Məhkəmə qərarları › İş №2-2(102)-303/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-303/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRAR 2-2(102)-303/2022 Açar sözlər: ödənilmiş pulun geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1095/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh ilə istehlakçı İddiaçı arasında imzalanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2018-ci il 24 yanvar tarixli, AKX-1/563 saylı müqaviləyə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 2. “Abonentin saldosu”na əsasən, **********10000 saylı abonent İddiaçınə 2011-ci il üzrə 1.368 (bir min üç yüz altmış səkkiz) manat, 2012-ci il üzrə 9.561,60 (doqquz min beş yüz altmış bir manat, altmış qəpik) manat və 2015-ci il üzrə 3.089,90 (üç min səksən doqquz manat, doxsan qəpik) manat borc hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 14.019,50 manat borcun əsassız hesab edilməsi və həmin borca görə iddiaçı tərəfindən ödənilmiş 14.019,50 manat pulun cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən çörək bişirmə sexi qazın alqı-satqısı müqaviləsi əsasında 2010-cu ildən cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Tərəflər arasında 2018-ci il 24 yanvar tarixdə qazın alqı-satqısı müqaviləsi yenilənərək, AKX-1/563 saylı müqavilə bağlanmışdır. Sexdə istifadə edilən təbii qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir.

5. Ayrı-ayrı tarixlərdə cavabdeh tərəfindən iddiaçıya əsassız borclar hesablamışdır. Belə ki, 2011-ci ilin mart ayında 1368 manat, 2012-ci ilin yanvar ayında 9561,60 manat, 2015-ci ilin may ayında 1100 manat, iyun ayında 1388,30 manat, iyul ayında isə 601,60 manat olmaqla, ümumilikdə 14.019,50 manat məbləğində əsassız borc hesablanmışdır. İllərdir əsassız borcun silinəcəyinə vəd verən cavabdeh 2020-ci ilin iyul ayında məhkəmədə iddia qaldıraraq, həmin borcun tutulmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli, e-2-2-1911/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qeyd edilən iş üzrə qarşılıqlı iddia tələbi isə silinməsi tələb edilən borc artıq ödənildiyindən, yəni 14.019,50 manat borc mövcud olmadığından rədd edilmişdir.

7. Cavabdeh ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borcu əsassız hesab etmələrinə baxmayaraq, cavabdeh qazın dayandırılması xəbərdarlığı ilə borcun ödənilməsini tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda istehsal dayanır, məhsul sifarişçilərə vaxtında çatdırılmır və nəticədə sifarişçi öz sifarişlərindən imtina edir, bu da iddiaçının külli miqdarda ziyana uğraması deməkdir. Bu səbəbdən iddiaçı hesablanmış borcu əsassız hesab etsə də, ödəmək məcburiyyətində qalmışdır.

8. İllər ərzində hesablanmış borcun yaranma əsasları araşdırılsa da, bununla bağlı cavabdeh hər hansı sənəd təqdim etməmişdir. Lakin bu məsələnin araşdırılacağı və artı q hesablanmış borcun silinəcəyi vəd edilmişdir. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda, sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə, cavabdeh heç bir sənəd təqdim edilə bilməmişdir.

9. Abonent saldosundan görünür ki, əlavə borc mütəmadi deyil bəzi aylarda yazılmışdır. Bu səbəbdən də, il ərzində sayğac dəyişmədən, sayğacın işləməməsinə görə bir ay əlavə borc hesablanması ehtimalı absurddur. Cavabdeh təşkilat heç bir hüquqi əsası olmayan sayğac göstəricisindən əlavə borc hesablamış və öz inhisarçı vəziyyətindən istifadə edərək iddiaçının həmin borcu ödəməyə məcbur etmişdir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1097.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.1, 5.2-ci bəndlərinə istinad etmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli, e-2-2(113)-1125/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).

13. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına (bax § 1-2) istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçıya hesablanmış 1368 manat, 9561,6 manat və 118 manat borc qəza bərpa aktına uyğun olaraq, 1110 manat, 288,30 manat və 1110 manat borc isə sayğacın dövlət yoxlamasında olduğu dövr üçün o lan sərfiyyata uyğun hesablanmışdır. Bu halda borcun əsassız hesab edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələbi əsassızdır və rədd edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1-ci maddəsinə və Qaydaların 4.2, 4.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1095/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 3.089,90 manat məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması qət edilmişdir (Sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova, X.Sarıyev).

17. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına istinad edərək göstərmişdir ki, 2015-ci ildə cavabdehin iddiaçı barəsində tətbiq etdiyi aktlara “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Qanun”) və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsas namə”nin normaları tətbiq edilməlidir.

18. Qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli 2015-ci il tarixli aktların tərtib olunduğu yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan yoxlama tədbirini Qanunun 2.1-ci maddəsi anlamında əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. 2015-ci ildə tərtib olunan aktlarla hesablanmış və cavabdehə ödənilmiş pulun məbləği 1.100, 1.388,30 və 601,60 manat olmaqla, cəmi 3.089,90 manat təşkil edir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 3.089,90 manat pul əldə edərək, varlanmışdır, onun bu cür varlanmasına haqq qazandıran qanuni və ya müqavilə əsası mövcud deyil. Odur ki, iddia həmin məbləğdə əsaslı olduğundan, təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Qanunun 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndinə və Qaydaların 2.10-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı 2022-ci ilin 10 yanvar tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

22. Qətnamədən iddiaçı tərəfindən 2022-ci il 9 mart tarixində kassasiya şikayəti verilmiş, onun ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

23. Qaydaların 4.1 və 5.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Sm art-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Kommersiya işinin materiallarına və işin hallarına diqqət yetirdikdə görürük ki, iddiaçının qaz sayğacı mübahisələndirilən dövr ərzində tam saz vəziyyətdə olmuş və müəssisəyə sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217, 218 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya Məhkəməsi 2015-ci ildə hes ablanmış əlavə borcla bağlı haqlı münasibət bildirsə də, mübahisələndirilən dövrün digər hissəsinə münasibət bildirməmiş və həmin dövr üçün əlavə borcun hansı əsaslarla hesablandığını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbindən kənara çıxılmanın müstəsna hallarını göstərməmişdir. Qətnamədən də göründüyü kimi iddia tələbinin təmin edilməmiş hissəsinə dair, demək olar ki, heç bir əsaslı dəlil göstərilməmişdir.

25. İş materiallarına nəzər saldıqda aydın görmək olur ki, cavabdeh 2011-ci ilin mart ayında və 2012-ci ilin yanvar ayında sayğac göstəricisindən əlavə 10.929,60 manat məbləğində borc hesablamışdır. Hesablanmış əlavə borcun əsası kimi cavabdeh təşkilat yalnız özünə məxsus “sistemdən” heç bir hüquqi qüvvəsi olmayan çıxarış təqdim etmiş və həmin çıxarışda əlavə borcun hesablanması “Qəza bərpa aktına uyğun” ifadəsi ilə qeyd edilmişdir. Göründüyü kimi cavabdeh təşkilat sayğac göstəricilərindən əlavə hesabladığı borcun hüquqi əsasını təşkil edən aktları və ya digər sənədləri məhkəməyə təqdim etməmiş və bununla bağlı istər birinci instansiya, istərsə də ikinci instansiya məhkəmələrində araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edilən hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yeti rilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. ” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsu liyyət tədbirləri tətbiq edilə bilməz.” “ Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.” 31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

3. Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir....”

32. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin rədd olunduğu hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.

36. Belə ki, iş materiallarındakı Abonent Saldosuna əsasən iddiaçıya 2011-ci ilin mart ayında 1368 manat, 2012-ci ilin yanvar ayında 9561,60 manat, 2015-ci ilin may ayında 1100 manat, 2015-ci ilin iyun ayında 1388,30 manat və 2015-ci ilin iyul ayında 601,60 manat olmaqla, ümumilikdə 14.019,50 manat əlavə borc hesablanmışdır.

37. İş materiallarındakı borc hesablanması haqqında aktlara dair məlumatda 2011-ci ilin mart və 2012-ci ilin yanvar ayında hesablanmış borc məbləğinin dəymiş ziyana (qəza bərpa aktına uyğun), 2015-ci ildə hesablanmış borc məbləğinin isə sayğacın dövlət yoxlamasında olduğu dövrə əsasən hesablandığı qeyd olunsa da, iş materiallarında borc məbləğinin hesablanması üçün əsas ol an aktlar mövcud deyil.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda əlavə borc hesablanmasına dair aktlar, həmin aktların tərtib olunmasına əsas olmuş hallar, eləcə də, aktların iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilib-edilməməsi, iddiaçının həmin aktlarla tanış olubolmaması halları araşdırılmadan, iş üzrə tam hərtərəfli və obyektiv nəticəyə gəlinməsi mümkün deyil.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçü n əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir.

40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən halların araşdırılması məqsədilə tərəflərə müvafiq sübutların təqdim edilməsini təklif etməli, belə sübutların təqdim edilməməsinin nəticələrini izah etməli idi.

41. Bundan başqa, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, qaz təhcizatı sahəsində təb ii inhisarçı mövqeyə malik olan cavabdeh mübahisəli 2015-ci il tarixli aktların tərtib olunduğu yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vermədiyindən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan yoxlama tədbirini Qanunun 2.1-ci maddəsi anlamında əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmadığından, həmin aktlar üzrə ümumilikdə 3.089,90 manat borc silinməlidir. Bununla belə, apellyasiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə həmin mövqedən yanaşmamış, bunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsi ndə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin hüquqi qüvvəsinin 2011 və 2012-ci ildə tərtib edilmiş aktlara şamil edilə bilməməsi ilə əsaslandırmışdır.

42. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli Fərmanının 10-cu bəndinin səkkizinci abzasında Azərbaycan Respublikası Nazirlər Kabinetinə sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılması məqsədi ilə tətbiq olunan “Nəzarət Kitabçası”ndan istifadənin səmərəliliyini artırmaq üçün bir ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmış, bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarı ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə təsdiq edilmişdir.

43. Həmin Əsasnamənin 2.4-1-ci bəndinin tələbinə görə, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

44. Əsasnamənin 2.5-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün yoxlamalar "Nəzarət kitabçası"nda qeyd edilir və son olaraq 2.12-ci bənddə təsbit olunmuşdur ki, Əsasnamənin 2-ci bəndində göst ərilən tələblər yerinə yetirilmədən aparılan yoxlama qeyri-qanuni hesab edilir.

45. MPM-in 416.1-ci maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Odur ki, işə baxan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı məsələləri yoxlayaraq qeyd edir ki, iddiaçıya borc hesablanması üçün əsas olmuş aktlara münasibətdə MPM-in 217.2-ci maddəsinin tələbləri baxımından yuxarıda göstərilən qanunvericilik normalarının tətbiq edilməsinin mümkünlüyü məsələsi də apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı idi.

47. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) mə hkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

50. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətna məsinin ləğv olunması üçün əsasdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

52. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

54. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 22(103)-1095/2021 saylı qətnaməsi qismən – iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1095/2021 saylı qətnaməsi iddia tələbinin rədd edildiyi hiss ədə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar