Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-310/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinəqarşı iş üzrə QƏRAR Açar sözlər:məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iş üzrə məhkəmə aidiyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi i lə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2020ci il tarixli 007450 saylı aktın ləğv edilməsi və əsassız hesablanmış 4533,3 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-(059)-312/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbi barədə iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – B.Ələkbərov). Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-569/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z. Sadiqov). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Siyəzən rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən həmin iddia ərizəsi xx xxxx 2020-ci il tarixində 2(059)-312/2020 nömrə ilə qeydiyyata alınaraq, hakimin icraatına verilmiş, lakin hakim iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun icraata götürmədən, xx xxxx 2020-ci il tarixli, 2-(059)312/2020 nömrəli qərardadla mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilməsi qərarına gəlmiş, xx xxxxxx 2020-ci ildə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya M əhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin hakim tərəfindən məhkəmə aidiyyətinə görə digər bir məhkəməyə göndərilməsi (prosessual qaydalara riayət edilməklə icraata götürülmədən) barədə hər hansı bir prosessual norma mövcud deyildir və bu mərhələdə belə bir prosessual qayda müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülki işlər üzrə və kommersiya mübahisələri üzrə məhkəmə icraatının hər bir mərhələsi üçün hakimin konkret hərəkətlərinin və qəbul edilə biləcək məhkəmə aktlarının dairəsini müəyyən etmişdir. Həmin Məcəllədə məhkəməyə daxil olmuş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mərhələsində "iddia ərizəsini n aidiyyəti üzrə digər məhkəməyə göndərilməsini" müəyyən edən hər hansı bir norma nəzərdə tutulmamışdır. İddiaçı Mülki-Prosessual Məcəllənin 150.0.4-cü və 150.0.7-ci maddələrində nəzərdə tutulan halları təsdiq edən sənədləri hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmiş, bununla da iddia ərizəsinin qaytarılmasını nəzərdə tutan Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrində müəyyən edilmiş nöqsanlara yol verilmişdir. Lakin, bu vəziyyətdə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən həmin normalara əsasən iddia ərizəsinin iddiaçıya qaytarılması mümkün deyildir, çünki, iddiaçı hazırkı iddia ərizəsi ilə Kommersiya Məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəməyə müraciət edilərkən isə iddiaçının həmin tələblərə (150.0.4-cü və 150.0.7-ci maddələrində nəzərdə tu tulan tələblərə) riayət etməli olması tələb olunmur. İddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsinə daxil olması isə iddiaçının iradə ifadəsinə əsasən deyil, Siyəzən rayon Məhkəməsi hakiminin qərarına əsasən olmuşdur. Bu halda, həmin əsaslardan hər hansı biri ilə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsinin qaytarılması isə iddiaçının haqlı narazılığına səbəb ola bilər (iddia Kommersiya Məhkəməsində baxılmalı idisə, bu iddiaçıya müraciət etdiyi məhkəmə tərəfindən izah edilə və iddiaçı da həmin qaydalara riayət edərək Kommersiya Məhkəməsinə müraciət edərdi). Hətta, hazırkı qaydada göndərilmiş iddia ərizəsinə Kommersiya Məhkəməsində baxılarkən cavabdeh də qeyd olunan qaydalara riayət edilməməsini mübahisələndirə bilər. Çünki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Məhkəmə aidiyyətinin pozulması ilə verilmiş iddia ərizələrinin bu təcrübədə qeyd olunan qaydada, yəni icraata götürülmədən ümumi məhkəmənin özü tərəfindən kommersiya məhkəməsinə göndərilməsi – iddiaçı üçün MülkiProsessual Məcəllənin 150.0.4 və 150.0.7-ci maddələrində nəzərdə tutulan tələbləri yerinə yetirmədən iddia ərizəsinin verilməsi imkanı yaradar ki, bu vəziyyətdə həmin normaların qanunvericiliklə n əzərdə tutulan əhəmiyyəti itirilmiş olar, ümumi məhkəmələrə və kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciət etmənin bir sıra prosessual qaydaları fərqli olduğundan və eləcə də, Mülki Prosessual Məcəllədə verilmiş iddia ərizəsi üzrə ilkin mərhələdə hakimin hərəkətlərinin və qəbul edə biləcək qərardadların dairəsi dəqiq müəyyən edilmiş olduğundan və həmin mərhələdə işin aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi barədə hakimə hər hansı bir səlahiyyət verilmədiyindən Siyəzən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə göndərilmiş hazırkı işə yuxarıda təsvir olunanlara əsasən Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəl iyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İş mat eriallarındakı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən İddiaçı fərdi sahibkar kimi uçota alınmış (VÖEN: **********), cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs olduğundan, iddiaçı ilə cavabdeh arasındakı hazırki mübahisə subyekt tərkibinə görə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun icraata qəbul edilməklə məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edilmənin zəruriliyi də nəzərdən qaçırılmamalıdır. Siyəzən rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin mülki prosessual qanunvericiliyə uyğun icraata götürmədən, xx xxxx 2020-ci il tarixli qərardadla aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi iddia ərizəsinin qaytarılması üçün əsas olmadığından, iddia ərizəsinə mahiyyəti üzrə yuxarıda qeyd edilənlərə əsasən Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 g ün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-310/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-310/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver