmişdir.

14. Belə olan halda, Nümayəndə3 həmin etibarnamə ilə İddiaçınin təmsilçisi kimi, hazırkı kassasiya şikayətini imzalamağa səlahiyyəti olmamış, bununla da MPM-in 73 və 407.3-cü maddələrinin (bax yuxarıda § 8) tələbləri pozulmuşdur.

15. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 8) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

16. Beləliklə, Bakı Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-136/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı vəziyyətdə icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar