Məhkəmə qərarları › İş №2-2(102)-29/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-29/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-29/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili XXX oğlunun, cavabdehin vəkili Vəkil XXX oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-492/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin çörəkbişirmə sexinin təbii qazla təchiz olunması üçün cavabdehlə xx.xx.2015-ci il tarixdə 1362-98-15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən qaz sərfiyyatı müəssisəyə daxil olan qaz borusunda quraşdırılmış "Elster” G-100 t ipli elektron qaz sayğacı ilə müəyyən edilir və istehlak olunmuş qazın dəyəri iddiaçı tərəfindəın vaxtaşırı ödənilir, həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə hal-hazıradək qüvvədədir. Sərf edilmiş qazın həcmi sayğacın göstəricisi əsasında ayda bir dəfə olmaqla nəzarətçi tərəfindən müəyyən edilir. Bu zaman nəzarətçi həm də sayğacın plomb və sazlığını müəyyən edən digər göstəricilərinə də diqqət yetirir. 2017-ci ilin iyun ayının təxminən 20-21-də nəzarətçi tərəfindən sayğaca növbəti dəfə baxış keçirilərkən sayğac üzərində olan plomblardan biri təsadüfən sıradan çıxmış, bununla əlaqədar həmin nəzarətçi tərəfindən cavabdehin müvafiq şöbəsinə məlumat verilmiş, bu məlumat əsasında xx.xx.2017-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən həmin nəzarətçi və istehlakçının nümayəndəsini n iştirakı ilə qaz sayğacı xətdən açılaraq müvəqqəti olaraq başqa sayğacla əvəzləşdirilmiş, bu barədə xx.xx.2017-ci il tarixli müvafiq akt tərtib edilmiş, həmin aktın qeydlər hissəsində göstərilmişdir ki, korrektorun plombunun simi qırılmış, sayğac "V” vəziyyətindədir. Sayğacın əvəzinə müvəqqəti olaraq digər G-1xx xxxxx 15018896 saylı sayğac quraşdırılmış, sayğacın digər plomblarının nasaz olması barədə aktda qeyd olunmamışdır. Yalnız bir plombun siminin qırıldığı qeyd edilmişdir ki, bu da nəzarətçi tərəfindən sayğaca növbəti baxış keçirilərkən baş vermiş və bu barədə onun tərəfindən müvafiq şöbəyə telefon vasitəsilə məlumat verilmişdir. Əvvəlki sayğac əsasında aylıq qaz sərfiyyatına görə təxminən 11.000-13.000 manat miqdarda ödənişlər hesablandığı halda, xx.xx.2017-ci il tarixdən, yəni mü vəqqəti başqa sayğac quraşdırıldığı tarixdən aylıq qaz sərfiyyatına görə hesablanmış ödəniş artıq təxminən 9.000 manat civarında olmuşdur. Başqa sözlə, müəssisənin istehsal gücü dəyişmədiyi halda, qaz sərflyyatı gözə çarpacaq dərəcədə azalmış, yəni, əvvəlki sayğac faktiki olaraq qaz sərfiyyatını müəssisənin ziyanına daha çox hesablayırdı. İstehlakçının qaz xəttində quraşdırılmış qaz sayğacı xx.xx.2017-ci il tarixdə çıxarıldıqdan sonra yoxlanılması üçün müvafiq laboratoriyaya təhvil verilmişdir. Sayğacın yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, sayğac normaya uyğun işlək vəziyyətdədir, xətaları normaya uyğundur, yalnız batareya tələb olunur, lakin cavabdeh qazpaylayıcısı iddiaçıya məlum olmayan səbablərdən guya paylayıcıya dəymiş zərərin əvəzini ödəmək tələbinin icrasını təmin etmək məqsədilə itirilmiş qazın bərpası üçün 52.000 manat borc hesablayaraq abonent hesabına daxil etmişdir. Bu miqdarda borc hesablanmasını əsassız və qanunsuz hesab edərək silinməsi barədə cavabdehə müvafiq məktub- pretenziya göndərilməsinə baxmayaraq, cavabdehin xx.xx.2017-ci il tarixli cavab məktubuna əsasən bundan imtina edilmişdir. Halbuki, iddiaçının qaz sayğacı çıxarılarkən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin plombunun olmaması barədə qeyd olunmamış, habelə sayğacın yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktda sayğacın yalnız batareyasının dəyişdirilməsi qeyd olunmuşdur ki, bu hal da sayğacın işlək vəziyyətdə olmasına dəlalət edir. 2 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)28/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ASC-yə məxsus XXXünvanında yerləşən obyektdə (çörəkbişirmə sexi) təbii qazdan istifadəyə görə hesablanmış 52.000 manat borcun silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir(hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-492/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-100 markalı 80093096 nömrəli qaz sayğacı işləmədiyi üçün çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama nəticəsində sayğacın mexaniki hissəsinin şəffaf plastmas qapağının yivli birləşmələrinə vurulan SMPDK-nın möhürlərinin mənşəyi məlum olmayan möhürlərlə əvəzlə ndiyi, impuls ötürücüsünə vurulan İTRİ-nin nömrəli plastmas plombunun açıldığı müəyyən olunmuşdur. Bundan başqa, qaz sayğacının arxiv məlumatları araşdırılarkən sayğaca kənar təsir tarixinin xx.xx.2016-cı il tarixə təsadüf etdiyi və qeyd olunan tarixdən etibarən abonentin qüsurlu-müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə etdiyi müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixdən sayğac çıxarılan dövrə, yəni xx.xx.2017-ci il tarixədək 420 gün ərzində müəssisədə faktiki sərf edilmiş qazın hesabatı müəssisənin sayğacı vasitəsilə xx.xx.2017-ci il tarixdə qeydə alınmış günlük göstərici 2.962 kub.m. nəzərə alınmaqla hesabatdan kənarda qalmış qaz həcmi müəyyən olunaraq dəyəri istehlakçının qaz hesabına yüklənmişdir. Hesablanmış borc məbləği sayğac göstəricilərinə əsasən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz həcminin dəyərini təşkil edir və istehlakçı tərəfindən tam olaraq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” AR Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 4.2. bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanının 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyqun olaraq Azərbaycan Respubl ikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx.xx.2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndi ilə Cavabdeh İB-yə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx.xx.2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndi ilə ARDNŞ-ə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığı lması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili XXX oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili XXX oğlunun, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx x 2019-cu il tarixli, 2-2(103)-492/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 1362-98-15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən qaz sərfiyyatı müəssisəyə daxil olan qaz borusunda quraşdırılmış "Elster” G-100 tipli elektron qaz sayğacı ilə müəyyən edilir, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus obyektdə təbii qaz təchizatı üçün quraşdırılmış sayğacın plombunun qırıldığı aşkar olunmuş, cavabdeh bunun əsasında iddiaçıya ARDNŞ Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə müvafiq dövr üzrə qaz sərfiyyatı hesablanmış, həmin sərfiyyat üzrə borc 52.000 manat hesablanmışdır. Apellyasiya Məhkəməsi iş materialları nı araşdıraraq o nəticəyə gəlmişdir ki, sayğacın elektron və mexaniki göstəriciləri mövcuddur, ona müdaxilə hər hansı formada və şəraitdə ola bilər, lakin sərfiyyat üzrə borcu hesablanmasında həmin sayğac göstəricilərinin hər ikisinin düzgün hesablama aparmaması məntiqi görünmür, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli, 11 saylı qərarı X1 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarın müddəaları iddiaçı üçün məcburi xarakter daşımır, bu səbəbdən də iddiaçıya qanunsuz olması müəyyən edilmiş aktlar əsasında əlavə qaz itkisi hesablana və hesablanmış qaz itkisinin dəyəri tələb edilə bilməz, cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə əlavə sərfiyyat və həmin sərfiyyata görə borc qanuni sayıla bilməz, obyektə qazın ötürülməsində iddiaçının təqsiri olsa da, ARDNŞ Şurasının qərarı müvafiq reyestrə daxil edilmədiyindən, sərfiyyat məbləği əsaslı qiymətləndirilə bilməz, həmçinin qaz təchizatı sahəsində təbii inhisarçı hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamış, bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 27836/28291 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən çörəkbişirmə sexinin "Elster” tipli G-100 markalı 80093096 zavod nömrəli qaz sayğacının üzərində mexaniki zədə və kənar müdaxilə izləri müəyyən edilməmiş, bu səbəbdən həmin müdaxilə nəticəsində qaz sərfiyyatına görə cavabdeh ARDNŞ Cavabdeh İB tərəfindən İddiaçı ASCyə hesablanmış borcun məbləği müəyyən edilməmiş, həmçinin cavabdehin İnformasiya texnologiyaları və rabitə idarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında iddiaçının qaz sayğacına texniki baxış keçirilərkən və bu barədə xx.xx.2017-ci il tarixdə Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 29/1640-1347-1 nömrəli akt tərtib olunarkən iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, habelə ona bununla bağlı əvvəlcədən məlumat verilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsini n iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun: 1.1.1-ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və dig ər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarl ıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə» xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məl umat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qaz təchizatı sahəsində təbii inhisarçı hüquqi şəxs olan cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 2.1-ci maddəsi anlamınd a bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmadığını, bundan əlavə xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən çörəkbişirmə sexinin "Elster” tipli G-100 markalı qaz sayğacının üzərində mexaniki zədənin və kənar müdaxilə izlərinin müəyyən edilmədiyini, bu səbəbdən həmin müdaxilə nəticəsində qaz sərfiyyatına görə cavabdeh tərəfindən İddiaçı ASC-yə hesablanmış borcun məbləğinin müəyyən edilmədiyini, həmçinin cavabdehin İnformasiya texnologiyaları və rabitə idarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında iddiaçının qaz sayğacına texniki baxış keçirilərkən və bu barədə xx.xx.2017-ci il tarixdə Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 29/1640-1347-1 nömrəli akt tərtib olunarkən iddiaçının nümayənd əsinin iştirakının təmin edilmədiyini, habelə ona bununla bağlı əvvəlcədən məlumat verilmədiyini nəzərə alaraq kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)492/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-492/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar