Məhkəmə qərarları › İş №2-2(102)-31/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-31/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-31/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: su sərfiyyatı, borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-94/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə - VÖEN: ********** (bundan sonra – iddiaçı) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (bundan sonra – Müqavilə) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan iddiaçı və cavabdehin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. 2. 2019-cu il 0 4 iyul tarixli “Mexaniki su sayğaclarının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Qanunun tələblərinə uyğun olaraq 2019-cu il 04 iyul tarixdə istehlakçı iddiaçıya məxsus obyektdə quraşdırılmış su sayğacı birbaşa birləşmə yerində dövlət möhürü olmadığına görə dövrü yoxlama üçün laboratoriyaya göndərilməsi üçün istehlakçının nümayəndəsinin iştirakı ilə sökülmüşdür (həmin Akt abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır).

3. Cavabdehin əməkdaşları tərəfindən “Sumqayıt Texnoloğiyaları Parkı”nda su sayğacın yoxlanılmasına dair tərtib edilmiş 2019-cu il 4 iyul tarixli aktda qeyd edilmişdir ki, “Tərəfimizdən sayğac sökülərək dövrü yoxlaması üçün cavabdehin Nəzarət-Ölçü Cihazla rı İdarəsinə göndəriləcəkdir. Birbaşa birləşmə verildi. Dövlət möhürü yoxdur. Çıxarılan sayğac istismara yararsız olduğundan Nəzarət-Ölçü Cihazları İdarəsi tərəfindən yenidən sayğac quraşdırıldı.”

4. Cavabdehin Nəzarət-Ölçü Cihazları İdarəsinin X1 Laboratoriyası tərəfindən tərtib edilmiş 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, 2019-cu il 04 iyul tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır.

5. İstehlakçı iddiaçı və təchizatçı cavabdeh arasında aparılan yazışm aların mətni və digər sənədlərə əsasən 2019-cu il 04 iyul tarixli Akt əsasında çıxarılmış sayğacda 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə həmin tarixdən əvvəlki 12 aylıq (bir illik) dövrü əhatə edən müddətə 115257 m3 əlavə sərfiyyat müəyyən edilərək, həmin sərfiyyat üzrə cavabdeh tərəfindən istehlakçıya 115257 manat məbləğində dəymiş ziyan olaraq borc hesablanmışdır.

6. İstehlakçı iddiaçı tərəfindən cavabdehin Sumqayıt Sukanal İdarəsinə ünvanlanmış 2019-cu il 01 avqust tarixli 001//0430/2019 nömrəli məktubunda göstərilmişdir ki, istehlakçı iddiaçı 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edir və həmin Məktubda əlavə sərfiyyat qismində su hə cminin müəyyən olunması üçün ən çoxu 1 aylıq hesabat aparılmalı olmasını qeyd edərək, 1 aylıq hesabat üzrə bu miqdarın 7155 m3 təşkil etdiyini bildirir. 7. 2019-cu il 04 iyul tarixli Akt əsasında çıxarılmış sayğacın əvəzində cavabdehin X2 İdarəsi ilə iddiaçı arasında bağlanan 2019-cu il 19 iyul tarixli S-3227/19 nömrəli müqaviləyə və müvafiq sənədlərə əsasən istehlakçı iddiaçıya məxsus obyektə 2019-cu il 09 avqust tarixdə “CTB-100” markalı 00200385 nömrəli yeni su sayğacı quraşdırılmışdır (2019-cu il 09 avqust tarixli, 02/05023 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akt və 2019-cu il 09 avqust tarixli İnventarizasiya Aktı abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır).

8. İddiaçının su təchizatı ilə əlaqədar tərtib edilmiş 19369087 saylı Abonent haqqında Məlumatda əks olunmuş məlumatlara əsasən, qüsurlu olduğu üçün 2019-cu il 04 iyul tarixdə çıxarılmış sayğac tərəfindən və eləcə də, 2019-cu il 09 avqust tarixdə quraşdırılmış yeni sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmışdır (məsələn, köhnə sayğacın dövründə - 2019-cu ilin yanvar ayı üçün 7689 m3, fevral ayı üçün 8046 m3, mart ayı üçün 7542 m3, aprel ayı üçün 8956 m3 və iyun ayı üçün 7513 m3 və s.). 2019-cu il 04 iyul tarixli, 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə 12 aylıq dövrü əhatə edən müddətə hesablanmış 115257 manat məbləğində (115257 m3 həcmində) əlavə sərfiyyat müəyyən edilərək, 2019-cu ilin iyul ayında borc kimi həmin Məlumata daxil edilmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə ödənişlə r aparıldığından, ümumi qalıq borcun məbləği azalmışdır.

9. Cavabdeh tərəfindən tərtib edilmiş arayışda göstərilmişdir ki, 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəylə aşkarlanan müdaxiləyə əsasən hesablanmış hesabat Qaydaların 4 saylı Əlavəsinə uyğun olaraq 1 il müddətinə aparılaraq, 115257 m3 həcmində (115257 manat dəyərində) əlavə sərfiyyat müəyyən edilmişdir. Eyni zamanda, 2019-cu il 04 iyul tarixli Akt əsasında çıxarılmış sayğac tərəfindən 2019-cu ilin yanvar ayı üçün 7689 manat, 2019-cu ilin fevral ayı üçün 8046 manat, 2019-cu ilin mart ayı üçün 7542 manat, 2019-cu ilin aprel ayı üçün 8956 manat, 2019-cu ilin may ayı üçün 9003 manat və 2019-cu ilin iyun ayı üçün 7513 manat məbləğlərində hesabatlar aparılmışdır.

10. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təchizatı ilə ə laqədar quraşdırılmış su sayğacı 2019-cu il 04 iyul tarixdə qüsurlu olması səbəbindən çıxarılaraq, laboratoriya yoxlamasından keçirilmiş və həmin yoxlama nəticəsində tərtib edilmiş 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəylə müəyyən edilən nöqsanlara görə cavabdeh tərəfindən əvvəlki 12 aylıq müddəti əhatə edən 115257 manat məbləğində dəymiş ziyan kimi borc hesablanmışdır. Lakin, iddiaçı cavabdeh tərəfindən hesablamış həmin borc məbləği ilə razılaşmamış və sonuncuya ünvanlanmış 2019-cu il 01 avqust tarixli 001//0430/2019 nömrəli məktubunda 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edərək, əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 aylıq hesabat apar ılmalı olduğunu bildirmişdir (Qüsurlu su sayğacının çıxarılması və yenisinin quraşdırılması ilə əlaqədar tərtib olunmuş Aktların hamısında İstehlakçının nümayəndəsi kimi Bahadur Ramazanov göstərilmiş və sonuncu tərəfindən həmin Aktlar imzalanmışdır).

11. Cavabdehin Sumqayıt Sukanal İdarəsinin Sumqayıt şəhər Prokuroruna ünvanlandığı 2019-cu il 24 dekabr tarixli, İA-02/1-2161 saylı məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus STP metal emalı müəssisəsində olan su sayğacı 2009-cu il 1 avqust tarixdə cavabdehin nümayəndəsi Davud Rüstəmov tərəfindən quraşdırılmış və iddiaçının nümayəndəsi Samir Yunusova təhvil verilmişdir. Sonuncu dəfə sayğacın göstəricisi 2019cu il 27 iyun tarixdə cavabdehin “Sumqayıt Sukanal” İdarəsinin su kəməri təsərrüfatında nəzarətçisi Emin İbrahimov tərəfindən oxunmuşd ur. Sayğac quraşdırıldığı gündən 2019-cu il 4 iyul tarixində ilk dəfə çıxarılaraq laboratoriyaya göndərilib. Laboratoriya rəyinə əsasən sayğaca müdaxilə edilməsi faktı aşkar edilmiş, bu səbəbdən X2 İdarəsi tərəfindən 2019-cu il 9 avqust tarixində öncədən ödənişli smart kart tipli su sayğacı quraşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı 2019-cu il 23 sentyabr tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yoxlamanın qanunsuz hesab edilməsi və iddiaçıya hesablanmış 115.277 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin Sumqayıt Sukanal İdarəsi 2019-cu il 04 iyul tarixdə iddiaçının ərazisində quraşdırılmış “Abşeron CTB-100” markalı ******* nömrəli suölçən cihazını (sayğac) çıxararaq yoxlanılması üçün cavabdehin X2 İdarəsinin X1 Laboratoriyasına göndərmişdir. 2019-cu il 04 iyul tarixdə həmin Laboratoriyanın 00416/0045344 nömrəli rəyində göstərilmişdir ki, “«Abşeron CTB-100» markalı ******* nömrəli suölçən cihazının hesablayıcı mexanizmində müdaxilə aşkar olundu və cihaz təmirə və istismara yararsızdır”. 2019-cu il 11 iyul tarixdə iddiaçının ünvanına ödəniş üçün cavabdehin 2019-cu il 08 iyul tarixli ********* nömrəli hesab-fakturası daxil olmuşdur. Həmin hesab-fakturanın məbləği 115277 manat təşkil etmişdir. 2019-cu il 17 iyul tari xdə iddiaçı cavabdehə 01/163 nömrəli cavab məktubu göndərmiş və həmin cavab məktubunda xahiş edilmişdir ki, iddiaçının sərfiyyatına yenidən baxılsın və düzəldilmiş hesab-faktura göndərilsin. Lakin, cavabdeh iddiaçıya 2019-cu il 17 iyul tarixli Hİ/01-53 nömrəli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq göndərmiş və həmin xəbərdarlıqla bu dəfə 104392,91 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehə 2019-cu il 23 iyul tarixli 001//0414/2019 nömrəli cavab məktubu göndərərək, 2019-cu il 08 iyul tarixli ********* nömrəli hesab-fakturada və 2019-cu il 17 iyul tarixli Hİ/01-53 nömrəli xəbərdarlıqda qeyd olunan rəqəmlər arasında ziddiyət olduğunu və bu rəqəmlərin əsasının təqdim edilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, 2019-cu il 24 iyul tarixdə cavabdehin işçiləri iddiaçının su təchizatını dayandırmış və pulun ödənilməsini tələb etmişlər. İddiaçı tərəfindən cavabdehə 2019-cu il 01 avqust tarixli 001//0430/2019 nömrəli məktub göndərilmiş və həmin məktubda qüvvədə olan qanunvericiliyin müddəalarına istinad edilərək, müdaxilənin müəyyən olunması zamanı yol verilmiş qüsurlar, habelə hesablanmanın səhv aparılmasına dair ətraflı şərh verilsə də, cavabdeh tərəfindən müvafiq tədbirlər görülməmiş və təchizat bərpa edilməmişdir. Sonradan, yəni 2019-cu ilin 19-23 avqust dövrlərində iddiaçıya məxsus əraziyə yeni suölçən cihazı quraşdırılmışdır. Bu zaman tərəflər arasında şifahi razılıq əldə edilmiş və məsələ məhkəmədənkənar qaydada həll olunanadək sayğaca yüklənən məbləğin bir hissəsinin hesab-fakturada qeyd olunan məbləğin silinməsinə yönəl dilməsi qərara alınaraq, 2019-cu il 26 avqust tarixdə su təchizatı bərpa edilmişdir. Lakin, su təchizatı bərpa edildiyi tarixdən bir gün sonra, yəni 2019-cu il 27 avqust tarixdə iddiaçıya yeni xəbərdarlıq göndərilmiş və 2019-cu il 01 sentyabr tarixdə təchizat növbəti dəfə dayandırılmışdır. Cavabdehin məsələnin məhkəmədənkənar qaydada həll olunması istiqamətində heç bir niyyəti olmadığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Faktiki hallardan və hüquqi məsələlərdən göründüyü kimi, Cavabdeh İddiaçı barəsində yoxlamanı apardıqda qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də, Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nətic ələri də qanunsuz hesab edilməlidir. Nəzərə alaraq ki, sayğacın üzərində plomb mövcud olmuş və həmin plomb zədələnməmişdir, müdaxilənin necə və kim tərəfindən edilməsi müəyyən edilməli idi. Tərtib edilmiş sənədlərdə isə müdaxilənin edilməsi göstərilsə də, müdaxilənin məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut iddiaçıya təqdim edilməmişdir. İddiaçının təqsirli olması sübut edilmədiyindən də, ona münasibətdə hər hansı dəymiş ziyan tələbi irəli sürülə bilməzdi. Hüquqi şəxs adından çıxış edən və hüquq şəxs adından imzalayan hər bir şəxsin səlahiyyətləri hüquqi şəxs tərəfindən verilmiş etibarnamə ilə müəyyən olduğundan, bütün yoxlama prosesi za manı iddiaçının belə bir səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Müdaxilə laboratoriya tərəfindən müəyyən olunmuşdur. Yoxlamanın qanuni aparılmasını, müdaxilənin mövcudluğunu və müdaxilədə İddiaçının təqsirli olmasını qəbul etsək də, hesablama Qaydaların 6.15.1.-ci bəndinə görə, sərf olunan suyun həcmi suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq həyata keçirilməli idi. 2019-cu il 27 iyun tarixli ********* nömrəli hesab-fakturadan göründüyü kimi, laboratoriya yoxlanmasına qədər sonuncu göstərici 2019-cu il 27 iyun tarixdə qeyd edilmişdir. Bu səbəbdən, Qaydaların 4 nömrəli əlavəsinə görə su həcminin müəyyən olunması üçün ən çoxu 1 aylıq dövr götürülməli idi ki, 125 mm diametrli boru (iddiaçın ın müəssisəsində olan boru 114 mm diametrlidir) üçün bu miqdar 7155 m3 təşkil edir. Cavabdehin verdiyi hesab-fakturada qeyd olunan miqdar isə bu miqdardan kəskin fərqlənir və təxminən 16 dəfə çoxdur. Rəqəmlərin belə kəskin fərqlənməsini nəzərə alaraq iddiaçı belə qəbul edir ki, su həcminin müəyyənlaşdırılməsi Qaydaların 6.15.2.- ci bəndinə uyğun 12 aylıq dövrün orta normasına əsasən aparılmışdır. Bu halda Laboratoriya tərəfindən pozuntu müəyyən olunmalı idi. Qaydalara əsasən pozuntu kimi suölçən cihazın göstəricilərinin xətasının əvvəlki “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq olması hesab olunur. Lakin, yuxarıda qeyd edildiyi kimi, nə laboratoriya, nə də hər hansı su təchizatı və kanalizasiya müəssisəsi xətanın olub-olmaması, olduğu h alda onun normadan artıq olubolmamasını müəyyən etməmişdir. Bu səbəbdən hesablama Qaydaların 6.15.2.-ci bəndinə uyğun da aparıla bilməzdi. Qanunvericiliyin tələblərinə əsasən, hesab-fakturanın dəqiqləşdirilməsini və ya orada qeyd olunan məbləğin yenidən hesablanmasını iddiaçının hüququdur. İddiaçı da bu hüququndan yararlanaraq, cavabdehə müraciət etmiş və məbləğin dəqiqləşdirilməsini xahiş etmişdir. Çünki, cavabdehin təqdim etdiyi hesabfakturada 115277,00 manat, xəbərdarlığda isə 104392,91 manat qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh məbləği dəqiqləşdirmədən təchizatı dayandırmışdır. Cavabdeh Sayğacda müdaxiləni 2019-cu il 04 iyul tarixdə müəyyən etdikdən sonra 08 iyul tarixdə hesab-fakturanı göndərmiş, 17 iyul tarixdə xəbərdarlıq göndərmiş, 24 iyul tarixdə isə su təchizatını dayandırm ışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə Cavabdeh təchizatı 08 avqustdan tez dayandıra bilməzdi. Göründüyü kimi, cavabdeh, “dəymiş ziyanın” ödənilməsini təmin ettmək üçün iddiaçının təchizatını dayandırmaqla onu asılılığa salmaq niyyətində olmuşdur.

14. Eyni zamanda iddiaçı ayrıca ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi hazırki iş üzrə mübahisə başa çatanadək iddiaçının su təchizatının cavabdeh tərəfindən bərpa olunması, cavabdehə su təchizatının dayandırılması və iddiaçı tərəfindən cavabdehə köçürülən vəsaitin dəymiş ziyan hesabına silinməsinin qadağan olunması, iddiaçı tərəfindən cavabdehə köçürülən vəsaitin tam həcmdə iddiaçının smart sayğacına yüklənməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 26 se ntyabr tarixli, 2-2(085)-507/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə mübahisə başa çatanadək iddiaçıya su təchizatının bərpa edilməsi cavabdehə həvalə edilmiş və su təchizatının dayandırılması qadağan edilmişdir.

15. İş üzrə məhkəmə prosesi zamanı cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçıya məxsus sayğac çıxarılaraq dövrü yoxlama üçün cavabdehin X2 İdarəsi “X1 Labaratoriyası”na göndərilmişdir. Labaratoriya rəyinə əsasən, cihazın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintlərinin tam sıxılmadığı, zavod plombu bağlanan vintdə vintaçanın izlərinin olduğu və hesablayıcı mexanizmində müdaxilənin aşkar olunduğu müəyyən edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 4 saylı cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmış, lakin iddiaçı hesablanmış məbləği ödəməkdən imtina etmişdir.

16. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli, 2-2(119)24/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 152181) 2019-cu il 4 iyul tarixli, 00416/0045344 nömrəli Rəyə əsasən hesablanmış 115.257 manat məbləğində borcun 9604,75 manat hissəsi saxlanılmaqla qalan hissəsi silinmişdir (hakim – Zülfüqar Sadiqov).

17. Məhkəmə işin müvafiq hallarına və iş materiallarında olan rəyə, akta, iddiaçı və cavabdeh arasında olan yazışmalara qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan iddiaçıya məxsus qe yriyaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən, sonuncu tərəfindən həmin Müqavilənin şərtlərinin pozulması faktları aşkar edilmiş və bununla bağlı Rəy tərtib edilərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq 1 il (12 ay) müddətinə əlavə sərfiyyatla bağlı hesabat aparılmışdır. Bu hərəkətlər isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, Müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni Müqavilə tərəflərindən birinin digər tə rəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də Müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması həmin Müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Rəyin tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz.

18. Bu məhkəmə göstərmişdir ki, Qaydaların 1.6-cı bəndinin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri iste hlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məlum müqavilələr üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək barədə qanunla nəzərdə tutlmuş vəzifəsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır.

19. Həmçinin məhkəmə qeyd etmişdir ki, 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəydə qeyd olunmuş pozuntular məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və həm in pozuntulara görə Qaydalara əsasən itirilmiş suyun həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, itirilmiş suyun həcmi üzrə əlavə sərfiyyat müəyyən edilərkən istehlakçı iddiaçıya aid Abonent haqqında Məlumatda qeyd olunan göstəricilər nəzərə alınmalı və itirilmiş suyun həcmi 12 ay (bir il) müddətinə deyil, 1 ay müddətinə hesablanmalıdır. Bu halda isə, 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəydə qeyd olunan nöqsanlara görə 1 ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarı 9604,75 manat məbləğində müəyyən olunur.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 385.1, 425.1, 430.1, 1097.3-ci maddələrinə, Qanunun 4-cü maddəsinin 1-ci bəndinə, 5-ci maddəsinin 3-cü bəndinə, 30, 59, 72-ci maddələrinə, Qaydaların 1.6, 2.1.3, 2.1.5, 3.1.1, 6.15.1, 6.16, 6.17, 7.2, 8.7-ci bəndlərinə, MPM-in 14.2, 88, 77.1, 106.1, 106.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Birinci instansiya məhkəməsinin qətnaməsi 2020-ci il 2 oktyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmin qətnamədən cavabdeh 2020-ci il 11 noyabr tarixində apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 noyabr 2020ci il tarixli, 2-2(105)-136/2020 saylı qətnaməsi ilə (sədrlik edən Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Hökümə Babayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normaları, həmçinin Mülki Məcəllənin 442-ci maddəsi ilə əsaslandırmış, həmin məhkəmənin gəldiyi nəticələrlə razılaşmışdır.

24. Apellyasiya instansiyası məhkəmənin qətnaməsi 2020-ci il 7 dekabr tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

25. Həmin qətnamədən cavabdeh 2021-ci il 11 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(102)165/20 21 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 noyabr tarixli, 22(105)-136/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – Sevda Hüseynova, hakimlər – Azər Hüseynov, Bəhram Məmmədli).

27. Məhkəmə göstərmişdir ki, istehlakçının suölçən cihaza müdaxiləsi halında su həcminin müəyyən edilməsi tənzimlənsə də, lakin dəymiş zərər məbləğinin hansı müddət üzrə hesablanması bu qanunvericilikdə əks olunmamışdır. Bundan fərqli olaraq su təchizatı sisteminə qanunsuz qoşulma aşkar edildikdə və onun tarixini müəyyən etmək mümkün olmadıqda, suyun həcmi ötən 1 il müddətində hesablanmalıdır.

28. Məhkəmə hesab etmişdir ki, cavabdehin isti nad olunan Qaydaların 6.15.2-ci bəndinə əsaslanmaqla dəymiş zərərin məbləğinin 12 aylıq dövr üzrə hesablanması barədə dəlili qanunamüvafiq deyildir, çünki istinad edilən hesablama qaydası digər hala, yəni suölçən cihazın göstəricilərinin müəyyən edilmiş normalardan artıq olması halına pozuntuya aiddir.

29. Bu məhkəmə həmçinin qeyd etmişdir ki, apellaysiya məhkəməsinin suyun həcmi üzrə əlavə sərfiyyat 12 aylıq müddət üçün deyil, 1 ay müddətinə hesablanmalı olduğu barədə nəticəsi də hər hansı hüquqi əsasa söykənməmişdir. Apellyasiya məhkəməsi müxtəlif maddələri sadalanmaqla kifayətlənərək onların tətbiqini izah etməmiş və gəldiyi nəticəni istinad etdiyi normalara uyğun əsaslandırmamış, müxtəlif sahəvi qanunvericiliyinin normalarına istinad edərkən, onların işin müəyyən olunmuş hallarına tətb iqinə dair öz mövqeyini bildirməmişdir.

30. Məhkəmə belə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normalarının tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması tətbiq edilməli olan mülki qanunvericiliyin tələblərinin tətbiq edilməməsindən irəli gəlmişdir. Mübahisəli məsələyə qiymət verərkən apellyasiya məhkəməsi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə əsaslanmaqla işin hallarını müəyyən etməli və bundan sonra apellyasiya şikayətinin dəlillərinə qiymət verməlidir.

31. Ali Məhkəmə qərarını Mülki Məcəllənin 21.1-ci maddəsinə, Qanunun 32-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinə, Qaydaların 6.10, 6.15, 6.16, 6.17-ci maddələrinə, 4 nömrəli əlavəsinə is tinad etməklə əsaslandırmışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı 2021-ci il 27 aprel tarixdə iş üzrə tərəflərə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qətnamənin əsaslılığının onun mübahisələndirilən hissəsində - iddianın təmin olunan hissəsində yoxlamış və 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-94/2021 saylı qətnaməsi ilə (sədrlik edən Gülnarə Tağızadə, hakimlər Lətifə Məmmədova və Telman Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə hesab etmişdir ki, həm aktda, həm rəydə suölçən cihazın zədələnməsi, müdaxilə halları aşkar edilsə də, pozuntunun məhz istehlakçının təqsiri üzündən baş verməsi müəyyən olunmur və bu halların cavabdeh tərəfindən araşdırılması iş materialları ilə təsdiqini tapmır.

35. Məhkəmə göstərmişdir ki, Qaydalarda, istehlakçının suölçən cihaza müdaxiləsi halında su həcminin müəyyən edilməsi tənzimlənsə də, lakin dəymiş zərər məbləğinin hansı müddət üzrə hesablanması bu qanunvericilikdə əks olunmamışdır. Su təchizatı sisteminə qanunsuz qoşulma aşkar edildikdə və onun tarixini müəyyən etmək mümkün olmadıqda, suyun həcmi ötən 1 il müddətində hesablanmalıdır. Qaydaların 6.17-ci bəndi yalnız istehlakçının təqsiri üzündən dəymiş ziyanın hesablanmasını nəzərdə tutur.

36. Məhkəmə cavabdehin istinad olunan Qaydaların 6.15.2-ci bəndinə əsaslanmaqla dəymiş zərərin məbləğinin 12 aylıq dövr üzrə hesablanması barədə dəlilini əsassız olduğundan qəbul etməyərək gös tərmişdir ki, cavabdehin istinad edilən hesablama qaydası digər haldaki, yəni suölçən cihazın göstəricilərinin müəyyən edilmiş normalardan artıq olması halına - pozuntuya aiddir.

37. Daha sonra bu məhkəmə tərəflər arasında mübahisəli məsələnin iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusuna görə zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı olduğunu və iddiaçı tələbində hesablanmış borcun bütövlikdə silinməsini xahiş etdiyini, lakin bu tələbi tam təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyini qeyd edərək göstərmişdir ki, cavabdeh şikayətdə qətnamənin qismən ləğv olunmasını – iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən qətnamənin əsaslığının qismən yoxlanılması üçün qanunla m üəyyən edilmiş hər iki şərt - apellyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməməsi və mübahisə predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Cavabdehin apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlmədikdə (şikayətdə qətnamənin qismən ləğv olunması –iddianın təmin olunan hissəsində ləğv edilməsini iddia tələbinin tam rədd olunmasını xahiş etmiş) və mübahisənin predmeti bölünməz olmadıqda qətnamənin əsaslığını qismən – onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılır. Məhkəmə qətnamənin əsaslılığının onun mübahisələndirilən hissəsində - iddianın təmin olunan hissəsində yoxlayaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə ə vvəlki məhkəmələrin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır.

39. Apellyasiya instansiyası məhkəmənin qətnaməsi 2021-ci il 20 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

40. Həmin qətnamədən cavabdeh 2021-ci il 19 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

41. Şikayətdə Qaydaların 6.13 və 6.15-ci bəndlərinə istinad olunaraq göstərilmişdir ki, sayğaca müdaxilə halı işin mübahisəsiz halı olmaqla birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sayğaca müdaxilə faktı sübut ed ilmiş, buna görə də məhkəmə tərəfindən 9604.75 manat hissədə iddia təmin edilməmiş, digər hissədə iddia təmin edilmişdir. İddiaçı tərəf iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməyərək sayğaca müdaxilə etdiyini təsdiq etmişdir. 42. 2019-cu il 4 iyul tarixli iş əmri ilə Abşeron CTB-100 markalı, zavod nömrəsi ******* olan su sayğacı cavabdehin X2 İdarəsinin X1 Laboratoriyasında yoxlamadan keçirilmiş və bu barədə 2019-cu il 4 iyul tarixli 300416/0045344 saylı rəy tərtib edilmişdir. Müayinə nəticəsində sayğacın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintlərinin tam sıxılmadığı və zavod plombu bağlanan vintdə vintaçan izlərinin olması müəyyən edilmişdir. Həmin rəy əsasında Qaydaların 4 nömrəli cədvəlinə uyğun olaraq ötən 1 il müddətinə dəymiş zi yan hesablanmışdır. Qaydaların tələbinə əsasən sayğaca müdaxilə halı üzrə dəymiş ziyan məbləği bir il üçün təmin edilməli olduğu halda, məhkəmə tərəfindən 1 ay üzrə dəymiş ziyan saxlanılmışdır. Bununla da məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

43. Etirazda qeyd olunmuşdur ki, cavabdeh iddiaçının qətnamədən şikayət verməməsini sayğaca müdaxilə edilməsinin təsdiqi kimi qəbul etdiyini bildirsə də heç bir qanunvericilik aktında şikayətin verilməməsi hər hansı əməlin qəbulu kimi qiymətləndirilmir və şəxsin təqsirli bilinməsinə yol vermir. Laboratoriyada aşkar edilmiş nasazlıqlar su sərfiyyatına müdaxilə etmək üçün edilə biləcək müdaxilələr deyildir. Bu nasazlıqlar təbii köhnəlmə və ya iş prosesində ehti yyatsızlıqdan yaranmış nasazlıqlardır. Sayğac laborator müayinə üçün götürülərkən üzərində plomb mövcud olmuş və bu plomb hər hansı şəkildə zədələnməmişdir. İddiaçının sayğaca müdaxilə etmək üçün hər hansı əsası və səbəbi olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndiridiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-i n 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqa vilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....”. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvaf iq surətdə hərəkət etməlidir. Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları “... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respubli kası Qanununu Maddə

4. Sudan istifadə ilə əlaqədar hüquqlar

1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər....”. Maddə

5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri “...

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qay daları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilmə si qadağan olunur. Maddə

32. İstehlakçıların verilən suyun həcminin hesablanması ilə əlaqədar vəzifələri “...

2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur....”. Maddə

59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları

1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər vermək; b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin və zifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.

2. Kanalizasiya müəssisələri göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərti ilə leysan axarları vasitəsi ilə suların axıdılması üçün yol xidməti (müəssisələri) ilə müqavilə bağlaya bilərlər.

3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sul arının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Maddə

72. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışd ır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;... 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir....”.

2. STKM-in vəzifələri 2.1. STKM-in vəzi fələri aşağıdakılardır:... 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək;...”.

3. STKM-in hüquqları 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. Su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qa nunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək;...”.

6. Suölçən cihazların quraşdırılması və istismarı “... 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.... 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.... 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı q urğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir.

7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri “... 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər....”.

8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi “... 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır....” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə - Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi Cədvəli Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “… 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. …”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. … 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....”. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri “... 372.6. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

47. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

49. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Kassasasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Qaydaların tələbinə əsasən sayğaca müdaxilə halı üzrə dəymiş ziyan məbləği bir il üçün təmin edilməli olduğu halda, məhkəmə tərəfindən 1 ay üzrə dəymiş ziyan saxlanılmışdır.

51. Məhəmə kollegiyası kassasiya şikayətinin dəl illəri ilə bağlı vurğulayır ki, Qaydaların 6.15-ci bəndinə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini müəyyənləşdirir və hesablaşma aparır.

52. Qaydaların 6.15.1 və 6.15.2-ci bəndləri isə pozuntuları bir-birindən fərqləndirərək müxtəlif hesablama qaydasını müəyyənləşdirmişdir. Belə ki, 6.15.1-ci bəndinə görə istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq, 6.15.2-ci bəndində isə, pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki ) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablanır. Belə olan təqdirdə kassasiya şikayətinin dəlillərinə qiymət verərkən aydın olur ki, cavabdeh tərəfindən 6.15.1-ci bəndə istinad olunsa da, hesablama 6.15.2-ci bəndə uyğun olaraq aparılmışdır. Belə hal isə, hüququn “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaqla hüquqi qeyri-müəyyənliyin yaranmasına gətirib çıxaran amil kimi dəyərləndirilməlidir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin Qaydaların tələbinə əsasən sayğaca müdaxilə halı üzrə dəymiş ziyan məbləğinin bir il üçün təmin edilməli olması dəlili ilə razılaşmayaraq vurğulayır ki, cavabdehin kassasiya şikayətinin dəlilində istinad etdiyi (Qaydaların 6.15.2-ci bəndi) hesablama qa ydası digər hala, yəni suölçən cihazın göstəricilərinin müəyyən edilmiş normalardan artıq olması halına - pozuntuya aiddir.

54. Qaydaların tələblərindən (Qaydaların 6.10 və 6.15-ci bəndi) aydın olur ki, suölçən cihazın zədələnməsinin istehlakçının təqsiri olmadan və təqsiri üzündən baş verdiyi hallar, həmçinin cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcminin hesablanması üçün suölçən cihaza müdaxilənin edilməsi və ya suölçən cihazın pozuntusu müəyyən olunmalıdır. İstehlakçının müdaxiləsinə onun təqsiri səbəbindən suölçən cihazın zədələnməsi, yəni hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s. aiddir. Suölçən cihazın pozuntusu kimi suölçən cihazın göstərici lərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması aiddir ki, bu halda ilk əvvəl xətanın baş verdiyi və onun normadan artıq olduğu müəyyən edilməlidir.

55. İşdən görünür ki, iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasında tərəflər ("istehlakçı" iddiaçı və "təchizatçı" cavabdeh olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və həmin Müqavilədə nəzərdə tutulan «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması 2019-cu il 04 iyul tarixli 00416/0045344 nömrəli Rəydə, eyni zamanda məhkəmə araşdırmasında öz təsdiqini tapmışdır. Rəydə qeyd olunmuşdur ki, “sayğacın zavod möhürü yoxdur, sayğacın hesablam a mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır” qüsurları aşkar edilmişdir. Həmçinin cavabdehin Nəzarət-Ölçü Cihazları İdarəsinin X1 Laboratoriyası tərəfindən tərtib edilmiş 2019-cu il 4 iyul tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, 2019-cu il 4 iyul tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır.

56. Göründüyü kimi işin hallarına əsasən sayğacın hesablama mexanizmində istehlakçı olan iddiaçının müdaxiləsi aşkar edilmiş, belə olan halda isə Qaydalara əsasən həmin pozuntulara görə itirilmiş suyun həcmi üzrə əlavə sərfiyyat Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanaraq istehlakçıdan tutulmalıdır. Bu halda iddiaçıdan yoxlama nəticəsində tələb olunan itirilmiş suyun həcmi və dəymiş ziyanın məbləği 12 ay (bir il) müddətinə deyil, 1 ay müddətinə hesablanmalıdır.

57. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır (MPM-in 217.3-cü maddəsi).

59. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərarı).

60. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir k i, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-94/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

61. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(105)-94/2021 saylı qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar