Məhkəmə qərarları › İş №2-2(102)-30/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-30/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-30/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-105/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.966,92 manat miqdarında dəymiş zərərin və 5000 manat miqdarında işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(119)-22/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ərzaq mallarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 1198 manat pulun tutularaq iddiaçıya ödənilm əsi, qalan hissədə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%-i iddiaçıya, 10%-i cavabdehə aid edilməsi, cavabdehdən 3 (üç) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – X.Tağıyev). Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-105/2021 saylı qətnaməsi ilə (hakimlər Z.İ.Məmmədov (sədrlik edən), F.Ə.Məmmədov və R.Ə.Ağayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 29 apre l tarixli, e-2-2(119)-22/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qeyd olunan kommersiya işi cavabdehin kassasiya şikayəti əsasında 2021-ci il 14 dekabr tarixli qərardadla icraata qəbul edilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(102)-662/2021 saylı qərardadı ləğv edilməli, kommersiya işi kassasiya baxışından çıxarılmalıdır.

8. Belə ki, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

9. Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

10. Beləliklə, mülki prosessual qanunvericiliklə kommersiya mübahisələrinə dair işlər üzrə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadıgından, cavabdeh tərəf isə qətnamənin yalnız mübahisələndirilən 1.198 manat hissəsindən kassasiya şikayəti verdiyindən, istinad olunan prosessual hüquq normalarının tələblərinə görə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.

11. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməs i tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407, 408 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

13. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli, 2-2(102)-662/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya işi kassasiya baxışından çıxarılsın. İş Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar