Məhkəmə qərarları › İş №2-2(102)-296/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-296/2019

16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ 16.07.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi və pul məbləğinin qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 26 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim.A.Hüseyn; iş No 2-2(81)-905/2018) iddia tələbinin “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07 fevral 2018-ci il tarixli 003913 saylı aktın etibarsız hesab olunması hissəsində xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnamə ilə (hakim.A.Hüseyn; iş No 2-2(81)-905/2018) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 6.155,96 manat borcun İddiaçı MTK-nın hesabından (kod 06/09-116) silinməsi, 10 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASCdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ( sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və Ü.Mayilov; iş № 22(103)-49/2019) cavabdeh ASCtərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin 07.02.2018-ci il tarixli NQD 003913 nömrəli aktının etibarsız hesab olunması, 06/09-116 kodu üzrə yaranmış borcun silinməsi və əsassız silinmiş 12.000 manat borcun cavabdeh ASC-dən alınaraq MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASCBakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixl qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və hazırki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, bunun da nəticəsində əsassız və qanunsuz qərardad qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflərin nümayəndələri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya in stansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, cavabdeh ASC tərtib edilmiş NDQ № 003913 saylı 07 fevral 2018-ci il tarixli aktın surətinə əsasən, yoxlayıcıların EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirərkən məlum oldu ki, iddiaçı MTK-ya məxsus nasosxana üçün quraşdırılmış elektrik sayğacı yuxarıda göstərilən abunə kodundan çıxılmamalı olduğu halda süni çıxılır. Çıxılan sayğacın parametrləri S/N-63404283, d/m-517127, a/m-1237261, g-85991 təşkil edir. Ölçmə zamanı xətdən axan yük Pfak=5 kvt (beş kvt) qoyulmuşdur. Psay=198 kvt cərəyan transformatorunun nominalına əsasən müəyyən edilmişdir. NDQ № 003913 saylı 07 fevral 2018-ci il tarixli akt əsasında tərtib edilmiş “xxxx” ASC-nin AKT komissiyasının “Texniki sahə üzrə tələblər İcra v ərəqi”nin təsdiq olunmuş surətində qeyd olunur ki, yoxlama zamanı məlum oldu ki, nasosxana üçün quraşdırılmış sayğac yuxarıda göstərilən abunə kodundan çıxılmamalı olduğu halda süni çıxılır. Qərara əsasən 46996 kvts 0,06 manat tarifi ilə, 55677 kvts – 46996 kvts=8681 kvts 0,07 manat tarifi ilə, 85994 kvts – 55677 kvts=30317 kvts 0,09 manat tarifi ilə hesablanmışdır. İcra vərəqinin qeyd hissəsində uçotun bərpa edildiyi göstərilmişdir. Həmçinin işin materiallarında olan cavabdeh ASC tərəfindən tərtib olunmuş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” aktın surətinə müvafiq olaraq yoxlayıcılar akt NDQ № 003913 əsasında obyektdə olmuşlar. Yoxlama zamanı məlum olmuşdur ki, sayğacın göstəricisi baş sayğacdan çıxılan kimi deyil. Sayğacın yoxlama halına uyğun olaraq sərb əst sayğac kimi qeydə alınması və baş sayğacın (73280030, kod 06/09-116) su nasosunun sərfiyyatı çıxılan kimi dayandırılmasına göstəriş verilmişdir. İşin materiallarında olan “Hesab-ödəniş vərəqələri”nin surətlərinə görə, 14.02.2018-ci il tarixli ********* saylı hesab ödəniş vərəqi (NDQ 003913 aktın köhnə tariflə hesablanması tipli akta əsasən (06/09-116) üzrə 46996 kVs sərfiyyata görə 2.819,76 manat, 14.02.2018ci il tarixə qalıq borcun 15.063,82 manat, 15.02.2018-ci il tarixli ********* saylı hesab ödəniş vərəqi (NDQ 003913 aktın köhnə tariflə (0,07) hesablanması tipli akta əsasən (06/09-116) üzrə 8681 kVs sərfiyyata görə 607,67 manat, 15.02.2018-ci il tarixə qalıq borcun 15.671,49 manat, 16.02.2018-ci il tarixli ********* saylı hesab ödəniş vərəqi (NDQ 003913 EİQ pozulması tipli akta əsa sən (06/09-116) üzrə 30317 kVs sərfiyyata görə 2.728,53 manat təşkil etdiyi qeyd edilmişdir. İşin materiallarında olan cavabdeh ASC-nin Enerji Satış Departamenti tərəfindən İddiaçı MTK-ya ünvanlanmış 03.04.2018-ci il tarixli HX-18/0976 saylı məktubun surətində qeyd olunmuşdur ki, Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, nasosxanaya məxsus elektrik sayğacının sərf etdiyi elektrik enerjisi İddiaçı MTK-nın balansından çıxılmamalı olduğu halda qeyri-qanuni olaraq MTK-nın balansından çıxılması aşkar edilmiş və bu barədə 07.02.2018-ci il tarixli NDQ 003913 saylı akt tərtib edilmişdir. “X2 Qaydaları”na uyğun olaraq, obyektə itirilmiş elektrik enerjisinə görə 85994 kvts əlavə sərfiyyat hesablanaraq, 6.155,96 manat məbləğində hesab-faktura sənədi verilmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi realdır və məbləğ tərəfinizdən ödənilməlidir. X2 üçün enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” əsasında tənzimlənir və həmin Qaydaların tələbinə görə ödəmə sənədində uyğunsuzluq olsa belə istehlakçının müraciəti, onu ödəmə sənədi üzrə ödənişdən azad etmir. Nərimanov rayonu Enerji Təchizatı və Satışı İdarəsi yuxarıda göstərilənləri nəzərə alaraq, 06/09-116 saylı kod üzrə elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi üçün tədbir görülməlidir. İş materiallarında olan “Abunə haqqında məlumat”a uyğun olaraq iddiaçıya 07.02.2018-ci il tarixli NDQ № 003913 saylı akt əsasında köhnə tariflə 2.819,76 manat, köhnə tariflə (0,07) 607,67 manat və EİQ-nin pozulmasına görə 2.728,53 manat, cəmi 6.155,96 manat borc hesablanmışdır. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, 05 fevral 2018-ci il tarixdə cavabdeh ASC-nin əməkdaşları iddiaçı MTK-ya məxsus yaşayış binalarını elektrik enerjisi ilə təmin edən elektrik qurğularına baxış keçirərək nasosxanaya məxsus elektrik sayğacının göstəricilərinin balans sayğacından süni yolla çıxarılması əsası ilə NQD 003913 saylı 07.02.2018-ci il tarixli akt tərtib etməklə 614488504, 614979110, ********** saylı hesab-ödəni ş vərəqələri ilə su nasoslarının enerji sərfiyyatına dair debitor borcu kimi həmin MTK-ya 6.155,96 manat əlavə sərfiyyat hesablasalar da, işin materiallarına əlavə olunmuş hesab-ödəniş vərəqələrindən müəyyən edilmişdir ki, iddiaçı MTK-ya məxsus nasosları qidalandıran sayğac da elə MTK-ya ümumi verilən elektrik enerjisinin sərfiyyatını ölçən balans hesabat sayğacından keçir. Cavabdeh ASC-nin nümayəndəsi iddiaçı MTK-ya məxsus nasoslara verilən elektrik enerjisinin başqa xətdən qidalanmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlar Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.17-ci bəndinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstə ricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 7.6-cı bəndinə müvafiq olaraq enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qa ydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydalarıın 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.15-ci bəndinə uyğun olaraq ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Göründüyü kimi, iddiaçı MTK-ya hesablanmış 6.155,96 manat əlavə sərfiyyat cavabdeh ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, əsassız olaraq tərtib olunmuş 07.02.2018-ci il tarixli NDQ № 003913 saylı akt əsasında hesablanmışdır. Cavabdeh ASC qeyd edilən aktı əsaslandıra və bununla bağlı hər hansı sübutlar təqdim edə bilmədiyindən mübahisəli 07.02.2018-ci il tarixli NDQ № 003913 saylı akta əsasən hesablanmış 6.155,96 manat borc silinməlidir. Odur ki, iddiaçı MTK-nın ona hesablanmış borcun silinməsi hissəsində iddia tələbi qismən əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh ASC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar