Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-304/2019 17.07.2019 ALİ MƏHKƏMƏ İddiaçı Respublikası adından İddiaçı Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Şadıyev Ənvər oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh-yə qarşı borcun silinməsi haqqında iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-12/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhk əmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Cavabdeh X1 İstismar Təsərrüfatı və X2 (Müəssisə) ilə İddiaçı (bundan sonra iddiaçı) (Abonent) arasında bağlanmış 1 fevral 2011-ci il tarixli Cavabdeh-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 2.1.2-ci bəndinə əsasən, Abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=200 (100 rəqəmi 200 rəqəminə düzəldilmişdir) mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir; Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən, abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi Mətbuat prospekti 529 ünvanınd a su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 4.2 və 4.3-cü bəndlərinə uyğun, su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən, suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq təyin edilir. Həmçinin, Cavabdeh Bakı Sukanal Yasamal rayon Departamenti (Müəssisə) ilə iddiaçı (Abonent) arasında tərtib olunmuş, yalnız cavabdeh tərəfindən imzalanmış 27 fevral 2012-ci il tarixli Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilənin 2.1.2-ci bəndinə əsasən, Müəssisə Abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=40 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir. Cavabd eh-nin Yasamal Rayon Sukanal İdarəsi (Müəssisə) ilə iddiaçı (Abonent) arasında bağlanmış 1 may 2014-cü il tarixli Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən, bu müqavilə Müəssisənin su təchizatı sistemindən Abonentin tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən, Müəssisə Abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=80 mm olan boru (bi rləşmə) vasitəsi ilə həyata keçirir. 28 aprel 2014-cü il tarixdə iddiaçıda Alfasu-80 markalı, 083906 saylı su sayğacı quraşdırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli 2iqt(81)2447/2011 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçına qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçından su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə 19.09.2008-ci il tarixdən 01.08.2011-ci il tarixədək yaranmış 230.558 (iki yüz otuz min beş yüz əlli səkkiz) manat 52 qəpik məbləğində əsas borcun, 2334 (iki min üç yüz otuz dörd) manat 10 qəpik dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 232.912 (iki yüz otuz iki min doqquz yüz on iki) manat 68 qəpik tutular aq iddiaçı Cavabdeh-nin xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh-yə qarşı üzləşdirmə aktlarının etibarsız sayılması, su təchizatının bərpa olunması, su təchizatının və kanalizasiya xidmətlərinin məhdudlaşdırılmasına yönələn hərəkətlərə son qoyulması barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə olan məhkəmə qərarlarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçından alınmalı borcun 1 il ərzində hissə-hissə ödənilməsi qərara alınmışdır. Cavabdeh-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 6 oktyabr 2016-cı il tarixli 070031 saylı prot okol tərtib edilərək İddiaçı sudan istifadəyə və kanalizasiya xidmətinə görə 855.374,97 manat borcu olduğu müəyyən olunmuşdur. Həmin borc 2009-cu ilin aprel ayı tarixdən 2016-cı il oktyabr ayınadək hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən iddiaçıya 1 avqust 2011-ci il tarixdən 28 aprel 2014-cü il tarixə qədər əsassız hesablanmış 624.935,83 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borc tamamilə əsassız olaraq hesablanmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2447/2011 saylı 24 noyabr 2011-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cava bdeh İddiaçından su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə 19 sentyabr 2008-ci il tarixdən 01 avqust 2011-ci il tarixədək yaranmış 230.558 manat 52 qəpik məbləğində əsas borcun, 2.334 manat 10 qəpik dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 232.912,68 manatın tutularaq iddiaçı Cavabdeh-nin xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçına aid edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə 2012-ci il tarixədək İddiaçı Cavabdeh-yə borcu konkret olaraq müəyyən olunmuşdur. İddiaçı Respublikası Nazirlər Kabinetinin 05.04.2012-ci il tarixli 85s saylı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.06.2012-ci il tarixli 257 saylı, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19.07.2012-ci il tarixli 44 saylı sərəncamlarını əsas götürərək İddiaçı balansında olan ünvan 1 ünvanında yerləşən yataqxana binaları (1-ci və 2-ci korpuslar) Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına götürülmüşdür. Bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək yataqxana binalarının su təchizatını İddiaçından ayıraraq Cavabdeh-nin su təchizat sisteminə qoşulmasını xahiş etmişlər. Bundan əlavə, 2014-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçına sayğac quraşdırılmışdır. Həmçinin, İddiaçına sudan istifadəyə və kanalizasiya xidmətinə görə borc hesablanarkən iddia müddəti nəzərə alınmamışdır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələ blər üzrə iddia müddəti 3 il olduğundan, ondan əvvəlki illər üzrə İddiaçına hesablanmış borc əsassızdır və silinməlidir. Lakin bu qeyd olunanlara baxmayaraq, məhkəmə qətnaməsi ilə 2012-ci il tarixinədək borcun müəyyən olunmasına, yataqxana binalarının İddiaçı balansından çıxarılmasına və 2014-cü il tarixdən sayğac quraşdırılmasına baxmayaraq, 2009-cu il tarixdən 2016-cı il oktyabr tarixinədək sudan istifadəyə və kanalizasiya xidmətinə görə borc hesablanmışdır. Buna görə də məhkəmə qətnaməsi ilə 2012-ci il tarixinədək borcun müəyyən olunması, yataqxana binalarının İddiaçı balansından çıxarılması, 2014-cü il tarixdən sayğac quraşdırılması və iddia müddəti nəzərə alınaraq Cavabdeh tərəfindən “ hesablanmış əsassız borc silinməlidir. İddianın maddi hüquqi əsası kimi İddiaçı Respublikası Konstit usiyasının 12, 26, 60 və 71ci, İddiaçı Respublikası Mülki Məcəlləsinin 372 və 373-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-134/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim:A.Hüseyn) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya 01.08.2011-ci il tarixdən 28.04.2014-cü il tarixə qədər hesablanmış 521.528,84 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-180/2018 nömrəli, 15 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 9 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya 1 avqust 2011-ci il tarixdən 28 aprel 2014-cü il tarixə qədər hesablanmış 504.616,32 manatın silinməsi, iddianın qalan - 103.516,9 manat borcun silinməsi hissəsində təmin olunmaması qət edilmişdir. İddiaçı Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)430/2018 nömrəli, 13 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-180/2018 nömrəli, 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kol legiyasının 2-2(103)-12/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya sudan istifadə və kanalizasiya xidmətlərinə görə 28.04.2014-cü il tarixədək hesablanmış 421.289,42 manat borc məbləğinin ləğv edilməsi və iddiaçının abunə hesabından silinməsinin cavabdehə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İ nzibati-İqtisadi kollegiyasının 2-2(103)-12/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya məhkəməsi qətnamə qəbul edərkən İddiaçı Respublikası Mülki Prosessual Məcəlləsinin 9 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəf iddia ərizəsində borcun silinməsinin əsası kimi İddiaçı Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən həmin Məcəllənin 551 və 552-ci maddələrinə istinad etmişdir. Bununla da məhkəmə tərəflərin müzakirə etdiyi dəlillərə uyğun olmayan qətnamə qəbul etmiş, nəticədə prosessual hüquq normalarını pozmuşdur. Daha sonra qeyd edilir ki, iddiaçı tələbində 01 avqust 2011-ci il tarixindən 28 aprel 2014-cü il tarixədək su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun silinməsini xahiş etmişdir. Bu tələblə iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2016-cı sentyabr ilin ayında müraciət etmişdir. İddiaçının 2016-cilin sentyabr ayında məhkəməyə müraciət etdiyini nəzərə alsaq öhdəliklərin xitamı üçün müddət axımı həmin tarixdən kəsilmişdir. Həmin vaxtdan 5 illik müddəti geriyə tətbiq etdikdə 2011-ci ilin avqust ayına düşür ki, həmin dövrədək iddiaçının Cavabdeh-yə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcdan başqa hər hansı bir borcu olmamışdır. Lakin məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək müddət axımının kəsilməsini 2016-cı ilin sentyabr ayından deyil, 28 noyabr 2017- ci i l tarixindən - iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizə verdiyi tarixdən hesablamış və 2012-ci ilin 28 noyabrınadək yaranmış 253.317.79 manat borcu tələb etmə müddəti keçməsi əsas ilə qanunsuz olaraq silmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə İddiaçı Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər ha nsı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: İddiaçı Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd olunmalıdır ki, apelyasiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən kassasiya şikayəti vermədiyindən, qətnamənin iddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən, hazırkı kassasiya baxışının predmetini apelyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsinin qanuni və əsaslılığinin yoxlanılması təşkil edi r. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçı Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün İddiaçı Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydala rı tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (İddiaçı Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit o lunmuşdur. İddiaçı Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumat cədvəlinə əsasən 01 avqust 2011-ci il tarixdən 28 aprel 2014-cü il tarixə qədər olan dövr üzrə iddiaçıya hesablanmış borc məbləği 608.133 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericililiyin qeyd edilən normasına əsasən iddiaçının iddia qaldırdığı 28. 11.2017-ci il tarixdən (iddia tələbinə dəqiqləşdirmənin verildiyi tarix) 5 il əvvəl, yəni 28.11.2012-ci il tarixədək hesablanmış, lakin ödənilməmiş borc məbləği müəyyənləşdirilərək həmin borc üzrə öhdəliyə xitam verilməsi üçün əsasların olub-olmadığına hüquqi qiymət verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 17.04.2018-ci il tarixli arayışlardan (iş mat. 2-ci cild səh 103-105) görünür ki, 01.08.2011 - 31.12.2011-ci il üzrə iddiaçıya 66.903,74 manat, 2012-ci il üzrə 203.360,78 manat dəyərində su satılmışdır. 2012-ci il üzrə 1 aylıq su sərfiyyatı 169.46,73 manat (203.360,78/12 ay) dəyərində olduğundan həmin ilin 11 ayı üçün satılmış suyun dəyəri 186.414,05 manat, 01.08.2011 28.11.2012-ci il üçün 253.317,79 manat (66.903,74 + 186.414,05) təşkil edir. Tələbetmə müddə tinin kəsilib-kəsilmədiyi məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, 01.08.2011-ci ildən 01.05.2014-cü il tarixədək iddiaçı tərəfindən Cavabdeh-yə cəmi 38.928,61 manat ödəniş edilmişdir. Eyni zamanda, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 27.02.2019-cu il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 24.11.2011-ci il tarixli 2iqt (81)-2447/2011 saylı qətnaməsi əsasında iddiaçıdan tutulmuş 230.558,52 manat borc məbləği ödənilməmişdir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, həmin ödənişlər qətnamənin icrasının təmin edilməsi üçün həyata keçirildiyi halda, cavabdeh tərəfindən cari borclar üzrə ödəniş kimi qəbul edilmişdir. Apelyasiya məhkəmə hesab etmişdir ki, “İcra haqqında” Qanunun tələbinə əsasən, qanuni qüvvəyə m inmiş dərhal icrası tələb edilməyən məhkəmə qərarlarının icra müddət 2 ay müəyyən edildiyindən iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər ilk növbədə qətnamənin icrası ilə bağlı ödəniş kimi qəbul edilməli idi. Məhz yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçıya 28.11.2012-ci ilədək hesablanmış 253.317,79 manat məbləğində borcun tutulması üçün 5 illik tələbetmə müddəti keçdiyindən həmin borc üzrə öhdəliyə xitam verilməli və həmin məbləğin iddiaçının abunə hesabından silinməlidir. Bundan əlavə, cavabdehin 17.04.2018-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, 2013-cü il üzrə iddiaçının istifadə etdiyi suya görə 263.275,20 manat, 01.01.2014-01.05.2014-cü il üzrə 113.522,11 manat b orc hesablanmışdır. Belə olan halda, 28.11.2012-ci il tarixdən 01.05.2014-cü il tarixədək iddiaçıya cəmi 393.744,04 manat (2012-ci ilin 1 ayı üçün 16.946,73+263.275,20+113.522,11) borc hesablandığı müəyyən olunur. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən həmin dövr üzrə iddiaçıya hesablanmış borcun məbləği faktiki istifadə edilmiş suyun dəyərindən artıq olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilata 28.05.2014-cü il tarixdən su sayğacı quraşdırıldıqdan sonra illik sərfiyyat 2015-ci il üçün cəmi 51.758,45 manat təşkil etmişdir. Apelyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh tərəfindən sayğac quraşdırılanadək sudan istifadəyə görə hesablaşmaların iddiaçının su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyi, suyun axma sürəti və a bonentin iş rejimindən asılı olaraq hesablanması müqavilə şərtlərinə uyğun olsa da borunun diametri, xidmət haqqının məbləği və abonentin iş saatları dəyişmədiyi halda cavabdeh tərəfindən öz mülahizəsinə əsasən 2012-ci ildən etibarən hər il su və kanalizasiya xidmətindən istifadəyə görə aylıq ödənişlərin məbləğinin artırılması əsassız olmuşdur. Belə ki, 2011-ci ildə iddiaçının aylıq ödənişi 13.280,73 manat təşkil etdiyi halda, 2012-ci ildə artırılaraq 16.898,3 manat, 2013cü ildə 21.868 manat, 2014-cü ildə 28.380,52 manat təşkil etmişdir. Buna görə də apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 2011-ci ildən sayğac quraşdırıldığı tarixədək iddiaçının su və kanalizasiya xidmətindən istifadəyə görə aylıq ödəməli olduğu məbləğin 13.280,73 manat olduğu müəyyən edilərək 28.11.2012-ci il tari xdən 01.05.2014cü il tarixədək 17 ay üçün iddiaçıya hesablanmalı olan borcun 393.744,04 manat deyil, 225.772,41 manat olduğu, qalan 167.971,63 manat məbləğin əsassız hesablandığı müəyyən edilir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qətnamənin yoxlanılan hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. İddiaçı Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) İddiaçı Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayət i təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və İddiaçı Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-12/2019 nömrəli 28 fevral 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-304/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-304/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver