Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-157/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. İşin halları 1. "Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 2019-cu il 27 fevral tarixli AMX-1302-/19 saylı müqavilənin şərtlərinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Abonent saldosuna əsasən **********00064 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə ödənilməmiş borc 2023-cü ilin mart ayının sonuna 179.271,49 manat, aprel ayının sonuna 205.285,61 manat təşkil etmiş, may ayında 33.000 manat ödəniş edildikdən sonra ödənilməmiş borc may -iyun aylarının sonuna (iddianın verildiyi dövrə) 179.256,75 manat, 2023-cü ilin sentyabr ayının sonuna 179.433,63 manat təşkil etmişdir.
3. İddiaçı pretenziya məktubu ilə Cavabdeh müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə yaranmış 179.271,49 manat məbləğində debitor borcun 3 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 20 iyun tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 172.285,61 manat borcun, 400 manat ödənilmiş mediasiya xərcinin və dövlət rüsumuna görə ödənilmiş 62,29 manatın məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 27 fevral tarixli AMX1302/19 saylı müqavilə əsasında cavabdehə məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 179.271,49 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq ümumi borcun 6.985,88 manat hissəsi ödənilmiş, 172.285,61 manat hissəsi isə ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sənədlərdən göründüyü kimi, borc tələb edilən aylar və əvvəlki aylar üzrə sərfiyyatda kəskin fərq var. Cavabdeh bu müddət ərzində fərqli fəaliyyət növü ilə məşğul olmayıb. Fəaliyyət istixanada məhsulun yetişdirilməsi ilə bağlıdır. Yay aylarında ümumiyyətlə qazdan istifadə olunmamışdır. Sayğacda texniki nasazlıq olması ilə əlaqədar borc məbləği bu həcmdə göstərilmişdir. Bu günə olan borc ilə bağlı istixananın söküldüyünü və artıq qazdan istifadə olunmadığını qeyd etmişdir. Borcun hesablanması ağlabatan olmadığından cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli e-2-2(113)-3665/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 172.285,61 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
8. Məhkəmə qeyd etmişdir ki, abonent saldosundan göründüyü kimi qazdan istifadəyə görə cavabdehdən tələb edilən borc məbləği qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh qaz s ayğacında nasazlıq olduğunu iddia etsə də, iddiaya etirazına əsas kimi istinad etdiyi həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə son illər qaz sərfiyyatında digər illərə nisbətən kəskin fərqlərin olması barədə cavabdehin dəlillərinə münasibətdə abonentin 2017-ci ildə qaz sərfiyyatı 1.852.592 m3, 2018-ci ildə 1.666.811 m3, 2019-cu ildə 1.629.517 m3, 2020-ci ildə 1.947799 m3, 2021ci ildə 1.906.849 m3, 2022-ci ildə 1.769.452 m3 olmaqla illər ərzində qaz sərfiyyatında kəskin artımın müşahidə olunmadığını qeyd etmişdir.
10. Bununla yanaşı, abonentin 2018-ci ildə illik sərfiyyatı ******* m3 üçün 333.362,20 manat olmuş, həmin il üçün 345.839 manat ödəniş edilmiş, 2019-cu ildə illik sərfiyyat ******* m3 üçün 325.903,40 manat olmuş, həmin il üçün 367.538,20 manat ödəni ş edilmiş, 2020-ci ildə illik sərfiyyat ******* m3 üçün 389.559,80 manat olmuş, həmin il üçün 162.900 manat ödəniş edilmiş, 2021-ci ildə illik sərfiyyat ******* m3 üçün 395.254,52 manat olmuş, həmin il üçün 394.626,20 manat ödəniş edilmiş, 2022-ci ildə illik sərfiyyat ******* m3 üçün 389.279,44 manat olmuş, həmin il üçün 396.880,27 manat ödəniş edilmiş, 2023-cü ilin ilk 9 ayın sərfiyyatı ******* m3 üçün 250.694,62 manat olmuş, həmin dövr üçün 348.296,08 manat ödəniş edilmişdir.
11. Cavabdeh həmin dövrlər ərzində qaz sayğacında texniki nasazlığın olması barədə nəinki etiraz etməmiş, hətta sayğac göstəriciləri üzrə ödənişlərini icra etmişdir. Məhkəmə belə olan halda sayğacda texniki nasazlıq olduğundan borc məbləğinin artıq hesablanması ilə bağlı cavabdehin dəlillərinin əsassız olduğu və həm in dəlillərin inandırıcı olmamaqla özünümüdafiə xarakter daşıması qənaətinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443.1, 448.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 3.2.1 və 5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli 2-2(105)-157/2024 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq əlavə olaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində borcun əsassız hesablandığını və iş üzrə ekspertiza təyin edilməli olmasını bildirsə də, qeyd olunan dövr ərzində qaz sayğacında texniki nasazlığın olması barədə narazılığını bildirməmiş, iddiaçıya daha çox ödəniş etməsi, borcun əsassız olaraq çox hesablanması ilə bağlı sübutları təqdim edə bilməmişdir. Beləliklə də hazırkı iş üzrə ekspertizanın təyini üçün əsas müəyyən edilmə mişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 567-ci maddələrinə, Qaydaların 1.3, 3.2.1, 5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Qaydaların 2.7-ci bəndi üzrə - Məhkəmə tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi üçün əsas olmuş hallar lazımı qaydada araşdırılmamışdır. Belə ki, işin hallarında göstərilən cədvələ diqqət yetirildikdə cavabdehin qaz sayğacında texniki nasazlığın olmasına əsaslı şübhələr yaranır. Cavabdeh təbii qazdan özünə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən pomidor istehsalı ilə əlaqədar istixana kompleksində istifadə etmişdir. Həmin kompleksdə başqa heç bir fəaliyyət həyata keçirilməmişdir. İstixana kompleksi uzun müddət eyni istehsalat həcminə və avadanlığa malik olmuş və əlavə təbii qaz sərfiyyatı olmamışdır. Lakin təbii qazdan istifadənin sonuncu dövrü ərzində aylar üzrə sərfiyyatı əvvəlki aylar üzrə sərfiyyatla müqayisə etdikdə kəskin sərfiyyat fərqinin olduğu müşahidə olunur. Belə ki, cədvələ nəzər saldıqda 2022-ci ilin may ayında qaz sərfiyyatının olmadığı müəyyən olunsa da, 2023-cü ilin cari ayında 6.971,14 manat qaz sərfiyyatının və digər aylarda da eyni qaydada kəskin sərfiyyat fərqinin olması müəyyən edilir. 19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsi üzrə - Bu baxımdan, iddiaçı tərəfindən cavabdehin isti fadəsində olan qaz sayğacı üzrə qaydalarda nəzərdə tutulmuş formada müayinə həyata keçirilməli və göstərici üzrə qaz sərfiyyatının, sərfiyyat məbləğinin, ödənişlərin və qalıq borc məbləğinin dəqiq müəyyən olunması və qalıq borcun dəqiq hesablanması təmin olunmalı idi. Sərfiyyat göstəricisi əvvəlki dövrlərlə kəskin fərqləndiyi aşkar olunduğu təqdirdə isə, qaz sayğacının təmiri və ya dəyişdirilməsi təmin olunmalı idi. Lakin iddiaçı tərəfindən qeyd olunan işlərin həyata keçirilməsi təmin olunmamış, məhkəmə isə həmin xüsusatları nəzərə almamışdır.
20. Məhkəmə cavabdehin qaz sayğacında texniki nasazlığın olması barədə dəlilinə belə yanaşmışdır ki, cavabdeh qeyd olunan dövr ərzində qaz sayğacında texniki nasazlığın olması barədə narazılığını bildirməmiş, sayğac göstəriciləri üzrə ödənişlərini ic ra etmişdir. Bu yanaşma tamamilə əsassızdır. Çünki istehlakçının qaz sayğacında nasazlığın olması barədə narazılığını bildirməməsi qaz sayğacında texniki nasazlığın olmaması anlamına gəlmir. Sayğacda texniki nasazlığın olub-olmamasının yoxlanılması səlahiyyəti yalnız iddiaçıya məxsusdur. İstehlakçı şifahi şəkildə də bunu bildirə bilərdi və səlahiyyətli şəxslər isə istehlakçının müraciətinin əsassız olmasını əsas gətirə bilərdilər. Məhkəmə isə bu halları araşdırmaqla ehtimal əsasında yox, dəlillər üzrə obyektiv qərar qəbul edilməsinə nail olmalı idi. Həqiqətən qaz sayğacında texniki nasazlığın olması səbəbindən istehlakçı tərəfindən istifadə etmədiyi qazın dəyərinin ödənilməsi hüququn bütün prinsiplərinə zidd olmaqla yanaşı eyni zamanda da cavabdehin maddi cəhətdən müflisləşməsinə səbəb ola n haldır. Bundan başqa, sərf olunmayan qazın dəyərinin ödənilməsi həmçinin mülki qanunvericiliyin müddəaları baxımından iddiaçının əsassız varlanması təəssüratı da yaradır.
21. MPM-in 77.1, 82.1, 217.3, 218.1-ci maddələri üzrə - Məhkəmə mübahisəsi zamanı məhkəmə birtərəfli mövqe göstərərək, cavabdeh tərəfindən verilmiş vəsatətləri araşdırmamışdır. Belə ki, məhkəmə prosesi zamanı vəsatətlə müraciət olunaraq qaz sayğacında nasazlıq olması ehtimalının böyük olduğu və bu baxımdan qaz sayğacının xüsusi müayinədən keçməsi üçün aidiyyəti dövlət orqanına göndərilməli olması bildirilsə də, məhkəmə tərəfindən bu nüans qiymətləndirilməmişdir. Məhkəmə qərəzli mövqe tutaraq, qanunvericilikdə nəzərdə tutulan analogiyadan istifadə hallarını iddiaçının maraqlarına xidmət etmək məqsədilə tətbiq etmiş və ca vabdehin bütün hüquqlarının pozulmasına yol vermişdir. Bundan başqa, məhkəməyə borcun dəqiq müəyyən olunması ilə bağlı məhkəmə-mühasibat ekspertizasının keçirilməsi üçün vəsatətlə müraciət olunsa da, həmin vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Göründüyü kimi məhkəmə bir daha qərəzli mövqe nümayiş etdirməklə iddiaçının mənafelərini müdafiə etməyə çalışmış və nəticədə iddiaçının tam xeyrinə olan qeyri-obyektiv və qərəzli bir qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
26. Azərbaycan Respublikası “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.3. Qaz paylayıcısı t ərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyət i ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.... 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;... 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6. 5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnı z bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız və formal xarakterli hesab edir.
29. Kassator bildirir ki, ona məxsus istixana kompleksində başqa heç bir fəaliyyət həyata keçirilməmiş, istixana kompleksi uzun müddət eyni istehsalat həcminə və avadanlığa malik olmuş və əlavə təbii qaz sərfiyyatı olmamışdır. Lakin təbii qazdan istifadənin sonuncu dövrü ərzində aylar üzrə sərfiyyatı əvvəlki aylar üzrə sərfiyyatla müqayisə etdikdə kəskin sərfiyyat fərqinin olduğu müşahidə olunur. İddiaçı tərəfindən cavabdehin istifadəsində olan qaz sayğacı üzrə qaydalarda nəzərdə tutulmuş formada müayinə həyata keçirilməli və göstərici üzrə qaz sərfiyyatının, sərfiyyat məbləğinin, ödənişlərin və qalıq borc məbləğinin dəqiq müəyyən olunması və qalıq borcun dəqiq hesablanması təmin olunmalı idi. Sərfiyyat göstəricisi əvvəlki dövrlərlə kəskin fərqləndiyi aşkar olunduğu təqdirdə isə, qaz sayğacının təmiri və ya dəyişdirilməsi təmin olunmalı idi.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından isə məlum olur ki, abonentin 2017-ci ildə qaz sərfiyyatı 1.852.592 m3, 2018-ci ildə 1.666.811 m3, 2019-cu ildə 1.629.517 m3, 2020-ci ildə 1.947.799 m3, 2021-ci ildə 1.906.849 m3, 2022-ci ildə 1.769.452 m3 olmaqla illər ərzində qaz sərfiyyatında kəskin artım müşahidə olunmamışdır.
31. Həmçinin abonentin 2018-ci ildə illik sərfiyyatı ******* m3 üçün 333.362,20 manat olmuş, həmin il üçün 345.839 manat ödəniş edilmiş, 2019-cu ildə illik sərfiyyat ******* m3 üçün 325.903,40 manat olmuş, həmin il üçün 367.538,20 manat ödəniş edilmiş, 2020-ci ildə illik sərfiyyat ******* m3 üçün 389.559,80 manat olmuş, həmin il üçün 162.900 manat ödəniş edilmiş, 2021-ci ildə illik sərfiyyat ******* m3 üçün 395.254,52 manat olmuş, həmin il üçün 394.626,20 manat ödəniş edilmiş, 2022-ci ildə illik sərfiyyat ******* m3 üçün 389.279, 44 manat olmuş, həmin il üçün 396.880,27 manat ödəniş edilmiş, 2023-cü ilin ilk 9 ayın sərfiyyatı ******* m3 üçün 250.694,62 manat olmuş, həmin dövr üçün 348.296,08 manat ödə niş edilmişdir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, cavabdeh qaz sayğacında texniki nasazlığın olması barədə etiraz etməmiş və sayğac göstəriciləri üzrə ödənişlərini icra etmişdir.
33. Kassatorun mövqeyinə görə, istehlakçının qaz sayğacında nasazlığın olması barədə narazılığını bildirməməsi qaz sayğacında texniki nasazlığın olmaması anlamına gəlmir. Sayğacda texniki nasazlığın olub-olmamasının yoxlanılması səlahiyyəti yalnız iddiaçıya məxsusdur. İstehlakçı şifahi şəkildə də bunu bildirə bilərdi və səlahiyyətli şəxslər isə istehlakçının müraciətinin əsassız olmasını əsas gətirə bilərdilər.
34. Lakin cavabdeh tərəfindən qaz sayğacında texniki nasazlığın olması barədə iddiaçıya nəinki yazılı, heç şifahi qaydada müraciət (etiraz) etməsi də işə baxan m əhkəmələr tərəfindən müəyyən edilməmişdir. Həmçinin yuxarıda qeyd olunduğu kimi, cavabdehin müvafiq illər üzrə sayğac göstəriciləri üzrə ödənişlərini icra etməsi işin mübahisəsiz halını təşkil edir.
35. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qaz sayğacında texniki nasazlığın olması barədə nəticəyə gəlməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir. Odur ki, məhkəmənin bununla əlaqədar ekspertiza təyin etməməklə səhvə yol verməsinə dair dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına da prosessual qənaət prinsipi baxımından lüzum yoxdur.
36. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatətin təmin olunmamasına gəldikdə isə, borc sayğacın göstəricilərinə əsasən asanlıqla müəyyən olunduğundan məhkəmə ekspert tədqiqatının ke çirilməsinə ehtiyac duymamışdır. Cavabdeh isə sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun hesablanması ilə əlaqədar məhkəmə tərəfindən konkret olaraq hansı səhvlərə yol verildiyini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
37. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 27) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 27) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-157/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-157/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.